Məhkəmə qərarları › İş №e-2(004)-6872/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6872/2021

24.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6872/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə maraqlı tərəf Yasamal rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Yasamal rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30 yanvar 1949-cu il təvəllüdlü X2 24 mart 2021-ci il tarixində Bakı şəhərində ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum bacısı 30.01.1949-cu il təvəllüdlü X8 izin müddətdir ki, “orta dərəcəli beyin atrofiyası” xəstəliyindən əziyyət çəkmişdir. O, ailə qurmamış və onların evində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 12 B saylı binanın 1 saylı mənzilində yaşamışdır. 24 mart 2021-ci il tarixində bacısı Məlahətin vəziyyəti ağırlaşmış və o vəfat etmişdir. Həmin vaxtı təcili yardım çağırmış və Bakı şəhəri, X18 Stansiyasının 3 saylı bölməsinin həkimləri evə gələrək bacısı Məlahətin vəfat etdiyini təsdiqləmişdirlər və bu barədə onlara Ölüm haqqında xəbərdarlıq vərəqəsitəqdim etmişdirlər. Onlar bacısını Yasamal qəbirstanlığında dəfn etmişlər. Bundan sonra o, Bakı şəhəri 35 saylı Şəhər Klinikasına müraciət etmiş ki, bacısının ölümü haqqında haqqında tibbi şəhadətnamə verilsin. Lakin X18 Stansiyasının ölüm haqqında xəbərdaqlı vərəqəsində bacısının ölüm səbəbi qeyd olunmadığına görə polinklinika ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina etmişdir. O, bacısı Məlahətin qeydiyyatda olduğu Binəqədiu rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ancaq qeydiyyat şöbəsi tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. Bacısı vəfat etməzdən öncə təqaüd alırmış və onun bir neçə aylıq təqaüdü yığılıb qalmışdır. Bundan başqa o təqaüdçü olduğuna görə dövlət tərəfindən aldığı təqaüdün iki misli miqdarında dəfn xərci verilir. Lakin bacısının ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından həmin vəsaitləri ala bilmir. Hesab edir ki, 30 yanvar 1949-cu il təvəllüdlü bacısı X2 24 mart 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verdi və mərhum 30 yanvar 1949-cu il təvəllüdlü X2 24 mart 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə məlumat verilmiş, lakin Yasamal rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun nənəsidir. Mərhum isə onun nənəsinin bacısıdır. Məlahət İbadova sümük əriməsi xəstəliyindən əziyyət çəkdiyindən onun nənəsinin evində yaşamışdır. O, özü xaricdə yaşayır. Mərhum sağlığında onu çox istəmişdir. O, Bakıya qayıdarkən evdəkilər zəng edərək Məlahət İbadovanın vəziyyətinin pis olduğunu söyləmişlər və mərhumun onu görmək istədiyini demişlər. O dərhal görüntülü zəng edərək mərhumla sonuncu dəfə danışmışdır. Mərhum öldükdən təxminən 5-6 saat sonra o evə çatmışdır. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun keçmiş qonşusudur. O, həmin binada yaşamasa da ərizəçinin oğlu ilə birlikdə sürücülük etmişdir. Dəfələrlə mərhumu onun maşınında xəstəxanaya aparmışlar. Mərhum ağır xəstəlikdən əziyyət çəkmişdir, Yasamal rayon qəbirstanlığında dəfn olunarkən o da iştirak etmişdir. İ-ИЕ 177123 nömrəli, 29.06.1956-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 1951-ci il tarixdə anadan olmuşdur. X4, anası X3r. АЗ ******* nömrəli, 30.06.1965-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 yanvar 1949-cu il tarixdə anadan olmuşdur. X4, anası X3r. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 05q-1838/69 saylı, 08.10.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X8 30.01.1949-cu ildə Tərtər rayonunda anadan olmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 24.03.2021-ci il tarixdə, saat 11:45 radələrdə ünvan 1 ünvanın X2 adına çağırış daxil olmuş, həkimə qədər ölüm (qadın cinsli meyid) aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti 138 saylı MKİS-nin 24.03.2021-ci il tarixli arayışından görünür ki, X1 prospekti, 12 b saylı evin, 1 saylı mənzilində qeydiyyatsız yaşayıb və 24.03.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 06.10.2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilə bilmir. İş materiallarında olan Nümayəndə ünvan 2 ünvanladığı məktubundan görünür ki, 30.01.1949-cu il təvəllüdlü X2 24.03.2021-ci il tarixində vəfat etməsinə dair tibbi şəhadətnamə verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 9 saylı Şəhər Polinliknikasının 317 saylı, 17.11.2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, X8 24.03.2021-ci il tarixdə ünvan 3 ünvanında vəfat etdiyindən ünvan 4n mərhum X5 ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 30 yanvar 1949-cu il təvəllüdlü X2 24 mart 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, ərizəçi İddiaçı ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 yanvar 1949-cu il təvəllüdlü X2 24 mart 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar