Məhkəmə qərarları › İş №e-2(004)-71/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-71/2025

14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-71/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbi və zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “252690,3 (iki yüz əlli iki min altı yüz doxsan manat otuz qəpik) manat maddi ziyanın və 10 000 manat mənəvi ziyanın, eləcədə məhkəmə xərci olan (iddia ərizəsinin verilməsinə görə 553 manat, müvəqqəti təminat tədbirinə görə 56 manat) 609 manat məbləğində pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tələbi artırmış, 346,918 manat maddi zərər, müvəqqəti təminat tədbirinin tətbiqi üçün ödənilmiş 644 manat, 10.000 manat mənəvi zərər, 3000 manat ekspertiza xərci, olmaqla 360562 manat pul, infliyasiyaya görə məbləğin 10%-i olaraq 36056 manat, yekun olaraq 396618 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2001-ci ildə birgə yaşamağa başlamış və nigaha daxil olmuşdur. Cavabdeh təşəbbüsü ilə nigah 2002ci ildə pozulmuşdur. Nigah pozulandan sonra birgə yaşamağı davam etmiş və 2003, 2008 illərdə övladları dünyaya gəlmişdir. Birgə yaşadıqları dövrdə daşınan və daşınmaz əmlaklar əldə etmiş, alınan əmlaklar əsasən Cavabdeh adına rəsmiləşdirilmiş, lakin, yeganə bir mənzili iddiaçı öz adına rəsmiləşdirmişdir. 2004-cü ildə aldığı mənzilin son ödənişini 2006-cı ildə etmiş və təmiri başa çatdırıb mənzilə köçmüşdür. 2007-ci ilin yanvar ayında Cavabdeh iddiaçı ilə birgə yaşamaq istədiyini bildirmiş və iddiaçı da buna etiraz etməmişdir. Bir müddət normal yaşasalar da, yenidən gərginlik və narazılıqlar şəraitində yaşamağa başlanıldı və 2015-ci il dekabr ayından etibarən birgə yaşamaq mümkün olmamış və ayrı yaşamaq qərarına gəlmişlər. Həmin dövrdə iddiaçı öz mülkiyyətində olan mənzildən çıxıb getsə də, həmin mənzilin boşaldılması və Sonanın uşaqları ilə birlikdə, Sonanın adına qeydə alınmış mənzillərin birinə köçməsi üçün müəyyən vaxt vermişdir. Lakin, Sona mənzilin boşaldılmasını müxtəlif bəhanələrlə uzatmış, eləcə də digər mənzillərdə təmir işlərinin aparıldığını qeyd edərək, əslində mərkli planını həyata keçirmişdir. Belə ki, 2018-ci ilin noyabr ayında Cavabdeh iddiaçının mənzilinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Orderin sürətini saxtalaşdıraraq, ASAN xidmət mərkəzinə deyil, Yasamal RPİ Qeydiyyat Şöbəsinə təqdim etmiş, özünün və uşaqların qeydiyyata düşməsinə nail olmuşdur. Qanunazidd əməl ilə mənzil üzərində hüququ yaradaraq və məkrli planının davamı olaraq, mənzilin boşaldılması tələbimi icra etməkdən boyun qaçırmaq məqsədi ilə, 2018-ci ilin noyabr ayında özünün və uşaqların mənzildən istifadə hüququn tanınması barədə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması iddiaçının iştirakı olmadan, yəni iddiaçıdan gizli keçirilməsi üçün iddia ərizəsində iddiaçının ünvanını açıq-aşkar bilə-bilə səhv qeyd etmiş və İddiaçı məhkəmə araşdırmasında iştirak etməməsindən yararlanaraq, öz xeyrinə qətnamə çıxarılmasına nail olmuşdur (Yasamal Rayon Məhkəməsinin xx.xx.2019 tarixli 2(004)- 702/2019 Qətnaməsi). Göstərilən qətnamənin mövcudluğu, 2019-cu ildə mənzilə gedib boşaldılmasını tələb edəndə və cavabdehin “artıq məhkəmə qərarım var, bu evi də sənə verməyəcəm” cavabı alanda məlum olmuşdur. Odur ki, Sonanın iddiaçının əmlak hüquqlarına qarşı etdiyi açıq-aşkar bilə-bilə qanunsuz hərəkətlərinin qarşısının alınması üçün, vəkil xidmətindən istifadə edərək müqavilə bağlamış və mənzilə dair bütün sənədləri əlavə edərək apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019 tarixli 2(103)-12354/2019 qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, Cavabdeh, Qurbanova Leyli və Qurbanova Fidanın mənzildən istifadə hüquqları tanınmamış və Sonanın iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2020 tarixli 2(102)-4332/2020 nömrəli qərarı ilə qarşı tərəfin kasasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019 tarixli 2(103)-12354/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı yenə də mənzilin boşaldılmasını tələb etsə də, Sona mənzildən çıxmayacağını bildirmişdir. Məcbur olub mənzilin məcburi boşaldılmasına dair mənkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 2(004)-58/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(103)-6971/2021 nörməli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 2(004)-58/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin xx.xx.2022 tarixli 2(102)-3213/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(103)-6971/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən bütün məhkəmə qərarları iddia ərizəsinə əlavə edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan mənzilə Sonanın istifadə hüquqlarının tanınmamasına və xüsusi mənzildən Sonanın məcburi qaydada çıxarılması və mənzilin boşaldılmasına dair qanuni qüvvədə olan mənkəmə qətnamələri mövcud olduğu və icraya yönəldiyi halda, Cavabdeh həmin məhkəmə aktlarını təhrif edərək icra etməkdən qərəzli və davamlı olaraq boyun qaçırmış və icra işini açıq-aşkar lüzumsuz surətdə uzatmışdır. Belə ki, özünün və eləcə də yetkinlik yaşına çatmamış (hazırda çatmış) Qurbanova Leylinin adından məhkəmələrə əsassız olaraq iddia ərizələri vermiş və məhkəmə icraatlarının başlanmasına nail olmuş, lakin, Sonanın təqdim etdiyi bütün iddialar əsassız və qanunsuz olduğu üçün məhkəmə proseslərini uduzmuşdur. Etibarnamə verdiyi şəxs (Süleyman Əliyev) iddiaçının mənzilinin orderinin saxtalaşdırılmış sürətinin, cinayət yolu ilə notariat kontorunda təsdiqlətdirib leqallaşdırılmasına nail olmuş, bununla mənzil üzərində mülkiyyət hüququnun tanınması yolunda hərəkətə keçərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müvafiq təsdiqedici sənədlər məhkəməyə təqdim edilmiş və hər üç instansiya məhkəməsi Cavabdeh iddiasını rədd etmişdir, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli e-2(004)- 467/2023 nömrəli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023 tarixli 2(103)- 2974/2023 nömrəli qətnaməsi, Ali Məhkəmənin xx.xx.2023 tarixli 2(102)-3188/2023 nömrəli qərarı iş materiallarına əlavə edilmişdir. 5 il sürən məhkəmə proseslərinin yekununda, cavabdeh yenə də mənzilin boşaldılmasından cürbəcür bəhanələrlə boyun qaçırsa da, nəhayət 2023-cü ilin oktyabr ayının 11-də Yasamal rayon İcra Şöbəsindən iddiaçıya bildirmişlər ki, mənzilin tez bir zamanda boşalması üçün, daşımacı şirkətə sifariş ver və daşıma xidmətinin dəyərini ödə ki, əmlakları mənzildən tez çıxarsınlar, sonra isə ödədiyin pulu Cavabdeh qarşı məhkəmədə tələb irəli sürməklə geri qaytara bilərsən. Əsas məqsəd mənzilin tez boşaldılmasına yardımçı olmaq idi. İddiaçı tərəfindən daşımaçı şirkətə sifariş verilmiş və 12-13 oktaybr tarixlərində daşınma işlərinə başlanılmışdır. İddiaçı 13 oktyabr axşam saat 18-00 radələrində daşımaçının işçisindən işlərin yekunlaşmasını soruşmuşdur. Əvəzində mənzilin qapılarının, kondisionerlərinin, podokonniklərinin, unitaz və rakovinlərinin, mətbəx mebeli və avadanlıqlarının hələ də daşınmadığını, Sona çağırdığı hansısa usta tərəfindən sökülərək otagın ortasında yığıldığını öyrənmişdir. Dərhal daşımaçı şirkəti ilə əlaqə saxlamış, işlərin dayandırılmasını, daşımanın dayandırılmasını tələb etmişdir, ödədiyi 4600 (dörd min altı yüz) manat avans məbləgini geri tələb etmişdir. Pul vəsaitinin qaytarılmayacağını, hazırki vəziyyətə hesabat apararaq yenidən hesablaşmasını bildirdilər. Nəticədə 3950 ( üç min doqquz yüz əlli) manat pul vəsaiti çıxılmaqla qalığını qaytardılar. İddiaçı mənzilin təmiri və komplekləşdirilməsi üçün külli miqdarda vəsait xərcləmiş, yaşamaq üçün rahat şərait yaratmışdır. Sonanın xahişi və istəyi ilə öz yanına yanına yeni mənzilinə köçürmüşdür. Hazırda isə mənzilin əşyalarının sökülüb talan edilməsi iddiaçını narahat etdiyindən, 14 oktyabr 2023-cü il tarixdə evi olan binanın qarşısına gəlmişdir. Saat 10-30 radələrində daşımaçı şirkətin maşını evin qarşısında dayanmış, bir neçə fəhlə gəlmişdir. İddiaçı soruşmuşdur ki, hansı mənzilə gəlmişlər. Cavabdan bəlli olmuşdur ki, iddiaçının mənzilinə gəlmişlər. İddiaçı dərhal işçiyə bildirmşdir ki, daşımanı həyata keçirməsinlər, iddiaçının mənzilinin əşyaları sökülüb oğurlanır. Cavabında, onların rəsmi sifariş icra etmələrini bildirmiş və polisə şikayət etməyi məsləhət gördülər. İddiaçı tərəfindən dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edilmiş və bir neçə dəqiqəyə 26-cı Polis Bölməsindən bir zabit və bir polis nəfəri gəlmişlər. Şikayət barədə zabit ilə söhbət edərkən, Cavabdeh iddiaçının maşınına yaxınlaşmış və əlində olan dəmir parçası ilə maşına bir neçə zərbə endirmişdir. Bunların hamısı polis zabitinin gözü önündə baş vermişdir. Zabit iddiaçıya bildirmişdir ki, o, gedib 26-cı Polis Bölməsinə, maşına ziyan vurulması barədə ərizə versib, 102-yə zəngi barədə isə yerində özləri araşdıracaqlar və iddiaçını dəvət edəcəklər. İddiaçı elə də etmiş, 26-cı Polis Bölməsinə gedərək ərizə yazmış, maşını Toyota mərkəzinə aparmış, ziyanlıq 570 (beş yüz yetmiş) manat təyin olunmuşdur. İddiaçı rəsmi arayışı 26-ci Polis Bölməsinin sahə inspektoru Fərman Orucova vermişdir. İki ay müddətində iddiaçını yalan söyləməklə yubatmışlar, X6 rəsmi müraciətindən sonra xx.xx.2024-cü il tarixində 26-cı Polis Bölməsindən rəsmi cavab almışdır. İddiaçıya məktubun sürətini vermişlər. Həmin məktubla bildirmişlər ki, iddiaçının 102 xidmətinə etdiyi zəng üzrə araşdırma aparılıb, tərəflərin ifadələri ziddiyət təşkil etdiyindən, mülki iş olduğundan, məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab etmişlər. Halbuki, dərhal daşınmanı dayandıraraq təhqiqat aparılsaydı, mənzilinə bu qədər ziyan dəyməmiş olurdu (məktubun sürəti məhkəmə iş materiallarına əlavə edilib). Bundan sonra, iki ay müddət boyunca yenə də süni ləngidilmə üsulları ilə mənzilinin açarlarının təhvil verilməsindən boyun qaçırmışdır. Nəhayət 20 dekabr 2023-cü il tarixində Yasamal İcra məmurları Anar Eyyubov və X9 Osmanovaya zəng etdilər, qapinin açarlarını təhvil verilməli olduğunu bildirdilər, Cavabdeh rədd cavabı alındı. Bundan sonra mənzilinin qapısını məcburi açılması üçün mütəxəssis çağrıldı. Mütəxəssis qapını kəsərək açdı, mənzilə daxil olanda acınacaqlı vəziyyət ilə üzləşmişdik. Daxili İşlər Nazirliyinin 102 xidmətinə 14 oktyabr 2023-cü il tarixində etdiyi zəng və verdiyi məlumat təsdiqini tapdı. Qapını məcburi qaydada kəsərək açan və kilitini yenisi ilə əvəz edən mütəxəssisə tərəfindən 850 (səkkiz yüz əlli) manat vəsait ödənilmişdir. Mənzilinin daxili qapılarının 9 ədəd, şəbəkə vitraj arakəsmə 6,4 m boyunca, kondisionerlərinin 7 ədəd, bütün pəncərələrin qabağının podokonniklərinin, iki sanitar qovşaqda unitaz (Hutria-2 ədəd) və rakovinlərinin (tülpan-1 ədəd: ikili rakovin mərmər üstlük ilə-1 ədəd, mətbəx mebeli və avtomat avadanlıqlarının (plitə-4 göz qaz + 1 elektrik gözlə), balkonda quraşdırdığı iki ədəd kombi (Bosh) və bir ədəd 200 litirlik boylerin, isitmə sisteminin kollektorları və su dövriyyə nasosunun, camaşirxanada quraşdırdığı su təmizləyici filtrasiya sisteminin(ABŞ), paltaryuyan maşını, paltarqurudan maşını, hətta mərkəzi elektrik şitinin və eləcədə bütün divarda yerləşən elektrik açarları və rozetkaları sökülüb aparılmışdır, divar kağızlarını belə cırıb üzərini söyüşlərlə yazıb yararsız hala salmışdır. Cavabdeh tərəfindən iddiaçının mənzilinə külli miqdarda ziyan vurulmuş, mənzil talan edilmiş, yaşamaq üçün yararsız hala salınmışdır. Mənzilin iddiaçıya təhvil verilən vəziyyəti barədə Yasamal Rayon İcra Şöbəsi İcra məmurları tərəfindən Akt tərtib olunmuşdur. Beləliklə 2018-ci ilin noyabr ayından, yəni Cavabdeh sənəd saxtalaşdıraraq məhkəməyə müraciət etdiyi vaxtdan, 2023-cü ilin dekabr ayının 20-nə kimi mənzilimi qanunazidd istismar etdiyi yetməmiş kimi, mənzilimi hələ talan edərək yaşamaq üçün tam yararsız vəziyyətə salmışdır. Mənzil yerləşdiyi ərazidə, mənzilin sahəsində olan mənzillər bu beş il ərzində aylıq 1800 manatdan aşagı kirayəyə verilməyib. Odur ki, Sona tərəfindən mənzilin qanunazidd istismar edildiyinə görə, hər ay üçün 1800 manat hesabı ilə beş il ərzində 108000 (1800x12x5) (yüz səkkiz min) manat təzminat tələb edir. Məzilə dəymiş ziyanın təyin edilməsi, sökülərək oğurlanmış əşyaların yenisi ilə əvəz edilməsi, yaşayış üçün əvvəlki vəziyyətinə gətirilməsinə tələb olunan xərcin hesablanması məqsədi ilə qiymətləndirmə təşkilatına müraciət etmişdir. Verilən rəyə əsasən xərclər 139890,30 (yüz otuz doqquz min səkkiz yüz doxsan manat, otuz qəpik) manat qiymətləndirilmişdir (rəy mənkəmə iş materiallarına əlavə edilir). Beləliklə, Cavabdeh tələb olunan vəsaitin ümumi məbləği- 252690,3 (iki yüz əlli iki min altı yüz doxsanx manat otuz qəpik) manat təşkil edir. 2001-ci ildən əldə etdiyi coxsaylı daşınar və daşınmaz əmlak Cavabdeh adına rəsmiləşməsini, hazırda adında çoxsaylı əmlakin olmasını, iddiaçıya vurduğu ziyanın külli miqdarda olmasını nəzərə alaraq, təzminat məbləğinin daşınar və eləcədə daşınmaz əmlak üzərinə yönəldilməsi, əmlakın satışından əldə edilən vəsaitin iddiaçıya ödənilməsini tələb edir. Bundan başqa, cavabdehin açıq-aşkar qərəzli və mənzilini yaşamaq üçün bilə-bilə yararsız hala gətirməsi hərəkətləri maddi ziyan vurmaqla yanaşı, mənzil mülkiyyətçisi olaraq iddiaçıya həm də mənəvi zərər vurmuşdur. Belə ki, mübahisə predmetinin obyekti olan mənzil, xoş məqsədlərlə və qayğısız daimi yaşamağım üçün tərəfimdən avropa standartlarına uyğun olaraq, müasir zövqlə əsaslı təmir edilmiş və normal yaşayış üçün lazım olan bütün avadanlıqlarla təmin edilmişdir. Lakin, cavabdeh, mənim mülkiyyətim olan mənzili yaşamaq üçün yararsız hala gətirməklə açıq-aşkar mənə qarşı bilə-bilə etdiyi qanunsuz və özbaşına hərəkətlərlə, iddiaçını mənzilində qayğısız, rahat yaşamağından və istirahət etməyindən məhrum etmişdir. Cavabdehin mənzildə etdiyi bu cür özbaşna və amansız hərəkətləri (məhkəmə tərəfindən mənzilə baxış keçirilərsə, bu halı adi göz baxışı ilə də görmək mümkündür, həmin vəziyyətin fotoşəkilləri qiymətləndirmə rəyində əksini tapıb, mövcuddur və məhkəmə iş materiallarına əlavə edilir) nəticəsində, iddiaçını hansı mənəvi sarsıntılar və iztirablar çəkməyi sübuta ehiyacı olmayan haldır. Digər tərəfdən, açıq-aşkardır ki, cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə görə, iddiaçı çarəsiz qalaraq mülkiyyətində olan mənzildə yaşamağından və istirahət etməyindən məhrum olmağı, sevindirici hal kimi qəbul edilən deyildir. Deməli, qeyd edilənlər və təqdim olunan sübutlar üzrə dəyərləndirmə aparılmaqla açıq-aşkar müəyyən olunur ki, iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmağına səbəb, məhz cavabdehin təqsiri nəticəsində baş vermişdir. Cavabdehdən iddiaçının xeyrinə 10 000 (on min) manat mənəvi ziyanın əvəzinin tutulması işin faktiki halları baxımından qanuni olmaqla yanaşı, həm də tam ədalətlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mübahisə predmeti olan mənzilin əldə edilməsi üçün ödənilmiş 180000 ABŞ dolları və əldən çıxmış fayda kimi ödənilmiş 83700 ABŞ dolları vəsaitin, dövlət rüsumu qismində ödənilmiş 738,29 manat pulun cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil məhz Cavabdeh vəsaiti hesabına əldə edilmişdir. Mənzilin əldə edilməsi üçün Cavabdeh 180000 ABŞ dolları ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iştirak edərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən tərtib edilmiş 010415 nömrəli 15 fevral 2006-cı il tarixli arayışa əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında İddiaçı yaşayır. İş materiallarına Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktub əsasında İddiaçı təqdim etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən tərtib edilmiş 010415 nömrəli 15 fevral 2006-cı il tarixli arayışa əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında İddiaçı yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuşlar və həmin nikah xx.xx.2002-ci il tarixdə pozulmuşdur. İş materiallarına "xxxx" MTK payçılarının 06 mart 2004-cü il tarixdə keçirilmiş ümumi yığıncağının 03 nömrəli protokolundan çıxarışına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanı İddiaçı verilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanının dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK təsisçilərinin ümumi iclasının 24 yanvar 2014-cü il tarixli 1 nömrəli protokolundan çıxarışına əsasən müəyyən edilir ki, İddiaçı MTK-ya üzv qəbul edilmiş və mübahisə predmeti olan ünvan 1 ünvanı İddiaçı tam mülkiyyətinə verilmişdir. İş materiallarında olan "xxxx" MTK təsisçilərinin ümumi iclasının 24 yanvar 2014-cü il tarixli 1 nömrəli protokolundan çıxarışına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanın İddiaçı adına özəlləşdirilməsi üçün sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına mübahisə predmeti olan ünvan 1 ünvanının planı əlavə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli 2(103)-12354/2019 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4332/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-58/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh, X4 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh, X4 və X1 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6971/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3213/2022 nömrəli qərarına əsasən şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6971/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 467/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2974/2023 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3188/2023 nömrəli qərarına əsasən şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2974/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)- 2153/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdehlər İddiaçı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “təsisçilərin ümumi iclasının protokolunun mənzilin tam mülkiyyətə verilməsi hissəsində etibarsız hesab edilməsi və müqavilənin bağlanılmış hesab edilməsi” tələbi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1077/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh və qeyrisinə qarşı “qeyri-yaşayış sahəsindən (qarajlardan) başqa şəxslərin istifadəsinin qadağan edilməsi və sair” tələbinə dair ilkin, Cavabdehlər İddiaçı və qeyrisinə qarşı “əqdin etibarsız hesab edilməsi və sair” tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə Cavabdehlər İddiaçı və qeyrisinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına və xərclərə görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması Cavabdeh izah olunmuşdur. İş materiallarında olan Yasamal rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda, mübahisə predmeti olan mənzildən aparılmış avadanlıqlar və mənzilin giriş qapısının dəyişdirilməklə tələbkar İddiaçı təhvil verildiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən 3950 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan KRB Project MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəyə (iddiaçı tərəfindən təqdim edilmişdir) əsasən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzilə dəymiş zərər 201718 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası “X3” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 198 nömrəli rəyə (iddiaçı tərəfindən təqdim edilmişdir) əsasən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzilə dəymiş zərər 139890,30 manat təşkil edir. İş materiallarında olan X5 Mərkəzi MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzilə dəymiş zərər 82716,7 manat təşkil edir. Qiymətləndirmə üzrə 2400 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan X5 Mərkəzi MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzilin ümumi kirayə dəyəri 222400 manat təşkil edir. Qiymətləndirmə üzrə 2400 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Xidmətləri MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzilin ümumi kirayə dəyəri 222400 manat təşkil edir. Qiymətləndirmə üzrə 600 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən tərtib edilmiş 010415 nömrəli 15 fevral 2006-cı il tarixli arayışa əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında İddiaçı və Cavabdeh yaşayır. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş iş materiallarında olan "xxxx" MTK-nın sədri T.Q.Qasımov tərəfindən tərtib edilmiş arayışa əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanının dəyəri tam ödənilmişdir, Cavabdeh həmin mənzilə görə MTK-ya borcu yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş iş materiallarında olan "xxxx" MTK-nın sədri T.Q.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanına görə MTK-ya ödənilmiş 180000 ABŞ dolları vəsaitinin 100000 ABŞ dolları hissəsi Cavabdeh tərəfindən ödənilmişdir, ............ mənzillə əlaqədar bütün sənədlər İddiaçı adına yazılmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzildə aparılmalı olan təmir tikinti işlərinin dəyəri 42738 manat təşkil edir. Tədqiqat dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, həm ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Məhkəmə tərəflər arasında olmuş faktiki münasibətləri, mübahisənin faktiki hallarını və araşdırma nəticəsində formalaşan daxili inamını əsas götürməklə yekun qərar qəbul edərkən ədalətli nəticələrə nail olmağı qarşısına məqsəd qoyur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuşlar və həmin nikah xx.xx.2002-ci il tarixdə pozulmuşdur. Lakin, tərəflər faktiki olaraq ailə kimi faktiki bütövlüyü saxlamaqla 2016-cı il tarixədək mübahisə predmeti olan mənzildə yaşamışlar, nikahları pozulduqdan sonra 2 (iki) övladları olmuşdur. Mübahisə predmeti olan mənzili 2004cü ildə əldə etdikdən və 2006-cı ildə təmiri bitirdikdən dərhal sonra həmin mənzilə köçmüşlər. 2016-cı ildən etibarən tərəflərin münasibətləri pisləşmiş və faktiki olaraq da ayrılmışlar. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır (xüsusən ilkin iddia üzrə iddiaçının bu barədə mövqeyi diqqətə alınır). Mülki iş üzrə qətnamənin təsvisi hissəsində sadalanmış sübutlar iş üzrə müəyyən edilmiş hallardır, qətnamənin genişləndirilməməsi məqsədilə həmin halların təkrarən əsaslandırıcı hissəyə köçürülməsini məhkəmə zəruri hesab etmir. "xxxx" MTK payçılarının 06 mart 2004-cü il tarixdə keçirilmiş ümumi yığıncağının 03 nömrəli protokolundan çıxarışına əsasən, mübahisə predmeti olan ünvan 1 ünvanı İddiaçı verilmiş və mənzilin dəyəri məhz İddiaçı tərəfindən ödənilmişdir. Deməli, mübahisə predmeti olan mənzil hüquqi baxımdan ər-arvad statusları olmasa da, tərəflərin faktiki olaraq birgə təsərrüfatı nəticəsində əldə edilmiş, təmir edilmiş, saxlanılmışdır. Yəni, sadəcə hüquqi baxımdan ər-arvad olmayan tərəflər faktiki olaraq ailə kimi uzun illər birlikdə yaşamışlar. Odur ki, mübahisə həll edilərkən mənzilə və təmirinə dair birgə mülkiyyətlə bağlı qaydalar (MM 213) nəzərə alınmalıdır. Bundan əlavə, mənzilin 2006-cı il tarixdə təmir edilməsi, həmin mənzildə cavabdehin övladları ilə birlikdə faktiki olaraq 18 il müddətinə yaşaması, mənzilə sahiblik etməsi, ilkin təmirin təbii amortizasiyası (köhnəlmə) və mənzilin təmirinə dair çəkilməli olan cari xərclər, restavrasiya xüsusatları nəzərə alınmaqla, hesab edilir ki, ilkin iddia tələbi əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1077/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh və qeyrisinə qarşı “qeyri-yaşayış sahəsindən (qarajlardan) başqa şəxslərin istifadəsinin qadağan edilməsi və sair” tələbinə dair ilkin, Cavabdehlər İddiaçı və qeyrisinə qarşı “əqdin etibarsız hesab edilməsi və sair” tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə Cavabdehlər İddiaçı və qeyrisinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına və xərclərə görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması Cavabdeh izah olunmuşdur. Həmin qətnamənin preyudisial əhəmiyyəti və qətnamədə yuxarı instansiya məhkəməsi kimi apellyasiya məhkəməsinin qeyd etdiyi hüquqi mövqelər hazırki mübahisə üzrə nəzərə alınır. Tərəflərin hər ikisinin maliyyə vəziyyətinin (əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklar)) yüksək olması buna əsas verir ki, sözügedən mənzilin əldə edilməsi, təmiri, saxlanılması və digər cari xərclərinin həyata keçirilməsində hər ikisinin əməyi olmuşdur. Bu səbəbdən, ilkin iddia tələbi həmçinin, “140.000 manat kirayə xərclərinin tutulması” hissəsində əsassızdır. İlkin iddia üzrə iddiaçıya mənəvi zərərin vurulması xüsusatı müəyyən edilmir, bu barədə əsaslar və sübutlar mövcud deyildir, tələb həmin hissədə əsassızdır. Həmçinin, infliyasiyaya görə məbləğin 2 il üzrə ümumilikdə 10%-i olaraq 36056 manat tutulması ilə bağlı tələb əsassızdır (əsas öhdəliyin tutulması hissəsində təmin edilməməsi əsası ilə). Əsas tələb təmin edilmiş olsa idi belə, müvafiq faiz məbləği yalnız əsas öhdəliyinin icra edilməməsi dövrünə münasibətdə tutula bilərdi ki, hazırki mübahisə üzrə müəyyən edilmiş və icra edilməmiş öhdəlik mövcud deyildir ki, icradan yayınma müddətinə görə müvafiq faiz borcunun tutulması təmin edilsin (MM 445.7). Məhkəmə izah edir ki, digər məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə müvafiq xərclər icra icraatı qaydasında (8 indeksi ilə) icra orqanı tərəfindən həll edilməlidir. Bununla əlaqədar, ayrıca iddianın qaldırılmasına hüquqi əsas yoxdur. Qarşılıqlı iddia tələbi üzrə də, qarşılıqlı iddia üzrə iddiaçının 180000 ABŞ dolları vəsaitini ödəməsi ilə bağlı əsaslı və mötəbər sübutlar mövcud deyildir, iddia tələbi həmin hissədə sübuta yetirilmir. Qarşılıqlı iddia üzrə iddiaçı sübutetmə yükünü təşkil-təmin edə bilməmişdir. Odur ki, qarşılıqlı iddia əldən çıxmış fayda kimi ödənilmiş 83700 ABŞ dolları vəsaitin tutulması hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumları (əsas iddia və müvəqqəti təminat tədbiri ilə bağlı), keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə müvafiq ekspertiza xərcləri İddiaçı aid edilməlidir. Həmçinin, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, həm ilkin iddia, həm qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul tələbi və zərərin ödənilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu və müvafiq ekspertiza xərcləri İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Eelektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar