Məhkəmə qərarları › İş №e-2(004)-730/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-730/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-730/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli ********** nömrəli nəqliyyat vasitəsinin tam sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 7.000 manat sığorta ödənişi və ödənilmiş 90,40 manat dövlət rüsumu olmaqla, cəmi 7.090,40 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixdə Cavabdeh3 mülkiyyətində olan, etibarnamə üzrə Cavabdeh2 sahibliyinə verilmiş “Toyota Prius” markalı ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “BMW 520İ” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius” markalı ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmiş və Xətai rayon DYPŞ tərəfindən onun barəsində xx.xx.2023-ci il tarixli TP ******* saylı inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 520İ” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 11.800 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4800 manat hissəsi “Toyota Prius” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilməli olduğundan, "xxxx" ASC-nin qalan 7000 manat pulu müştərək qaydada cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. xx.xx.2023cü il tarixli ********** saylı “nəqliyyat vasitəsinin tam sığortası üzrə” sığorta şəhadətnaməsindən müəyyən olunur ki, “BMW 520İ” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən əmlak sığortası qaydasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 85.000 manat məbləğində sığorta edilmişdir. xx.xx.2023-ci il tarixli TP ******* saylı inzibati tənbehin tətbiq edilməsi barədə qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius” markalı ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan (forma 4) müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Toyota Prius” markalı ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli 10723 nömrəsi ilə reyestrə daxil edilmiş etibarnamədən müəyyən edilir ki, “Toyota Prius” markalı ** HL *** dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən Cavabdeh2 etibar edilmiş, sonuncu isə həmin əmlaka dair istifadə hüququnu Cavabdeh1 vermişdir. Etibarnamə xx.xx.2023-cü il tarixdə verilmiş və etibarlıq müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. xx.xx.2023-ci il tarixli zərərin hesablanması aktından və xx.xx.2023-ci il tarixli sığorta aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində “BMW 520İ” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 12.000 manat müəyyən edilmişdir. xx.xx.2023-ci il tarixli ödəniş tapşırığından və xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən olunur ki, “BMW 520İ” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 200 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra "xxxx" ASC tərəfindən 11.800 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-ci il tarixli BS-S-23/2208 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən sığorta ödənişinin 4800 manat hissəsi “Toyota Prius” markalı ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün üçüncü şəxslər qarşısında məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilməli olduğundan, "xxxx" ASC qalan 7000 manat sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsini cavabdehlərdən tələb etmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərməklə məlumat vermişdir. Lakin tərəflər məhkəməyə gəlməmişlər. Cavabdehlər, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi Oqtay Şeydabəyov xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********** nömrəli avtonəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən X2 məxsus olan “BMW 520İ” markalı, 2021-ci il buraxılışlı, ** XS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də 85.000 manat məbləğində tam sığorta edilmişdir. Sığorta müqaviləsi xx.xx.2023xx.xx.2024-cü ilə kimi qüvvədədir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə “Toyota Prius” markalı ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri Lütfizadə küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “BMW 520İ” markalı ** XS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 11.800 manat sığorta ödənişi xx.xx.2023-cü il tarixdə X2 ödənilmişdir. Xətai rayon DYPŞ polis kapitanı X1 xx.xx.2023-cü il tarixli TP5951801 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat inzibati tənbeh edilmişdir. Qərardan müəyyən edilir ki, ** HL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli hesablama aktından görünür ki, “BMW 520İ” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə 12.000 manat maddi zərər dəymişdir. "xxxx" ASC xx.xx.2023-cü il tarixli AZ0017322 nömrəli ödəniş tapşırığına əsasən “BMW 520İ” markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X2 11.800 manat sığorta ödənişi vermişdir. "xxxx" ASC-nin xx.xx.2023-ci il tarixli BS-S-23/2208 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasənsığorta ödənişinin 4800 manat olan hissəsi “Toyota Prius” markalı ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün üçüncü şəxslər qarşısında məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilməli olduğundan "xxxx" ASC qalıq 7000 manat sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. ** HL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin törədilməsində təqsirli olduğuna və avtomobili qanuni əsaslarla idarə etdiyinə görə, digər cavabdehlər vurulmuş maddi zərərin ödənilməsi üçün məsuliyyət daşımırlar. "xxxx" ASC xx.xx.2023-cü il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 11800 manat sığorta ödənişindən qalan 7000 manatı və ödədiyi 90,40 manat dövlət rüsumunu Cavabdeh1 subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Çünki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyisığorta ödənişi həcmində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginliklielektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2023-cü il tarixli ********** nömrəli nəqliyyat vasitəsinin tam sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 7000 manat sığorta ödənişi və ödənilmiş 90,40 manat dövlət rüsumu olmaqla, cəmi 7090,40 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi Cavabdeh3 və Cavabdeh2 aid olan hissədə rədd edilməlidir. Belə ki, hadisəsi baş verən zaman ** HL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü Cavabdeh1 olmuş, o, avtomobili qanuni əsaslarla idarə etmişdir. Digər cavabdehlərin hadisənin baş verməsində və zərərin vurulmasında təqsiri olmamışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2023-cü il tarixli ********** nömrəli nəqliyyat vasitəsinin tam sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 7000 manat sığorta ödənişi və ödənilmiş 90,40 manat dövlət rüsumu olmaqla, cəmi 7090,40 (yeddi min doxsan manat qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh3 və Cavabdeh2 aid olan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar