Məhkəmə qərarları › İş №e-2(004)-750/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-750/2024

01.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-750/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin yekun nəticəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin yekun nəticəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- 106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Mingəçevir Şəhər İ arċ və Probasiya Ş öbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, məhkəmədən tələbin yönəldilə bilməsi üçün borclu İddiaçı oğluna məxsus “BMW” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlıavtomobilin üzərinə həbs qoyulması haqda qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 105/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədinə əsasən İddiaçı oğlundan 32850 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 188.55 manat məbləğində pulun alınaraq X2 oğluna verilməsi nəzərdə tutulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, təqdimat təmin edilərək İddiaçı oğluna məxsus, istehsal tarixi 2012-ci il olan,“BMW 528İ” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 67711/2023-3-14 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən, "xxxx" MMC tərəfindən BMW 528İ” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsinə əsasən, “BMW 528İ” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 26 000 (iyirmi altı min) manat təşkiletmişdir. Lakin iddiaçının sifarişi ilə yenidən 23 noyabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən “BMW 528İ” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsi olaraq avtomobilin 23 noyabr 2023-cü il üçün bazar qiyməti 20 200 (iyirmi min iki yüz) manat müəyyən olunmuşdur. Tərəqqi” MMC tərəfindən aparılmış qiymətləndirmə və onun nəticəsi avtomobilin bazar qiymətindən yüksəkdir. Tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarına iddia ərizəsində qeyd olunan qiymətləndirmə hesabatları və müvafiq materiallar əlavə edilmişdir. Başqa hər hansı sübut əlavə edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, mübahisə predmeti olan BMW 528İ” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil 2012-ci il buraxılışlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. İddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı və ya onun vəkili məhkəmə iclaslarında iştirak etməmişdir. Ağlabatan şəkildə müəyyən edilir ki, qiymətləndiricinin hesabatında qanun pozuntularının olmasına dair əsaslı şübhələr mövcud deyildir. Belə ki, 2012-ci il buraxılışlı BMW 528İ” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin real baraz dəyəri qiymətləndirmə hesabatına uyğundur. Nəzərə almaq lazımdır ki, qiymətləndirmə hesabatları arasında kəskin fərqlər mövcud deyildir. Fərqin yaranma əsası qismində qiymətləndirmə metodikası və üsulu çıxış edə bilər. 2012-ci il buraxılışlı BMW 528İ” minik markalı avtomobilin bazar qiymətinin təxminən 26.000 manat təşkil etməsi ağlabatandır. Qiymətləndirmə fəaliyyətinin mahiyyəti gərəyi, hər peşə, ixtisas sahibi kimi qiymətləndirici də fəaliyyətinin qanuna uyğun şəkildə, vicdanlı, dəqiq və dürüst icra etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki iş üzrə ümumilikdə 3 hazırlıq 1 baxış iclasının keçirilməsinə baxmayaraq iddiaçı tərəf iddia tələbinin sübut etməyə cəhd belə göstərməmiş, məhkəmə iclaslarında iştirak etməmişdir. İddia ərizəsini məhkəməyə ünvanladıqdan sonra tam hərəkətsiz qalmış, formal qaydada da olsa, məhkəməyə vəsatət ünvanlamamışdır. Hüquqdan sui-istifadə etmək yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin yekun nəticəsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar