Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-770/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 2939 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4 izahat verərək bildirir ki, Cavabdehlər "xxxx" ASC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair xx.xx.2015-ci il tarixli İ-01/000082 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə məhkəmə icraatı bitənədək Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətlərin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2(001)-5590/2019 saylı, 20,06.2019-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən, Bakı şəhəri, Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə məhkəmə icraatı bitənədək Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətləri müvəqqəti olaraq dayandırılmışdır. 2(001)-292/2020 saylı, xx.xx.2020-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər "İddiaçı" ASC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra, "İddiaçı" ASC tərəfindən iddianın təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. 2(001)- 292/2020 saylı, xx.xx.2020-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətlərin davam etdirilməsi müəyyən edilmişdir. Qeyd etmək istəyirik ki, ipoteka predmeti olan cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinin bazar qiyməti 280000 manat müəyyən edilmişdir. 2(106)-24/2018 saylı, xx.xx.2018-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzili açıq hərracdan satılması məqsədi ilə Hərrac Mərkəzi "xxxx" MMC-yə göndərilmişdir. 2(001)- 5590/2019 saylı, xx.xx.2019-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətləri Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən dayandırılmış və nəticədə "İddiaçı" ASC-yə madadi ziyan dəymişdir. Cavabdeh tərəfindən verilmiş əsassız ərizə və şikayətlərə görə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 24/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi bugünədək icra olunmamışdır. 58.785.82 ABŞ dolları məbləğində olan borcun icra tədbirlərinin dayandırılması nəticəsində "İddiaçı" ASC-yə bugünədək ödənilməmişdir. 58785.82 ABŞ dolları məbləğində vəsaitin illik beş faizi 2939 ABŞ dolları təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 2(001)-292/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, Binəqədi rayon Məhkəməsinin 2(001)5590/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddianın təmin tədbiri barədə ərizə təmin edilərək Bakı şəhəri, Yasamal rayonu İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə məhkəmə icraatı bitənədək Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətləri müvəqqəti olaraq dayandırılmışdır. İşin halları odur ki, Cavabdehlər "xxxx" ASC-yə və X1 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia təmin tədbiri barədə ərizə məhkəmənnin qərardadı ilə təmin olunaraq Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 488/489-cu məhəllədə yerləşən 36 saylı evin 58 nömrəli mənzilinə dair icra hərəkətləri müvəqqəti olaraq dayandırılması qərara alınmışdır. Nəticədə hazırki iş üzrə iddiaçı 2939 ABŞ dolları məbləğində zərərə məruz qaldığını iddia edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı zərərə məruz qaldığını iddia etsə də buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, hazırki iş üzrə Cavabdeh məhkəməyə müraciət etmək hüququndan istifadə edərək ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmış və iddia təmin tədbiri barədə ərizə vermişdir. Onun ərizəsi isə məhkəmə tərəfindən əsaslı hesab edilərək təmin edilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh 2939 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-770/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-770/2021
26.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver