Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-7964/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-4.1.3. -cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddiaçı tərəfindən tələbini təsdiq edən sənəd - cavabdehin yol nəqliyyat hadisəsində təqsirli olmasını təsdiq edən sənəd – inzibti tənbeh vermə haqqında qərarın surəti (elektron nüsxəsi) bulanıq göndərildiyindən və səhifənin qərarın çıxarılma tarixinə dair hissəsi ümumiyyətlə görünmədiyindən məhkəmə hesab edir ki, həmin sənədə təqdim olunmuş kimi qəbul edilə bilməz və iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçının ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Təhminə Xəlilova İş № 2(004)-7964/2021 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 24 dekabr 2021-ci il tarixdə saat 15:00-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol 24 dekabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-7964/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-7964/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver