Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-818/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X7, X4 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X7, X4 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7, X4 və Cavabdeh müştərək qaydada 177,20 (yüz yetmiş yeddi manat, iyirmi qəpik) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 207,60 (iki yüz yeddi manat, altmış qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X7, X4 və Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduqları ünvan üzrə və eləcə də, qeydiyyatda olduqları ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildirişlər göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə X5 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında X1 və istifadəsinə verilmiş və Cavabdeh idarə etdiyi, "xxxx" ASC-də (bundan sonra ASC) icbari sığorta” qaydasında sığortalanmış **-RH-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtobus və X3 idarə etdiyi, **-EU-*** dövlət nömrə nişanlı “Toyota Prius-minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmiş və AR İXM-in 327.1, 327.6 və 332.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən müəyyən olunur ki, **-RH-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtobus ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” lardan (Forma4) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə X5 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında X1 və istifadəsinə verilmiş və Cavabdeh idarə etdiyi, "xxxx" ASC-də (bundan sonra ASC) icbari sığorta” qaydasında sığortalanmış **-RH-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtobus və X3 idarə etdiyi, **-EU-*** dövlət nömrə nişanlı “Toyota Prius-minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddia ərizəsinə əlavə edilmiş “elektron notariat” informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat vasitəsi törədilən vaxt **-RH-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtobusun mülkiyyətçisi X7, sahibi isə X4 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-EU-*** dövlət nömrə nişanlı “Toyota Prius-minik” markalı avtomobilə dəymiş zərər 120 (yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/2719 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən 177,20 (yüz yetmiş yeddi manat, iyirmi qəpik) məbləğində pulun geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Beləliklə də, işin halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixində Bakı şəhəri, “20 Yanvar” ərazisindən Tbilisi prospekti istiqamətində olan ərazidə yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücü hadisə yerindən yayınmışdır. Buna görə də, onun barəsində İXM-nin 327.1, 327.6 və 332.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından göründüyü kimi, "xxxx" ASC-də sığortalanmış **-RH-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtobusun mülkiyyətçisi X6r. O, qeyd olunan nəqliyyat vasitəsini etibarnamə əsasında X1 və istifadəsinə vermişdir. Lakin yol-nəqliyyat hadisəsi baş verdiyi zaman həmin nəqliyyat vasitəsini Cavabdeh etibarnamə ilə idarə etmək hüququ olmadan idarə etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehlərdən müştərək qaydada 177,20 məbləğində pulun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı, cavabdehlərdən müştərək qaydada 177,20 manat məbləğində pul vəsaitin tutulmasını tələb etsə də, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş ziyanın dəyəri 120 manat qiymətləndirilərək, həmin məbləğdə də, ödəniş edilmişdir. İş materiallarında olan: - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “Toyota Prius-minik” markalı, **-EU-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 120 manat məbləğində qiymətləndirilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən sığorta ödənişi 120 manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa iş materialları ilə o da, müəyyən edilir ki, **-RH-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtobusun mülkiyyətçisi X7 olsa da, avtomobil onun istifadəsindən qanunu əsaslarla çıxmaqla, tərəfindən etibarnamə əsasında idarə edilməsi üçün X1 və istifadəsinə verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi X5 aid olan hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə Azərbaycan Respublikasının MM-nin 21, 936.2, 1096, 1097, 1108, 1114 və «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X4 və Cavabdeh müştərək qaydada 120 (yüz iyirmi) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı cavabdehlər X4 və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh müştərək qaydada 120 (yüz iyirmi) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı cavabdehlər X4 və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-818/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-818/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver