Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-82/2023 20.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8400 manat pulun onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 28 saylı fərdi yaşayış evinin hasarında, həyətində və evin əsas bayır divarlarında təmir işlərinin aparılması məqsədi ilə qızı X2 qayınatası Cavabdeh2 ilə razılığa gəlmişdir. Cavabdeh2 əvvəlcədən tanıdığı Cavabdeh1 ilə iddiaçını tanış etmiş və onun briqadasının olduğunu və usta fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Qeyd olunan işlərin görülməsi ilə bağlı tərəflər öz aralarında razılığa gəlmiş və bunun müqabilində İddiaçı 8.400 (səkkiz min dörd yüz) manat məbləğində pulu qızı X1 yanında Cavabdeh2 vermiş, sonuncu isə kağıza imza çəkərək aldığı məbləği digər Cavabdeh1 vermişdir. Qeyd olunduğu kimi usta tərəfindən görülməli olan işlər evinin hasarında, həyətində və evin əsas bayır divarlarında təmir işlərinin aparılması, eyni zamanda həyətdə 117 kv.m yerə tametin vurulmasından ibarət olmuşdur. Lakin qeyd olunanlara baxmayaraq ustalar işləri tam olaraq başa çatdırmaqdan imtina etmiş, çox az iş görərək evi tərk etmək istəmişlər, bu zaman iddiaçının qızı İlhamə Zeynalova onlara etiraz etdikdə Cavabdeh1 onu şillə ilə vurmuş, bu zaman X4 dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmuş və bu barədə məlumat vermişdir. Bakı ŞBPİ-nin Səbail RPİ-nin 41ci PB-nin baş təhqiqatçısı Mehman Dolxanovun HK-1-330 nömrəli, 30 aprel 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda cavabdehlər 8.400 mana pul aldıqlarını etiraf etmiş, guya işin böyük bir hissəsini görmüşdürlər. Lakin bu tamamilə yalan və əsassızdır. Belə ki, alınan material və görülən işlərin əvəzi qəti şəkildə 8.400 manat təşkil edə bilməz. Alınan materiallar və görülmüş işlər ilə bağlı foto şəkillər təhqiqatçı tərəfindən qeydə alınmışdır. Hazırda iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində heç bir düzəliş edilməmiş, hər şey ustaların qoyub çıxdığı halda qalmışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia qeyri-müəyyəndir və bu səbəbdən də tələb əsassızdır və təmin edilməməlidir. İddia ərizəsində cavabdehlərə evin hasarında, həyətində və evin əsas bayır divarlarında təmir işlərinin aparılması, eləcədə 117 kv.m sahəyə tamet döşənməsi məqsədi ilə pul verildiyi göstərilsə də iddia ərizəsində konkret nə kimi işlər görülməsi, eləcə də hansı işlərin görüldüyü və görülən işlərin dəyəri göstərilməmiş, iddia ərizəsində qeyd edilən “çox az” görülmüş işlərin nədən ibarət olması və həmin görülən işlərin dəyərinin neçə manat olması göstərilməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 icra etdikləri işlər barədə tərtib edilmiş siyahıdan isə görünür ki, onlar iddiaçı üçün görülmüş işlərə 9260 (doqquz min iki yüz altmış) manat pul xərcləmişlər. iddia ərizəsində cinayət işinin başlanmasının rədd edilməsinə barədə Səbail rayon X5 Bölməsinin 22 noyabr 2021-ci il tarixli Qərarına istinad edilərək göstərilir ki, cavabdehlər 8400 (səkkiz min dörd yüz) pul verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 pul aldıqlarını inkar etməyərək təmir işlərinə aldıqları məbləğdən artıq vəsait xərcləndiyini bildirirlər. Bu hallar iddia tələbinin əsassız olduğunu göstərir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 iddiaçının qudasıdır. Digər Cavabdeh1 isə Cavabdeh2 tanışıdır və tikinti-təmir işləri ilə məşğul olur. Cavabdeh1 öz briqadası vardır. Rövşən Samirə müraciət edərək qudasının həyətində iş görmək lazım olduğunu bildirmişdir. Polisin qərarında da, tərəfin izahatında da qeyd edilir ki, işlərin 70 faizi görülmüşdür. Buna görə iddia tələbini qəbul etmirlər. Pul Rövşənə verilmiş, Rövşən isə kağıza imza çəkərək pulu iddiaçı tərəfin yanında Samirə vermişdir. Çünki Rövşən onlarla qudadır. Bunu inam yaratmaq üçün etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialarında olan “nəzərdə tutulan işlər” başlıqlı siyahıda “xx.xx.2022-ci il tarixində 3000 (üç min) manat, xx.xx.2022-ci il tarixdə 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə 2000 (iki min), manat,xx.xx.2022-ci il tarixində 1400 (min dörd yüz) manat” kimi qeyd olunmuşdur. İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin 41-ci polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Mehman Dolxanov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarından görünür ki, HK-1-330 nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işi rədd edilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 10/4809 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 28 saylı fərdi yaşayış evində iş materiallarında olan xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən görülməsi nəzərdə tutulan yaşayış evinin açıq eyvan hissəsinin məhəccərlə həşiyələnməsi, giriş-çıxış darvazasının boya ilə rənglənməsi, anbar binasının sökülməsi, pilləkənin yenidən quraşdırılması, qapı boşluğun hörülməsi, həyatyanı torpaq sahəsinin bir hissəsinin tametlə döşənmasi və hasarın sement məhlulu ilə suvanması kimi işlərin görüldüyü müəyyən edilir. Yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 4773,0 manat məbləğində dəyəri müəyyəm olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşin mübahisəsiz halıdır ki, tərəflər arasında şifahi bağlanmış podrat müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 28 saylı fərdi yaşayış evinin hasarında, həyətində və evin əsas bayır divarlarında təmir işlərinin aparılması məqsədi ilə Cavabdeh2 digər cavabdehin yanında hissə-hissə 8400 manat məbləğində pul vermiş, o isə həmin məbləği digər Cavabdeh1 vermişdir. İddiaçı iddia ərizəsində də bu halı qeyd etmişdir. Cavabdeh1 tərəfindən müəyyən təmir-tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 şifahi podrat müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi ona dair hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı tərəf verilən məbləğin müqabilində işlərin tamamilə başa çatdırılmadığını bildirir və bu səbəbdən ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Cavabdehlər isə verilən pulun müqabilində bütün işlərin görüldüyünü və borcun olmadığını bildirirlər. Məhkəmə ekspert rəyinə istinad edərək hesab edir ki, cavabdehlər tərəfindən görülmüş təmir-tikinti və yenidənqurma işlərinə çəkilən xərclərin ümumi məbləği 4773 manat qiymətləndirildiyindən artıq qalan 3627 manat məbləğində pul (8400-4773=3627) iddiaçıya ödənilməlidir. Məhkəmə pulun cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən verilən 8400 manat məbləğində pulun Cavabdeh2 tərəfindən digər Cavabdeh1 verilməsi halı müəyyən edildiyindən və bu halı iddiaçı iddia ərizəsində, cavabdehlərin vəkili və nümayəndəsi məhkəməyə verdiyi izahatında və digər Cavabdeh1 polis idarəsində verdiyi izahatında təsdiq edildiyindən 3627 (üç min altı yüz uyurmi yeddi) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3927 (üç min doqquz yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-82/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-82/2023
20.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver