Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-822/2022 03.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4171 manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 62,11 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 idarə etdiyi ** NS *** dövlət qeydiyyat nişanlı X11 Prado markalı avtonəqliyyat vasitəsi 29.12.2018-ci il tarixində "xxxx" ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 05.07.2019-cu il tarixində Cavabdeh1 idarə etdiyi ** NS *** dövlət qeydiyyat nişanlı X11 Prado markalı avtonəqliyyat vasitəsilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** BB *** dövlət qeydiyyat nişanlı VAZ 2101 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin hadisə nəticəsində X2 az ağır, X6 və X1 isə yüngül xəsarət dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırlarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Hadisə ilə bağlı icbari sığorta üzrə öhdəlik daşayan şirkət olaraq xəsarət alan şəxslərə həmçinin zərər çəkmiş nəqliyyat vasitəsinə ödənişin verilməsi təmin olunmuşdur. Belə ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş sığorta aktlarına əsasən ümumilikdə 4171 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmışdır və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmiş və "xxxx" ASC-nin ödədiyi 4171 manat sığorta ödənişini hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmiş və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.12.2018-ci il tarixli PPA ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan “Toyota-Land-Cruiser Prado” markalı markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil 27.12.2018-ci il tarixdən 27.12.2019-cu il tarixədək olan müddətdə "xxxx" ASC -də sığortalanmışdır. İş materiallarında olan 25.12.2019-cu il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığotası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 idarə etdiyi “Toyota-Land-Cruiser Prado” markalı markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil Tovuz rayonu Qovlar şəhərində İbrahimhacılı kəndi yolu ilə N.Nərimanov pospektinin kəsişməsində X6 etibarnamə əsasında idarə etdiyi “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqqumuşdur. Hadisə nəticəsində X2 az ağır, X6 və X1 isə yüngül zərər dəymişdir . Həmçinin, “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Araşdırma zamanı Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olmuşdur. İş materiallarında olan ittiham aktının surətindən görünür ki, Cavabdeh1 barəsində CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Naziliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Biliyinin 05.08.2019-cu il tarixli 371 nömrəli ekspert rəyinin surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül zərər vurulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Naziliyinin Mhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Biliyinin 05.08.2019-cu il tarixli 372 nömrəli ekspert rəyinin surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X3 yüngül zərər vurulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Naziliyinin Mhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Biliyinin 05.08.2019-cu il tarixli 378 nömrəli ekspert rəyinin surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X2 az ağır zərər vurulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği, ehtiyat hissələrinin dəyəri 431 manat, görülən işlər 740 manat olmaqla, cəmi 1171 manat müəyyən edilmişdir. İş materiallarında olan 16.01.2020-ci il tarixli nömrəli sığorta ödənişi ilə bağlı sığorta aktlarından görünür ki, "xxxx" ASC tərəfindən sağlamlığa dəymiş zərəri aradan qaldırılmaq üçün 1500 manat sığorta ödənişi X5, 750 manat sığorta ödənişi X6, 750 manat sığorta ödənişi X4, həmçinin “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri aradan qaldırılmaq üçün 1171 manat sığorta ödənişi etibarnamə əsasında X5 şəxsi hesabına köçürülür. İş materiallarında olan ödəniş tağşırıqlarından görünür ki, 1500 manat sığorta ödənişi X5, 750 manat sığorta ödənişi X6, 750 manat sığorta ödənişi X4, həmçinin “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri aradan qaldırılmaq üçün 1171 manat sığorta ödənişi etibarnamə əsasında X5 şəxsi hesabına köçürülmüşdür. İş materiallarında olan 21.12.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 62,11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan “Toyota-Land-Cruiser Prado” markalı markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil 27.12.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi zərər vurmuşdur. Həmçinin hadisə nəticəsində “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan X2 az ağır, X6 və X1 isə yüngül xəsarət dəymişdir. Cavabdeh1 barəsində CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Qeyd olunan zərəri aradan qaldırmaq üçün "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslərə cəmi 4171 manat məbləğində sığorta ödənişi verilmişdir. "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 11 fevral 2020-ci il tarixli 0771/1 saylı geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdehlər tərəfindən müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Cavabdehlər məhkəmə iclasında iddianı etiraf etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehlərin etiraflarını qəbul edir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə, həmçinin Cavabdeh2 mülkiyyətindəki avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmək üçün Cavabdeh1 verdiyinə görə, iddiaçı "xxxx" ASC-nin sığorta ödənişini cavabdehlərin hər ikisindən müştərək qaydada tutulmasını tələb edərkən haqlı olmuşdur. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4171 manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 62,11 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4171 (dörd min yüz yetmiş bir) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 62,11 (altmış iki manat on bir qəpik (61,71+0,40=62,11) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-822/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-822/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver