Məhkəmə qərarları › İş №e-2(004)-83/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-83/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-83/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı “vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz və qərəzli hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı “vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz və qərəzli hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK və Cavabdeh2 MTK-nın sədri Cavabdeh1la 29 yanvar 2013-cü il tarixdə bağlanılmış müqavilə öhdəliklərini 10 (on) il müddətdə və məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş vəzifələri 8 (səkkiz), 4 (dörd) və 2 (iki) il müddətdə icra etməməsi, binada əlverişli və təhlükəsiz yaşayış şəraitinə maneələrin və mülki hüquq pozuntuların aradan qaldırılmaması, iddiaçıya məxsus mənzildən tam istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərin və təhlükəsizlik tədbirlərinin lazımınca təmin edilməməsinin və iddiaçının qanuni mənafelərinin həyata keçirilməsinə davamlı maneələr yaratması hərəkətləri, qanunsuz və qərəzli hərəkət (hərəkətsizlik) hesab edilməsi; Yasamal rayon Məhkəməsinin 31 mart 2021 -ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh2 MTK tərəlindon iddiaçıya ödənilməli 20117 (iyirmi min yüz on yeddi) manat pul məbləğinin, 1 aprel 2022-ci il tarixdən, borcıın tam həcmdə ödənildiyi tarixə qədərki dövrdə, gecikdirilən hər ay (üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə müvafiq faizlərin cəmi ilə hesablanmış pul məbləği iddiaçıya verilməsi; Cavabdehlərlə bağlanılmış xx.xx.2013-cü il tarixli “xidmət müqaviləsi”nin 1.1. bəndi üzrə “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” müqavilə şərtlərinə əsaslanaraq, iddiaçının mənzildə quraşdırdığı istilik sisteminin 6 (altı) il müddətdə istifadəsiz qalması nəticəsində, istilik sistemi aksessuarlannın istifadəyə yararsız olması və mərkəzləşdirilmiş qazanxanadan istilik təminatının perspektivsizliyi səbəbindən, eyni zamanda, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəsmi rəyinə əsasən, ünvan üzrə binada qaz cihazlarının istifadəsi ilə istilik sisteminin işlədilməsi təhlükəsizlik qaydalarına zidd olduğundan, mənzildə istilik sisteminin (radiatorların və boruların) sökülməsi (demontajı) və söküntü yerlərində (döşəmə və divarlarda) bərpa işlərinin görülməsi üçün iddiaçıya dəyən ziyan məbləği müəyyən edilməsi; cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin və məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş vəzifələrin davamlı icra edilməməsi, təqsirli mülki hüquq pozuntularının qərəzli davam etməsi, iddiaçının qanuni mənafelərini həyata keçirilməsinə maneələr yaradılması və iddiaçıya məxsus mənzildən tam istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərin və təhlükəsizlik tədbirlərinin lazımınca təmin edilməməsi nəticəsində, iddiaçının həmin mənzildən lazımınca səmərəli istifadə edə bilməməsi və hüquqlarının pozulmasının müstəqil nəticəsi olaraq, vurulmuş mənəvi zərərin əvəzi kimi, 1 aprel 2022-ci il tarixdən, hazırkı iddia ərizəsi üzrə qətnamə qəbul edildiyi tarixə qədərki dövrdə, iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 15000 (on beş min) manat və maddi zərərin əvəzi kimi, 10000 (on min) manat məbləğdə təzminat ödənilməsinə dair qətnamə qəbul edilməsi; ödənilmiş dövlət rüsumu, cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 aid edilsin və rusum məbləği cavabdehlərdən tutularaq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 müqavilə öhdəliklərini və məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş vəzifələri davamlı olaraq, yerinə yetirməməsi nəticəsində, ünvan üzrə binada iddiaçıya məxsus mənzildən istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərlərin və təhlükəsizlik tədbirlərin lazımınca təmin edilməməsi, mənzillərə qazanxanadan isti su və istilik verilməməsi səbəbdən, əlavə elektrik şərfiyyatına külli miqdarda pul xərclənməsi, binanın avtodayanacağında avtomobili saxlaması üçün qərəzliklə yer verilməməsi səbəblərdən, iddiaçının, ona məxsus mənzilindən lazımınca istifadə edə bilməməsi ilə bağlıdır. Cavabdehlərin qanunsuz hərəkətlərinin davam etməsi, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində və mənzildə komfort yaşayış şəraitinin yaranmasına ciddi maneələr yaradır. Bu halların müstəqil nəticəsi olaraq, iddiaçıya davamlı olaraq, maddi və mənəvi zərər vurulur. İddia ərizəsində göstərilən hallarla bağlı, mübahisənin məhkəmədən kənar həlli mümkünsüz olmuşdur. Bu hal, cavabdehin davamlı qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) qərəzli olmasını təsdiq edir. Göstərilən səbəbdən, Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 qarşı “vəzifəli şəxsin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz və qərəzli hesab edilməsi, ödənilməli pul məbləğinin cari dəyərinin bank uçot dərəcəsinə müvafiq faizlərin hesablanması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair”, əvvəlki iddia ərizəsinin tələblərinə anoloji və zaman baxımından fərqli, 01 aprel 2022-ci il tarixdən sonrakı dövrii əhatə edən miiddətə aid iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 qarşı hazırkı iddia ərizəsində göstərilən tələblərin əsaslığını təsdiq edən subutlar, həmçinin, tələbi müəyyənləşdirən faktlar və əsaslandıran dəlillər məhkəməyə təqdim edilmişdir. Cavabdehlərin təqsirli hüquq pozuntularının (hərəkət və hərəkətsizliyinin) olması və qərəzli olaraq, davam etməsi onunla əsaslandırılır ki, Cavabdeh2 MTK ünvan üzrə mübahisə predmeti olan binanın inşasında podratçı təşkilat olmuşdur və bu səbəbdən, binada və binanın 2-ci girişində mövcud natamamlıqlar, qusurlar, yaşayış üçün narahatıq yaradan və təhlükəli hallar barədə cavabdehin məlumatlı olması mübahisəsizdir. Bu hallar, çoxsaylı instansiya məhkəmələrinin qəbul etdiyi, hüquqi qüvvəyə minmiş qətnamələrdə və qərarlarda, Azərbaycan Respublikasının (AR) Ədliyyə naziriliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (MEM) çoxsaylı rəylərində və AR Fövqəlada Hallar nazirliyinin (FHN) X6 Xidmətinin yanğın-texniki müaino rəylərində, öz əksini tapmışdır. İş üzrə qəbul edilmiş və hüquqi qüvvəyə minmiş məhkəmə qətnamələrdə və ekspertiza rəylərində ünvan üzrə binanın inşasında Cavabdeh2 MTK tərəfindən yol verilmiş mülki hüquq və “Tikinti Norma və Qaydalan”nın çoxsaylı ciddi pozuntuları, müqavilə öhdəliklərini yerinə yetirilməməsi və məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməməsi subut olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin ünvan üzrə binanın istismarına dair 27 dekabr 2016-cı il tarixli 0083 saylı “İcazə” sənədində göstərilir ki, Cavabdeh2 MTK tikinti obyektinin keyfiyyət zəmanəti (istismarı ilə bağlı zəmanət) miiddəti 2 (iki) ildir”. Bu müddət, 27 dekabr 2018-ci il tarixdə bitmişdir. Həmin müddətdə sakinlərin çoxsaylı müraciətlərinə və bununla bağlı, məhkəmə qətnamələrində, xüsusi ilə Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsində təsbit olunan çoxsaylı tələblərə rəğmən, cavabdeh, binanın inşasında və xidmətlərdəki qüsurları, natamamlıqları və yaşayış üçün təhlükəli halları qorəzliklə aradan qaldırmamışdır. Həmin vəzifələrin və icranın hərəkətlərinin yerinə yetirilməməsi davam edir. Cavabdeh, xx.xx.2013-cü il tarixli “Xidmət müqaviləsi”nin “Kooperativin öhdəlikləri”nə aid hissəsinin “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməli” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin etməli (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması (bənd 1.4.)» “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli’’ (bənd 1.7.), bəndlər üzrə müqavilə şərtlərini ciddi pozmuşdur və bu hal hazırda davam edir. Bu öhdəliklərlə bağlı, cavabdehlər, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci ii tarixil №2(004)-98/2022 saylı qətnaməsində üzərinə qoyulmuş vəzifələrin icrasından davamlı olaraq yayınır. Xidmət müqaviləsi”nin 1.1. bəndi üzrə “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” məzmunda öhdəlik, cavabdeh tərəfindən yerinə yetirilməmişdir. "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli №10/46-03 saylı sənədə əsasən, ünvan üzrə banada mərkəzləşdirilmiş qazanxanadan isti su təhcizatı 07.2017-ci il tarixdən, və istilik təhcizatı 12.2019-cu il tarixdən dayandırılmışdır. Bu hal, hazırda davam edir. İddiaçı, “Xidmət müqaviləsi”nin 1.1. bəndi üzrə cavabdehin öhdəlinə güvənərək, mənzildə isti su təminatı üçün “Kombi” tipli qızdırıcı sistemi quraşdırmamışdır. Mübahisə ilə bağlı, AR Ədliyyə nazirliyinin MEM-nin texniki mühəndis ekspertizası keçirilmişdir. xx.xx.2021-ci il tarixli №10/3788 və xx.xx.2022-ci il tarixli №10/6946 saylı ekspert rəyləri əsasında, məlum olmuşdur ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi ünvan üzrə 20 (iyirmi) mərtəbəli yaşayış binasının inşasında AR Dövlət Tikinti Normalarının və qaz təchizatı layihələndirmə normalarının ciddi pozuntusuna yol verilmişdir. Ünvan üzrə binada qaz təhcizatının əsas xəttinin qanalı balkonlarda keçirildiyi üçün, mənzillərdə qaz istifadəsi ilə qızdırıcıların quraşdırılması ciddi qanun pozuntusudur və təhlükəlidir. Bu səbəbdən, iddiaçıya məxsus mənzildə və ümumiyyətlə, ünvan üzrə binanın bütün mənzillərdə, qaz istifadəsi ilə işlədilən qızdırıcıların, o cümələdən, “Kombi” fərdi istilik sisteminin quraşdırması, təhlükəsizlik baxımından, mümkünsüzdür. Bu səbəbdən, iddiaçıya məxsus mənzilin daimi isti su və istiliklə təmin edilməsi mümkünsüz olmuşdur. Ekspertiza zamanı, müəyyən edilmişdir ki, ünvan üzrə binada, mənzillərin açıq eyvanında qaz xətti olmadığından, bina sakinləri “Kombi”, yaxud, qazla işləyən dinər qızdırıcının quraşdırılması üçün, mənzilin qapalı eyvanında yerləşən əsas qaz xəttindən, yasayış otağının daxilindən keçirməklə, dəmir boru ilə qaz xətti cəkməvə məcbur olmuşlar. Bu hal, AR Nazirlər kabinetinin təsdiq etdiyi “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nda təsbit olunan tələblərə və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi “Qaz təchizatı. Layihələndirmə normaları” (CHhFİ 2.04.08-87*-nin əvəzi) üzrə tələblərə ziddir və potensial təhlükədir. İddiaçı, tələb olunan bu qaydalara riayət edərək, mənzildə qazla işlədilən qızdırıcı cihazlardan istifadə etmir. Bu səbəbdən, mənzildə normal və komfort şəraitdə yaşayış mümkünsüzdür. Həmçinin, mənzildə quraşdırılmış istilik sisteminin 6 (altı) il istifadəsiz qalması, istilik sistemin aksessuarlannın, boruların və radiatorların xarab olmasına səbəb olmuşdur. Həmin sistemin sökülməsi, əlavə tikinti materialları alınmasına, ciddi narahatlığı ilə yanaşı, iddiaçıdan əlavə vaxt və külli miqdarda pul vəsaiti itkisi tələb edir. Xidmət müqaviləsi”nin 1.2. bəndi üzrə “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin etməli” öhdəliyk, cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Binanın 2-ci girişində quraşdırılmış hər 3 (üç) lift, textiki cəhətdən nasaz vəziyyətdədir, liftlərin istismara yararlığını təsdiq edən mütəxəssis rəyi yoxdur, liftlərin heç birində xilasetmə məntəqəsi ilə əlaqə sistemi quraşdırılmamışdır və binada xilasetmə məntəqəsi yoxdur. Liftlər tez-tez sıradan çıxır, təhlüükəli hallar yaşanır (qapılar bağlanmır, yaxud, açılmır, lift hərokətsizləşir və s.). Bu hallar, FHN-nin müvafiq qurumları tərəfindən çoxsaylı aktlarla və digər rəsmi sənədlərlə təsdiq edilir. Bununla bağlı, FHN-dən xx.xx.2023 tarixli sənəd, iddia ərizəsinə əlavə edilmişdir. “Xidmət müqaviləsi’nin 1.4. bəndində mənzillərin girişində sayqaclara elektrik, soyuq və isti suyun verilməsini təmin etməli” məzmunda öhdəlik, cavabdeh tərəfindən, yerinə yetirilməmişdir. Mənzilə aid sayğacların müqavilə şərtinə uyğun mənzilin girişində quraşdırılmaması, iddiaçının (mənzil sahibinin) elektrik və ya su sərfiyyatma nəzarət etmək hüququnu pozur. Bu halda, elektrik və su sərfiyyatı ilə bağlı, problemin elektronika, billing, insan amili və ya kənar müdaxilələr, istisna olunmur. “Xidmət müqaviləsi”nin 1.7. bəndində “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli” məzmunda müqavilə öhdəlikləri, cavabdeh təıəfındən lazımınca yerinə yetirməmişdir. Bu bənd üzrə tamamlama işləri lazımınca və keyfiyyətli görülməmişdir. Cavabdehlər, Yasamal rayon Məhkəməsinin xx.xx.2016 tarixli qətnaməsinin “qət etdi” hissəsində təsbit olunan 10 (on) bənddən 7 (yeddi) bəndi üzrə, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələrin bütün bəndləri üzrə qətnamələrində təsbit olunan tələbləri, hazırkı vaxta qədər yerinə yetirməmişdir. Hətta, ünvan üzrə binanın sahəsində sakinlərin avtomobil saxlaması üçün dayanacaqda, iddiaçının avtomobilinin saxlanılması və həmin dayanacaqdan istifadə hüququnun tanınmasına dair Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, məhkəmə qətnaməsi olduüu halda, cavabdeh, qərəzli olaraq, bu tələbin icrası ilə bağlı, davamlı maneələr yaradır və avtomobil saxlamasına qərəzlildə imtina edir. Cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi), icra vərəqələri üzrə çoxsaylı tələblərin icra edilməməsi, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati qərarında öz əksini tapmışdır. Bütün qərarlar iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh2 MTK sədri, icranın vaxtını uzatmaq məqsədi ilə, yayındıncı üsullardan istifadə etməklə, müxtəlif instansiya məhkəmələrinə, hüquqi əsası olmayan şikayətlərlə müraciət edir. Bu hal AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, №2(102)-1576/2023 və xx.xx.2023- cü il tarixli, №2(102)-2654/2023 saylı qərarları ilə təsdiq edilir. Ünvan üzrə binada və binanın 2-ci girişində bu və digər ciddi problemlərin 10 (on) il ərzində həll olunmamasının və icra vəqələri üzrə tələblərin icra edilməməsinin səbəbi, Cavabdeh2 MTK sədri Cavabdeh1 davamlı inadkarlığı, məntiqsiz bəhanələrlə, işin həllini süründürməçiliyə salması, əsassız şikayətlərlə instansiya məhkəmələrinə müraciət etməsi və yanlış özünə məlum olan kənar təsirlərdən istifadə etməsi ilə bağlıdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci ii tarixil №2(004)-98/2022 saylı qətnaməsinin “qət etdi” (səh. 11) hissəsində Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 üzərinə qoyulmuş vəzifələrin, o cümlədən, həmin hissədə (bənd 4) təsbit olunan “Cavabdeh2 MTK-dan dəyıniş maddi zərərin əvəzi kimi 20.117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin” məzmununda tələbin icrasından, davamlı yayınır. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli 20117 (iyirmi min yiiz on yeddi) manat pul vəsaiti hesabından, 01 aprel 2022-ci il tarixdən cavabdehlər tərəfindən borcun tam həcmdə ödənildiyi vaxta qədər, gecikdirilən hər ay üçün, pulun zaman dəyəri nəzəriyyəsindən irəli gələn cari dəyərinin AR Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq faizlərin hesablanması ilə, dövrlər üzrə faizlərin ümumi məbləği müəyyən edilməli və hesablanmış məbləğdə pul vəsaiti iddiaçıya verilməlidir. Bu məbləğin müəyyən edilməsi iş üzrə mühüm sübut əhəmiyyətinə malik olduğundan və bu hesablama xüsusi bilik tələb etdiyindən, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması, istisna olunmur. Cavabdeh, ünvan üzrə mənzilə aid, iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli “Müqavilə” və ’’Xidmət müqaviləsi” şərtləri pozmaqla, öhdəliklərini icra etməməsi və ünvan üzrə mənzilə dair Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cıı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cı il tarixli qətnamələrin icra vərəqələri üzrə tələblərin yerinə yetirilməməsi, mənzildən tam istifadəsi üçün tələb olunan kommunal xidmətlərin və təhlükəsizlik tədbirlərinin lazımınca təmin olunmaması nəticəsində, iddiaçıya davamlı maddi və mənəvi zəıər vurulmuşdur. İcra vərəqələri üzrə çoxsaylı tələblərin cavabdehlər tərəfindən icra edilməməsi ilə bağlı, subutlar, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati Qərarında iiz əksini tapmışdır Bu hallar, hazırda davam edir. Cavabdehin “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” məzmunda öhdəliyini yerinə yetirməməsi səbəbindən, iddiaçı, məcbur olaraq, mənzildə, “Ariston” elektrik qtzdırıçı cihazı quraşdırmışdır. Lakin, “Ariston” qızdınçı cihazı, yalnız isti sudan istifadəni təmin edir, mənzilin qızdınçı sistemi ilə əlaqəsi yoxdur və mənzilin istiliyi təmin etmir. Bu hal, xüsusi ilə, soyuq hava şəraitində mənzildə normal komfort yaşayışı mümkünsüz etmişdir. Digər tərəfdən, elektrik cihazlarının istifadəsi zamanı bir sıra təhlükəli halların ehtimalı, mübahisəsizdir. Qısaqapanma, artıqyüklənmə, naqillərin izolyasiyanın pozulması və digər amillər bu təhlükəli halların baş verməsinə şərait yaradır. Həmçinin, mənzillərin elektrik cihazlarla isidilməsi, təbii qazla isidilməsindən bir neçə dəfə baha başa gəlir. Bununla yanaşı, mənzillərdə elektrik qızdıcilarınm işlədilməsi, mənzilin havasında quruluq diskomfortu yaradır və havada yetərli rütubətin olmaması, insanın sağlamlığına, və xüsusi ilə, immun sisteminə çox pis təsir göstərir, xroniki xəstəliklərin kəskinlışməsinə səbəb olur. Elektrik qızdırıcı cihazlarının davamlı işlədilməsi nəticəsində, havanın quruluğu, dərinin və tənəffüs yollarının qurumasına səbəb olur. Bu səbəbdən, xüsusi ilə, burun-boğaz və göz qişasının quruması nəticəsində, həmin orqanların selik qişalarına qoruyucu funksiyanın zəifləməsi, yaxud, itirilməsi, müxtəlif infeksiyanın düşməsinə və inkişafına təhlükə yaradır. Sadalanan amillər, iddiaçının və ailə üzvlərinin sağlamlığına davamlı ciddi təsir göstərir. Yasamal rayon İcra və Probasiya şöbəsi, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixil №2(004)-98/2022-035 saylı icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022cl ii tarixli qərar qəbul etmişdir. Buna rəğmən, cavabdehlər qətnamənin icra vərəqəsi üzrə tələbləri, o cümlədən, iddiaçının dayanacaqdan istifadə hüququnun təmin edilməsi və iddiaçıya dəvmiş maddi zərərin əvəzi kimi 20.117 (iyirmi min yüz on yeddi) manat pulun iddiaçı X1 ödənilməsi tələbini yerinə yetirməkdən, hazırkı vaxta qədər yayınırlar. Azərbaycan Respublikasının (AR) Fövqəladə Hallar Nazirliyinin (FHN) X4 Görülməsi və X5 Agentliyinin xx.xx.2023-cü il tarixli №3- 18-3/2-3580/23 saylı məktubunda göstərilir ki, ünvan üzrə binanın 2-ci girişində “liflərdə qeyd olunan nasazlıqlara görə, liftlərin istismarının qadağan olduğu, "xxxx" MMMC-nə bildirilmiş, bu nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi tələb olunmuşdur. Liftlərin istismarı ilə bağlı, baş verə biləcək qəza və bədbəxt hadisələrə görə, "xxxx" MMMC-nin məsuliyyət daşıması nəzərərinə çatdırılmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, binanın qaz təchizatı ilə bağlı, sayğacların quraşdırıldığı qaz xətti davaoları, mənzillərin yataq otaqlarında və bağlı balkonlarda yerləşir. Bu vəziyyət, təhlükəsizlik tələblərinə /iddir və qəzava şəıait yarada hilər”. Bu kimi real və potensial təhlükəli hallar, iddiaçıda davamlı psixoloji gərginlik və narahatlıq yaradır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli rəsmi arayışı ilə təsdiq edilir ki, cavabdehlər, mərkəzləşdirilmiş qazanxanadan mənzilləri daimi isti su və istiliklə təmin ediləcəyi barədə müqavilə öhdəliyini son 6 (altı) il ərzində tam pozmudur. Bu səbəbdən, iddiaçının mənzildə quraşdırdığı istilik sisteminin bütün avadanlıqları (radiatorlar, borular, temperatur tənzimləyici cihazlar və s.) artıq textiki cəhətdən yararsız hala düşmüşdür və bu səbəbdən, sökülməlidir. Bu söküııtü, mənzildə təmir işlərinin yenidən görülməsini, əlavə tikinti materialları, narahatlıq, vaxt və külli miqdarda pul vəsaiti tələbedir. Ünvan üzrə binada rahat yaşayış üçün çoxsaylı narahatlıqların və təhlükəli hallann aradan qaldırılmaması və digər sadalanan səbəblərdən, iddiaçı həmin binada ona məxsus mənzildən normal yaşayış üçün istifadə edə bilmir, özünün və ailə üzvlərinin rahatlığı təmin edə bilməmişdir. Bu hallar iddiaçının davamlı narahatlığına və iztirabına səbəb olur. İddia ərizəsində göstərilən hüquqi qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunur ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin və məhkəmə qətnamələrində üzərinə qoyulmuş vəzifələrin davamlı yerinə yetirilməməsi, qanunsuz və korrupsiya tərkibli əməllərinin davam etməsi nəticəsində ünvan üzrə binada mülki hüquq pozuntuları, yaşayış üçün narahatlıq yaradan və təhlükəli hallar aradan qaldırılmamışdır. Bunun nəticəsində, iddiaçıya məxsus mənzildə, xüsusi ilə, ilin soyuq fəsillərində normal və komfort şəraitdə yaşayış mümkünsüzdür. Cavabdehin müqavilə öhdəliklərini davamlı icra etməməsi, iddiaçıya məxsus mənzildən istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlər və təhlükəsizlik tədbirləri ilə lazımınca təmin edilməməsi, iddiaçıya və onun əmlakına zərər vurulmasına gətirib çıxaran təqsirli mülki hüquq pozuntularının davam etməsi nəticəsində, iddiaçı, normal yaşayış şəraitindən məhrum olmuşdur və bu səbəbdən, ona məxsus mənzildən tam istifadə edə bilmir. Məhkəmə materialında olan qərar və qətnamələrdə subut və təsdiq edilmişdir ki, iddiaçının hüquqlarının davamlı pozulması, cavabdehin təqsirli hərəkətinin (hərəkətsizliyinin) müstəqil nəticəsidir. İddiaçıya qarşı törədilən qanunsuz hərəkətin (hərəkətsizliyin) onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması, mənəvi sarsıntı və iztirab keçirməsi və nəticə etibarı ilə onun sağlamlığınana təsiri inkar edilməsidir. AR Ədliyyə nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ünvan üzrə binaya aid, iş materialında olan xx.xx.2022-ci il tarixli №10/6946 saylı ekspert rəyindən görünür ki binanın inşasında vol verilmiş qusurlar nəticəsində mənzildə istilik sisteminin quraşdırılması təhlükəsizlik qaydalarına ziddir və texniki cəhətdən mümkünsüzdür. Bu o deməkdir ki, ünvan üzrə məzildə (binada) normal komfort şəraitdə yaşamaq perspektivi yoxdur. Eyni zamanda, binanın mənzillərində təhlükəsizlik tədbirlərinə zidd olaraq qaz istifadəsi ilə işləyən qızdırıcı cihazlardan istifadə, həyat üçün ziyan vo təhlükəli vəziyyət yaradır. Bu real psixoloji faktorların hər bir insanın, həmçinin, iddiaçının şüuruna davamlı mənfi təsiri və stress yaratması inkaredilməzdir. Cavabdehin çoxsaylı qanunsuz hərəkətlərini subut etmək və aradan qaldırılmasına nail olmaq üçün, mənzildə normal yaşayış və təhlükəsizlik hüquqlarının müdafiəsi ilə bağlı, 2013-cü ildən bu zamana qədər (10 il ərzində) cavabdehlə davamlı mübahisə vəziyətindədir və bu məsələlərin ədalətli həllinə nail olmaq üçün çox vaxt sərf etmişdir. Göründüyü kimi, cavabdehlərin qərəzli və təqsirli mülki hüquq pozuntusunun (hərəkət və hərəkətsizlik) və korrupsiya tərkibli əməllərinin davam etməsi nəticəsində iddiaçıya vurulan maddi və mənəvi zərər davamlı xarakter daşıyır və zərərin səbəbləri hazırkı vaxta qədər aradan qaldırılmamışdır. Bu məntiqlə, iddiaçının hüquqlarının pozulması da davam edir. Bu halların müstəqil nəticəsi olaraq, iddiaçının keçirdiyi mənəvi və fiziki sarsıntılar davam edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "Qranit” MTK-nın İdarə Heyətinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolundan görünür ki, MTK-nın üzvü 139 saylı mənzilin sahibi X3 müraciətinə əsasən o, kooperativ üzvlüyündən azad edilmiş və xx.xx.2008-ci il tarixli ’’Qranit” MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında Müqavilə”si etibarsız sayılmışdır. İddiaçı kooperativ üzvlüyünə qəbul edilərək, onunla ’’Qranit” MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilə”, həmçinin "Xidmət Müqaviləsi” bağlanmış və 2-ci blok, 16-cı yaşayış mərtəbəsindəki 2 otaqlı, 139 saylı mənzili dəyəri 98.627 manat ondan kooperativin xəzinəsinə qəbul edilmişdir. AR ƏMDKY DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1028, İzmir küçəsi, ev 9C, mənzil 139 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh2 Mənzil Tikintisi Kooperativi ilə İddiaçı arasında bağlanılmış 29 yanvar 2013-cü il tarixli Xidmət müqaviləsinin 1.1-ci bəndindən görünür ki, Kooperativ üzərinə kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etmək öhdəliyini götürmüşdür. Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh "Qranit” MTK-nın üzərinə İddiaçı ilə ünvan 3 ünvanda "Qranit” MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış "Xidmət müqaviləsi”ndə təsbit olunan "kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), "sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), "mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), "blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulması; İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna cavabdeh "Qranit” MTK tərəfindən yaradılan maneələr aradan qaldırılsın, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilməsi və tanınması; Cavabdeh "Qranit” MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20.117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat cavabdeh "Qranit” MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyətinin tikinti obyektinin istismarına dair xx.xx.2016-cı il tarixli 0083 saylı “İcazə"dən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 C saylı binanın avtodayanacağının sahəsi 5962,80 kv.metrdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 Mənzil Tikintisi Kooperativinin sədri Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq binada olan qarajların ayrı-ayrı şəxlərə məxsus olduğu və kooperativin balansında qaraj sahəsinin olmadığı, “Qranit" MTK-dan mənzil alarkən bağlanmış müqavilədə qaraj verilməsi ilə bağlı lıeç bir öhdəliyin olmaması bildiririlmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 Mənzil Tikintisi Kooperativinin sədri Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, təxminən 2018-ci ildən sonra avtodayanacaq sahibləri haqqında məlumat MTK-da olmamışdır. Mülkiyyət hüququ əldə etmiş mülk sahibləri, həmin mülkləri sata, bağışlaya, dəyişdirə və qanunla qadağan olunmayan qaydada özgəninkiləşdirə bilər. Bu səbəbdən də hal hazırda MKT-da bu haqqda məlumatların olmağı mümkünsüzdür. İstismara qəbul edilərkən verilən akta əsasən binada 205 avtodayanacaq sahəsi olmuş, onların da satılması zamanı qayda və qanunlara tam əməl edilmişdir. Mənzillərlə bərabər avtodayanacaq sahələri də ayrılıqda satışa çıxarılmış və ayrı-ayrı ödənişlər əsasında müxtəlif şəxslərə satılmışdır. Mənzillərin alqı satqısına dair müqavilə yalnız mənzillərə aid olmaqla, avtodayanacaq sahəsinə heç bir aidiyyatı olmamış və MTK-nın belə bir öhdəliyi də olmamışdır. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/818-9/9007 saylı ekspert rəyindən görünür ki, ünvan 5 ünvanda iddiaçı X1 məxsus 139 saylı mənzildə quraşdırılmış istilik sisteminin (radiatorlar və istilik sisteminin digər avadanlıqları) sökülməsinə (demontaj edilməsinə) və söküntü yerlərinin bərpasının müəyyən olunması üçün yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyirinin bazar qiymətlərinə uyğun olaraq 9647,0 manat məbləğində olduğu müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Ariston” markalı su qızdırıcısının sutka ərzində sərf etdiyi elektrik enerjisinin 30 kVts, iki illik sərfiyyatı isə 21600 kVts (30 kVts x 30 gün x 24 ay =21600 kVts) təşkil edir. Dəyərinin isə (1 kVts elektrik enerjisinin 200 kVts-a qədər 0.08 AZN, 200 kVts-dan 300 kVts- a qədər 0.09 AZN, 300 kVts-dan çox olan hissəsi 0.13 AZN nəzərə alınmaqla) 24 aylıq 2.472,00 AZN olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməməsi səbəbindən mənzilin 1 ay ərzində elektrik enerjisi ilə qızdırılması üçün 4284 kVts elektrik enerjisinin sərf olunduğu müəyyən edilir. Belə olan halda, Bakı şəhərində mənzillərin qızdırılma mövsümünün 5 ay (15 noyabr- 15 aprel) davam etdiyi nəzərə alınmaqla, iki illik sərfiyyat 42840 kVts (4284 kVts x 10 ay) təşkil edir. Dəyərinin isə (1 kVts elektrik enerjisinin 200 kVts-a qədər 0.08 AZN, 200 kVtsdan 300 kVts-a qədər 0,09 azn, 300 kVts-dan çox olan hissəsi 0,13 AZN nəzərə alınmaqla) 10 aylıq 5429,20 AZN olduğu müəyyən edilir. Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 MTK arxiv sənəd materiallarının mühafizə üçün Beyləqan rayon X10 materiallarını mühafizə üçün Beyləqan rayon Dövlət Arxivinə təhvil verməmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Qranit" MTK-ya aid yaşayış binasına aid olan 2 mərtəbəli avtodayanacağın inşasına icazə verən səlahiyyətli qurumlar tərəfindən avtodayanacağın statusunu, istismar təyinatını, istifadə qaydalarını müəyyənləşdirən və təsdiq edən sənədlər barədə Beyləqan rayon Dövlət Arxivində məlumat və ya sənəd aşkar edilmədi. Binanın və avtodayanacağın layihəsində mövcud olmayan, binanın avtodayanacaq sahəsində inşa edilmiş “xüsusi qarajların” (yəni nəqliyyat vasitələrinin durması və parklanması üçün mühafizə olunan tikililərin), hansı əsasla inşa edilməsi və sahibləri barədə rəsmi sənədlər barədə Beyləqan rayon Dövlət Arxivində məlumat və ya sənəd aşkar edilmədi. Ünvan üzrə binada avtodayanacağın özgəninkiləşdirilməsinə dair icazə sənədi və bununla bağlı, qanun tələbləblərinə müvafiq, Qranit MTK üzvlərinin razılığını təsdiq edən sənədlər barədə Beyləqan rayon Dövlət Arxivində məlumat və ya sənəd aşkar edilmədi. Ünvan üzrə binada avtodayanacaqdan istifadə icazəsinin Qranit MTK-nın üzvlərinə və kənar şəxslərə hansı əsasla verilməsi barədə rəsmi sənədlər barədə Beyləqan rayon Dövlət Arxivində məlumat və ya sənəd aşkar edilmədi. Ünvan üzrə binada avtodayanacaqdan istifadə edən şəxslərin Qranit MTK-ailə bağladığı müqavilələr barədə Beyləqan rayon Dövlət Arxivində məlumat və ya sənəd aşkar edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh "Qranit” MTK-nın üzərinə İddiaçı ilə ünvan 3 ünvanda "Qranit” MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış "Xidmət müqaviləsi”ndə təsbit olunan "kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), "sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), "mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), "blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulması; İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna cavabdeh "Qranit” MTK tərəfindən yaradılan maneələr aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilməsi və tanınması; Cavabdeh "Qranit” MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20.117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat cavabdeh "Qranit” MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-227/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 98/2022 saylı, 31 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata 07 sentyabr 2022-ci il tarixdə başlanılmışdır. Borclu Cavabdeh2 MTK tərəfindən icra sənədinin icrası ilə bağlı tələbkara ödəməli olduğu pul vəsaitindən 4500 manat hissəsi İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 MTKnın üzərinə 20117 (iyirmi min yüz on yeddi) manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə tutulması qət edilsə də, cavabdeh bu günə kimi icra sənədi üzrə borcunu tam şəkildə yerinə yetirməmişdir. Mülki qanunvericiliyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən təyin edilmiş ekpertiza ilə mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməməsi səbəbindən mənzilin 1 ay ərzində elektrik enerjisi ilə qızdırılması üçün 4284 kVts elektrik enerjisinin sərf olunduğu müəyyən edilmiş, Bakı şəhərində mənzillərin qızdırılma mövsümünün 5 ay (15 noyabr- 15 aprel) davam etdiyi nəzərə alınmaqla, iki illik sərfiyyat 42840 kVts (4284 kVts x 10 ay) təşkil etməsi, dəyərinin isə 10 aylıq 5429,20 AZN olduğu müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən gecikdirilmiş borcun 5 faizi ilə iki illik elektrik enerjisinin sərfiyyatının pul ekvivalentinin xərci qarşılanmalıdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 6435 (altı min dörd yüz otuz beş manat) manat pul və ödənilmiş dövlət rüsumu - 84,35 (səksən dörd manat otuz beş qəpik) manat tutularaq, İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə yetərincə əsaslandırılmadığından təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh2 MTK-dan ödənilmiş dövlət rüsumu - 84,35 (səksən dörd manat otuz beş qəpik) manat tutularaq İddiaçı ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 202 (iki yüz iki) manat Cavabdeh2 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 6435 (altı min dörd yüz otuz beş manat) manat pul və ödənilmiş dövlət rüsumu - 84,35 (səksən dörd manat otuz beş qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 202 (iki yüz iki) manat Cavabdeh2 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar