Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-83/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-də könüllü sığortalanmış “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1424,29 manat pulun və ödənilmiş 34,30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-də könüllü sığortalanmış “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1424,29 manat pulun və ödənilmiş 34,30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə edilən “Lexus GX470” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC-də könüllü sığortalanmış “Honda CRV” markalı 10- VU-379 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli yekun defekt aktına əsasən 5600 manat, xx.xx.2020-ci il tarixli 33 nömrəli əlavə hesab fakturaya əsasən 835 manat, ümumilikdə 6435 manat maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2019-cu il tarixli **********8 saylı avtomobillərin tam sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Honda CRV” markalı 10-VU -379 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2019-cu il tarixli 085148 saylı sığorta aktına uyğun olaraq xx.xx.2020-ci il tarixli 5029 saylı ödəniş tapşırığına əsasən 5600 manat sığorta ödənişini, xx.xx.2020-ci il tarixli 393 saylı ödəniş tapşırığına əsasən xx.xx.2020-ci il tarixli 087117 saylı sığorta aktına uyğun olaraq 835 manat sığorta ödənişini könüllü sığortalı X2 ödəmişdir. İşlə əlaqədar zərərvuran Cavabdeh idarə etdiyi “Lexus GX470” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası olan "xxxx" ASC xx.xx.2020-ci il tarixli 2606 saylı ödəniş tapşırığına əsasən subroqasiya qaydasında dəymiş zərərin 4910,71 manat məbləğini "xxxx" ASC-nə geri ödəniş etmişdir. Bu səbəbdən qalıq borc 1424,29 manat təşkil etməkdədir. xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh iş materiallarına əlavə edilmiş xx.xx.2020ci il tarixli İXP ******* saylı protokol vəxx.xx.2020-ci il tarixli TP ******* saylı qərara əsasən təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranıb. Bu baxımdan 1424,29 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı "xxxx" ASC elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qüsur aktında nəzərdə tutulmuş məbləğ şişirdilmiş məbləğdir. Buna görə də iddia tələbində qeyd edilən məbləğlə razı deyildir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 34,30 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 085148 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta hadisəsi nəticəsində zədələnmiş “Honda CRV” markalı **- VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5600 manat müəyyən edilmişdir. Sığorta ödənişinin məbləği isə 100 manat azadolma məbləği çıxılmaqla 5500 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 5029 saylı Ödəniş tapşırığına əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli 085148 saylı sığorta aktına əsasən 5500 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən könüllü sığortalı X1 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 087117 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta hadisəsi nəticəsində zədələnmiş “Honda CRV” markalı **- VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 835 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 393 saylı Ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli 087117 saylı sığorta aktına əsasən 835 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən könüllü sığortalı X1 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2606 saylı Ödəniş tapşırığından görünür ki, subroqasiya qaydasında dəymiş zərərin 4910.71 manat məbləğində sığorta ödənişi "xxxx"xxxx"xxxx" ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh “Lexus GX470” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Lexus GX470” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil Qusar-Ləzə yolunun 18-ci km-də hərəkət edən zaman X1 idarə etdiyi “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********8 saylı Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnmaəsindən müəyyən olunur ki, “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək sığortalanmışdır. İş materiallarında olan Auto Trade MMC-nin 20.05.202-ci il tarixli yekun defekt aktına əsasən “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixli yekun defekt aktına əsasən 5600 manat, xx.xx.2020-ci il tarixli 33 nömrəli əlavə hesab fakturaya əsasən 835 manat, ümumilikdə 6435 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubuna əsasən iddiaçı cvaabdehə "xxxx" ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan hissəsinin, yəni 1424.29 manat məbləğinin 10 gün ərzində ödənilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan “X3 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli zərər məbləğinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi mümkün zərər məbləği 5163 manat (bu məbləğin 4001 manantı faktiki zərər, 1162 manatı ehtimal olunan zərər kimi qiymətləndirilmişdir) müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Lexus GX470” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil Qusar-Ləzə yolunun 18-ci km-də hərəkət edən zaman X1 idarə etdiyi “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi “Honda CRV” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə ilə bağlı tərtib olunmuş İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan zərəri aradan qaldırmaq üçün xx.xx.2020-ci il tarixli 5029 saylı Ödəniş tapşırığına və xx.xx.2020-ci il tarixli 393 saylı Ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən ümumilikdə 6435 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx"xxxx"xxxx" ASC-yə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4910,71 manat ödəniş həyata keçirilmişdir. Hazırda iddiaçı sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 1424,29 manat ödənişi mövcud iddia ilə tələb edir. Məhkəmə qeyd edir ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə görə, iddiaçı "xxxx" ASC sığorta ödənişinin cavabdehdən tutulmasını tələb edərkən haqlı olmuşdur. Məbləğlə bağlı məsələyə gəldikdə isə “Honda CRV” markalı **- VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği “X3 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli zərər məbləğinin müəyyən edilməsi barədə hesabatına əsasən 5163 manat (bu məbləğin 4001 manantı faktiki zərər, 1162 manatı ehtimal olunan zərər kimi qiymətləndirilmişdir) müəyyən edilmişdir. Buna görə də məhkəmə bu hesabatı əsas götürərək, nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin 252,29 manat məbləğində (5163-4910,71=252,29) cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 252,29 (iki yüz əlli iki manat iyirmi doqquz) manat məbləğində ödənilmiş sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq şəkildə işdə iştirak edən şəxslərə aid edilməli olduğunu eyni zamanda iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumunun ödənilməli olduğunu nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni 4.30 (dörd manat otuz qəpik) manat (34.30-30=4.30) iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 252.29 (iki yüz əlli iki manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 4.30 (dörd manat otuz qəpik) manat (34.30-30=4.30) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-83/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-83/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver