Məhkəmə qərarları › İş №e-2(004)-84/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-84/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-84/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nizami qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2845 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 48,45 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3518/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair 2(004)-3518/2022 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı əsasında mülki iş üzrə məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6489 saylı məktubu ilə ekspert rəyi və mülki iş materialları məhkəməyə daxil olmuş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3518/2022 saylı qərardadı ilə mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 08:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı, **-SF- *** dövlət qeydiyyat nişanlı avtomobil, X3 yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Hyundai İ30” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Hyundai İ30” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər M9512PLUS saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, tam sığorta təminatı almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi “Hyundai İ30” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, 2845 (iki min səkkiz yüz qırx beş) manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, 2845 manat dəymiş zərərin məbləği olaraq, "xxxx" MMC tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin "xxxx" ASC-yə olan xx.xx.2020-ci il tarixli məktubundan da aydın olur ki, 2845 manat məbləğində sığorta ödənişi "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Həmçinin məktubda yaranmış subroqasiya hüququ ilə əlaqədar olaraq, 2845 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin hesabına ödənilməsi qeyd olunmuşdur. “Toyota Land-Cruiser-Prado” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə tərəfindən sığortalandığından, "xxxx" MMC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də, xx.xx.2020-ci il tarixli, 4179 saylı ödəniş sənədindən göründüyü kimi, zərərin məbləği olaraq 2845 manat iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(004)-2125/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından və YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Həsənli X1 Xətalar Məcəlləsinin 332.4-cü və 327.2-ci maddələri ilə təqsirli bilinmiş, barəsində 08 gün müddətində inzibati həbs növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəməyə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1 elektron qaydada ərizə verərək onun iştirakı olmadan iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi, İcbari sığortalar haqqında qanunun 14-cü və 63.1-ci maddələrini nəz Cavabdeh etibarnamə əsasında idarə etdiyi Nümayəndə2 məxsus “Toyota Land- Cruiser-Prado” markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə, saat 08:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində “Hyundai İ30” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq avtomobilə zərər vurmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci (yolayrıcı keçmə qaydalarının pozulması) və 332.4-cü maddələrində (zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 3(004)- 2125/2020 saylı qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən sığorta aktları tərtib edilmiş, “Hyundai İ30” markalı, **-UE-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanın məbləğinin 2845 manat olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin zərərlərin tənzimlənməsi üzrə Baş Direktor Həsən Nəzərov tərəfindən verilən arayışdan görünür ki, "xxxx" ASC tərəfindən PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış “Toyota Land-Cruiser-Prado” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil Kasko Butik məhsulu üzrə M9512PLUS nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış “Hyundai İ30” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində ziyan vurmuşdur. Hadisə nəticəsində zərərçəkən sığortalıya Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker MMC tərəfindən 2845 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6489 saylı eksperti rəyindən görünür ki, dəyişilməli hissələrin qiyməti – 1885 manat və təmir bərpa işləri – 960 manat olmaqla, ümumilikdə 2845 manat təşkil edir. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 3% aşınma nəzərə alınmaqla, 10 il istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxmini 1390 manat müəyyən edilir. Tədqiqat nəticəsində nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Hyundai İ30” markalı, **- UE-*** dövlət qeydiyyt nişanlı avtomobilin 2020-ciin oktyabr ayına olan təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə tətbiq edilməklə təxminən 2350 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari Sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən, məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 2845 manat "xxxx" ASC tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6489 saylı ekspert rəyini əsas götürərək cavabdeh “Cavabdeh vurulmuş maddi ziyana görə müəyyən edilmiş 2350 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 48,45 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalı, habelə, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2350 (iki min üç yüz əlli) manat məbləğində pul vəsaiti və 48,45 (qırx səkkiz manat qırx beş qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar