Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-87/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla:AZ1094, ünvan 1 ünvanında yerləşən və hazırda cavabdehlə birlikdə mülkiyyətlərində olan, **********45-11301 reyestr nömrəli, 51.60 kv.m olan bağ evinin və 0.25 ha sahəsi olan torpaq sahəsinin ¼ hissə cavabdehə aid və ¾ hissə iddiaçıya aid mülkiyyət payına uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X2 adında olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla:AZ1094, ünvan 1 ünvanında yerləşən miras əmlak (bağ evi və torpaq sahəsi) ilə bağlı açılmış vərəsəlik işinin nəticəsində sözügedən miras əmlak cavabdeh ilə iddiaçı arasında miras paylarına uyğun bölünmüşdür. Belə ki, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlakın ¾ hissəsinə iddiaçının payı müəyyən edilmiş və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə yuxarıdakı ünvanda yerləşən daşınmaz əmlakın ¾ hissəsinə mülkiyyət hüququ xx.xx.2024-cü il tarixində, ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Hazırda sənəd üzərində bölüşdürülən miras əmlakın cavabdehlə paylarına uyğun olaraq, naturada ayrılmasına zərurət yaranmışdır. İddiaçı onu da qeyd edir ki, məhkəməyə qədər cavabdehlə əmlakın bölünməsinə dair razılıq əldə etməyə cəhd edilmiş, şifahi olaraq danışıqlar aparılmış, bu nəticə vermədiyindən son olaraq yazılı bildiriş göndərilməklə bölünmə ilə bağlı ortaq məxrəcə gəlmək təklif edilmişdir. Lakin, cavabdeh 02 aprel 2024 tarixində şəxsən qəbul etdiyi təklif xarakterli bildirişinə hər hansı münasibət bildirməmiş, orada göstərilən müddət ərzində payın naturada bölünməsi ilə bağlı rəsmi mövqe nümayiş etdirməmişdir. Buna görə də, paylara uyğun əmlakın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq və iş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3915 nömrəli ekspert rəyini nəzərə alaraq, məhkəmədən ikinci mərhələyə keçməyi, yəni əşyanın hərracdan satılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və aparılmış ekspertiza tədqiqatı nəticəsində mübahisələndirilən bağ evi və bağ sahəsinin texniki cəhətdən bölgüsünün (naturada bölgü) mümkün olmadığı müəyyən edilmiş, buna dair Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/3915 nömrəli ekspert rəyi verilmişdir. Belə olduğu halda, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının "Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə" xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadına istinad etməklə, əşyanın naturada bölgüsünün mümkün olmadığını nəzərə alaraq iddiaçı tərəf olaraq məhkəmədən ikinci mərhələyə keçməyi, əşyanın hərracdan satılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Ali Məhkəmənin yuxarıda qeyd olunan Qərardadının 64-cü bəndində qeyd olunur ki, araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi ərizəsinə etiraz edərək, bağ evinin və torpaq sahəsinin hərraca çıxarılması tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən ekspert rəyindən göründüyü kimi bağ evinin və torpaq sahəsinin naturada bölünməsinə maneəçilik törədən bağ evinin bölünməsinin mümkün olmamasıdır. Cavabdeh hərracın keçirilməsinə razı olmadığı və payına düşən torpaq sahəsinin üzərində saxlanmasını istədiyindən naturada bölgünün aparılmasına maneə törədən bağ evinin onun payının hissəsindən məcbur olub iddiaçının xeyrinə imtina edir, istənilən vaxtda həmin paya aid bağışlama müqaviləsinə imza atmağa hazırdır, torpaq sahəsinin isə onun payına düşən hissəsinin özündə saxlanmasını istəyir. Beləliklə bağ evinin bütövlükdə iddiaçının mülkiyyətində olduğu halda istənilən vaxtda torpaq sahəsi naturada bölünə bilər bu səbəbdən də hesab edir ki, bağ evinin və torpaq sahəsinin hərraca çıxarılması əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini və iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla: AZ1094, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.60 m2 olan bağ evi və ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi Cavabdeh ¼ hissədə payı müəyyən olunmaqla xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə, İddiaçı ¾ hissədə payı müəyyən olunmaqla xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2V-95 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur və o miras əmlakdan ¾ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 verilmiş **********45-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 yeni qaydalarla: AZ1094, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Mustafa bəy Topçubaşov küçəsi 107 ünvanında yerləşən ümumi sahəsi 51.6 kv/m olan bağ evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 dekabr 2024-cü il tarixli,10/3915 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla: AZ1094, ünvan 1 ünvanında yerləşən bağ evi və 0.25 ha bağ sahəsinin İddiaçı payının 3/4 hissədə və Cavabdeh payının 1/4 hissədə paylarına uyğun olaraq təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla: AZ1094, ünvan 1 ünvanında yerləşən 51.60 kv.m sahəsi olan bağ evinin və 0.25 ha torpaq sahəsinin bugünə olan bazar dəyəri 270658 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2025-ci il tarixli,10/3944 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla: AZ1094, ünvan 1 ünvanında yerləşən bağ evi nəzərə alınmadan (sözügedən bağ evi iddiaçıya aid hissədə saxlanılmaqla) 0.25 ha torpaq sahəsindən İddiaçı ¾ hissədə, Cavabdeh isə ¼ hissədə payının təcrid şəkildə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir və bölgü sxemi rəyə əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli bağ evi və altındakı torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı və Cavabdeh məxsusdur, tərəflər paylı mülkiyyətdə olan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Belə ki, iddiaçı ilk iddia tələbi tərəflərin paylı mülkiyyətində olan bağ evi və torpaq sahəsinin onların paylarına uyğun olaraq naturada ayrılmasını tələb etmiş, iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Təqdim olunan ekspert rəyinə əsasən tərəflərin paylı mülkiyyətində olan bağ evi və torpaq sahəsinin onların paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, əmlakların hərracdan satılmasını tələb etmişdir. Məhkəmənin təşəbüsü ilə əlavə məhkəmə-tikintitexniki ekspertizası təyin edilmiş və verilən ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla: AZ1094, ünvan 1 ünvanında yerləşən bağ evi nəzərə alınmadan (sözügedən bağ evi iddiaçıya aid hissədə saxlanılmaqla) 0.25 ha torpaq sahəsindən İddiaçı ¾ hissədə, Cavabdeh isə ¼ hissədə payının təcrid şəkildə naturada bölünməsi texniki cəhətdən mümkün hesab edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia tələbini dəqiqləşdirmə ərizəsinə münasibətdə qeyd edir ki, əlavə tikinti-texniki ekspertizasının rəyinə əsasən sözügedən bağ evi iddiaçıya aid hissədə saxlanılmaqla torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi mümkün hesab edildiyindən məhkəmə ikinci mərhələyə, yəni əşyanın hərracdan satılması nmərhələsinə keçmir. Həmçinin məhkəmə iclasında cavabdeh ekspertiza rəyinə uyğun olaraq bağ evinin iddiaçıda saxlanılmasına və torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq bölünməsinə etiraz etmədiyini bildirmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, bağ evi və torpaq sahəsi əlavə məhkəmə-tikinti-texniki ekspertizası rəyi nəzərə alınmaqla paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada ayrılmalıdır. Qeyd edilən qanunvericilik normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla: AZ1094, ünvan 1 ünvanında yerləşən bağ evi nəzərə alınmadan (sözügedən bağ evi iddiaçıya aid hissədə saxlanılmaqla) tərəflərin ümumi mülkiyyətində olan 0.25 ha torpaq sahəsindən İddiaçı ¾ hissədə, Cavabdeh ¼ hissədə payları rəyə əlavə edilmiş sxemdə göstərilmiş vəziyyətdə naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, cavabdeh tərəfindən ödənilmiş 400 manat məbləğində ekspertiza xərcinin ½ hissəsi olan 200 (iki yüz) manat pul İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Həmçinin iş üzrə 04 dekabr 2024-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməli, iş üzrə 04 iyul 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat pul vəsaiti isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla: AZ1094, ünvan 1 ünvanında yerləşən bağ evi nəzərə alınmadan (sözügedən bağ evi iddiaçıya aid hissədə saxlanılmaqla) tərəflərin ümumi mülkiyyətində olan 0.25 ha torpaq sahəsindən İddiaçı ¾ hissədə, Cavabdeh ¼ hissədə payları rəyə əlavə edilmiş sxemdə göstərilmiş vəziyyətdə naturada ayrılsın. Cavabdeh tərəfindən ödənilmiş 400 manat məbləğində ekspertiza xərcinin ½ hissəsi olan 200 (iki yüz) manat pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. İş üzrə 04 dekabr 2024-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə 04 iyul 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-87/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-87/2025
29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver