Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-912/2023 05.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 68.500 (altmış səkkiz min beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2862/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Məmmədova (Abdullayeva) Nigar İlqar qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qarşılıqlı iddia üzrə Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilə X3 ½ hissədə, Cavabdeh ½ hissədə paylarının müəyyən edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(103)- 1251/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qeyd edilən mənzilin ½ hissəsinə DƏDRX-dən müvafiq çıxarış almışdır. Bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilin tam təmiri İddiaçı vəsaiti hesabına həyata keçirilmişdir. Təmir xərcləri 123.000 manat məbləğində olmuşdur. Eyni zamanda, həmin mənzilə görə xx.xx.2017-ci il tarixdən hazıra qədər 14.000 manat məbləğində kommunal xərclər ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı hesab edir ki, onun tərəfindən çəkilmiş xərclərin ½ hissəsi Cavabdeh tutulmalıdır. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 D blok D1 54 mənzil iddiaçının vəsaiti hesabına təmir olunmayıb, iddiaçının bu barədə arqumenti heç bir mötəbər sübutla təsdiq olunmur. Qeyd edilən mənzil həqiqətən təmir olunub. Mənzilin təmirinə çəkilən xərclər isə onun vəsaiti hesabına həyata keçirilib. Mənzilin təmirindən əlavə mənzildəki mebeli də o öz vəsaiti ilə əldə edib quraşdırmışdır. Kommunal xərclərə gəldikdə isə onun qeyd edilən mənzili ilə bağlı hansısa idarəedici təşkilatla kommunal xidmətlərin göstərilməsi barədə müqaviləsi olmayıb. lddiaçıya da hansısa kommunal xərclərin ödənilməsi ilə bağlı müraciət etməmişdir. İddiaçı ilə onun arasında onun kommunal xərclərinin məhz iddiaçı tərəfindən ödənilməsi barədə hər hansı əqd bağlanmadığı halda iddiaçının onun əvəzinə kiməsə, kimlərəsə pul ödəməsi heç bir sübutla təsdiqini tapmayan, həqiqətdən uzaq arqumentdir. O, iddiaçıdan əvəzinə kiməsə pul ödəməyi tapşırmamışdır, bu baş verdiyi halda da həmin pulu iddiaçıya qaytarmağı öhdəsinə götürməmişdir. İddiaçının ailəsi ilə onun ailəsi arasında ailə münaqişəsi zəminində məhkəmə mübahisələri mövcuddur, iddiaçı tərəfin iddia tələbləri əsasında müxtəlif məhkəmələrdə, və polis orqanlarında 30-a yaxın iş üzrə icraat olub və davam edir. İddiaçının növbəti iddia tələbi də həmin qərəzin davamıdır və formal xarakter daşıyır. ünvan 1 D blok D1 mənzil 54 onunla iddiaçının qızı Məmmədova Nigarın birgə nikahı dövründə əldə olunub və nikah pozulduqdan sonra məhkəmə qətnaməsinə əsasən aralarında % nisbətdə bölünüb. O həmin daşınmaz əmlakın hərraca çıxarılaraq satılması və əldə olunan vəsaitin onunla iddaçının qızı arasında bölünməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırda həmin iddia tələbi üzrə e- 2(005)-811/2023 saylı iş hakim Solmaz Ədilovanın icraatındadır. İddiaçı da e-2(005)- 811/2023 saylı mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmək niyyətilə belə bir iddia qaldırıb və müvəqqəti təminat tədbiri kimi ünvan 1 D blok D1 mənzil 54-ün özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə ərizə verib. Lakin həmin ərizə əsassız və qanunsuz olduğundan rədd edilib və bununla bağlı çıxarılmış qərardad Bakı Apellyasiya Məhkəməsinin 16(103)-71/2023 saylı 23 Fevral 2023-cü il tarixli qərardadı ilə qüvvəsində saxlanılıb. lddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1- ci və 1094-cü maddələrinə istinad edilərək göstərilib ki, guya o hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir və əldə etdiyi əşyaya çəkilən xərcləri qaytarmalıdır. Lakin o iddiaçının hesabına heç bir əmlak əldə etməmişdir. ünvan 1 D blok D1 mənzil 54 onunla iddiaçının birgə nikah dövründə əldə olunub, əvvəllər iddiaçının, nə də başqa şəxsin mülkiyyətində olmayıb. Bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanun qüvvəsinə minib icraya yönəldiyi 2(004)-5055/2021 saylı 02 Noyabr 2021-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Onun Bakı şəhəri Nərimanov rayonu 802-803cü məhəllə, Kazımzadı küçəsi ev 30 D blok D1 mənzil 54-ü əldə etməyinin hüquq əsası həmin qətnamədir. Buna görə də iddiaçı ondan həmin mənzilə görə hər hansı məsrəf tələb edə bilməz. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. İddiaçıı 1996-cı ildən tanıyır. 54-cü mənzildə təmiri doqquz il əvvəl etmiş, divar kağızı vurmuş, alçipan vurmuş və pulu iddiaçıdan almışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Mənzili 2011-2012-ci illərdə təmir etmişdir. Cavabdehı bir dəfə görmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X5 etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 02-112 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən “X6” yaşayış kompleksində blok D1, mənzil 54 Məmmədova (Abdullayeva) Nigar İlqar qızına məxsusdur və İddiaçı xx.xx.2022-ci il tarixində borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetsrindən çıxarışdan görünür ki, ünvan 1 D blok D1, 54 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə X3 və ½ hissədə isə Cavabdeh adına qeydə alınmışdır. X1 27 oktyabr 2022-ci il tarixli 220 nömrəli rəyindən görünür ki, Məmmədova (Abdullayeva) Nigar İlqar qızının mülkiyyətində olan ünvan 1 D blok D1, 54 saylı mənzilin təmirinə çəkilmiş xərclərin 1 kv.m-nin hazırki bazar qiymətləri ilə təqribi dəyərinin 600 manat təşkil etdiyini nəzərə alaraq ümumilikdə mənzilin təmirinə sərf olunmuş vəsaitin təqribi dəyəri 123900 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetsrindən çıxarışı ilə ünvan 1 D blok D1, 54 nömrəli mənzil ½ hissədə X3 və ½ hissədə isə Cavabdeh adına qeydə alınmışdır. Hazırda isə İddiaçı mənzilin təmirinə sərf olunan məbləğin yarısını, yəni 68.500 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı iddia tələbində Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilin 2017-ci il tarixdə təmir olunmasını bildirmişdir. Lakin şahid qismində dindirilmiş X8 və X7 izahatlarında həmin mənzilin 2011/2012-ci illərdə təmir etdiklərini bildirmişlər. Məhkəmə tərəfindən məlum olmuşdur ki, İddiaçı iddia tələbində göstərilən mənzilin 2017ci il tarixdə təmir olunması ilə şahidlər X8 və X4 ifadələrində göstərilən 2011/2012-ci il tarixlərdə təmir olunması ilə, yəni göstərilən tarixlər üst-üstə düşmür. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı mənzilin təmiri üçün çəkdiyi xərclərin ödənilməsi tələbi məhkəməyə sübut olunmadığından iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Həmçinin İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilə ödənilmiş kommunal xərclərin tələb edilməsi hissəsində isə iddiaçı ilə cavabdeh arasında kommunal xərclərin ödənilməsi barədə razılaşma olmamışdır, əvəzsiz olaraq öz qızına könüllü olaraq pulu ödəmişdir. Beləliklə, Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə X3 adına olduğundan kommunal xərclər iddiaçı tərəfindən bağışlama, yəni könüllü formada ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı mənzilə ödədiyi kommunal xərcləri tələb etmək hüququ yoxdur. Məhkəmə işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətləri çərçivəsində nəzərdən keçirərək, eyni zamanda məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara istinad edərək hesab edir ki, iddiaçı tərəfindən tələbdə göstərilən hallar məhkəmədə sübut olunmadığından iddia tələbi əsassız hesab edilməli və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 297 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 297 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 297 (iki yüz doxsan yeddi) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-912/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-912/2023
05.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver