Məhkəmə qərarları › İş №e-2(004)-929/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-929/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-929/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 3200 manat, 1100 manat və 689 manat olmaqla, ümumilikdə 4989 manat zərər məbləğinin və ödənilmiş 69,89 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Şərifzadə küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil, X5 məxsus “Nissan Tiida” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı, X6 məxsus “Lexus İS250” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı və X9 məxsus “BMW 528İ” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “Mercedes Benz 190” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlıavtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021ci il tarixinə qədər PXA **********7 saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “Nissan Tiida” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3200 manat məbləğində, xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “Lexus İS250” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1100 manat məbləğində, xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “BMW 528İ” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 689 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən zərərin məbləği olaraq, 3200.00 manat məbləğində sığorta ödənişi X7 bank hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən zərərin məbləği olaraq, 1100.00 manat məbləğində sığorta ödənişi X3 bank hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən zərərin məbləği olaraq, 689.00 manat məbləğində sığorta ödənişi X8 bank hesabına ödənilmişdir. Yasamal rayon DYPŞ-nin YNH-nin təfərrüatları barədə arayışından və xx.xx.2021-ci il tarixli, Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis baş leytenantı X2 cinayət işinin başlannmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-cimaddələri ilə təqsirli bilinmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: PXA********** nömrəli, xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Benz 190” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Xalq Sığorta ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA **********7 saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Yasamal rayon DYPŞ bildirir ki, 2021-01-10-il tarixdə saat 16:00 dəqiqədə YASAMAL ŞƏRİFZADƏ k. 3011 yol-nəqliyyat hadisəsi baş vermişdir. Sürücü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi anda ayıq vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasına dair toplanmış material üzrə AR Cinayət-Prosessual Məcəlləsinin 29.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, Mersedes-Benz 190 minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İXM-nin 327.1 və 332.2-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA80366 saylı Sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 689 manat sığorta ödənişi X8 hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA80367 saylı Sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 1100 manat sığorta ödənişi X3 hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA80366 saylı Sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 3200 manat sığorta ödənişi X4 hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün 10000 14890 nömrəli plastik kart və ŞEN zərflər X5 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün 10000 16290 nömrəli plastik kart və ŞEN zərflər X6 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün 10000 15712 nömrəli plastik kart və ŞEN zərflər X9 təhvil verilmişdir. Ödəniş qəbzinin (№**********) surətindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 69,89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3200 manat; 1100 manat 689 manat olmaqla ümumilikdə 4989 manat sığorta ödənişinin məbləği və 69,89 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3200 (otuz iki min) manat; 1100 (on bir min) manat; 689 (altı yüz səksən doqquz) manat olmaqla ümumilikdə 4989 (dörd min doqquz yüz səksən doqquz) manat sığorta ödənişinin məbləği və ödənilmiş 69,89 (altmış doqquz manat səksən doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar