Məhkəmə qərarları › İş №e-2(004)-934/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-934/2024

05.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-934/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X4rşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X4rşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “İcbari Sığorta Bürosu” tərəfindən ona kompensasiya ödənişi verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və cavabdeh “İcbari Sığorta Bürosu” X6 5000 (beş min) manat sığorta ödənişi (kompensasiya) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 may 2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində anası X19 vəfat etmişdir. Anasının vəfatı ilə əlaqədar kompensasiya ödənişin verilməsi üçün “İcbari sığorta Bürosu” Hüquqi şəxslər ittifaqına ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. İmtina cavabı belə əsaslandırılmışdır ki, Büro tərəfindən müvafiq araşdırmalar həyata keçirilmiş və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinin tələblərinə əsasən kompensasiya ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciət əsasında ödənilir. Kompensasiya tələbi ilə bağlı Büroya verilən məlumatlar və sənədlər həqiqətə uyğun olmalıdır. Balə ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(002)-239/2012 saylı hökmünə və hökmün icrası barədə xx.xx.2012-ci il tarixli göstərişinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Qaradağ rayon şöbəsinin 65 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Səbail rayon qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsinə və iş materiallarına əlavə edilmiş digər sənədlərə əsaslanaraq, Bakı şəhəri istiqamətində Bakı-Salyan yolunun 14-cü km-də hərəkətdə olan sürücü X13 idarə etdiyi “MERCEDES-BENZ 190” markalı, 10SU485 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölümlə nəticələnən xəsarətlər almış X5 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmadığından və bununla da zərərçəkənin (mərhumun) şəxsiyyəti təsdiqlənmədiyindən, kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. Cavabdeh orqanın kompensasiya ödənişinin ödənilməsindən imtina olunmasına dair vermiş olduğu cavab məktubunu əsassız hesab edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdeh imtina cavabını onunla əsaslandırır ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölümlə nəticələnən xəsarətlər almış X5 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmamış və bununla da zərərçəkənin (mərhumun) şəxsiyyəti təsdiqlənməmişdir. Büroya təqdim olunan X34 Xidmət mərkəzinin vəkil sorğusuna ünvanlanmış cavab məktubunda cavabdehin imtinasını əsaslandıran səbəbə dair ətraflı münasibət bildirilmişdir. Həmin cavab məktubunda qeyd olunur ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş Zümrüd Əlişan qızı xx.xx.1975-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 256 saylı nikah akt qeydinə əsasən X14 ilə nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra kişiyə Qasımov soy adı verilsə dı, qadına soyad verilməmişdir. Tərəflərin birgə nikahından Qasımova (Osmanova) Gülşən Vaqif qızı, X23 və X27 anadan olmuşdur. X19 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və ölümü xx.xx.2012-ci il tarixdəSəbail rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və ölüm şəhadətnaməsi verilmişdir. Vəkil sorğusuna cavabdan və iddiama əlavə olunan sənədlər ilə müəyyən olunur ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş Zümrüd Əlişan qızı ilə xx.xx.2012-ci il tarixdə vəfat etmiş və ölümü xx.xx.2012-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və ölüm şəhadətnaməsi verilmiş X19 eyni şəxsdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli Plenum qərarının 6.2-ci bəndində yazılır ki, Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Cavabdeh orqanın iddiaçıdan mərhum anası X5 Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasına dair sənəd tələb etməsi əsassız hesab edir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək iddia tələbinə yalnız sığorta ödənişinin tələb edilməsi hissəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı "kompensasiya ödənişinə dair ərizə ilə "İcbari Sığorta Bürosu" HŞİ-nə müraciət edib xx.xx.2012-ci il tarixdə Bakı-Salyan yolunun 14-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 xx.xx.2012-ci il tarixdə X1 ölməsini qeyd edərək "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 32.1.2-ci, 32.1.3-cü və 33-cü maddələrinin tələblərinə uyğun olaraq ona kompensasiyanın ödənilməsini xahiş etmişdir. Hesab edir ki, kompensasiya ödənişinin verilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı ərizəsinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli, 1(002)-239/2012 nömrəli hökmdən görünür ki, xx.xx.2012-ci il tarixdə "Bakı-Salyan yolunun 14-cü km-də yuxarıda sözügedən hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmuş X28 tərəfindən törədilmiş yol nəqliyyat qəzasında aldığı xəsarətlərdən 23 may 2012-ci il tarixdə "X7"nda ölmüş şəxs X9r. Ərizəçi İddiaçı kompensasiya ödənişinə dair ərizəsinə əlavə etdiyi doğum haqqında şahadətnamədən görünür ki, həmin şəhadətnamədə adı və ata adı göstərilən Zümrüd Əlişan qızı hər hansı soyada malik deyildir və bu səbəbdən də həmin şəhadətnamədə hər hansı soyad göstərilməmişdir. Yuxarıda sözügedən hökmdən görünür ki, kompensasiya ödənişinin verilməsi üçün X5 varisi olaraq İddiaçı "İcbari Sığorta Bürosu" HŞİ-nə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional "ASAN” Xidmət Mərkəzində qeydiyyat şöbəsinin baş məsləhətçisi E.Kərimov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş Zümrüd Əlişan qızı xx.xx.1975-ci il tarixdə Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən 256 nömrəli nikah aktı qeydinə əsasən X14 ilə nikaha daxil olmuş Zümrüd Əlişan qızı nikaha daxil olduqdan sonra ona soyad verilməmişdir. Ərizəyə əlavə olunmuş 30 may 2012-ci il tarixdə 298 nömrə ilə qeydə alınmış ölüm haqqında şəhadətnamədən görünür ki, 23 may 2012-ci il tarixdə baş beyin əzilməsi nəticəsində ölmüş şəxs Qasımova Əlişan qızıdır. Kompensasiya ödənişinin verilməsi üçün ərizəçi tərəfindən xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş Zümrüd Əlişan qızı ilə yol nəqliyyat qəzası nəticəsində xx.xx.2012-ci il tarixdə ölmüş X5 eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmamışdır. Bununla da ərizəçi ilə kompensasiya ödənişinin alınmasına bərabər pay hüququna malik olan ölən X5 valideynlərini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, "İcbari Sığorta Bürosu" HŞİ tərəfindən İddiaçı qanuni və əsaslı olaraq imtina verilmişdir. İddiaçı hazırkı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq izahatında bildirdi ki, məhkəməyə verilmiş sorğuya əsasən təqdim edilmiş sənədlərdən də göründüyü kimi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs mərhum X19 iddiaçının anası Zümrüd Əlişan qızıdır. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini, mülki işə onların işriakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nın tələblərinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İcbari sığorta Büro”sunun 50VH77420223 saylı kompensasiyanın verilməsindən imtana olunması barədə məktubundan müəyyən olunur ki, Büro tərəfindən müvafiq araşdırmalar həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinin tələblərinə əsasən kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciət əsasında ödənilir. Kompensasiya tələbi ilə bağlı Büroya verilən məlumatlar və sənədlər həqiqətə uyğun olmalıdır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(002)-239/2012 saylı hökmünə və hökmün icrası barədə xx.xx.2012-ci il tarixli göstərişinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Qaradağ rayon şöbəsinin 65 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Səbail rayon qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsinə və iş materiallarına əlavə edilmiş digər sənədlərə əsaslanaraq, Bakı şəhəri istiqamətində Bakı- Salyan yolunun 14-cü km-də hərəkətdə olan sürücü X13 idarə etdiyi “MERCEDES-BENZ 190” markalı, 10SU485 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölümlə nəticələnən xəsarətlər almış X5 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmadığından və bununla da zərərçəkənin (mərhumun) şəxsiyyəti təsdiqlənmədiyindən, kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(002)- 239/2012 saylı hökmündən müəyyən edilir ki, X28 CM-nin 263.2-ci maddəsi ilə nəzərəd tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmdən həmçinin müəyyən edilir ki, xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış piyada X19 aldığı xəsarətlərdən vəfat etmişdir. Hökmdən göründüyü kimi, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində X24 tanınmışdır. İş materiallarında olan Balakən Regional “ASAN” Xidmət mərkəzi Ədliyyə Nazirliyi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il 05/09İS/154723-23 saylı arayışından müəyyən edilir ki, “vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sitemində X5 ailə tərkibinə dair məlumatlara əsasən əri X14, qızı İddiaçı, qızı X23 və oğlu X20r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 65 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Z.Ə.Qasımovanın meyitinin məhkəmə-tibbi ekspertizasında aşağıdakı xəsarətlər aşkar edilmişdir: ənsə sümüyünün kəllə əsasına keçən sınığı, baş beyin əzilməsi, travmatik ödemi, baş beyin toxumasına, qişalarına qansızma ile müşayiət olunan başın küt travması, döş qəfəsinin sağ yarısında İİ-İİİ-İV-V qabırğaların sınıqları, iki diz oynağı nahiyyəsinin sıyrığı. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travmasi nəticəsin yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə,yəni xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avto maşının qabaq hissələrinin təsirindən yarana bilerdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və Z.Ə.Qasımovanın öllümü ilə 0 bir-başa səbəbli əlaqəlidirlər..Z.Ə.Qasımovanın ölümünə səbəb ənsə sümüyünün kəllə əsasına keçən sınıq beyin toxumasının əzilməsi, beyin toxumasının travmatik ödemi, beyin qişalarına, beyin toxumasına qansızma ile müşaiyət olunan başın küt travması olmuşdur. Z.Ə.Qasımovanın ölümü xx.xx.2012-ci tarixdə, saat 14-45-da X2 reanimasiya şöbəsində baş vermişdir, hansı ki, meyit əlamətləri inkişaf dərəcəsinə əsasən inkar edilmir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(002)- 239/2012 saylı hökmündən müəyyən edilir ki, zərərçəkmiş şəxs olmuş mərhumun adı “X19” kimi göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr (hazırkı Yasamal) rayon VVAQ şöbəsi tərəfinsən verilmiş İİİ-JQ 276227 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1957-ci ildə Bakı şəhərin doğulmuş “Zümrüd Alişan qızı”nın valideynlərinin soyad qrafasında qeydiyyat aparılmamış, anası kimi Firuzə Hacıbaba qızı, atası X22 qeydə alınmışdır. “Zümrüd Əlişan qızı”nın doğum faktı isə ---- may 1957-ci il tarixli 1869 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Balakən “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin arayışından görünür ki, X19 ilə X14 arasında xx.xx.1975-ci il tarixdə bağlanmış nikah 256 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Lakin nikahdan sonra arvada verilmiş soyad qrafasında heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Bakı şəhəri Kirov (hazırkı Binəqədi) rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş V-JQ 442101 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1978-ci ildə doğulmuş X10 anası kimi X21 göstərilmişdir. Doğum faktı isə 31 mart 1978-ci il tarixli 413 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Kirov (hazırkı Binəqədi) rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş Vİİ-JQ 494624 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki,xx.xx.1981-ci ildə doğulmuş X11 anası kimi X21 göstərilmişdir. Doğum faktı isə xx.xx.1981-ci il tarixli 2357 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş AZ-İ seriyalı 972416 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1988-ci ildə doğulmuş X3 anası kimi X19 göstərilmişdir. Doğum faktı isə xx.xx.1988-ci il tarixli 2990 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 543207 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və onun ölümü faktı ilə bağlı qeydiyyat xx.xx.2012-ci il tarixdə 298 nömrə ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Balakən Regional “ASAN” Xidmət mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli 3-16-5/8-89/223 saylı məktubundan müəyyən edilir ki, Zümrüd Əlişan qızı xx.xx.1975-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 256 nömrəli nikah akt qeydinə əsasən X14 ilə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra kişiyə Qasımov soyadı verilmiş qadına isə soyad verilməmişdir. Tərəflərin birgə nikahından X25, X23, X27 anadan olmuşdur. X19 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və ölümü xx.xx.2012-ci il tarixdə 298 nömrəli akt qeydi ilə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və ölüm şəhadətnaməsi verilmişdir. Eyni zamanda bildiririk ki, X5 xx.xx.1988-ci il tarixdə Əlişan Qasımov adlı oğlu dünyaya gəlmişdir. Əlişan Qasımovun doğumu xx.xx.1988-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində 2990 nömrəli akt qeydi ilə qeydə alınmış, daha sonra xx.xx.2007-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində 323 nömrəli atalığın müəyyən olunması haqqında akt qeydinə əsasən X15 tərəfindən Əlişan Qasımova atalıq verilmişdir. Elektron informasiya bazasında olan məlumata əsasən X16 atası X15, anası X19 olaraq qeyd olunmuşdur. Müvafiq sənədlərdən göründüyü kimi mərhumun adı özünün doğum haqqında şəhadətnaməsində “Zümrüd Alişan qızı” kimi göstərilməsinə, eləcə də nikah bağlayarkən soydının dəyişməsi barədə qeydiyyat aparılmamasına baxmayaraq, ölüm haqqında şəhadətnamədə, onun övladlarının doğumu haqqında şəhadətnamələrində onun tam adı “X21” və ya “X19” kimi qeyd edilmişdir. Hazırda qeyd olunan ziddiyyətin mövcudluğu tərəflər arasında mübahisənin yaranmasına səbəb olmuşdur. Odur ki, mülki işin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq, xx.xx.1957-ci ildə Bakı şəhərin doğulmuş “Zümrüd Alişan qızı”nın sonradan hansı soyadı qəbul etməsi və müvafiq sənədlərdəki “X21” və ya “X19” kimi qeydiyyat aparılmış şəxslə onun şəxsi məlumatlarının eynilik təşkil edib-etməməsi barədə barədə ətraflı məlumatın və müvafiq sənədlərin təsdiq olunmuş surətlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının X26 Xidməti tərəfindən verilmiş xx.xx.2024cü il tarixli məktubdan və ona əlavə edilmiş reyestr çıxarış sənədlərindən müəyyən edilir ki, X17 anası X9r. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(002)-239/2012 saylı hökmündə qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində zərəçəkmiş şəxs mərhum X19 hazırki iş üzrə iddiaçı X17 anasıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, 20 may 2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində anası X19 vəfat etmişdir. Anasının vəfatı ilə əlaqədar kompensasiya ödənişin verilməsi üçün “İcbari sığorta Bürosu” Hüquqi şəxslər ittifaqına ərizə ilə müraciət etmişdir. Cavabdeh şirkət tərəfindən kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. İmtina cavabı belə əsaslandırılmışdır ki, Büroya verilən Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(002)-239/2012 saylı hökmünə və hökmün icrası barədə xx.xx.2012-ci il tarixli göstərişinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Qaradağ rayon şöbəsinin 65 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Səbail rayon qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsinə və iş materiallarına əlavə edilmiş digər sənədlərə Bakı şəhəri istiqamətində Bakı-Salyan yolunun 14-cü km-də hərəkətdə olan sürücü baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölümlə nəticələnən xəsarətlər almış X5 doğum və nikah şəhadətnaməsi təqdim edilmiş Zümrüd Əlişan qızı ilə eyni şəxs olmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmamışdır. Dolayısı ilə zərərçəkənin (mərhumun) şəxsiyyəti təsdiqlənmədiyindən, kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəflərin mülahizələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən, elcədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan səlahiyyətli orqanının, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin Reyestr Xidməti tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, baş vermişş yol nəqliyyat hadisəsində zərərçəkmiş şəxs məhrum X19 iş üzrə iddiaçı X12 anasıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 10.1. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən icbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: 17.1.7. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri. 17.1.8. müvafiq hallarda üçüncü şəxs və ya sığorta olunan sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri. Həmin Qanunun 47.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin vərəsələri uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab olunur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdeh “İcbari Sığorta Bürosu” X6 5000 (beş min) manat sığorta ödənişi (kompensasiya) tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “İcbari Sığorta Bürosu” X6 5.000 (beş min) manat sığorta ödənişi (kompensasiya) tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar