Məhkəmə qərarları › İş №e-2(004)-956/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-956/2025

15.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-956/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə cavabdehlər X16 və X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evin boşaldılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü-tikinti işlərinin dayandırılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, X16, X19 və X6 qarşı “cavabdehlər İddiaçı, X16, X19 və X4 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin cavabdehlər tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, mənzilə dair cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evin boşaldılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü-tikinti işlərinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X13 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu cavabdehin müraciəti əsasında 28 aprel 2020-ci il tarixli rəy təsdiq etmişdir. Cavabdeh qeyd edilən sənədlər əsasında İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrini əhatə edən ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun çoxmərtəbəli, çoxmənzilli və qeyriyaşayış binalarının tikilməsini həyata keçirməkdədir. İddiaçı (bundan sonra iddiaçı) ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsinin mülkiyyətçisidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi isə iddiaçının mərhum atasına məxsus olmaqla iddiaçı hazırda faktiki olaraq bu ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı ilə cavabdeh arasında 247 nömrəli 11 iyul 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflər iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarış üzrə ümumi 401.87 kv.m. sahədən sərəncamında olan pay üzrə ona məxsus 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzilə dair bütün hüquqlardan imtina etməsinə və cavabdehin əvəzində 165.375 (yüz altmış beş min üç yüz yetmiş beş) manat pul ödəməsinə razılaşmışlar. İddiaçı və onun digər ailə üzvləri hazırda faktiki yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi evin boşaldılması və əvəzində kompensasiyanın və ya tikiləcək çoxmərtəbəli, çoxmənzilli binalarında mənzilin alınmasını razılaşdırılmasına cəhd etsələr də, cavabdeh faktiki olaraq bundan imtina etmişdir. Bu səbəbdən də iddiaçı cavabdeh tərəfindən ərazidə aparılan söküntü-tikinti işlərinin onların həyat və sağlamlığına, eyni zamanda hazırda yeganə yaşayış sahələri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan vurulması ilə ciddi risklər mövcud olduğundan, başqa sözlə desək cavabdeh iddiaçının hazırda faktiki yaşadığı və istifadəsində olduğu evdən qanunsuz və əsassız çıxarılmasına yönəlik hərəkətlər (kommunal xidmətlərin məhdudlaşdırılması yaxud tamamilə kəsilməsi, evlə əlaqəli tikililərin gizli sökülməsi və s.) etdiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdehlər İddiaçı, X16, X19 və X6 qarşı “cavabdehlər İddiaçı, X16, X19 və X4 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin cavabdehlər tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, mənzilə dair cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı cavabdehlər İddiaçı, X16, X19 və X4 paylı mülkiyyətindədir. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh MMC tərəfindən cavabdehlər İddiaçı sözügedən ünvanda olan 41 kv.m. sahə üçün 165375 manat, X14 41 kv.m. sahə üçün 165375 manat, X15 41 kv.m. sahə üçün 165375 manat və X6 41 kv.m. sahə üçün 165375 manat, ümumilikdə 661500 manat kompensasiya ödənilmişdir. Həmin müqavilələrə əsasən cavabdehlər 10 gün müddətində mənzili Cavabdeh MMC-yə təhvil vermək öhdəliyini götürsələr də, öhdəliklərinə əməl etməmişlər. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər X16 və X8 məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 21 avqust 2020-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. İş materiallarına Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1603 nömrəli Torpaq icarə müqaviləsi əlavə edilmişdir. İş materiallarına ünvan 2 ünvanında yerləşən fərdi evin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki passportu əlavə edilmişdir. İş materiallarında olan Şirkət Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 247 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, mülkiyyətçi İddiaçı ünvan 2 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzilini Şirkət Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. Müqavilənin 2.1-ci bəndinin 5-ci hissəsinə əsasən Mülkiyyətçi müqavilə təqdim olunduğu gündən 10 gün ərzində mənzili təhvil verməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən evdə Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili Şirkət Mülkiyyətçidən təhvil alır və tərəflərin razılığına əsasən Mülkiyyətçiyə 165375 manat pul ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müəyyən edilir ki, kompensasiya məbləği Mülkiyyətçinin bank hesabına köçürülür. İş materiallarına Şirkət Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə qarşılıqlı iddia üzrə digər cavabdehlər X16, X19 və X8 arasında bağlanmış əvəzləşmə müqavilələri, çıxarışların surəti və digər materiallar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanı cavabdehlər İddiaçı, X16, X19 və X4 mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyatda haqqında arayışa əsasən müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsinin surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X3 qalmış miras əmlakının özünə çatan hissəsindən X10 xeyrinə imtina etmişdir (eyni məzmunlu ərizələri qarşılıqlı iddia üzrə digər cavabdehlər də imzalamışdır). İş materiallarında olan müqavilə predmeti üzrə X7 məxsus K.Kazımzadə 32/34, kvartal-1 ünvanında yerləşən mənzilin üstdən sxemi əlavə edilmişdir. İş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 4 ünvanı Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 paylı mülkiyyətindədir. İş materiallarına Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış qarşılıqlı əvəzləşdirmə müqavilələri əlavə edilmişdir. Sözügedən şəxslər şahid qismində məhkəmə iclaslarına dəvət edilsələr də, iştirak etməmişlər. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir, qarşılıqlı iddia tələbi isə əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsiinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X17 və X2rşı” xx.xx.2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortaya qoyulmuşdur ki: Məhkəmə hesab edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. İş üzrə məhkəmə hesab edir ki, heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, 10 DÉCİSİON SİGUNOVY c. RUSSİE §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilar həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb ( yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir.

59. Yekun olaraq məhkəmə təsdiq edir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, fərdi evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı onlara məxsus olan həmin ərazidə yeni tikiləcək çoxmərtəbəli binada yeni təmirli yaşayış sahələri (mənzillər) təqdim edilir. Yaşayış yerləri verilənə qədər hər bir ailəyə yaşayış otaqlarının sayına uyğun olaraq kirayə pulu ödənilməklə, qonşuluqda yerləşən fərdi evlərdən ailələr köçürülüb. Şirkət Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 247 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən mülkiyyətçi İddiaçı ünvan 2 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzilini Şirkət Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. Müqavilənin 2.1-ci bəndinin 5-ci hissəsinə əsasən Mülkiyyətçi müqavilə təqdim olunduğu gündən 10 gün ərzində mənzili təhvil verməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ünvan 2 ünvanında yerləşən evdə Çıxarış üzrə 3/6 hissədən “A” tikilisindən 4 otaqdan qalan hissədən 1/5 hissə, faktiki 41 kv.m. sahədən ibarət mənzili Şirkət Mülkiyyətçidən təhvil alır və tərəflərin razılığına əsasən Mülkiyyətçiyə 165375 manat pul ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kompensasiya məbləği Mülkiyyətçinin bank hesabına köçürülmüşdür. Belə ki, ünvan 2 ünvanı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X16, X19 və X4 paylı mülkiyyətindədir. Tərəflər arasında bağlanmış müqavilələrə (iş materiallarına əlavə edilmişdir) əsasən Cavabdeh MMC tərəfindən cavabdehlər İddiaçı sözügedən ünvanda olan 41 kv.m. sahə üçün 165375 manat, X14 41 kv.m. sahə üçün 165375 manat, X15 41 kv.m. sahə üçün 165375 manat və X6 41 kv.m. sahə üçün 165375 manat, ümumilikdə 661500 manat kompensasiya ödənilmişdir. Həmin müqavilələrə əsasən qarşılıqlı iddia üzrə cavabdehlər 10 gün müddətində mənzili Cavabdeh MMC-yə təhvil vermək öhdəliyini götürsələr də, öhdəliklərinə əməl etməmişlər. Yaşayış yeri üzrə qeydiyyatda haqqında arayışa əsasən, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən o, xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X3 qalmış miras əmlakının özünə çatan hissəsindən X10 xeyrinə imtina etmişdir. İlkin iddia üzrə iddiaçının arqumentasiyasının əsasını təşkil edən məsələ odur ki, ev 34 ünvanına kompensasiya ödənilmişdir, bu doğrudur (mübahisəsiz haldır). Lakin, çıxarışı və mülkiyyət sənədi olmayan ev 32 ünvanı da iddiaçı və ailəsinə məxsus olduğundan faktiki tikili kimi ev 32 ünvanına da kompensasiya ödənilməlidir. Yəni burada məsələ odur ki, iddiaçı özünün (ailəsinin) 2 evinin olduğunu, 1-nə kompensasiyanın verildiyini, digərinə isə verilmədiyini bildirir. Məhkəmə isə qeyd edir ki, iddiaçıya (ailəsinə) məxsus faktiki mülkiyyət kimi əlavə (ikinci) elə bir tikilinin olması sübuta yetirilmir, 2-ci tikili məhkəməyə göstərilməmişdir ki, həmin tikilinin kimə məxsusluğu istiqamətində araşdırma da aparılsın, sahənin və ya dəyərinin müəyyən edilməsi üçün ekspertizalar təyin edilsin. Yalnız rəqəmlər üzərindən hərəkət etməklə texniki məsələlərin araşdırılması mümkün deyil. Bu səbəbdən, mövcud olmayan əmlaka dair araşdırma aparmaq mümkün olmamışdır. Məhz bu səbəbdən, ekspertizanın təyin edilməsi barədə ilkin iddia üzrə iddiaçının vəsatəti təmin edilməmişdir. Həmin yaşayış sahəsinə və əraziyə 2 dəfə yerli baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlak (ev 34 ünvanı) giriş hissə və 5 otaqdan ibarətdir, 1 mərtəbəli tikilidir. Həmin tikilinin yaxın ətrafında yaşayış yeri kimi tikililər, evlər vardır. İlkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş müqavilə predmeti X7 məxsus K.Kazımzadə 32/34, kvartal-1 ünvanında yerləşən mənzilin sxeminə əsasən sözügedən sxem ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən (iddia tələbi üzrə kompensasiyası ödənilmədiyi iddia edilən) və mənzil 32 ünvanı olması iddia edilən mənzilə aiddir. Sözügedən sxem İddiaçı və digərləri tərəfindən imzalanmışdır. Deməli, tərəflər arasında bağlanmış müqavilə predmeti olan mənzil məhz ilkin iddia üzrə kompensasiyasının ödənilmədiyi iddia edilən (ev 32) (yerli baxış və iş materialları nəzərə alınmaqla), lakin kompensasiya məbləği ödənilmiş mənzildir. Həmçinin, iş materiallarında olan 64 saylı MKİS tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, X1 rayonu, Kazım Kazımzadə küçəsi, ev 34 ünvanında yaşayır. İlkin iddia üzrə iddiaçı tərəf bildirir ki, kompensasiya ev 34 ünvanına münasibətdə ödənilmiş, 32 ünvanına isə kompensasiya ödənilməmişdir. Lakin, iddiaçı ev 32 ünvanının faktiki yeri barədə hər hansı məlumat verməmişdir. Həyata keçirilmiş yerli baxış hərəkətləri zamanı da ilkin iddia üzrə iddiaçı ona məxsus olan hansı evə görə kompensasiyanın ödənilmədiyini bildirməmiş, konkret mənzil, sahə, ev, otaq göstərməmişdir. Lakin, ehtimal olunan mübahisəli sahələr üzrə (ev 32) isə Cavabdeh MMC tərəfindən həmin evlərin sahibləri olan Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ilə müvafiq müqavilələr bağlanmış və kompensasiyalar ödənilmişdir. Həmin şəxslər iddiaçı tərəfin vəsatəti əsasında məhkəməyə dəvət edilmişlər, lakin məhkəmə iclasında yalnız Şahid2, Şahid3 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək şahid qismində izahat vermişlər. Şahid ifadələrinə əsasən iş üzrə əhəmiyyətli xüsusat müəyyən edilməmişdir. Şahid3 sözügedən ərazidə yaşamadığından hazırki mübahisə barədə məlumatının olmadığını bildirmiş, Şahid2 isə İddiaçı ilə 30 ildir ki, qonşuluqda, ev 32 ünvanında, ayrıca mənzildə yaşadığını, ara-bir onların həyətinə daxil olduğunu, evə isə daxil olmadığını bildirmişdir. Təqdim edilmiş çıxarışın surətinə əsasən ünvan 4 ünvanı məhz Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 paylı mülkiyyətindədir. X18” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qarşılıqlı əvəzləşdirmə müqavilələri bağlanmış və mənzillərin təqdim edilməsi, müvafiq məbləğlərdə kompensasiyaların ödənilməsi şərtləşdirilmişdir. İlkin iddia üzrə iddiaçı əgər sözügedən şəxslərə və ya digər şəxslərə ödənilən kompensasiyanın, onların yaşadığı tikililərin özünə məxsusluğunu iddia edirsə də, həmin şəxslərə ödənilən kompensasiya nəticəsində əsassız varlanma xüsusatları ilə bağlı məhkəməyə müraciət edə bilər. Lakin, bu istiqamətdə də məhkəməyə əsaslı sübutlar və ya mülahizələr təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçı tərəf müdafiəsinin əsasını yalnız müqavilədə olan “ev 34” ünvanı ifadəsi üzərində qurmuşdur. Lakin, müəyyən edilmişdir ki, müqavilədə formal olaraq 32 yoxsa 34 rəqəminin qeyd edilməsindən asılı olmayaraq MMC tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlər olan mülkiyyətçilərə həm ilkin, həm qarşılıqlı iddia üzrə onlara məxsus olan yeganə daşınmaz əmlak üzrə müqavilələr əsasında ümumilikdə 661500 manat kompensasiya ödənilmişdir. Bunun əksi isə ilkin iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilməmiş, məhkəməyə əsaslı mülahizələr bildirilməmiş, araşdırma istiqamətləri, fəallıq göstərilməmiş, məhkəmədə daxili inam formalaşdırılmamışdır. İlkin iddia üzrə iddiaçıya (ailəsinə) məxsus olması iddia olunan digər ev məhkəməyə təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçının mərhum atasının eyni küçədə ev 32-də qeydiyyatda olması isə iş üzrə ev 32 mənzilinin ilkin iddia üzrə iddiaçıya məxsus olmasına dəlalət etmir. Mənzilə ünvan verilərkən texniki, rəqəm dəyişiklikləri ola bilər, ki mübahisə predmeti olan ərazidəki tikililər uzun illər əvvələ aid olunan qanuni və ya qanunsuz tikililərin mövcud olduğu sahədir. Qarşılıqlı iddia üzrə cavabdeh (iddiaçının qardaşı) X16 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq özü və ailəsinə məxsus 2-ci ev (kompensasiyanın ödənilmədiyi iddia olunan) barədə, yəni evin yerləşmə yeri, nöqtəsi, sahəsi, otaqları və s. barədə məlumat verə bilməmişdir. Faktiki olaraq evin (çıxarış olmasa da) mövcudluğu müəyyən edildikdən sonra həmin əmlaka kompensasiya ödənilməsi və ya söküntünün qadağan edilməsi məsələsini müzakirə etmək olar. Qeyri-müəyyən formada qeyri-müəyyən tikiliyə dair məhkəmə qərarının qəbul edilməsi onun icrasına maneələr yaradacaq, qərarın icrası mümkün olmayacaqdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ünvan 2 ünvanında yerləşən fərdi evin verilmiş texniki passportuna əsasən hüquq subyekti X12 və digərləridir. X12 təxminən 2 il əvvəl vəfat etmiş və o, ilkin iddia üzrə iddiaçının atasıdır. Yəni, texniki passportda da mənzilin ünvanı ev 32 kimi deyil, ev 34 kimi qeyd edilmişdir. Təqdim edilmiş çıxarışa əsasən də qarşılıqlı iddia üzrə cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış evi ünvan 2 ünvanıdır. Deməli, Cavabdeh MMC əsaslı olaraq 34 saylı mənzilə dair X5 vərəsələri (övladları və arvadı) cavabdehlər İddiaçı, X16, X19 və X8 ilə müqavilə bağlamaqla razılaşma əldə etmişlər. Həmin müqavilələrin etibarsızlığı xüsusatı müəyyən edilmir (ümumiyyətlə, mübahisələndirilməmişdir). Mülki hüquq münasibətlərinin subyektləri mülki hüquqlarından sui-istifadə etməməli, mülki hüquq vəzifələrini hüquqi baxımdan vicdanla həyata keçirməlidirlər. Qarşılıqlı iddia üzrə cavabdehlər hüquqdan sui-istifadə etmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi təmin edilməlidir, cavabdehlər İddiaçı, X16, X19 və X4 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalı, həmin mənzil cavabdehlər İddiaçı, X16, X19 və X8 tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməli, həmin mənzilə dair cavabdehlər İddiaçı, X16, X19 və X4 mülkiyyət hüquqlarına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evin boşaldılmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü-tikinti işlərinin dayandırılması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, X16, X19 və X6 qarşı “cavabdehlər İddiaçı, X16, X19 və X4 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin cavabdehlər tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, mənzilə dair cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər İddiaçı, X16, X19 və X4 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Həmin mənzil cavabdehlər İddiaçı, X16, X19 və X8 tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. Həmin mənzilə dair cavabdehlər İddiaçı, X16, X19 və X4 mülkiyyət hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar