Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-97/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə2, Cavabdeh “Respublika Perinatal Mərkəzi” X38 nümayəndəsi Nümayəndə3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 nümayəndələri X20 və Nümayəndə5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X32 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İradəsinin Mərkəzi Hospitalına, “Respublika Perinatal Mərkəzi” X38ə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X41 və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X41 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İradəsinin Mərkəzi Hospitalına, “Respublika Perinatal Mərkəzi” X38ə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. Respublika Perinatal Mərkəzdən 10000 (on min) manat pulun, X11 74210 (yetmiş dörd min iki yüz on) manat pulun, vəkilə çəkilən 2500 (iki min beş yüz) manat xərcin, 343 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı X21 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Aliyə Məmmədova 24 saylı Şəhər Poliklinikasının Qadın Məsləhətxanasında hamilə kimi qeydiyyata alınmışdır. Hamiləliyinin 8-ci ayında onun səhhətində problem yaranmış və Respublika Perinatal Mərkəzə yerləşdirilmişdir. Respublika Perinatal Mərkəzdə tibbi xidmətlər və müalicələr icbari tibbi sığorta əsasında həyata keçirilir. Aliyə Məmmədova Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" Elmi-İstehsalat müəssisəsində işləmiş, ona bütün tibbi xidmətlər icbari tibbi sığorta əsasında göstərilməli idi. Lakin sığortaçı tərəfindən öhdəliklər pozulmuşdur. Belə ki, sığortaolunan Aliyə Məmmədovaya tibbi xidmətlər və müalicələr icbari tibbi sığorta əsasında pulsuz həyata keçirilməli olduğu halda iddiaçı tərəfdən bir çox dərman alınması, xəstənin qanla təmin edilməsi tələb edilmişdir. Aliyə Məmmədova 19 dekabr-28 dekabr 2022-ci il tarixlərində Respublika Perinatal Mərkəzdə stasionar müalicədə olmuşdur. Həmin vaxt xəstənin vəziyyəti kritik olmuş, xəstə Respublika Perinatal Mərkəz tərəfindən “X27”na köçürülmüşdür. X18 həmin xəstəxanaya göndəriş verildiyini, xəstənin orada pulsuz müalicə olunacağını bildirmişdir. Lakin həmin xəstəxanaya məktub göndərilməmiş, nəticədə orada iddiaçı tərəfindən 39210 (otuz doqquz min iki yüz on) manat ödəniş edilmiş, 28286,46 (iyirmi səkkiz min iki yüz səksən altı manat qırx altı qəpik) qalıq borc yaranmışdır. Halbuki Respublika Perinatal Mərkəz qeyd edilən xəstəxanaya göndəriş, məktub göndərilmiş olsaydı, iddiaçı tərəfindən bu məbləğ ödənilməzdi. Xəstənin “X27”nda müalicəsi 28 dekabr 2022-ci ildən 12 fevral 2023-cü il tarixə qədər olan dövrü əhatə etmişdir. Həmin dövrdə xəstəxanaya ödədiyi məbləğdən başqa tibb müəssisəsi tərəfindən xəstəyə istifadə edilən dərman vasitələrinin bir çoxu da iddiaçı tərəfindən alınmışdır. Həmin dərman vasitələrinin alınmasına 35000 (otuz beş min) manat pul xərcləmişdir. X24 Xəstəxana xəstəni öz qərarı ilə “X27”na köçürmüşdür. Ona görə də sonuncu xəstəxanada da tibbi xidmətlər icbari sığorta əsasında pulsuz həyata keçirilməli idi. Aliyə Məmmədova 12 fevral 2023-cü il tarixdə sonuncu xəstəxanada ölmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Aliyə Məmmədovaya qoyulmuş diaqnoz həm Xidmətlər zərfində, həm də “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxlaq statistik təsnifatının 10-cu baxışı”na əsasən (XBT-10) cədvəldə mövcuddur. “34 həftə 1 gün hamiləlik, ekiz ölü döl, “HELLP” sindromu diaqnozu Xidmətlər Zərfində 2.7.147.3 sətrində, XBT-10 cədvəlinin 0 14.2 sətrində; hamilələrin kəskin pis hepatozu, qaraciyətin ensofalopatiyası (ASSİT Koaqulopatiya. Hiperbilirubinemiya) diaqnozu Xidmətlər Zərfində 2.7.34.3 sətrində, XBT-10 cədvəlin K 72.0 sətrində; “hamiləlik, doğuş və zahılıq dövründə qaraciyət pozğunluqları” diaqnozu – Xidmətlər Zərfində 2.7.159, 2.7.159.6, 2.7.160, 2.7.160, 2.7.160.3-cü sətrlərində, XBT-10 cədvəlin O 98.4, O 98.5, O 99.2 sətirlərində mövcuddur. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşının hamiləliyinin və doğuşunun ağırlaşması nəticəsində keçirmiş olduğu endokrin xəstəliklər xidmətlər zərfinə daxildir. İşdən həmçinin müəyyən olunur ki, Respublikası Perinatal Mərkəzin rəhbərliyi tərəfindən öhdəliklərin pozulması nəticəsində iddiaçıya X13 icbari tibbi sığorta əsasında deyil, ödənişli əsaslarla xidmət göstərilməsi ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, TƏBİB-ə və digər orqanlara dəfələrlə edilmiş müraciət və şikayətlərlə bağlı cavab məktublarında qeyd edilmişdir ki, “Respublika Perinatal Mərkəzdə Aliyə Məmmədovaya tibbi xidmət göstərilən zaman tibbi sənədlərin yazılmasında müəyyən nöqsanlara yol verilmişdir.” Bundan başqa, Respublika Perinatal Mərkəzi TƏBİB-in tabeliyində olan tibb müəssisəsidir və burada göstərilən tibbi xidmətlər icbaridir. X27 isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısında olan xəstəxanadır. “Tibbi Sığorta haqqında” AR Qanununun mənasından aydın olur ki, Respublika Perinatal Mərkəzi Aliyə Məmmədovaya icbari xidmətlər göstərməli, heç bir dərman vasitəsi xəstə tərəfindən təmin edilməməli idi. Eyni zamanda Respublika Perinatal Mərkəzi tərəfindən xəstənin X19 köçürülməsi barədə qərar qəbul edildiyi üçün xəstənin həmin tibb müəssisəsində icbari tibbi xidmət alması təmin edilməli idi. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum Aliyə Məmmədovanı «Respublika Perinatal Mərkəzi”dən Gömrük Hospitalına transfer etmişdilər. Düşünülmüşdür ki, mərhuma qaraciyər transplantasiyası köçürülməlidir. Bu əməliyyatı isə yalnız Gömrük Hospitalının həkimi həyata keçirir. Hospitalla İddiaçı arasında tibbi xidmət müqaviləsi bağlanılmışdır. Mərhumun həyat yoldaşı və atası qazi olduqları üçün onlara güzəşt də tətbiq olunmuşdur. Ümumilikdə mərhuma 82.440 manat sərfiyyat olunmuşdur, ona 14.943 manat endirim olunmuş, 39.210 manat xəstə yaxınları tərəfindən ödənilmişdir. Hazırda İddiaçı 28.000 manat borcu qalmışdır. Lakin Hospital humanistlik edib borcu tələb etmir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Xəstə hospitala gəldikdə, epikrizi onunla birlikdə gəlir. Xəstə hospitala gəldikdə, epikrizi onunla birlikdə gəlir. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X41 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlanılıb. “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb xidmət idarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “ O26.6 Hamiləlik, doğuş və zahlıq dövründə qaraciyər pozğunluqları" adda stasionar terapevtik tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. Odur ki, iddia tələbinin Gömrük Hospitalına aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Respublika Perinatal Mərkəzi” X38 nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xəstə X4 Gömrük Hospitalına köçürülərkən hüquqi aktlarda nəzərdə tutulmuş qaydada göndərişin verilməməsinə səbəb xəstəyə qoyulmuş diaqnozda göstərilən xəstəliyin AR NK-nın 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərar ilə təsdiq edilmiş “İcbari tibbi Sığorta üzrə Xidmətlər Zərfi”ndə göstərilən siyahıda olmamasıdır. Əgər siyahıda olsa idi bu barədə sığorta əməkdaşlarının iştirakı ilə müvafiq göndərişlə xəstə MGH-na köçürülmüş olardı. Odur ki, iddia tələbinin “Respublika Perinatal Mərkəzi”nə aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 nümayəndəsi X20 izahatında bildirmişdir ki, iddia ərizəsi əsassızdır. X28 köçürülərkən Sığortaya müraciət etməmişdir. Eyni zamanda xəstəyə qoyulmuş diaqnozda göstərilən xəstəlik AR NK-nın 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərar ilə təsdiq edilmiş “İcbari tibbi Sığorta üzrə Xidmətlər Zərfi”nd” göstərilən siyahıda mövcud deyil. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 nümayəndəsi Nümayəndə5 izahatında bildirmişdir ki, icbari sığorta olunan şəxs təxirəsalınmaz halda “Respublika Perinatal Mərkəzi”ndən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X41 ilə müqaviləsi olan digər xəstəxanaya göndəriş olmadan köçürülürsə, bu halda xəstə yaxınlarının müraciəti ilə xəstə təcili tibbi yardım maşını vasitəsi ilə göndərilir. Sədrlik edənin sulaına cavab olaraq bildirmişdir ki, “Respublika Perinatal Mərkəzi” “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”-nə daxil olan icbari sığortaya düşən dövlət tibb müəsissələrindən biridir. Adətən işin halına baxır. Xidmətlər zərfində varsa “Respublika Perinatal Mərkəzi” xəstəyə həmin xidməti göstərir. Xidmətlər zərfində həmin xidmət yoxdursa, xəstəni özələ təxliyə edirlər. Hazırki işdə doğuş məsələsidir, “Respublika Perinatal Mərkəzi”-də həmin xidmət varsa, həmin xidməti göstərməlidir. Digər hallarda çox vaxt xəstə yaxınlarının istəyi ilə xəstə təxliyə olunur. Praktikada rast gəlinir ki, xəstə yaxınları oradakı xidmətdən razı qalmır və xəstənin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına təxliyə olunmasını istəyir. Həmin halda həmin müəssisənin təcili tibbi yardım maşını ilə xəstəni özələ göndərirlər. Ağır vəziyyətdə xəstə gəlirsə ona xidmət olunur. İcbari sığorta ilə müqaviləsi olan digər özəl hospital əgər icbari sığorta olunan xəstə hospitala daxil olursa, özü müəyyən edib, bu barədə özü məlumat verməlidir. Tərəflərindən xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərilən məktubda qeyd olunmuş nöqsan dedikdə, həkim tərəfindən hərflər və rəqəmlərin düzgün yazılmaması, yəni səliqəsiz yazı nəzərdə tutulur. Bu nöqsanlarla bağlı illik monitorinqin nəticəsində tədbirlər görülür. Göndərişlə bağlı nöqsan olmayıb, bu barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X32 nümayəndəsi X6 izahatında bildirmişdir ki, “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya)” həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb xidmət idarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahılıq dövründə qaraciyər pozğunluqları” adda stasionar terapevtik tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, vətəndaş tibbi müəssisəsində sığorta bölməsinə yaxınlaşır. Həmin bölmədə elektron sistem mövcuddur. Vətəndaşın şəxsiyyət vəsiqəsi əsasında kod müəyyənləşdirilir, yoxlamadan sonra xəstənin yerləşdiriləcəyi tibb müəssisəsi müəyyənləşdirilir və xəstəyə xidmət göstərilir. Xəstə təcili haldadırsa, o, xidmət alır. Bu zaman İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X41 ayın sonunda xəstənin təcili halını nəzərə alaraq xidmətlər zərfi çərçivəsində ödənişi edir. Vətəndaş tibbi müəssisəsində sığorta bölməsinə özü yaxınlaşmırsa, bunun üçün tibbi müəssisələrinin üzərinə öhdəlik qoyulmur. Hazırki işdə xəstənin ailə üzvlərinin Agentliyə müraciət edib-etməməsini bilmir. Adətən vətəndaşlar ilk əvvəl tibb müəssisələrinə, problem olduqda bizə müraicət edir, problem davam etdiyi halda məhkəməyə müraciət olunur. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X32 Özəl tibbi müəssisələrinin ekspertiza şöbəsinin müdiri X22 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalında xəstəyə qoyulan dioqnoz X3 O26.6 kod ilə qeyd edilmiş “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) dioqnozudur. Tibbi sənəddə bu dioqnoz göstərilib. Və İcbari Sığorta Agentliyi xidmətlər zərfində əsas xəstəlik dioqnozu nə göstərilibsə, həmin dioqnozla dəyərləndirə bilir. Xəstəlik adları bir-birinə yaxın olsa da kəskin və ya yarımkəskin qaraciyər çatışmazlığı, xroniki qaraciyər çatışmazlığı başqadır, xəstəyə qoyulan dioqnoz konkret başqadır. Tərəfilərindən məhkəmə sorğusuna verilən cavabda da o, vurğulanır ki, tibbi sənədlərdə olan diaqnoz xidmətlər zərfində yoxdur, yəni “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb xidmət idarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahlıq dövründə qaraciyər pozğunluqları" adda stasionar terapevtik tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. “Respublika Perinatal Mərkəzi” tərəfindən verilən dioqnozda kod yoxdur. Mütəxəssis mərhum X9 tibbi qeydiyyat sənədlərinə nəzər yetirərək bildirmişdir ki, X12 qoyulan son klinik diaqnoz “0.84.2 - vaxtından əvvəl cərrahi doğuş” “036 - ölü döl” “0142 - HELLP sindromu” olmuşdur. Xəstəyə bir çox diaqnoz qoyula bilər: ilkin dioqnoz, müayinə diqonozu, göndərən xəstəxananın dioqnozu, son dioqnoz. Bu dioqnazlar üst-üstə düşməyə bilər. Üst-üstə düşmədiyi halda xəstə sonuncu hansı xəstəxanada olubsa, ixtisaslaşdırılmış xəstəxanadırsa və ixtisaslaşdırılmış dioqnoz qoyulubsa, əsas diqonoz o götürülür. Bu qayda təbabətdə belədir. Son dioqnoz laboral, instrumental və dioqnostik müayinələrlə öz əksini tapmalı, rəsmi sənədlərə təsdiq olunmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: AZ-İİ № 477335 saylı nikah şəhadətnaməsinə əsasən İddiaçı ilə X25 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin 11 avqust 2023-cü il tarixli məktubuna əsasən mərhum X21 2022-ci ilin may ayından "xxxx" Elmi-İstehsalat Müəssisəsində mühəndis vəzifəsində işləmiş və onun aylıq əmək haqqından icbari tibbi sığorta tutulmuşdur. 25 may 2022-ci il tarixli 443 saylı Əmək müqaviləsinə əsasən “Üfüq” İstehsalat Birliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsi (VÖEN **********) işəgötürən direktor X10 ilə X21 arasında bir il müddətində əmək müqaviləsi bağlanmışdır. İşçiyə hər ay 668 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. “Respublika Perinatal Mərkəzi” X32 28 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, hamilə qadın X21 xx.xx.2022-ci il saat 22:25 tarixində Respublika Perinatal Mərkəzi publik hüquqi şəxsə “H1 D0 A0 34 həftə + 1 gen hamiləlik. Əkiz ölü döl HELLP sindromu” diaqnozu ilə qəbul olunub. “Hamilələrin kəskin piy Hepatozu. Qaraciyərin ensofalopatiyası (ASSİT. Koaqulopatiya Hiperbilirubinemiya).” Diaqnozu qoyularaq “X27”na köçürülmüşdür. xx.xx.2022-ci il tarixli Tibbi Xidmət Müqaviləsinə əsasən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi X1 tibbi xidmət göstərilməsi barəsində müqavilə bağlanmışdır. Müqavilənin 3-cü maddəsinə əsasən “Xəstə” və “Xəstə yaxını” göstərilən tibbi xidmətin qarşılığı olan 6000 (altı min) manatı xidmətin nəticəsindən asılı olmayaraq ödəyir. xx.xx.2022-ci il tarixli Xəstə və/və ya X30 əsasən İddiaçı bəyan etmişdir ki, Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının həkimləri, keçirdikləri əməliyyatın/göstəriləcək xidmətin həyati riskləri, təhlükələri meydana gələ biləcək fəsadları barəsində ona məlumat verilmişdir. İddiaçı öz azad iradəsi ilə bu əməliyyatın keçirilməsinə razılıq vermişdir. əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, hospitala ödədiyi 6000 (altı min) manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmişdir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə halları) qarşılıqlı olaraq “QİYMƏT CƏDVƏLİ” əsasında fakturada müəyyənləşdiriləcək məbləği hospitala ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən DGK Hospitalının rəisi Ceyhun Məmmədova ünvanlanan xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə Hospitala həyat yoldaşı X9 vəziyyətinin pisləşməsi ilə bağlı müraciət etmiş və bildirmişdir ki, yoldaşının atası da ehtiyatda olan veterandır və qardaşı da cəbhədə Laçında hərbi xidmətdədir. Hospitalda göstərilən tibbi xidmətlərə görə güzəşt tətbiq edilməsini xahiş etmişdir. X14 xx.xx.2023-cü il tarixli fakturasına əsasən tibbi xidmətlər üçün xəstənin ödəyəcəyi məbləğ 67496,46 manat təşkil etmişdir. Cəmi mədaxil 39210 manat, qalıq məbləğ isə 28286,46 manat təşkil etmişdir. X14 verdiyi xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışa əsasən xx.xx.1988-ci il təvəllüdlü X21 həqiqətən də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək DGK TXİnin X15 müalicə almışdır. Xəstə xx.xx.2023-cü il saat 22:35 tarixində İ-27.8 Ağciyər-ürək çatışmazlığı diaqnozu ilə X15 vəfat etmişdir. xx.xx.2023-cü il tarixli AZ-11334586 nömrəli Ölüm haqqında arayışa əsasən X21 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə № 348 ilə qeyd edilmişdir. X23 və İddiaçı tərəfindən X14 rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, onların personal və klinikadan etirazları yoxdur, xəstənin təftiş olunmasından və yarılmasından imtina edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının “TƏBİB”-in icraçı direktoruna ünvanlandığı 25 yanvar 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, müharibə veteranı İddiaçı Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, həyat yoldaşı X9 doğuş vaxtı bətnində olan övladlarının həkim səhlənkarlığı və qeyri-peşəkarlığı səbəbindən tələf olduğunu, hazırda həyat yoldaşının səhhətinin ağır olduğunu, onu müalicə etditməyə imkanın olmadığını, icbari tibbi sığortanın xidmətlərindən yararlana bilmədiklərini qeyd etmiş, həyat yoldaşının səhhətinin ağır olmasını nəzərə alaraq, müvafiq köməklik göstərməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında” AR Konstitusiya Qanununun 12.2.2-ci maddəsinə əsasən, şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, hüquq pozulması halları müəyyən edildiyi təqdirdə, aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə onlara məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X38 İddiaçı ünvanladığı 26 yanvar 2023-cü il tarixli müraciətə baxılmanın nəticəsi haqqında məktubun məzmunundan görürür ki, AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanmış müraciət xx.xx.2023-cü il tarixli PHŞ/6-Q-1-2022-7099 müşayiət məktubu ilə TƏBİB-ə daxil olmuşdur. Müraciətdə qaldırılan məsələ ilə bağlı TƏBİB tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü hamilə X21 xx.xx.2022-ci il tarixdə saat 22:25-də Respublika Perinatal Mərkəzinə “34 həftə hamiləlik, əkiz ölü döllər, HELLP sindromu” diaqnozu ilə daxil olmuşdur. Doğum şöbəsinin növbətçi həkim mama-ginekoloqları Məmmədova Nərminə və Hüseynova Sevinc tərəfindən qeysəriyyə əməliyyatı aparılıb və ölü döllər xaric olunmuşdur. Aliyə Məmmədovaya doğuşayardım xidməti göstərən zaman yol verilmiş çatışmazlıqları nəzərə alaraq Respublika Perinatal Mərkəzin direktorunun rəhbərliyinin doğuşayardım xidmətini həyata keçirmiş tibbi heyətə inzibati qaydada cəzalar tətbiq edilmişdir. Aliyə Məmmədovanın aidiyyəti üzrə müalicəsinin və davamlı nəzarətinin təmin edilməsi məqsədilə, X14 TƏBİB tabeliyində olmadığını nəzərə alaraq, TƏBİB tabeliyində tibb müəssisəsinə köçürülməsi təklif edilir. AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X38 İddiaçı ünvanlandığı 15 mart 2023cü il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı AR Prezidentinin Administrasiyasına ünvanlandığı müraciətə AR TƏBİB-də aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, qeyd edilən faktlarla bağlı tibbi sənədlər alınmış və mütəxəssislər tərəfindən təhlil olunaraq rəy verilməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X38 tabeliyindəki tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyaya təqdim edilmişdir. Komissiyanın yekun qərarına əsasən “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsdə vətəndaş Aliyə Məmmədovaya tibbi xidmət göstərilən zaman tibbi sənədlərin yazılmasında müəyyən nöqsanlara yol verilsə də, bu hallar xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olmamışdır. “Respublika Perinatal Mərkəzi” X41 tərəfindən X9 adına açılmış TQS seriyalı ******* nömrəli tibbi qeydiyyat sənədinin surətindən görünür ki, pasiyentə qoyulan son klinik diaqnoz “084.2 - vaxtından əvvəl cərrahi doğuş” “036 - ölü döl” “0142 HELLP sindromu” olmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 11 yanvar 2023cü il tarixli 11-10/2-M-5-31-320/2023 saylı vətəndaş müraciətinin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında məktubun məzmunundan görünür ki, vətəndaş İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olmuş müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün göndərilir. Müraciətə baxılmasının nəticəsi barədə vətəndaşa məlumat verilməsi xahiş olunur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 fevral 2023cü il tarixli 11-10/2-M-5/8-31-1809/2023 saylı vətəndaş müraciətinin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin müşayiət məktubu ilə vətəndaş İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olmuş təkrar müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün göndərilir. Müraciətə baxılmasının nəticəsi barədə vətəndaşa məlumat verilməsi xahiş olunur. İş materiallarında olan qəbzlərlə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə 36,13 manat, 136,46 manat 84,80 manat; xx.xx.2022-ci il tarixdə 122,75 manat, xx.xx.2022-ci il tarixdə 20,90 manat, xx.xx.2022-ci il tarixdə 52,12 manat, xx.xx.2022-ci il tarixdə 24?35 manat, 20,40 manat, 18,36 manat; xx.xx.2022-ci il tarixdə 15 manat; 41,98 manat, 17,20 manat dəyərində dərman vəsaitlərinə görə ödənişlər həyata keçirmişdir. “X40”in xx.xx.2022-ci il tarixli qəbzlərindən görünür ki, pasient X9 laborator müayinəsinə 90 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb xidmət idarəsinin Mərkəzi Hospitalına edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixində 5800,00 manat, xx.xx.2023-cü il tarixdə 2000,00 manat, xx.xx.2023-cü il tarixdə 200,00 manat, xx.xx.2023-cü il tarixdə 1360,00 manat, xx.xx.2023-cü il tarixdə 7200,00 manat, xx.xx.2023-cü il tarixdə 2000,00 manat, xx.xx.2023-cü il tarixdə 270,10 manat, xx.xx.2023cü il tarixdə 3500 manat, xx.xx.2023-cü il tarixdə 1650,14 manat, xx.xx.2023-cü il tarixdə 513,60 manat, xx.xx.2023-cü il tarixdə 4412,59 manat, xx.xx.2023-cü il tarixdə 2019,45 manat, xx.xx.2023-cü il tarixdə 2487,06 manat, xx.xx.2023-cü il tarixdə 39210,00 manat olmaqla iddiaçı öz hesabına ödənişlər həyata keçirmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X16 Rayon Məhkəməsinə ünvanlandığı 24 yanvar 2024-cü il tarixli 11-10/2-92/2024 saylı müraciətə baxılmanın nəticəsi haqqında cavab məktubuna əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə hamilələrin kəskin pay hepatozu, qaraciyərin ensefalopatiyası diaqnozu qoyulmuş xəstəyə göstərilən xidmətin xidmətlər zərfində göstərilən siyahıda nəzərdə tutulub-tutulmaması haqda məlumatların təqdim edilməsi barədə ünvanlanan 2(004)-3874/2023 nömrəli müraciətə Agentlikdə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Xidmətlər Zərfinə daxil olan stasionat tibbi xidmət üzrə diaqnozlar “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı”na əsasən (XBT-10) tərtib edilmişdir. Eyni zaman stasionar terapevtik tibbi xidmətin tarifi Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi”nin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Müraciətdə qeyd edilən “Hamilələrin kəskin piy hepatozu, qaraciyərin ensefalopatiyası (ASSİT.Koaqulopatiya Hiperbilirubinemiya) həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb xidmət idarəsinin Mərkəzi Hospitalı tərəfindən qəbul etdiyi “O26.6 Hamiləlik, doğuş və zahılıq dövründə qaraciyər pozğunluqları” adda stasionar terapevtik tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 1-1.1-ci maddəsinə əsasən Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. 1-1.2-ci maddəsinə əsasən Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. 15-12.1-ci maddəsinə əsasən Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. 15-17.1-ci maddəsinə əsasən Xidmətlər zərfi ambulator-poliklinika şəraitində göstərilən tibbi xidmətləri və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir. 15-28.1-ci maddəsinə əsasən Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. Məhkəmə qeyd edir ki, tibbi sığorta haqqında qanunun müvafiq normalarına əsasən bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X32 internet səhifəsində olan sıyahıya əsasən (https://its.gov.az/files/9/TEBİB%20SİYAHİ.pdf) müəyyən olunur ki, “Respublika Perinatal Mərkəzi” TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisəsidir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi X33 Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsilərindən biridir (https://its.gov.az/page/agentliyin-muqavile-bagladigi-tibb-muessiselerinin-siyahisi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin: 3.2-ci bəndinə əsasən Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir. 8.1-ci bəndinə əsasən Bu Sənədin əlavəsindəki cədvəlin 2.6.1-2.6.1334-cü, 2.7.1- 2.7.266-cı yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi tibbi xidmət XBT-9-a əsasən təminata daxil edilmiş tibbi xidmətin prosedurlarından və stasionar terapevtik xidmət XBT- 10-a əsasən qruplaşdırılmış diaqnozlar üzrə sığortaolunanın müayinə və müalicəsi üçün göstərişi olan tibbi xidmətlərdən ibarətdir. 8.2-ci bəndinə əsasən Stasionar terapevtik tibbi xidmətin tarifi bu Sənədin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Stasionar cərrahi tibbi xidmətin tarifi isə tibbi göstəriş olan cərrahi müdaxilənin proseduru seçilməklə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Respubika Perinatal X2 qoyulan son klinik diaqnoz “0.84.2 - vaxtından əvvəl cərrahi doğuş” “036 - ölü döl” “0142 - HELLP sindromu” olmuşdur. Qeyd edilən diaqnoz üzrə stasionar terapevtik tibbi xidmət isə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə öz əksini tapmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçının mərhum həyat yoldaşı X9 Respublika Perinatal Mərkəzində stasionar müalicə aldığı dövrdə dərman vəsaitlərinə ümumilikdə 680,45 manat məbləğində pul sərf etməsi müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Respublika Perinatal Mərkəzi TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisəsidir və burada tibbi xidmətlər icbari göstərməli, xəstə dərman vasitələri ilə təmin edilməli idi. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Respublika Perinatal Mərkəzi” X31 680,45 (altı yüz səksən manat qırx beş qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh “Respublika Perinatal Mərkəzi” X31 iddiaçının xeyrinə tutulmalı, vəkilə ödənilmiş pulun qalan 1200 manat hissəsi və dövlət rüsumunun qalan 313 manat hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Respublika Perinatal Mərkəzi” X31 680,45 (altı yüz səksən manat qırx beş qəpik) manat məbləğində pul, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 (iki yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-97/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-97/2024
15.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver