Məhkəmə qərarları › İş №e-2(005)-101/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-101/2023

02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-101/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi”, ilkin iddia üzrə Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçıya qarşı “qeyri-yaşayış sahəsinə dair müqavilənin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad şəkildə iddiaçıya təhvil verilməsini "MTK-Real” Mənzil Tikinti Kooperativinə həvalə edilməsi və qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahəsinin dəqiq ölçüləri, mərtəbəsi göstərilməklə binada yerləşməsi, habelə plancizgisinə dair "MTK-Real” Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının qərarının iddiaçıya cavabdeh tərəfindən verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 162 manat dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qzı Cavabdeh MTK ilə 20 dekabr 2013-cü il tarixdə 10 nömrəli müqavilə bağlamışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tikinti işləri tam başa çatdırıldıqdan sonra müqavilənin əsas predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məh. ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyriyaşayış sahəsini (müqavilənin 1.1 -ci bəndi) iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin qeyri-yaşayış sahəsinin pay dəyəri iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş qaydada tam ödənilmiş və bu barədə maliyyə arayışı mövcuddur. Lakin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 197 nömrəli, xx.xx.2019-cu il tarixli istismara icazə sənədinə əsasən binanın artıq istismara verilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə predmeti olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə əlaqədar cavabdehə şifahi qaydada müraciət etsə də, həmin müraciətlər müxtəlif bəhanələrlə (MTK-nın sədri xəstədi, yerində yoxdu və s.) cavabsız qalmış və bununla bağlı cavabdeh tərəfindən heç bir hərəkət həyata keçirilməmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilə 2013-cü ildə bağlanmışdır, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, pay haqqını tam ödəmiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi bu günədək icra etmədiyindən, müqavilə hələ də qüvvədədir. Müqavilə Cavabdeh MTK-nın işçisi olan Sədr tərəfindən imzalanmış, həmin MTK-nın möhürü ilə təsdiq edilmişdir. Bu səbəbdən Cavabdeh MTK müqavilənin icra edilməsinə görə məsuliyyət daşıyır. İlkin iddia üzrə cavabdeh "MTK-Real” Mənzil Tikinti Kooperativi ilkin iddia üzrə İddiaçı qarşı “qeyri-yaşayış sahəsinə dair müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 3 ünvanda 21 mərtəbəli yaşayış evinin 3cü blok (İİ korpus) 1-ci mərtəbəsində umumi tikinti sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi barədə imzalanmış xx.xx.2013-cü il tarixli, 10 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 10 saylı, 20 dekabr 2013-cü il tarixli müqavilənin 1.1 bəndində göstərilir ki, guya İddiaçı sahəni 40,0 kv.m olan qeyri-yaşayış sahəsini X1 alıb və həmin sahənin dəyəri olan 24000 manat pul vəsaitini ona ödəyib. İddiaçı heç kimdən nə qeyri-yaşayış sahəsi almayıb, nə də heç kimə pul vəsaiti ödəməyib. İddiaçı qardaşı X7 ilə Cavabdeh arasında 24 avqust 2006-cı il tarixdə anası X2 adından 3M-3/341 saylı, xx.xx.2006-cı İl tarixli Etibarnamə əsasında öhdəçilik müqaviləsi imzalamışdır. Həmin müqaviləyə uyğun olaraq X7 Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində , 1411,7 kv.m. torpaq sahəsində yerləşən, öz şəxsi mülkiyyətində olan əmlakını Cavabdeh MTK-ya verir. Birgə fəaliyyətlə əlaqədar 1-ci tərəf yuxarıda qeyd olunan yaşayış sahəsini təhvil alaraq onun dəyəri müqabilində həmin yaşayış evinin yerində tikiləcək "MTK-Real” MTK -ya məxsus iki bloklu, 16 mərtəbəli hər mərtəbəsinin sahəsi 1000 kv.m olan cəmi 16000 kv.m-lik sahəsi olan yaşayış binasın ümumi payından 33,3 %-nə 2-ci tərəfi şərik edir. Burada qeyd etmək yerinə düşər ki, ilkin razılaşmada göstərilən torpaq sahəsinin əvəzində yaşayış sahəsi verilməli idi. Lakin keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun EMİSSARİ Akif Mustafayev və onun reket qrupunun MTK-ya gələrək onun rəhbərliyini təhdid eldikdən sonra yuxarıda qeyd olunan öhdəçilik müqaviləsi imzalanmışdır. Sonra yəni, 2009-cu ilin iyun ayının 17-də Cavabdeh MTK ilə X5 arasında yuxarıda qeyd olunan öhdəçilik müqaviləsinin tərkib hissəsi olan akt-müqavilə imzalanmışdır. Akt- müqaviləyə görə MTK tərəfindən 2100 kv.m.yaşayış sahəsi, 145 kv.m.qeyri- yaşayış sahəsi verilmişdir. X5 öz imzası ilə ilə təsdiq etmişdir ki, MTK ona verilən torpaq sahəsinin əvəzini tam ödəmişdir. Akt-müqavilədə qeyd olunmuşdur ki, "xxxx" MTK-ya qarşı heç bir iddia və tələbi yoxdur və birgə fəaliyyət müqaviləsinin ləğv olunması üçün X5 da olan müqavilənin nüsxəsini MTKya geri qaytarmışdır. Faktiki onların istəyinə uyğun olaraq aşağıdakı yaşayış və qeyriyaşayış sahəsi onlara təhvil verilmişdir. MTK Öz öhdəliyini artıqlaması İlə yerinə yetirmişdir. X2 həyal yoldaşı İbrahimov Aydın dəfələrlə MTK-nın rəhbərliyinə müraciət edərək onlara verilən əmlakları satmaq istədiyini bəyan etmiş, müxtəlif vaxtlarda həmin əmlakları ayrı-ayrı şəxslərə satmış və yaxud öz yaxın qohumlarının adına rəsmiləşdirilməsini bəyan etmişdir. Cədvəldən göründüyü kimi 40 kv.m. qeyri-yaşayış sahəsi barədə heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən ünvan 3 ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (ll korpus) l-ci mərtəbəsində ümumi tikinti sahəsi 40 kv.m. olan qeyri-yaşayış sahəsinə barədə imzalanmış 20 dekabr 2013-cü il tarixli, 10 saylı müqavilənin ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı və ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2009-cü il tarixdə X5 ilə Cavabdeh MTK-nın sədri X6 birgə tərtib edilmiş aktdan görünür ki, tərəflər xx.xx.2006-cı il tarixdə birgə fəaliyyət müqaviləsi bağlamış, X5 bu müqavilə üzrə Cavabdeh MTK-ya verdiyi 1300 kv.m torpaq sahəsinin əvəzinə Cavabdeh MTK tərəfindən 2200 kv.m yaşayış sahəsi, 145 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. X5 aşağıda öz imzası ilə təsdiq edir ki, Cavabdeh MTK onun veridiyi torpaq sahəsinin əvəzini tam ödəmiş, Cavabdeh MTK-ya qarşı heç bir iddiası yoxdur və birgə fəaliyyət müqaviləsinin ləğv olunması üçün onda müqavilənin nusxəsinin geri qayrarır. Qeyd olunan akt X5 tərəfindən xx.xx.2010-cu il tarixdə imzalanmışdır. xx.xx.2013-cü il tarixli 10 nömrəli Müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məh. ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri 24000 manat təşkil edir və yeni payçı İddiaçı bu məbləği əvvəlki “Payçı” X3 ödəməsi qeyd olunmuşdur. Cavabdeh MTK tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanında yerləşən 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri payçı İddiaçı tərəfindən tam odənilmişdir və sonuncunun MTK -ya borcu olmaması qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 4/1805-5/1561-5/1571 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 69-cu vərəqində olan 17 iyun 2009-cu il tarixli Akt-müqavilənin kserosurətində əks olunmuş “19.010.2010” tarix göstəricisindəki “xx.xx.2010" rəqəmləri - X5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 69-cu vərəqində olan 17 iyun 2009-cu il tarixli Akt-müqavilənin kserosurətinde eks olunmuş “19.010.2010” tarix göstəricisində “...010..." rəqəmlərində olan X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda Rəyin Tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəblərə görə 17 iyun 2009-cu il tarixli “Akt-müqavilə”nin reproqrafik surətində “Tərəflərin imzaları” söz birləşməsinə qədər olan hissə ilə tərəflərin imzalarından sonra olan hissədə köçürülmənin (montajın) müəyyən edilməsi mümkün olmadı. 2. Gələcəkdə belə xarakterli sənədlərin saxtalaşdırılmasının baş verməməsi üçün ekspert aşağıdakı profilaktik tövsiyyələri venr: sənədlərin surəti çıxarıldıqda onlar səlahiyyətli şəxslər tərəfindən müəyyən qeydlər aparılmalı və həmin idarəyə və ya təşkilata məxsus möhür əksləri ilə təsdiq edilməlidirlər. Habelə təqdim edilmiş xx.xx.2009-cu il tarixli “Aktmüqavilə” reproqrafik surət olduğu üçün ekspert qarşısında qoyulmuş “Tarixin ayında birinci və ikinci sıfır eyni mürəkkəb ilə icra olunub ya yox sualı üzrə tadqiqat aparılmadığı qeyd olunmuşdur. Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı ilə cavabdeh təşkilat arasında qeyri-yaşayış sahəsinin satılmasına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyəri 24000 manat müəyyən edilmişdir. Həmin müqavilədə qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən bu məbləğ əvvəlki “Payçı” X3 ödəməsi qeyd olunmuşdur. Bundan sonra ilkin iddia üzrə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmişdir. Bundan sonra ilkin iddia üzrə cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli Maliyyə arayışı verilərək, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məhəllə ünvanında yerləşən 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyriyaşayış sahəsinin dəyəri payçı İddiaçı tərəfindən tam odənilməsi və ilkin iddia üzrə iddiaçının Cavabdeh MTK-ya borcunun olmaması qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçıya müqavilə predmeti olan qeyri-yaşayış sahəsi təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmasının gedişində ilkin iddia üzrə cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə hazırda ilkin iddia tələbi üzrə yerinə yetirilməmiş öhdəliyə dair mübahisə predmetinin əsasını təşkil edən qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2013-cü il tarixli 10 saylı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərini qarşılıqlı iddia tələbinə tətbiqi zamanı qeyd olunan müqavilənin qanuniliyi müəyyən edilir. Bundan başqa qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən müqavilənin ləğvinə yönəlmiş əsaslandırma ilə razılaşmayan məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Cavabdeh MTK-ya hər-hansı ödənişin edilməməsi, hazırda mübahisə predmeti olan müqavilənin müddəaları ilə təsdiq edilmiş faktdır. Belə ki, müqavilədə yeni payçı İddiaçı bu məbləği əvvəlki “Payçı” X3 ödəməsi qeyd olunmuşdur. Belə olan halda hazırda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən göstərilmiş bu əsas tərəflər arasında bağlanmış müqavilənin ləğvinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsaəsn müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: Həmin Məcəllənin 422.2.1-ci maddəsinə əsasən müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; Həmin Məcəllənin 422.2.2-ci maddəsinə əsasən şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; Həmin Məcəllənin 422.2.3-ci maddəsinə əsasən müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; Həmin Məcəllənin 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından müəyyən olunduğu kimi hazırda qarşılıqlı iddia tələbi üzrə qeyd olunan müqavilənin ləğvi üçün hər hansı əsas yoxdur. Eyni zamanda qarşılıqlı idda üzrə iddiaçı tərəfindən qeyd oluan halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. İlkin iddia tələbi üzrə qeyri-yaşayış sahəsinin tələb edilməsi ilkin iddia üzrə iddiaçı ilə ilkin iddia üzrə cavabdeh arasında bağlanmış qeyri-yaşayış müqaviləsinin tələbləri baxımından ilkin iddia üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin təmin edilməsini əhatə edir. Qeyd olunan qeyri-yaşayış sahəsinin dəyərinin tam şəkildə ödənilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçıya verilmiş maliyyə arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddsəsinə görə mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə cavabdehdən qeyri-yaşayış sahəsinə dair müqavilə üzrə üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsinə görə ilkin iddia üzrə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, ilkin iddia üzrə iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyərini ilkin iddia üzrə cavabdehə ödəmiş, ilkin iddia üzrə cavabdeh isə həmin qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə iddiaçıya təhvil verməyərək ilkin iddia üzrə iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hazırda ilkin iddia tələbini əsaslı hesab edərək, həmin müqavilə üzrə ilkin iddia üzrə cavabdehin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsini ilkin iddia üzrə iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirərək, ilkin iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi cavabdehə həvalə edilməsini qanuni hesab edir. Bundan başqa məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2009-cü il tarixdə X2 Cavabdeh MTK-nın sədri X6 ilə birgə tərtib edilmiş aktmüqavilə sənədini hazırki mülki iş üzrə mötəbər sübut kimi qəbul etməyərək, bildirir ki, qeyd olunan sənədə dair məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza üzrə tərtib edilmiş rəydə təqdim edilmiş “xx.xx.2009-cü il tarixdə X5 ilə Cavabdeh MTK-nın sədri X6 birgə tərtib edilmiş akt-müqavilə” kənar müdaxilə olunduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə hazırda mötəbərliyi şübhə altında olan sənədin tərəflər arasında yaranmış mübahisənin araşdırılması zamanı sübut kimi qəbul edilməsi halında tərəflərin qanunla qorunan hüquqlarının pozulması səbəb olacağından həmin sənədi mötəbər sübut qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 162 manat dövlət rüsumu xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məh. ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilməli, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məh. ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə iddiaçıya verilməsi barədə mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahəsinin dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi, habelə plan-cizgisinə dair Cavabdeh MTK-nın ümumi yığıncağının qərarının ilkin iddia üzrə İddiaçı verilməli, ilkin iddia üzrə Cavabdeh MTK-dan ilkin iddia ərizəsinin verilməsi üçün ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilməlidir. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh MTK-dan 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ünvan 3 ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (lİ korpus) 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 40 kv.m. olan qeyri-yaşayış sahəsinə barədə imzalanmış 20 dekabr 2013-cü il tarixli, 10 saylı müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məh. ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilsin. Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 məh. ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 1-ci mərtəbə, ümumi tikinti sahəsi 40,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddia üzrə iddiaçıya verilməsi barədə mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahəsinin dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi, habelə plan-cizgisinə dair Cavabdeh MTK -nın ümumi yığıncağının qərarının ilkin iddia üzrə İddiaçı verilsin İlkin iddia üzrə Cavabdeh MTK-dan ilkin iddia ərizəsinin verilməsi üçün ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 162 (yüz altmış iki) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilsin. İlkin iddia üzrə Cavabdeh MTK-dan 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ünvan 4 ünvanda 21 mərtəbəli yaşayış evinin 3-cü blok (lİ korpus) 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 40 kv.m. olan qeyri-yaşayış sahəsinə barədə imzalanmış 20 dekabr 2013-cü il tarixli, 10 saylı müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar