Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1040/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X10 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, ev 26, mənzil 1082 onun xüsusi mülkiyyətindədir. Mənzil 16 may 2012-ci il tarixdən etibarən Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi və **********25-05301-093941 Reyestr nömrəsi ilə tam pay hüququ ilə xüsusi mülkiyyətindədir. Qeyd olunan mənzili müqavilə əsasında 2011-ci ildə aldıqdan sonra mənzili təmir etməklə, mənzildə mətbəx mebeli, yataq otaq dəstləri, lüstrlər, soyuducu, qabyuyan maşın, pataryuyan maşınlar, hər bir otaqda kondisionerlər, 2 ədəd böyük ölçüdə televizorlar və digər zəruri avadanlıqlar quraşdırmaqla, qısa müddət bu mənzilində ailə üzvləri ilə birlikdə yaşamışdır. O ailə üzvləri ilə birlikdə onlara məxsus olan fərdi yaşayış evində - mənzildə davamlı olaraq yaşadıqları üçün, bacısı X2, oğlu X1 evləndirərək ona məxsus olan bu evdə müvəqqəti yaşamağı xahiş etmişdir. Bacısının oğlu Fərid Feyzullayev 27 oktyabr 2012-ci il tarixdə Feyzullayeva (Məmmədbəyova) Nərgiz Zaur qızı ilə rəsmi nikaha daxil olmuşdur. Bacısının və bacısı oğlunun qeydiyyatda olduqları və yaşadıqları ünvan 2 ünvanı faktiki olaraq yaşamaq üçün yararlı vəziyyətdə olmadığı üçün, bacısının xahişi əsasında onun oğlunun gəlni ilə birlikdə toydan sonra onun xüsusi mülkiyyətində olan mənzilə köçüb müvəqqəti yaşamaqlarına icazə vermişdir. Mənzildə faktiki olaraq yaşamadıqları üçün, bacısına kömək məqsədilə oğlunun toydan sonra müvəqqəti olaraq yaşamaq məqsədilə ona məxsus olan evə köçməsinə və müvəqqəti olaraq orada yaşamaqlarına icazə vermişdir. Həyat yoldaşı bacısı oğlunun ona məxsus olan mənzilə köçüb yaşamasına razı olmadı. Lakin o bacısının xahişi əsasında onların gənc ailə olaraq onun mənzilində müvəqqəti yaşamasına həyat yoldaşını razı salmışdır. Xüsusi mülkiyyətində olan bu mənzildə o və qızı X4 qeydiyyatdadır. O, 2022-ci ilin ortalarında bacısına və bacısı oğluna bildirdi ki, özlərinə başqa yaşayış yeri müəyyən edib, ona məxsus olan mənzili boşaltsınlar. Bir müddət keçəndən sonra ona məlum oldu ki, yaşamaqlarına müvəqqəti icazə verdiyi bacısı oğlu X5 ilə həyat yoldaşı Cavabdeh aralarında anlaşılmazlıq baş vermişdir. Hətta son vaxtlarda ona məlum oldu ki, bacısının oğlu öz həyat yoldaşı ilə məhkəmə qaydasında boşanıblar. Bacısı oğlu Feyzullayev Fərid ona məxsus olan mənzili tərk edib, ona təhvil verməyə etiraz etmir. Hətta onun evini tərk edib anasına məxsus olan, yəni qeydiyyatda olduğu Nobel prospekti 67/36, mənzil1 ünvanına köçüb orada anası ilə birlikdə yaşayır. Buna baxmayaraq Cavabdeh ona məxsus olan xüsusi mənzili tərk etmir. Onun mənzili tərk etməsi ilə əlaqədar həyat yoldaşı (bacısı oğlu) dəfələrlə demiş, lakin hazırkı vaxta qədər mənzilini tərk etməmişdir. (Cavabdehin fərdi əşyalarından və bir ədəd yataq və qonaq otağının mebelləri, habelə mətbəxdə yerləşdirilmiş balaca ekran televizordan başqa əmlakları yoxdur). Cavabdeh çox vaxt qeydiyyatda olduğu ünvan 3 ünvanında valideynlərin himayəsində yaşayır. Buna baxmayaraq xüsusi mənzilini cavabdeh könüllü olaraq tərk etməyərək, mənzilin açarını ona qaytarmaqla mənzilini boşaltmır. Cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulur. Məhkəmə nəzərə almalıdır ki, cavabdeh və onun həyat yoldaşının onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatları yoxdur. Onlardan heç bir kirayə haqqı almadan mənzilində müvəqqəti yaşamaqlarına razılıq vermişdir.Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə razılığı əsasında müvəqqəti olaraq yaşamaqları cavabdehin keçmiş həyat yoldaşı Feyzullayev Fərid və keçmiş qayınanası, bacısı X3 təsdiq edə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, ev 26, mənzil 1082 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 ünvanında yerləşən bina-11, 14-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 127.7 kv.m olan 1082 nömrəli mənzilin dəyəri tam ödənilmişdir. Məhkəmədə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, ev 26, 1082 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehin ona mülkiyyət hüququ ilə məxsus mübahisəli yaşayış sahəsindən çıxmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, ev 26, 1082 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı mülkiyyətindədir. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, ev 26, 1082 saylı mənzildən çıxarılmalı, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, ev 26, 1082 saylı mənzildən çıxarılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1040/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1040/2023
14.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver