Məhkəmə qərarları › İş №e-2(005)-1077/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1077/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1077/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3 İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “sığorta ödənişin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan Əmiraslanlı Gülgün Səday qızının ölümünə görə ödənilmiş 5000 manat pulun və ödənilmiş 70.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 082-504-1220 nömrəli, xx.xx.2020-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2019-cu il tarixdə Cavabdeh oğlu tərəfindən etibarnamə əsasında idarə olunan “Wolkswagen Passat CC” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə yolu keçən piyada X4 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Sığorta şəhadətnaməsinin elektron çıxarışından, həmçinin icbari sığorta bürosundan çıxarışdan və 081941 nömrəli sığorta aktından göründüyükimi hadisə zamanı “Wolkswagen Passat CC” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-249/2020 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh oğlu nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş halda idarə etmiş və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. “İcbari Sığorta Haqqında” qanunun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Əlavə olunmuş PRP**********282 nömrəli ödəniş tapşırığından da görünür ki, İddiaçı Sığorta Şirkəti vəfat etmiş Əmiraslanlı Gülgün Səday qızının ölümünə görə etibarnamə əsasında X1 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Həmin etibarnamə də iş materiallarında mövcuddur. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu yuxarıda qeyd edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sərxoş olaraq nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona qarşı subroqasiya hüququ yaranmışdır. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli maps arayışı əsasında ilkin olaraq Lənkəran rayon Məhkəməsinə müraciət edilsə də, Lənkəran Rayon Məhkəməsinin hakimi X5 çıxardığı qərardada əsasən, Cavabdeh 1307.2022-ci ildən etibarən ünvan 1 ünvanında qeydiyyatdır. 5000 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən Cavabdeh həm xx.xx.2020-ci il tarixli pretenziya göndərilsə də, 5000 manat pul ödənilməmiş qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta məlumatlarından 06 dekabr 2023-cü il tarixdə edilmiş çıxarışdan görünür ki, “Wolkswagen Passat CC” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. 082-504-1220 nömrəli, xx.xx.2020-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan və xx.xx.2020-ci il tarixli 081941 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh oğlu tərəfindən etibarnamə əsasında idarə olunan “Wolkswagen Passat CC” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə yolu keçən piyada X4 vəfat etmişdir. Zərərlə bağlı 5000 manat ödəniş məbləği hesablanmış və faydalanan şəxs X1 bank hesabına köçürmə yolu ilə ödənilməli olması qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 5000 manat məbləğində pul X1 Azər-Türk Bank hesabına köçürülmə yolu ilə ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 19101)-249/2020 saylı hökmü ilə Cavabdeh oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnundan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)-261/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 5 il 6 ay müddətinə müəyyən edilmiş və cəzası xx.xx.2025-ci il tarixdə başa çatan məhkum Cavabdeh azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Cavabdeh üzərində nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmış, Cavabdeh üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: “Wolkswagen Passat CC” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh oğlu tərəfindən etibarnamə əsasında idarə olunan “Wolkswagen Passat CC” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə yolu keçən piyada X4 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-249/2020 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh oğlu nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə etməsi nəticəsində sərxoş halda idarə etmiş və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. İddiaçı Sığorta Şirkəti vəfat etmiş Əmiraslanlı Gülgün Səday qızının ölümünə görə etibarnamə əsasında X1 5000 manat sığorta ödənişi həyata keçirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə sığorta predmetinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla İş üzrə tədqiq olunan sübutlarla piyadanın ölümünə səbəb olan cinayət əməlinin törədilməsində cavabdehin təqsirli olması təsdiq olunmuşdur. Buna görə də, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Mülki iş üzrə keçirilən iclaslar barəsində cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya hər hansı etirazını bilmirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Göründüyü kimi, məhkəmə keçirilən iclaslar barəsində bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirmək vəzifəsi daşıyır. Elektron kabineti olmayan işdə iştirak edən şəxsə SMS bildirişin göndərilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Məhkəmə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetinin olmamasını nəzərə alaraq elektron sistemdə cavabdehin adına olan telefon nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə SMS bildiriş göndərimişdir. Bu bildiriş sistemdə “çatdırıldı” statusunda qeydəö alınmışdır. Bundan başqa məhkəmə məhkəmə iclasları barədə bildirişləri ona poçt vasitəsi göndərmişdir. Bununla da onun məhkəmə iclasları barədə xəbərdar edilməsi üçün qanunvericiliyin verdiyi imkanlardan tam istifadə etmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya hər hansı etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh oğlundan onun törətdiyi cinayət əməli nəticəsində piyada Əmiraslanlı Gülgün Səday qızının ölümünə görə sığorta ödənişi olaraq ödənilmiş 5000 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70.40 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh oğlundan onun törətdiyi cinayət əməli nəticəsində piyada Əmiraslanlı Gülgün Səday qızının ölümünə görə sığorta ödənişi olaraq ödənilmiş 5000 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70.40 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış electron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar