Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1136/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 İlkin iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş zərərin ödənilməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yelrəşən ümumi sahəsi 51.4 kv.m olan qeyri yaşayış sahəsinin boşaldılması və bu günə qədər boşaltmadığını nəzərə alaraq (hər ay 500 man) ümumilikdə 5000 (beş min) manat məbləğində icarə haqqı və 70 (yetmiş) manat dövlət rüsumunun, ümumilikdə 5070 (beş min yetmiş) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı vurulmuş zərərə görə 1000 (min) manat məbləğində və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 1030 (min otuz) manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, MPM-in 259.0 və 259.0.11-ci maddələrini rəhbər tutaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil3 bildirmişdir ki, tərəflər arasında danışıqlar aparılmış, ilkin addımlar atılmış, müxtəlif variantlar müzakirə olunmuşdur, hazırda tərəflərin hər ikisi danışıqları davam etdirmək istəyirlər, onlar arasında barışıq əldə oluna bilər, bu səbəbdən ilkin iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş edir və Cavabdeh qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasına isə etiraz etmir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsini geri götürdüyünü bildirmiş, İddiaçı ilkin iddia ərizəsinin geri qaytarılmasına isə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin müraciətini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması barədə ərizələr təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi üzrə iddaçılar iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə verdiklərindən, ilkin və qarşılıqlı iddia tələbi üzrə cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, ərizələr təmin edilməli, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş zərərin ödənilməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələblərinə dair iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlandığından, ilkin iddia üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 10 (on) manat və xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı Cavabdeh geri ödənilmiş dövlət rüsumları da geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizələr təmin edilsin. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş zərərin ödənilməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələblərinə dair iddia ərizələri baxılmamış saxlanılsın, iddia ərizələri və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İlkin iddia üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 10 (on) manat və xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı Cavabdeh geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1136/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1136/2023
18.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver