Məhkəmə qərarları › İş №e-2(005)-1164/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1164/2022

07.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1164/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində yerləşən 0.0693 ha torpaq sahəsinin. Abşeron rayonu. Masazır kəndi ərazisində yerləşən 0.069.3 ha torpaq sahəsində inşa edilən 1 mərtəbəli və 2 mərtəbəli fərdi yaşayış evlərinin bazar qiyməti 205.000 (iki yüz beş min manat) iş üzrə cavabdeh X4 tutularaq ona yəni iş üzrə İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı atası mərhum X9 rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0693 ha mübahisəli torpaq sahəsini Cavabdeh 2001ci ildə almış və o etibarnamə əsasında torpağı satmışdır. Cavid Haxverdivevin atası Haxverdiyev Sakit sağlığında iki ədəd fərdi vaşayış evinin eskiz layihəsini 2011-ci ildə hazırlatmış və bundan sonra X10 adına 3-cü və sonuncu etibarnaməni 10 illik vermişdir, 2017-ci il tarixdə İddiaçı atası Haxverdiyev Sakit sənədləşdirmələrini məcburiyyıətdən Xaliqin adına aparmış, lakin ümumi xərci atası Haxverdiyev Sakit çəkmişdir. Sənədlərin düzəliş edilməsi və ailə üzvlərindən birinin adına satılmasını nəzərdə tutmuşdur. Əvvəlcə həyətdə 1 mərtəbəli, 1 ev tikilmiş və ailəlikcə orada yaşamışlar. Sonradan eyni torpaqda digər qardaşı üçün ev daha 2 mərtəbəli ev tikilmişdir. Bildirir ki, iddiaçı 19 il həmin evdə və torpaqda yaşamış və bu vaxtacan heç kəs onları narahat etməmişdir. Lakin Cavabdeh 20 fevral 201S-ci il tarixdə atası Haxverdiyev Sakitin ölümündən sonra, “torpaq sahəsinin zəbt edilməsinin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı, onun ailə üzvlərinin və digər şəxslərin guya iddiaçıya məxsus olan ünvan 1i ərazisində yerləşən 0.0693 ha torpaq sahəsini zəbt etməsinin qanunsuz hesab edilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə sözügedən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1262021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsində müəyyən edilmişdir ki, 13 iyul 2001-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh öz əmlakları ilə bağlı bütün səlahiyyətlərini üç il müddətinə, xx.xx.2004-cü il tarixli etibarnamayə əsasan, yenə üç il müddətinə və xx.xx.2008-ci tarixli etibarnaməyə əsasan Əsgərov X5 Südçülük Sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsi, üzərində sərəncam verməyi, bağışlamağı yi, ipoteka qoymağı, pulunu almağı 10 il müddətinə X1 etibar etmişdir. Lakin etibarnamənin müddətinin bitmə tarixinədək X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində iki tikili vardır, orada X2, onun oğlu İddiaçı ailəsi ilə birgə orada yaşamışlar və hal-hazırda da İddiaçı ailə üzvləri ilə birgə həmin tikilidə yaşayırlar. Mübahisəli torpaq sahəsindən istifadə edirlər. Mübahisəli torpaq sahəsinin üzərində olan tikilinin Cavabdeh tərəfindən tikdirilməsini İddiaçı qəbul etməmiş, İddiaçı və dindirilən şahidlər isə həmin tikilinin İddiaçı atası tərəfindən tikdirildiyini bildirmişlər. Təqdim olunan kommunal ödənişlar Sakit Haqverdiyevin adınadır. Bu hallara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsinin üzərindəki tikillər Sakit Haqverdiyev tərəfindən tikilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayətləri üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3318/2021 saylı 12.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsə də, rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, məhz hazırki mübahisəli tikililər iddiaçının mərhum atası tərəfindən tikilmiş, iddiaçı ailəsi ilə həmin fərdi yaşayış evinmdə yaşayır və istifadə edir. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-126/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin müəyyən edilmiş hallarından görünür ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin üzərində iki tikili vardır, orada X2,onun oğlu olan cavabdeh ailəsi ilə birgə orada yaşamışlar və hal-hazırda da cavabdeh ailə üzvləri ilə birgə həmin tikilidə yaşayırlar, mübahisəli torpaq sahəsindən istifadə edirlər. Mübahisəli torpaq sahəsinin üzərində olan tikilinin iddiaçı tərəfindən tikdirilməsi dəlilini cavabdeh qəbul etməmiş,cavabdehin və onun tərəfindən dindirilən şahidlər isə həmin tikilinin cavabdehin atası tərəfindən tikdirildiyini bildirmişlər. Təqdim olunan kommunal ödənişlər Sakit Haqverdiyevin adınadır. Bu hallara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsinin üzərindəki tikililər Sakit Haqverdiyev tərəfindən tikilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2( 105)-3318/2021 saylı 12.2021-ci il tarixli qərarının müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 940 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2020-ci il tarixli, 10/3918 saylı rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh X6 tərəfindən aparılan tikililər iddiaçı Cavabdeh adına xx.xx.2017-ci il tarixdə **********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1ində yerləşən 0,0693 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində yerləşir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunundan aydın olur ki, 1 mərtəbəli və 2 mərtəbəli fərdi yaşayış evlərinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, torpaq sahəsi, evin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 76,23 kv.metr və 162,77 kv.metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,0693 ha torpaq sahəsinin 25 may 2022-ci il tarixinə bazar dəyəri: 192 000,0 (bir yüz doxsan iki min) manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094-cü maddəyə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin cavabdehə aid olması, iddiaçı tərəfindən isə öz vəsaiti hesabına həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi işin mübahisəsiz halı qismində çıxış edir. Həmçinin, iş materiallarında olan müvafiq məhkəmə qətnaməsi əsasında İddiaçı mübahisə predmeti olan torpaq sahəsində çıxarılması qət edilmişdir. İndiki halda iddiaçı həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin cavabdeh (həmin torpaq sahəsinin sahibi qismində çıxış edən) tərəfindən ona geri qaytarılmasını tələb edərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəfindən isə iddia tələbi üzrə məhkəməyə heç bir sübut vasitəsi təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsi cavabdehə aid olduğundan və iddiaçı tərəfindən qanuni əsas olmadan həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi aparıldığından və indiki halda müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçı həmin torpaq sahəsində çıxarıldığından, iddiaçının həmin torpaq sahəsində (qanuni əsas olmadan əldə etdiyi əmlak üzrə) apardığı yaxşılaşdırmaların, gördüyü işlərin, çəkdiyi xərclərin ( həmin əmlakdan ayrılması mümkün olmadığından) ona qayatrılmaısnı tələb etmək hüququ yaranmışdır (MM-nin 1094 və 157.7-ci maddəsinin dispozitiv şərtlərinə əsasən). Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə iddiaçı tərəfindən cavabdehə məxsus torpaq sahəsində gördüyü işlər (fərdi yaşayış evinin tikintisi üçün), çəkdiyi xərclərin dəyərinin 205000 manat olduğunu qeyd etsə də, məhkəmə araşdırması çərçivəsində qeyd edilən halın müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizası təyin edilmiş, həmin ekpsert rəyi əsasında mübahisə predmeti olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyərinin 192000 manat olduğu müəyyən edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsində fərdi yaşayş evinin tikintisi üçün çəkilmiş xərcin dəyəri məhz qeyd edilən ekspert rəyi əsas götürülməklə, müəyyən edilməli, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlillə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin əvəzi olaraq 192000 (bir yüz doxsan iki yüz manat) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iş üzrə çəkilmiş ekspertiza xərcinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməli, iş üzrə ödənilmiş məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin əvəzi olaraq 192000 (bir yüz doxsan iki yüz manat) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutularaq, VÖEN 150260231, Hesab № AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar