Məhkəmə qərarları › İş №e-2(005)-1185/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1185/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1185/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Xalq Sığorta” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 5070 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, “MERCEDES BENZ E200” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobil 05.08.2019-cu ildən 05.08.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 05.08.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il sentyabrın 09-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ E200” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində “VOLKSWAGEN GOLF” markalı **-BD-*** dövlət nömrə nişanlı və “VOLKSWAGEN PASSAT” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Nərimanov DYPŞ tərəfindən 11.09.2019-cu il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Nərimanov DYPŞ-in TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 16.09.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VOLKSWAGEN GOLF” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilə 3000 manat məbləğində zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 10.09.2019cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VOLKSWAGEN PASSAT” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobilə 2240 manat məbləğində zərər dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Belə olan halda, sığorta məbləği hesablanmış ümumi zərər məbləğinə bölünür və alınan rəqəm hər bir nəqliyyat vasitəsi üzrə hesablanmış zərər məbləğinə vurulur. Yəni, 5000 manat sığorta məbləği: 5240 manat (dəymiş zərərin ümumi məbləği 6120+1620+1000=8770) =0,**********824427 **********824427 x 3000 = 2862,60 manat sığorta ödənişi 0,**********824427 x 2240 = 2137,40 manat sığorta ödənişi İddiaçı 24.09.2019-cu il tarixində 2862,60 manat məbləği zərərçəkmiş şəxs Şükürov Teymur Qəmbər oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı 24.09.2019-cu il tarixində 2137,40 manat məbləği zərərçəkmiş şəxs Əhmədov Etibar Əli oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh X2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətinə əsasən "xxxx" ASC tərəfindən 05.08.2019-cu il tarixli, PXA********** nömrəli müqavilə əsasında verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi üzrə “MERCEDES BENZ E200” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibinin mülki məsuliyyəti sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5.000 manat, sığorta müqaviləsinin qüvvədə olma müddəti 1 il qeyd edilmişdir. Nərimanov rayon DYPŞ-nin 11.09.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1.332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir; İş materiallarında olan sığorta aktının surətinə əsasən "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanan PXA********** saylı sığorta şəhadətnaməsi əsasında “MERCEDES BENZ E200” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil 55.000 manat məbləği həddində sığortalanmış, “VOLKSWAGEN GOLF” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər 3000 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi 2862.60 manat təşkil edir. İş materiallarında olan sığorta aktının surətinə əsasən "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanan PXA********** saylı sığorta şəhadətnaməsi əsasında “MERCEDES BENZ E200” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil 55.000 manat məbləği həddində sığortalanmış, “VOLKSWAGEN GOLF” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər 2240 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi 2137.40 manat təşkil edir. "xxxx" ASC tərəfindən tərtib edilmiş “Qüsur aktı”na əsasən “VOLKSWAGEN GOLF” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 3000,00 manat təşkil edir; "xxxx" ASC tərəfindən tərtib edilmiş “Qüsur aktı”na əsasən “VOLKSWAGEN PASSAT” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 2240,00 manat təşkil edir; 24.09.2019-cu il tarixli ödəniş tapşırığının surətinə əsasən "xxxx" ASC tərəfindən 2862.60 manat tərəfindən ödənilmişdir; 24.09.2019-cu il tarixli ödəniş tapşırığının surətinə əsasən "xxxx" ASC tərəfindən 2137.40 manat tərəfindən ödənilmişdir; İş materiallarında olan "xxxx" ASC tərəfindən 02.10.2019-cu il tarixdə Cavabdeh ünvanlanmış məktubun surətinə əsasən cavabdehə hadisə barədə məlumat verilməklə, "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirildiyi üçün subroqasiya hüququndan istifadə edilərək, zərərin ödənilməsi ondan tələb edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05.08.2019-cu il tarixli, PXA********** nömrəli müqavilə əsasında verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi üzrə “MERCEDES BENZ E200” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. İnzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. 2019-cu il sentyabrın 09-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ E200” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində “VOLKSWAGEN GOLF” markalı **-BD-*** dövlət nömrə nişanlı və “VOLKSWAGEN PASSAT” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Avtomobillərə dəymiş zərər 5000 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləğ də cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən cbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; Göründüyü kimi, Cavabdeh 09.09.2019-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ E200” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində “VOLKSWAGEN GOLF” markalı **-BD-*** dövlət nömrə nişanlı və “VOLKSWAGEN PASSAT” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuş və “VOLKSWAGEN GOLF” markalı **-BD-*** dövlət nömrə nişanlı və “VOLKSWAGEN PASSAT” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli olması təsdiq olunmuşdur. Buna görə də, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, avtomobil cavabdeh tərəfindən idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən “VOLKSWAGEN GOLF” markalı **-BD-*** dövlət nömrə nişanlı və “VOLKSWAGEN PASSAT” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər vurulması və bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində vurulmuş zərər və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar