Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-126/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh(lər) Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 7 357,00 (yeddi min üç yüz əlli yeddi) manat məbləğində vəsaitin, 93,57 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə olunan 90MT086 dövlət qeydiyyat nişanlı Mercedes Benz E280 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış 77PB468 dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən 90MT086 dövlət qeydiyyat nişanlı Mercedes Benz E280 markalıavtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı 77PB468 dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. 77PB468 dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 12 357,00 (on iki min üç yüzəlli yeddi) manat məbləğində müəyyən edilmişdir "xxxx" ASC-ninxx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 12 357,00 (on iki min üç yüz əlli yeddi) manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar olaraq fərdi sahibkar X2 hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC-də mövcud olduğuna görə həmin şirkətə məktub göndərilmiş, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5 000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2021-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi ** PB *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə "xxxx" ASC tərəfindən ödənilmiş 7 357,00 (yeddi min üç yüz əlli yeddi) manat məbləğində vəsait cavabdeh(lər) Cavabdeh2 və Cavabdeh1 tərəfindən geri qaytarılmalıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili bildirmişdir ki, mülki iş üzrə iddiaçı tərəfindən tələb olunan məbləğlə razı deyildirlər. Ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə iki dəfə ekspertiza keçirilmiş və rəylər verilmişdir. Qeyd olunan ekspert rəyləri ilə tanışdır. Qətnamə qəbul olunarkən rəydə göstərilənlərin nəzərə alınıb-alınmamasını məhkəmənin mülahizəsinə buraxır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işin iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - AZ 492840 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E280 minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dır. - MC-Mİ-1112/21 saylı Avtonəqliyyat Vasitələrinin (Kasko) sığortası şəhadətnaməsindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığorta olunmuşdur. Sığorta müddəti xx.xx.2021xx.xx.2022-ci il tarixidir. - "xxxx" ASC xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, Bakı, Nəsimi, X.Şuşunski küçəsi ilə Ə.Qasımzadə küçəsinin kəsişməsində xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ** PB *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtomobilə dəymiş zərər məbləği 12357 manatdır. Sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X2 hesabına köçürülmüşdür. - 15 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 12357 AZN zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir. - "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış 19 yanvar 2022-ci il tarixli 0273/L №-li məktubdan görünür ki, cavabdehlərdən sığortaçı tərəfindən ödənilmiş 7357 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. - 24.11.2021-ci il tarixli EBBM seriyalı 901789 saylı elektron qaimədən görünür ki, görülmüş xidmətlərin dəyəri cəmi 12357 (on iki min üç yüz əlli yeddi) manatdır. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab eidlə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Bakı şəhəri DYPİ bildirir ki, xx.xx.2021-ci il tarixdə 15:20-də Bakı şəhərində yol nəqliyyat hadisəsi toqquşma baş vermişdir. Təqsirli olan şəxsin avtonəqliyyat vasitəsi “Mercedes Benz E280 minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2, hadisə baş verdiyi anda sürücü Cavabdeh1 Osman oğlu olmuşdur. Zərər vurulan avtomobil ** PB *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtomobil, mülkiyyətçisi "xxxx" MMC-dir. - xx.xx.2021-ci il tarixli ******* saylı “İnzibati xəta” haqqında protokoldan görünür ki, “Mercedes Benz E280 minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini avtomobili idarə edən Cavabdeh1 AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:20-də Cavabdeh1 X.Şuşinski küçəsi – Ə.Qasımzadə küçələrinin kəsişməsində “Mercedes Benz E280 minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Nəticədə AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh1 60 manat cərimə olunmuşdur. - 07 avqust 2021-ci il tarixli MASSİ-YV 43B/21 saylı yol vərəqəsindən görünür ki, "xxxx" MMC tərəfindən X3 ** PB *** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtomobili Azərbaycan Respublikasının ərazisində idarə etməsi səlahiyyəti verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli 9/5445 saylı ekspert rəyindən görünür ki, 2016-cı il buraxılışlı “Chevrolet Malibu minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8192 manat müəyyən edilir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli 9/9840 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Paşa Sığorta" ASC-nin elektron qaiməsində məlumatlara əsasə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Chevrolet Malibu minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10381 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 8241 manat, təmir-bərpa işlərin qiyməti 2140 manat. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Chevrolet Malibu minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil 08 avqust 2021-ci il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin kasko növündə sığortalanmışdır. Həmin avtomobil xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə olunan, Cavabdeh2 məxsus “Mercedes Benz E280 minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı Cavabdeh1 yolayrıcını keçmə qaydalarını pozmuşdur. Nəticədə o, AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən “Chevrolet Malibu minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər qarşılanmışdır. Hazırda iddiaçı ödənilmiş sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutulması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun: - 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. - 37.1 -ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh1 təqsiri iş materialları ilə müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 15:20-də Cavabdeh1 X.Şuşinski küçəsi – Ə.Qasımzadə küçələrinin kəsişməsində “Mercedes Benz E280 minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Onun barəsində xx.xx.2021-ci il tarixli ******* saylı “İnzibati xəta” haqqında protokol tərtib olunmuş, və xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən, Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı “Chevrolet Malibu minik” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli 9/5445 saylı ekspert rəyinə əsasən, 2016-cı il buraxılışlı “Chevrolet Malibu minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8192 manat, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli 9/9840 saylı ekspert rəyinə əsasən isə, 10381 manat (dəyişilməli hissələrin qiyməti 8241 manat, təmir-bərpa işlərin qiyməti 2140 manat) müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyləri arasında ziddiyyət yaranmışdır. Məhkəmə hesab edir ki, mülki iş üzrə verilmiş sonuncu rəy - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli 9/9840 saylı ekspert rəyi mütəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti, ali təhsilli, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Qəhrəmanov tərəfindən verilmiş ekspert rəyindən görünür ki, avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 34 (otuz dörd) ədəd dəyişilməli hissənin adı qeyd edilmiş, avtomobilin təmir bərpa işləri konkret olaraq qeyd edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti, ali təhsilli əmtəəşünas, “Ərzaq və sənaye malların əmtəəşünaslığı” ixtisası üzrə 2017-ci ildən ekspert iş təcrübəsinə malik İ dərəcəli ədliyyə qulluqçusu Fərəhnaz Hüseynova- Kamalzadə tərəfindən verilmiş rəydən görünür ki, avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 37 ədəd - əlavə olaraq kondisioner radiatorunun plastmas borusu, elektrovintilyator (zbor) və on faranın dəyişilməli olduğunu qeyd etmiş, avtomobilə dəymi ziyanın aradan qaldırılması üçün lazımı təmir bərpa işlərini ətraflı şəkildə, konkret olaraq qeyd etmişdir. Ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış, avtohissələr satışı bazarlarında, mərkəzin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə etmiş, toplam stabil qiymətlərin ortalaşdırılması meyarına əsasən göstərilən nəticəyə gəlinmişdir. Beləliklə məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli 9/9840 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 10381 (on min üç yüz səksən bir) manat həddində müəyyən edilməlidir. Bununla belə, rəyə əsasən avtomobilə vurulmuş zərərin məbləğinin 10381 (on min üç yüz səksən bir) manat olması müyyən edilsə də, iddiaçı "xxxx" ASC iddia ərizəsində icbari sığorta tərəfindən 5000 (beş min) manat məbləğində vəsaitin ödənildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, bu məbləğ iddia tələbi təmin edilərkən nəzərə alınmalı, cavabdehdən 5381 (10381 - 5000) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 qəza törətmiş avtomobilin mülkiyyətçisi olsa da, hadisə zamanı avtomobili idarə edən digər Cavabdeh1 olmuş, hadisədə Cavabdeh2 təqsiri müəyyən olunmamışdır. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində baş verməsi halı müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 hazırki iddia tələbi üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 68 (altmış səkkiz) manat və bank xidmət haqqı kimi 0,40 (qırx qəpik) manat Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 200 (iki yüz) manat Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli. Cavabdeh1 5381 (beş min üç yüz səksən bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 68,40 (altmış səkkiz manat qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Cavabdeh1 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 5381 (beş min üç yüz səksən bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 68,40 (altmış səkkiz manat qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh1 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-126/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-126/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver