Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1276/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X5, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X19” MMC-yə, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-yə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə, Cavabdeh5nə, Cavabdeh3, Cavabdeh4 qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin, hərrac protokolunun, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların Satışı X19» MMC-yə, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-yə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə, Cavabdeh5nə, Cavabdeh3, Cavabdeh4 qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin, hərrac protokolunun, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı X19” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 79/01 saylı, 26 noyabr 2021-ci il tarixli Hərracın yekunları barədə protokolun, 26 noyabr 2021-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin, 28 yanvar 2022-ci il tarixli, 4Ə-89 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 25 fevral 2022-ci il tarixli, 4Ə-77 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 05 yanvar 2022-ci il tarixli **********11-11301 reyestr nömrəli Çıxarışın, 04 fevral 2022-ci il tarixli **********11- 11301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, Cavabdeh5 MMC tərəfindən tərtib edilmiş R01/35/21 saylı, 07 iyul 2021-ci il tarixli rəyin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0,0887 ha torpaq sahəsinin və onun üzərində yerləşən 228.5 kv.m. olan bağ evinin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 38 saylı notariat kontorunun 2156 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 BOKT MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı, "xxxx" MMC-dən İddiaçı məxsus ipoteka predmeti ünvan 2 ünvanında 0,0787 ha torpaq sahəsinə və onun üzərində yerləşən 278.05 kv.m. olan bağ evinə 140811/20 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 70040,66 (yetmiş min qırx manat altmış altı qəpik) manat tutma yönəldilməlidir. Həmin icra sənədinin icrası ilə əlaqədar olaraq iddiaçının xəbəri və razılığı olmadan Sabunçu rayon icra Şöbəsi tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı X19” Məhdud Məsuliyyətli Cəmiyyətinə hərracın keçirilməsi barədə sifariş verilmişdir. Həmin sifarişdə ipoteka predmetinin ilkin hərrac qiyməti 110000 (bir yüz on min) manat kimi göstərilmişdir. Halbuki ipoteka predmetinin real bazar dəyəri 300000 (üç yüz min) manat təşkil edir. 79/01 saylı, 26 noyabr 2021-ci il tarixli Hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmetini ipoteka saxlayan Cavabdeh2 BOKT MMC 70125 (yetmiş min yüz iyirmi beş) manata əldə etmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasənilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi iddiaçının xəbəri olmadan mülkiyyətində olan ünvan 2 ünvanında 0,0787 ha torpaq sahəsi və onun üzərində yerləşən 278.05 kv.m. olan bağ evi qanunsuz olaraq real bazar dəyərindən dəfələrlə ucuz qiymətə ələ keçirilmişdir. Əmlakının qanunsuz yolla ələ keçirilməsi mənə xx.xx.2022-ci il tarixində məlum olmuşdur. Həmin tarixdə 79/01 saylı, 26 noyabr 2021-ci il tarixli Hərracın yekunları barədə protokolun surəti Sabunçu rayon icra Şöbəsi tərəfindən iddiaçıya təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X11 iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsinə dair yazılı etirazını təqdim etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, hal-hazırda məhkəmənin icraatında olan e- 2(005)-1276/2022 saylı mülki iş üzrə İddiaçı hərracın yekunları barəsində protokolun ləğv olunması tələbinə dair iddia ərizəsini irəli sürür. Bundan başqa iddiaçı tərəfindən həmin mülki iş üzrə iddia həcminin artırılması barəsində ərizə ilə müraciət olunaraq, Cavabdeh3 cavabdeh qismində cəlb edibdir. Lakin qeyd etmək istəyir ki, Cavabdeh3 həmin mülki iş üzrə cavabdeh qismində iştirak edə bilməz. Belə ki, Cavabdeh3 tərəfindən mülki iş üzrə mübahisə predmeti olan Daşınmaz Əmlakı başqa bir şəxsə - X7ma satmışdır. Buna dair sübut: Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış AN-İ №1018956 nömrəli alqı-satqı müqaviləsi. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iş üzrə Cavabdeh3 həmin mülki iş üzrə cavabdeh qismində olması qeyri-mümkün hesab edilməsi və iş üzrə Cavabdeh4 cavabdeh qismində cəlb olunmasını xahiş edir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu qeyd edərək, bildirdi ki, təmsil etdiyi şəxs vicdanlı alıcıdır. İddiaçı əmlakı sonuncu əldə edən şəxslə bağlanmış alqı-satqı müqaviləsinin məhz hansı əsaslarla etibarsız hesab edilməsini qeyd etmir. Bundan əvvəlki bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, hərraca əmlak ilkin satış qiyməti ilə çıxır. O deməkdir ki, əgər qiymət likviddirsə, bazarda kifayət qədər alıcı varsa, əmlakın qiyməti də artır, amma hazırki məsələdə bunun tam əksini görürlər, əmlak ilkin hərracda satılmayıb, bundan sonra 15 faiz aşağı qiymətlə təkrar hərrac keçirilib. Heç kim iştirak etməyib. Nəhayət əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq, tələbkara təklif olunub və onun balansına keçib. Təqdim olunmuş podrat müqaviləsinə gəldikdə isə müqavilənin olması hələ o demək deyildir ki, orada qeyd olunan xərclər iddiaçı tərəfindən həqiqətən də çəkilmişdir. Çünki maliyyə arayışındakı imza həmin müqavilədəki imzalardan tam fərqlənir. Üstəlik də 258000 manat kifayət qədər böyük məbləğdir, həmin ödəniş qanunvericiliyin tələbinə əsasən, nağdsız həyata keçirilə bilməzdi, həmin ödənişləri təsdiqləyən mötəbər sübutlar qəbzlər, çeklər ola bilərdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi Nümayəndə qiymətləndirilməyə dair tərtib olunmuş xx.xx.2021-ci il tarixli rəyin ləğv edilməsi üçün əsasların olmadığını, rəy tərtib edilərkən analoji müqayisələr aparılmaqla qanunvericiliyin tələblərinə əməl edilmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, Cavabdeh4 tanımır. O, Fuad müəllimi tanıyır. Fuad müəllimlə bir həftə gəzib bağlara baxıblar. Lakin onun xoşuna gələn bağ olmayıb. Bu bağın yanından keçəndə hasarda nömrə vardı. Fuad müəllim ondan soruşub ki, bu bağın sahibini tanıyırmı.? Ona tanıdığı bağların hamısını göstərdiyini bildirib. Sonra deyib ki, bu işlə məşğul olan dostu var. Bundan sonra Şahin müəllimə zəng vurub, o da bağın sahibinə zəng vurub bildirib ki, bağla maraqlanan var. Onlar telefonla danışanda, o çəkilib kənara ki, özləri bundan sonrasını həll etsinlər. Heç nəyə razılaşdıqlarını belə bilməyib. O, hələ indiyədək bağın neçəyə satıldığını bilmir. Şahid verilən suallara cavab olaraq bildirib ki, Fuad bağı almaq istəyən şəxs idi. O, Cavabdeh3 tanımır. Onlar əmlakı görəndə malalı şəkildə olub. Sanki neçə il orada iş gedib, sonra isə dayanıb. O ərazidə eyni vəziyyətdə əmlakın dəyəri hardasa 85-90000 manat olar. Çünki oradakı tikililərin bəziləri sökülüb yenidən tikilməli idi. Həmin bağ evinin qonşuluğunda bir dənə ev var, arxa tərəfi boşdur, qarşı tərəfi də boşdur, tam dolu deyil. Kommunal şəraiti ilə bağlı qeyd edir ki, su yoxdur o ərazidə, lakin işıq, qaz var. Həmin ərazidə alıcıya 170 minlik, 120 minlik, 80-90 minlik bağ evləri göstərib. Çox bağ göstərib. 55000 manata göstərdiyi bağın sahəsi 12 sot idi. Ona görə bağın baha satılmasına maraqlı idi ki, onun çörək pulu oradan çıxır. O, öz mükafatından vergi verib, ümumi mükafatdan ona 1500 manat düşüb. Bağ evinin nə vaxt tikildiyini deyə bilmir. Əvvəl bir müddət iş gedib sonra dayanmışdı. İş çox ağır gedirdi, nəsə ləng gedirdi. Hardasa 4-5 il o bağ sahəsinə gəlişgediş yox idi. Əmlakın sənədlərini görməyib, lakin bilirdi ki, 8 sota çıxarış olmalı idi. Onun məlumatı yox idi, satıcı əmlakı özü neçəyə əldə etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, Cavabdeh4 tanımır. Cavabdeh3ı tanıyır. Onun obyekti var. Alqı-satqı ilə məşğuldu. Obyekti dükan kimi işlədir. Bir gün Yusif adında eyni işlə məşğul olan dostu zəng elədi ki, bəs filan yerdə yerləşən bağın sahibini tanıyırmı? Tanıdığını deyərək bildirib ki, çıxarışını da görüb. Yusif ona deyib ki, telefon nömrəsini ver, danışmaq istəyirlər. Bundan sonra zəng eləyiblər, onlar da danışıblar. 190000 manata razılıq əldə olundu, sonra da alıcı beh verdi. Alıcı ilə satıcı görüşdükdən sonra bağı aldılar. Şahid verilən suallara cavab olaraq bildirib ki, Elmarı çox deyil, bir iki dəfə görüb. Ona əmlak satışı ilə tez-tez müraciət edirlər. Mükafatı 5000 manat olub. Həmin pulu ona Cavabdeh3 verib. 190000 manata Cavabdeh3 alqı-satqı edib. Əgər bağ evinin satışı 100000 manat olsaydı, mükafatı da az alacaqdı. Bağın vəziyyəti mala çəkilmiş, ot basmış şəkildə idi. Həyətin bir tərəfi açıq idi. Çoxdan idi ki, tikinti yarımçıq saxlanmışdı. Dükan balaca yerdi, ofis kimi də istifadə edir. Onun obyekti kənd tərəfdə yerləşir. Bağ evi də kənd tərəfdə yerləşirdi. Yusiflə ikisinin də ofisi var. Onun VÖEN-ni yoxdur. Rəsmi olaraq məşğul olmur. Elmarı ofisə müraciətindən sonra tanıyıb, tanışlıq ondan sonra olub. Ona müraciət edib ki, bağını satmaq istəyir. Təxmini 4-5 ay olar ki, bağını satmaq istədiyini deyib. Ofisə gələndə fevral ayı olardı. Alıcı ucuz qiymətə almaq istəyirdi. Hansı notariusda alqı-satqı müqaviləsi bağlandığı yadında deyil, deyəsən 51 saylı idi. O, bütün şəhərin notariuslarını bilə bilməz ki! Onlara ən yaxın notarius Maştağada yerləşir. Onun fikrincə alıcı şəhərdə olduğu üçün həmin notariusda müqavilə bağlanıb. Alqı-satqıdan sonra ona 5000 manat nağd ödəniş etdilər. Yusifə mükafatı o verib. Cavabdeh3 ona 5000 manat verdi, o da həmin pulun 1800 manatını Yusifə verdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X19”nin İddiaçı, X9, "xxxx" MMC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 05 oktyabr 2021-ci il tarixli № 1 saylı, 02 noyabr 2021-ci il tarixli 02 saylı bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı şəhəri 38 saylı Notariat Kontorunun 8İ- 2156 saylı, xx.xx.2021-ci ill tarixli icra sənədi üzrə ünvan 3 ünvanında yerləşən bağ evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Müvafiq olaraq ilkin satış qiyməti 110000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 5500 manat, 2-ci hərracda ilkin satış qiyməti 110000-15% = 935000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 4675 manat müəyyən edilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən bağ evi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X19”nin xx.xx.2021-ci il tarixli təklifdən görünür ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi 4507-81955-3 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü ünvan 3 ünvanında yerləşən bağ evinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli R01/35/21 saylı hesabatının əslindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 110000 manat təşkil edir. İş materiallarında olan 25 fevral 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 ona məxsus olan ünvan 3 ünvanında yerləşən bağ evini alıcı Cavabdeh4 mülkiyyətinə verir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatın surətindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyəri 110000 manat, likvid dəyəri 95000 manat təşkil edir. İş materiallarında olan Girov qoyulan əmlakın sığortasına dair Ərizə-Anketin surətindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin real dəyərinin 95000 manat olması barədə "xxxx" ASC ilə ilə sığortalı İddiaçı arasında əmlakın yanğın və digər əlavə risklərdən sığortalanması barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydinin surətindən görünür ki, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı, "xxxx" MMC-dən, X3 ünvan 3 ünvanında yerləşən 0,0787 ha torpaq sahəsinə və onun üzərində yerləşən 278,05 kv.m olan bağ evinə 140811/20 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 70040 manat 66 qəpik tutma yönəldilmişdir. İcra qeydi xx.xx.2021-ci il tarixdə aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında 0.12 ha torpaq sahəsi olan 6191B saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X12 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 29075 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə və ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli 040024 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən sözügedən bağ sahəsi xx.xx.2008-ci il tarixdə X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 4Ə-1264 reyestr nömrəli bağışlama müqaviləsinə və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 7E-24894 reyestr nömrəli razılıq ərizəsinə əsasən ünvan 5 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 887 kv.m hissəsi xx.xx.2016-cı il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Razılaşdırılmış eskiz layihəyə və vətəndaşın ərizəsi əsasında ünvan 5 ünvanında yerləşən 0.0887 ha torpaq sahəsi və üzərində inşa edilmiş 228.5 kv.m bağ evi xx.xx.2019-cu il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Hərrəcın yekunları barədə 79/01 nömrəli protokolu və Hərrəcın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən sözügedən bağ sahəsi özgəninkiləşdirilərək Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-nin adına xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-89 nömrəli alqısatqı müqaviləsinə əsasən ünvan 5 özgəninkiləşdirilərək Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Məlumat üçün bildiririk ki, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri 54 saylı DNK-da təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-77 reyestr nömrəli alqı-satqı müqaviləsi elektron qaydada idarəyə daxil olmuşdur (reyestr kitabında bununla bağlı müvafiq qeyd mövcuddur), lakin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin MTT(005)-39/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən müraciətin icrasından imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci il noyabr ayında yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Qanunun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43-cü maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X19”nin İddiaçı, X9, "xxxx" MMC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 05 oktyabr 2021-ci il tarixli № 1 saylı, 02 noyabr 2021-ci il tarixli 02 saylı bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı şəhəri 38 saylı Notariat Kontorunun 8İ-2156 saylı, xx.xx.2021-ci ill tarixli icra sənədi üzrə ünvan 3 ünvanında yerləşən bağ evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Müvafiq olaraq ilkin satış qiyməti 110000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 5500 manat, 2-ci hərracda ilkin satış qiyməti 110000-15% = 935000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 4675 manat müəyyən edilmişdir. “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən bağ evi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X19”nin xx.xx.2021-ci il tarixli təklifdən görünür ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi 4507-81955-3 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü ünvan 3 ünvanında yerləşən bağ evinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli R01/35/21 saylı hesabatının əslindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 110000 manat təşkil edir. 25 fevral 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 ona məxsus olan ünvan 3 ünvanında yerləşən bağ evini alıcı Cavabdeh4 mülkiyyətinə verir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatın surətindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bzar dəyəri 110000 manat, likvid dəyəri 95000 manat təşkil edir. Girov qoyulan əmlakın sığortasına dair Ərizə-Anketin surətindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin real dəyərinin 95000 manat olması barədə "xxxx" ASC ilə ilə sığortalı İddiaçı arasında əmlakın yanğın və digər əlavə risklərdən sığortalanması barədə razılıq əldə olunmuşdur.09 aprel 2021-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydinin surətindən görünür ki, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı, "xxxx" MMC-dən, X3 ünvan 3 ünvanında yerləşən 0,0787 ha torpaq sahəsinə və onun üzərində yerləşən 278,05 kv.m olan bağ evinə 140811/20 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 70040 manat 66 qəpik tutma yönəldilmişdir. İcra qeydi xx.xx.2021-ci il tarixdə aparılmışdır. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildirişlər göndərmiş və qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh2 BOKT MMC hərracda qalib alıcı olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X19” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja Yenilikləri” qəzetlərində elanlar verilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İş materiallarında "xxxx" ASC ilə sığortalı İddiaçı arasında imzalanmış “Girov qoyulan Əmlakın Sığortasına dair” Ərizə-Anketin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən bağ evinin real dəyərinin 95000 manat, sığorta məbləğinin 60000 manat təşkil etməsinə dair razılıq əldə olunmuşdur. Məhkəmə qiymətləndirilmə üzrə nəticələrin ləğv edilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi, İddiaçı məxsus ünvan 1 ünvanında 0,0887 ha torpaq sahəsinin və onun üzərində yerləşən 228.5 kv.m. olan bağ evinin hərracda satış qiyməti – 110000 manat müəyyən edilmişdir. Qəzetdə verilən elanlarda əmlakın göstərilən ilkin satış qiyməti öz əksini tapmışdır. Bundan başqa İddiaçı iddia ərizəsində mübahisələndirdiyi - həmin daşınmaz əmlakın qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında mübahisəli əmlakın həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. Bundan başqa iddiaçının qiymətləndirmə barədə ekspertiza təyin edilməsi barədə vəsatəti də məhkəmə tərəfindən əsassız hesab edilmiş, belə ki, əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsinə zərurət olmadığı, işin faktiki hallarından mübahisəli əmlakda təmir işlərinin aparıldığı, əmlak qiymətləndirildiyi zaman əmlakın real vəziyyətinin hazırda mövcud olmadığı müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, ekspertiza təyin olunarsa, işin gələcək araşdırılması üçün obyektiv rəy əldə edilməsi mümkün olmayacaqdır. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə iddiaçının təqdim etdiyi podrat müqaviləsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2016-cı il tarixli podrat müqaviləsi üzrə mübahisəli daşınmaz əmlakın tikintisi, malların, görüləcək iş və xidmətlərin ümumi xərcləri üçün 258000 manat sərf etməsi həmin daşınmaz əmlakın 2021-ci il tarixinə tələb və təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış likvid dəyərinin müəyyənləşdirilməsi zamanı göstərici ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahəyə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əmlakın qiymətləndirilməsinə rəyin ləğvinə dair hissəsində də əsassızdır. Məhkəmə, eyni zamanda “alqı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə prosessual qənaət prinsipi baxımından qiymət verilməsinə lüzum görmür. Məhkəmə habelə, işə baxarkən, cavabdehin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların Satışı X19» MMC-yə, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-yə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə, Cavabdeh5nə, Cavabdeh3, Cavabdeh4 qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin, hərrac protokolunun, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1276/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1276/2022
27.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver