Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-13/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı (açar sözlər: pul tələbi; təmir xərci; kirayə haqqı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə iddiaçı İddiaçı, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “yaxşılaşdırma xərclərinin ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kirayə haqqının, dəymiş zərərin əvəzinin və çəkilmiş xərclərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “yaxşılaşdırma xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzildə iddiaçı tərəfindən görülən təmir-tikinti işlərinə sərf olunmuş 38000 (otuz səkkiz min) manat pulun və 204 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 38204 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 ildən artıqdır ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə kirayəçi olaraq həmin mənzildə yaşamaqdadır. Sözügedən mənzil Cavabdeh məxsusdur. O, İddiaçı qohumudur. Aralarında olan razılığa əsasən iddiaçı həmin evdə yaşayır və ona illik kirayə pulu ödəyir. İddiaçı yaşadığı müddətdə həmin evi əsaslı təmir etmişdir və bu təmirin ərsəyə gəlməsi üçün 38000 manat məbləğində xərc çəkmişdir. Evin mülkiyyətçisi uzun illərdir xaricdə yaşadığı üçün iddiaçı onunla razılaşaraq bu addımı atmışdır. Lakin təmir başa çatdıqdan qısa bir müddət sonra cavabdeh iddiaçını aldatmış və əsassız şəkildə arada olan razılığı pozaraq iddiaçıdan evdən çıxmağını və ya kirayə pulunu artırmağını tələb etmişdir. Hazırda o, qanunsuz olaraq iddiaçının yaşamağına süni maneələr törədərək onu çətin vəziyyətə salmaq istəyir. İddiaçı təmirsiz mənzili istifadəyə yararlı vəziyyətə gətirmək üçün 38000 manat xərc çəkmişdir. Bu “X14” MMC tərəfindən tərtib edilmiş 20 may 2022-ci il tarixli mütəxəssis rəyində də öz əksini tapmışdır. Həmin rəyə baxdıqda əyani şəkildə də görmək olur ki, ev yeni təmir olunmuşdur. İddiaçı orada uzun müddət, təqribən 20 ildən artıq yaşadığı üçün təmir məhz onun tərəfindən və onun vəsaiti hesabına edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı “kirayə haqqının, dəymiş zərərin əvəzinin və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı «38000 AZN məbləğində pul və 204 AZN məbləğində dövlət rüsumunun ödənilməsi tələbinə dair» ilkin iddiasının təmin edilməməsi; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməsi; mənzilə vurulmuş zərərin bərpası üçün tələb edilən 19240 AZN (on doqquz min iki yüz qırx manat) pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi; hazırkı işin icraatı ilə əlaqədar çəkilmiş xərclərə, vurulmuş ziyana görə, o cümlədən kommunal (Azərsu) ödəniş (170 AZN), rabitə (164 AZN), nəqliyyat ödənişi (6960 AZN), səhhətə vurulmuş zərərə görə (960 AZN), oteldə qalma xərclərinə görə (3990) və dövlət rüsumu (345 AZN) üçün – ümumilikdə 12244 AZN (on iki min iki yüz qırx dörd manat) həcmində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi; mənzilin xx.xx.2017-xx.xx.2023 tarixlərini əhatə edən dövr üçün ödənilməmiş 53600 AZN (əlli üç min altı yüz manat) kirayə haqqı üzrə borcun və xx.xx.2023-cü il tarixdən mənzilin təhvil veriləcək günə qədər aylıq 800 AZN kirayə haqqının İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh məxsus mənzilə zərər vurulmuşdur. Bu səbəbdən də hazırkı mərhələdə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «dəymiş zərərin və çəkilmiş məhkəmə xərclərinin ödənilməsi» haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İşin hallarına görə ünvan 2 ünvanında yerləşən faktiki olaraq 4 otaqlı, 120 m2 sahəyə malik 32 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Mənzil binanın birinci mərtəbəsində yerləşməklə ayrıca girişi və maşın saxlamaq üçün həyətyanı sahəsi mövcuddur. İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsində həmin mənzildə 20 ildən artıq müddətdə kirayə qaldığını etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi Cavabdeh İddiaçı 2001-ci ilin iyun ayında yaşayış üçün tam yararlı və öz dövrünə görə çox müasir və yüksək keyfiyyətlə təmir edilmiş mənzil təhvil verərək ölkəni tərk etmişdir. Hazırda isə İddiaçı tərəfindən mənzilə ciddi şəkildə ziyan vurularaq konstruktiv elementləri məhv edilmiş, sobalar sökülmüş, nəticədə mənzil nəmişlikdən ciddi zərər görmüş, bundan başqa mənzildə olan dəyərli qoz ağacından hazırlanmış qapı, pəncərələr sökülərək ucuz daha ucuz materialdan olan əvəz edilmişdir. İddiaçı Cavabdeh məxsus mənzildə 20 ildən artıqdır kirayə qalır, lakin xx.xx.2017- ci il tarixdən kirayə haqqını ödəmir. Həmin mənzilə görə kirayə haqqının 800 AZN təşkil etsə də, İddiaçı qohumluq münasibətlərindən istifadə edərək həmin tarixdən etibarən bu günə qədər müxtəlif bəhanələrlə hər hansı ödəniş etməmişdir. "xxxx" Qiymətləndirici şirkətinin xx.xx.2022-ci il tarixli, MB 15/0739 saylı arayışından da göründüyü kimi həmin mənzilin 1 aylıq orta bazar kirayə qiyməti 800 AZN təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/5394 saylı rəyindən görünür ki, mənzil faktiki olaraq 4 otaqlı, 120 m2 sahəyə malikdir, ayrıca girişi, maşın saxlamaq üçün həyətyanı sahəsi mövcuddur və 20 il ərzində İddiaçı və ailəsi tərəfindən istismar edilir. Bununla da xx.xx.2023-cü il tarixə, kirayə haqqı üçün ödənilməli olan məbləğ 67x800=53600 AZN təşkil edir. İddiaçı mənzili təhvil verməkdən imtina etdiyini nəzərə alsa, həmin borc hələ də hesablanmağa davam edir. Cavabdeh bu vəziyyətin təsirindən infarkt keçirmiş bununla əlaqədar xəstəxanaya yerləşdirilmiş, özünə məxsus mənzilə daxil ola bilməməsi və başqa yaşayış yerinin olmaması səbəbindən mehmanxanalarda qalmağa, yenidən Avstriyaya qayıtmağa məcbur olmuş, müxtəlif orqanlara teleqramlar vurmuş və qeyd edilənlərlə əlaqədar maddi ziyan çəkmişdir. Hazırkı iş üzrə məhkəmə iclaslarında və ekspertizada iştirak etmək, aidiyyəti səlahiyyətli qurumlara bilavasitə müraciət etmək və qəbullarda iştirak etmək üçün Cavabdeh və onun həyat yoldaşı (eyni zamanda nümayəndəsi) İlqar Cəfərov də dəfərlərlə Vyanadan biletalaraq Bakıya gəlmişlər, mehmanxaanada qalmağa məcbur olub sonra yenidən Vyanaya qayıtmağa məcbur olmuşlar. Halbuki İddiaçı bu qanuna zidd əməlləri olmasaydı bütün bunlar baş verməz, bu xərclər çəkilməzdi. Eyni zamanda İddiaçı tərəfindən istifadə edilən su borcuna görə ödənişi də Cavabdeh etməklə maddi zərər çəkmişdir. Bundan başqa hazırkı iddianın verilməsi ilə əlaqədar 345 AZN dövlət rüsumu ödənilmişdir ki, həmin rüsum da İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Bununla da bu xərclər üzrə İddiaçı tərəfindən Cavabdeh ümumilikdə – 12244 AZN həcmində maddi ziyan vurulmuşdur. Həmin xərclərin təsnifatı aşağıdakı kimidir • Aviabiletlərə çəkilən nəqliyyat xərclərinə görə – 3787 AVRO (6960 AZN) • Tibbi xərclərə görə – 522 AVRO (960 AZN) • Otel xərclərinə görə – 3990 AZN • Poçt və teleqram xərclərinə görə – 164 AZN. Su borcunun ödənilməsinə görə – 170 AZN maddi ziyan • İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu – 345 AZN. Bundan başqa 20 ildən artıq dövr ərzində İddiaçı və ailə üzvləri tərəfindən istismar edilməsi nəticəsində mənzilə ziyan vurulmuşdur. Bu fakt ekspert rəyi və mənzilin təhvili zamanı çəkilmiş fotoşəkillərlə də öz təsdiqini tapır. İddiaçı həmin ziyanı mülkiyyətçinin razılığı olmadan aradan qaldırmağa çalışaraq bəzi kosmetik işlər görsə də, mənzil əvvəlki vəziyyətinə gətirilməmiş, konstruktiv və bahalı elementlər sökülərək bərpa edilməmişdir. Belə ki, mənzilin qonaq otağında odadavamlı kərpicdən hazırlanmış soba (Камин) və hamam otağında odadavamlı kərpicdən hazırlanmış kiçik soba, qoz ağacından olan qapı və pəncərələr təhvil verilən zaman mövcud olmuş, sonradan isə İddiaçı tərəfindən sökülərək bərpa edilməmişdir. Bununla da Cavabdeh ümumilikdə – 19240 AZN ziyan vurmuşdur. Bu fakt məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi və məhkəməyə təqdim edilən qiymətləndirmə ilə də öz təsdiqini tapır Belə ki, məhkəmə tərəfindən təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/5394 saylı rəyindən görünür ki, mənzildə aparılmış işlərin onun yaxşılaşdırmasına səbəb olmadığı öz təsdiqini tapır. Eyni zamanda həmin rəylə mənzilə 20 il ərzində istismar nəticəsində zərərin dəydiyi təsdiq edilir və aparılmış işlərin zərərin aradan qaldırılmasına yönəldiyi qeyd edilmişdir. Həmin sobaların bərpası üçün nəzərdə tutulan xərclər "xxxx" MMC tikinti şirkəti tərəfindən xx.xx.2023-cü il tarixli, 02 saylı aktı ilə aşağıdakı həcmdə qiymətləndirilmişdir. Qonaq otağında odadavamlı kərpicdən hazırlanmış böyük soba – 3600 AZN, Hamam otağında odadavamlı kərpicdən hazırlanmış kiçik soba – 2800 AZN Qoz ağacından qapı və pəncərələrin bərpası üçün nəzərdə tutulan xərclər mebel və taxta avadanlıqların hazırlanması üzrə mütəxəssis tərəfindən xx.xx.2023cü il tarixli, 01 saylı aktı ilə aşağıdakı həcmdə qiymətləndirilmişdir. Qoz ağacından qapı – 70x200 – 1200 AZN (x1 ədəd), Qoz ağacından qapı – 90x200 – 1560 AZN (x4 ədəd) 6240 AZN • Qoz ağacından qapı – 120x200 – 2080 AZN (x1 ədəd) • Qoz ağacından ikiqat şüşəli pəncərə – 120x140 – 960 AZN (x2 ədəd) 1920 AZN • Qoz ağacından qapı – 180x140 – 1400 AZN (x1ədəd) Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı «38000 AZN məbləğində pul və 204 AZN məbləğində dövlət rüsumunun ödənilməsi tələbinə dair» ilkin iddiasının təmin edilməməsi; Cavabdeh İddiaçı qarşı ümumilikdə 83588 AZN həcmində pul tələbinə qarşılıqlı iddiasının təmin edilərək; mənzilə vurulmuş zərərin bərpası üçün tələb edilən 14328 AZN (on dörd min üç yüz iyirmi səkkiz manat) pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi; hazırkı işin icraatı ilə əlaqədar çəkilmiş xərclərə, vurulmuş ziyana görə, o cümlədən (Azərsu) ödəniş (170 AZN), rabitə (164 AZN), 2022-2023-cü illər üçün kommunal xidmətlərə görə 2 saylı xüsusi təyinatlı MKTB-ə ödənilmiş (95 AZN), nəqliyyat (biletin dəyəri) ödənişi (9136 AZN), səhhətə vurulmuş zərərə görə (960 AZN), oteldə qalma xərclərinə görə (3990 AZN) və dövlət rüsumu (345 AZN) üçün – ümumilikdə 14860 AZN (on dörd min səkkiz yüz altmış manat) həcmində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi; mənzilin xx.xx.2017-xx.xx.2023 tarixlərini əhatə edən dövr üçün ödənilməmiş 54400 AZN (əlli dörd min dörd yüz manat) kirayə haqqı üzrə borcun İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: İlkin iddi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, işin mübahisəsiz halına görə İddiaçı və ailə üzvləri ilə Cavabdeh məxsus evdə kirayə yaşayır, evi və əşyalarını istifadə ilə əlaqədar istismar edir. Ev iddiaçıya yaşamaq üçün tam yaralı şəkildə, yüksək təmirli vəziyyətdə, əşyalarla birlikdə təhvil verilmişdir. İddiaçı mənzilin vəziyyətini cavabdehin razılığı ilə yaxşılaşdırdığını iddia etsə də, buna dair sübut təqdim etməmişdir. Yaxşılaşdırma – Bir şeyin keyfiyyətini, vəziyyətini daha yaxşı, daha mükəmməl, daha gözəl, daha əlverişli etmək anlamını ifadə edir. İddiaçı sübut etməlidir ki, bu işlər onun tərəfindən görülüb, görülübsə bu mülkiyyətiçinin razılığı ilə olub və ümumiyyətlə evin indiki vəziyyəti əvvəlki, yəni ona təhvil verilmiş vəziyyəti ilə müqayisədə daha yaxşıdır. Halbuki iddiaçı evdə əgər təmir işi aparmışsa belə o bunu vurduğu zərəri, aşındırdığı mənzili bərpa üçün etməli idi. Əgər iddiaçı mənzilin istismar və qulluğu ilə əlaqədar xərclər çəkmişsə, Mülki Məcəllənin 680.1.1-ci maddəsinə əsasən cavabdeh həmin xərcləri ödəməyə borclu deyil. Belə ki, Mülki Məcəllənin 680.1.1-ci maddəsinə əsasən Kirayəyə verən kirayəyə verilmiş binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında – istismar, qulluq və təmizləmə xərclərini kirayəçiyə ödəməyə boclu deyil. İddiaçı tərəfindən Cavabdeh məxsus mənzilə ciddi zərər vurularaq, hətta mənzildə olan daş soba (камень) belə sökülmüşdür. Mənzildə işlərin aparılması barədə isə Cavabdeh hər hansı formada məlumat verilməmişdir. Bundan başqa iddiaçı sübut olaraq istinad etdiyi «X14» MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 022/22 saylı hesabat özü də sübut hesab edilə bilməz. Həmin hesabatla tanış olan qiymətləndiricinin qeyri-obyektivliyi özünü aşkar biruzə verir. Belə ki, hesabatda görülən işlərdən biri kimi santexnika, elektrik işlərinin tam həcmdə görülməsi, unitazın quraşdırılması qeyd edilmişdir. Hesabatdan belə təsürrat yaranır ki, iddiaçılar 20 il mənzildə elektrik enerjisi, ayaqyolu, hamam, hətta unitaz olmadan belə yaşayıblar. Bu isə qiymətləndirici təşkilatın qiymətləndirmə sahəsində ixtisaslaşmış olmamasının göstəricisidir. Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin məhkəmələrə ünvanladığı xx.xx.2018-ci il tarixli, 2-490/18 nömrəli məktubda tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən işlərə qiymətləndirici cəlb edilən zaman həmin təşkilatın bu sahə üzrə ən azı 5 il daimi fəaliyyət göstərməsinə və bu sahə üzrə ixtisaslaşmış olmasına xüsusi diqqət yetirilsin. «X14» MMC-nin bu sahə üzrə 5 ildən artıq daimi fəaliyyət göstərməsi və ümumiyyətlə qiymətləndirmə sahəsində ixtisaslaşmış olması müəyyən edilmir. Bundan başqa qiymətləndirici tərəfindən qeyd edilən sahədə konkret hansı təmir-tikinti işlərin aparılması, işlərin nə vaxt aparılması, təmir-tikintiyə görə çəkilmiş xərclərin əvəzi, təmirtikinti işlərinə dair layihə-smeta sənədləri, eləcə də tikinti materiallarının alınmasına dair qaimə sənədləri təqdim edilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İlk öncə qeyd etmək istəyir ki, Cavabdeh mənzilə vurulmuş zərərə görə 19240 manat pul istəsə də, bu həqiqəti əks etdirmir. Belə ki, İddiaçı mənzildə yaşamağa başladıqda ev tamamilə boş və təmirsiz olmuşdur. Orada kamen və ya qoz ağacından qapı ümumiyyətlə mövcud olmamışdır. Cavabdeh tərəfindən ərizəyə əlavə edilmiş şəkillərin harada çəkilməsi məlum deyildir. İkinci olaraq isə qeyd etmək istəyir ki, İlqar Cəfərov ümumiyyətlə iş üzrə tərəf deyildir. O, nümayəndədir. Etibarnaməsi isə xx.xx.2023 tarixində verilmişdir. Yəni onun məhkəmədə iştirakını zəruri edən heç bir hal mövcud deyildir. Həmçinin tərəfin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan nümayəndəsi də vardır. Bu səbəbdən İlqar Cəfərovun Azərbaycan Respublikasına istirahət üçün gəldiyi halda bunu məhkəmə xərclərinə aid etməsi qanuna uyğun olmamaqla bərabər, həm də məntiqsizdir. Digər bir tələb olan kirayə pulunun ödənilməsi tələbi də tam əsassızdır. Belə ki, Cavabdeh xarici ölkəyə köçən zaman evin pulu ilk üç il olmaqla ona verilmişdir. Sonrakı dövrlərdə isə aylıq 200 manat olmaqla illik olaraq ona ödənilmişdir. 2022-ci ilin kirayə pulu da aramızda olan razılaşmaya əsasən bir illik olmaqla ilin sonunadək hesablanaraq ona ödənilmişdir. Sonradan Cavabdeh şərtləri pozaraq aylıq pulu artırmaq istəmişdir. Bu təqribən 2022-ci ilin aprel ayına təsadüf etmişdir. Ondan sonra mübahisə yaranmış və mən məhkəməyə müraciət etmişəm. Həmçinin Cavabdeh ərizə yazaraq iddia qaz, su və işıq sayğaclarını çıxartdırdığı üçün orada yaşamaq faktiki olaraq mümkün olmamışdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə çıxışını yazılı olaraq təqdim edərək bildirmişdir ki, iş materiallarında olan sübutlarla və çoxsaylı rəylərlə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xərclər çəkilərkən mülkiyyətçinin razılığı alınmayıb, eyni zamanda həmin xərclər evin yaxşılaşdırılmasına deyil, əskinə pisləşməsinə gətirib çıxarmış, kirayə haqları ödənilməmiş və son illər o həmin mənzildən vicdansız sahib kimi istifadə etmişdir. Eyni zamanda kommunal xərcləri ödəməmişdir. Belə ki, evdə daş sobaları (kamen) sökməklə istilik sistemini pozmuş, onu bərpa etmək cəhdi olaraq evə kombi sistemi çəkmiş, divarları nəmişlikdən yenə də, qoruya bilmədiyi üçün divarları alçipanla qapadmağa çalışmışdır. Bundan başqa həmin təmirdən uzun illər özü yaralanmış, evi mülkiyyətçiyə yeni təmir edilmiş vəziyyətdə verməmişdir. Evdə mövcud və işlək vəziyyətdə olan sistemləri sıradan çıxarıb, sonra onu dəyişmək onun vəziyyətini yaxşılaşdırılması anlamına gəlmir. (Ali Məhkəmənin bu mövqeyini əks etdirən qərar iş materiallarına əlavə edilmişdir) Bundan başqa evi təhvil verən zaman da təhvil aldığı vəziyyətdən fərqli olaraq ona ciddi ziyan vurmuşdur. Qapıları söküb çıxarmış, evi tanınmaz hala gətirmişdir. Kirayə qaldığı və vicdansız sahiblik etdiyi dövrə görə yaranmış borcu ödəməsinə dair məhkəməyə hər hansı sübut da təqdim etməmişdir. (Ali məhkəmənin iş materiallarına əlavə edilmiş qərarında da göründüyü kimi bunun sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür). İddiaçı Cavabdeh məxsus mənzildə 20 ildən artıqdır yaşayır, lakin xx.xx.2017-ci il tarixdən hər hansı ödəniş etmir, mənzilkddən müxtəlif bəhanələrdlə çıxmır və faktiki olaraq həmin dövrdən qanunsuz sahibliyi 16 fevral 2023-cü il tarixə qədər davam etdirmişdir. Həmin mənzilə görə kirayə haqqının 800 AZN təşkil etsə də, İddiaçı qohumluq münasibətlərindən istifadə edərək həmin tarixdən etibarən bu günə qədər müxtəlif bəhanələrlə hər hansı ödəniş etməmişdir. Kirayə münasibətlərini kəsdikləri andan isə qanunsuz sahibliyi 17 fevral 2023-cü il tarixə qədər davam etmişdir. "xxxx" Qiymətləndirici şirkətinin xx.xx.2022-ci il tarixli, MB 15/0739 saylı arayışından da göründüyü kimi həmin mənzilin 1 aylıq orta bazar kirayə qiyməti 800 AZN təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/5394 saylı rəyindən görünür ki, mənzil faktiki olaraq 4 otaqlı, 120 m2 sahəyə malikdir, ayrıca girişi, maşın saxlamaq üçün həyətyanı sahəsi mövcuddur və 20 il ərzində İddiaçı və ailəsi tərəfindən istismar edilir. Bununla da xx.xx.2023-cü il tarixə, kirayə haqqı və vicdansız sahiblik üçün ödənilməli olan məbləğ 68x800=54400 AZN təşkil edir. Cavabdeh bu vəziyyətin təsirindən infarkt keçirmiş bununla əlaqədar xəstəxanaya yerləşdirilmiş, özünə məxsus mənzilə daxil ola bilməməsi və başqa yaşayış yerinin olmaması səbəbindən mehmanxanalarda qalmağa, yenidən Avstriyaya qayıtmağa məcbur olmuş, müxtəlif orqanlara teleqramlar vurmuş və qeyd edilənlərlə əlaqədar maddi ziyan çəkmişdir. Hazırkı iş üzrə məhkəmə iclaslarında və ekspertizada iştirak etmək, aidiyyəti səlahiyyətli qurumlara bilavasitə müraciət etmək və qəbullarda iştirak etmək üçün Cavabdeh və onun həyat yoldaşı (eyni zamanda nümayəndəsi) İlqar Cəfərov də dəfərlərlə Vyanadan bilet alaraq Bakıya gəlmişlər, mehmanxanada qalmağa məcbur olub sonra yenidən Vyanaya qayıtmağa məcbur olmuşlar. Halbuki, İddiaçı bu qanuna zidd əməlləri olmasaydı bütün bunlar baş verməz, bu xərclər çəkilməzdi. Eyni zamanda İddiaçı tərəfindən istifadə edilən su borcuna görə ödənişi də Cavabdeh etməklə maddi zərər çəkmişdir. Bundan başqa hazırkı iddianın verilməsi ilə əlaqədar 345 AZN dövlət rüsumu ödənilmişdir ki, həmin rüsum da İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Bununla da bu xərclər üzrə İddiaçı tərəfindən Cavabdeh ümumilikdə – 12244 AZN həcmində maddi ziyan vurulmuşdur. Həmin xərclərin təsnifatı aşağıdakı kimidir • Aviabiletlərə çəkilən nəqliyyat xərclərinə görə – 3787 AVRO (6960 AZN) • Tibbi xərclərə görə – 522 AVRO (960 AZN) • Otel xərclərinə görə – 3990 AZN • Poçt və teleqram xərclərinə görə – 164 AZN • Su borcunun ödənilməsinə görə – 170 AZN maddi ziyan • İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu – 345 AZN. Bu işə baxılması ilə əlaqədar olaraq İlqar Cəfərov 13 dəfə Azərbaycan Respublikasına səfər etmiş və bu xərclərlə yanaşı Avstriya Respublikasındakı olan biznes fəaliyyətinə də ciddi ziyan dəymişdir. Bununla əlaqədar bir daha bildirir ki, Nailə Quliyevanın nümayəndəsi, eyni zamanda 3-cü şəxs olaraq İlqar Cəfərovun çəkdiyi xərclər birmənalı olaraq qarşı tərəfdən tutulmalıdır. Bundan başqa 20 ildən artıq dövr ərzində İddiaçı və ailə üzvləri tərəfindən istismar edilməsi nəticəsində mənzilə ziyan vurulmuşdur. Bu fakt ekspert rəyi və mənzilin təhvili zamanı çəkilmiş fotoşəkillərlə də öz təsdiqini tapır. İddiaçı həmin ziyanı mülkiyyətçinin razılığı olmadan aradan qaldırmağa çalışaraq bəzi kosmetik işlər görsə də mənzil əvvəlki vəziyyətinə gətirilməmiş, konstruktiv və bahalı elementlər sökülərək bərpa edilməmişdir. Belə ki, mənzilin qonaq otağında odadavamlı kərpicdən hazırlanmış soba (Камин) və hamam otağında odadavamlı kərpicdən hazırlanmış kiçik soba, qoz ağacından olan qapı və pəncərələr təhvil verilən zaman mövcud olmuş, sonradan isə İddiaçı tərəfindən sökülərək bərpa edilməmişdir. Bununla da Cavabdeh ümumilikdə – 19240 AZN ziyan vurmuşdur. Bu fakt məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi və məhkəməyə təqdim edilən qiymətləndirmə ilə də öz təsdiqini tapır Belə ki, məhkəmə tərəfindən təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/5394 saylı rəyindən görünür ki, mənzildə aparılmış işlərin onun yaxşılaşdırmasına səbəb olmadığı öz təsdiqini tapır. Eyni zamanda həmin rəylə mənzilə 20 il ərzində istismar nəticəsində zərərin dəydiyi təsdiq edilir və aparılmış işlərin zərərin aradan qaldırılmasına yönəldiyi qeyd edilmişdir. Həmin sobaların bərpası üçün nəzərdə tutulan xərclər "xxxx" MMC tikinti şirkəti tərəfindən xx.xx.2023-cü il tarixli, 02 saylı aktı ilə aşağıdakı həcmdə qiymətləndirilmişdir. Qonaq otağında odadavamlı kərpicdən hazırlanmış böyük soba – 3600 AZN Hamam otağında odadavamlı kərpicdən hazırlanmış kiçik soba – 2800 AZN Qoz ağacından qapı və pəncərələrin bərpası üçün nəzərdə tutulan xərclər mebel və taxta avadanlıqların hazırlanması üzrə mütəxəssis tərəfindən xx.xx.2023-cü il tarixli, 01 saylı aktı ilə aşağıdakı həcmdə qiymətləndirilmişdir. Qoz ağacından qapı – 70x200 – 1200 AZN (x1 ədəd) Qoz ağacından qapı – 90x200 – 1560 AZN (x4 ədəd) 6240 AZN • Qoz ağacından qapı – 120x200 – 2080 AZN (x1 ədəd) Qoz ağacından ikiqat şüşəli pəncərə – 120x140 – 960 AZN (x2 ədəd) 1920 AZN Qoz ağacından qapı – 180x140 – 1400 AZN (x1ədəd). İddiaçı cari təmir və şəxsi istifadə üçün edilən işlər “yaxşılaşdırma” hesab edilmir və əvəz ödənilmir. Həm də İddiaçı iddia verən zaman belə evdə özü yaşayıb, özü həmin “təmir”dən faydalanıb. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən qəbul edilmiş faktlardan göründüyü kimi ev əsaslı təmir edilmiş, yaşayış üçün tam yararlı vəziyyətdə, İddiaçı təhvil verilmiş və onun təmirə ehtiyacı olmamışdır. Kirayə verilənə qədər mülkiyyətçi həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Bundan başqa evin vəziyyətinin yaxşılaşdırılmadığı ona əksinə ziyan vurulduğu texniki olaraq iş materiallarında olan və qüvvədə olan ƏN MEM-nin ekspert rəyləri ilə təsdiq edilir. İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə çıxışını yazılı olaraq təqdim edərək bildirmişdir ki, ilkin iddia üzrə Cavabdeh məhkəməni guya evi kirayəyə deyil, icarəyə verdiyinə inandırmaq istəməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsində göstərilmişdir ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 700-cü maddəsində göstərilmişdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda sadalananlardan da görünür ki, icarə müqaviləsi ilə kirayə müqaviləsi mahiyyətcə bir-birinə bənzəsə də, onları ayıran əsas məqam gəlir (bəhər) götürmək hüququnun verilməsidir ki, İddiaçı həmin mənzili faktiki olaraq kirayəyə götürmüş və orada ailəsi ilə birgə yaşamışdır. Bu, işin mübahsəsiz halıdır. Tərəflər hər ikisi dəfələrlə qeyd etmişlər ki, onlar arasında müqavilə olmasa belə, faktiki olaraq kirayə münasibətləri mövcud olmuşdur. Bu səbəbdən hazırkı münasibətlərə icarə münasibətləri kimi baxıla bilməz. Cavabdeh tərəfindən elektron kabinetə yüklənmiş icarə barədə Azərbayca Respublikası Ali Məhkəməsi qərarlarının hazırkı işə heç bir aidiyyatı yoxdur. Mülki Məcəllənin özgə işlərini tapşırıqsız aparma ilə bağlı müddəalarına baxdıqda isə buradan aydın olur ki, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. İşin hallarına, sübutlara və ifadələrə nəzərə yetirdikdə açıq aşkar görmək olur ki, hazırkı təmirin edilməsi və çəkilən xərclər Cavabdeh mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməkdədir. Buna görədir ki, Cavabdeh mənzildə olan zaman mənzili çox bəyənmiş, bu zaman o və əri İlqar Cəfərovda birlikdə tamahkarlıq hissi yaranmış, İddiaçı aldatmaq və onun tərəfindən edilmiş təmir və digər xərclərin əvəzini verməmək və mənimsəmək niyyəti yaranmışdır. Məhkəmə prosesləri zamanı İlqar Cəfərov özü də etiraf etmişdir ki, Cavabdeh həmin mənzildə olmuşdur. Həmçinin o, bildirmişdir ki, İddiaçıla mütəmadi olaraq videozəng vasitəsi ilə əlaqə saxlamışdır. Belə olan halda onların evdə olan təmirdən xəbərləri olmuş, bunu bəyənmiş, hətta İddiaçı daha artıq pul qoparmaq məqsədi ilə kirayə pulunu artıqmağa cəhd etmiş, sonradan artıq bunun həddindən çox vicdansızca olduğunu düşünüb əvvəlki qiymətlə kirayə münasibətlərinə davam etmişlər. Bütün qeyd edilənlərdən görünür ki, İddiaçı öz doğma əmisi oğlu tərəfindən aldadılmış və o, Sabitə verdiyi sözü tutmamışdır. Həmçinin cavabdehin 2017-ci ildən 2023-cü ilədək (altı il) müddətində susması və bununla bağlı hər hansı bir etiraz və pretenziya verməməsi də onu sübut edir ki, hazırkı mənzildə görülən təmir işləri cavabdehin mənafeyinə uyğun olmuşdur. Qarşılıqlı iddiaya münasibətdə bildirir ki, iddianı heç bir hissədə və əsasda qəbul etmirik. xx.xx.2017-xx.xx.2023-cü illərin kirayə pulunun ödənilməsi hissəsinə münasibət olaraq bildirmək istəyir ki, 2022-ci ilin dekabr ayı da daxil olmaqla kirayə haqları cavabdehə ödənilmişdir. Həmçinin iddia tələbi müddət ötürülməklə verilmişdir. Çəkilmiş xərclərə münasibətdə bildirir ki, cavabdehin nümayəndəsi və vəkili olmuş və məhkəmə proseslərində iştirak etmişdir. Həmçinin onun xarici ölkədə və ya Azərbaycan Respublikasında olması iş üzrə hər hansı əhəmiyyət kəsb etməmişdir. Onun burada olmaq zərurəti olmamış, əksinə evini kirayə verdiyi halda və İddiaçı kirayə pulu istədiyi halda, evindən istifadə edə bilməməsini iddia etməsi məntiqsiz və gülünc olmuşdur. Həmçinin mənzilə dəymiş zərər hissəsində qeyd etmək istəyir ki, ekspert Xəyyam İsgəndərov tərəəfindən verilmiş rəyə bu hissədə mötəbər sübut kimi qiymət verilə bilməz və məhkəmə bu rəyə tənqidi yanaşmalıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Xəyyam İsgəndərov tərəfində tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/7928 saylı rəyinə nəzərə saldıqda görünür ki, o, mahiyyət etibarı ilə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tikinti şirkəti tərəfindən xx.xx.2023-cü il tarixli, 02 saylı aktı təkrar edir və orada yazılanları ehtiva edir. Bu səbəbdən hər iki rəyin cavabdehin maddi maraqlarına uyğun olaraq tərtib edildiyini və rəyin şübhəli olduğu üçün sübut növü kimi qəbul edilə bilməyəcəyini hesab edir. Əvvəlki etirazda bununla bağlı tərəfimdən geniş vəsatət verilmişdir. İlkin iddia üzrə İddiaçı Cavabdeh və əri İlqar Cəfərov tərəfindən aldadılmışdır. O, əlində olduğu pul ilə başqa yerdə mənzil ala biləcəyi halda almamış, İlqar Cəfərov ona narahat olmamasını və onu evdən çıxartmaq niyyətinin olmadığını bildirmiş və Sabitin evi əsaslı təmir etməsinə faktiki olaraq nail olmuşdur. Bu səbəbdən ilkin iddia tələbi üzrə ərizənin təmin edilməsini, qarşılıqlı iddia üzrə isə ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəməsi iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia tələbini müdafiə edərək onun təmin olunmasını, qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirakı edən ilkin iddia tələbi üzrə iddiaçı ilkin iddia tələbini müdafiə edərək onun təmin olunmasını, qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən ilkin iddia üzrə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surəti ilə müəyyən olunur ki, A.Neymətulla küçəsindəki 76 a №-li yaşayış evinin 32 saylı mənzili X6 adına xx.xx.1996-cı ildə qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə Cəfərov İlqarın adına qeydə alınmışdır. - AZ-İİ seriyalı 206753 saylı nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X18 və X11 arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanmışdır. - “X14” MMC tərəfindən verilmiş 20 may 2022-ci il tarixli 022/22 saylı qiymətləndirici rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 32 saylı mənzildə görülən təmir-tikinti işlərinə sərf olunan vəsaitin ümumi midarı 38000 AZN təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş 19 may 2022-ci il tarixli 290 №-li qiymətləndirmə hesabatından görünür ki, ünvan 4 ünvanında yerləşən 32 saylı mənzilin təmir-vərpa və s. işlər üçün çəkilmiş xərclərin məbləği 39500 manat müəyyən edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müraciəti mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. - "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli MB 15/0739 saylı arayışdan görünür ki, ünvan 6 ünvanında 1-ci mərtəbədə yerləşən faktiki 120 kv.m sahəyə malik 4 otaqlı, yaxşı təmirli 32 saylı mənzilinin, minik avtomobili saxlamaq üçün istifadə olunan həyətyani sahəsi də nəzərə alınmaqla 1 aylıq orta bazar kirayə qiyməti 800 (səkkiz yüz) manat arası təşkil edir. - Fiziki şəxs X7 tərəfindən verilmiş 01 №-li xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, Naira Quliyevanın müraciətində qeyd etdiyi ölçülərdəki qapı və pəncərələrə sərf ediləcək qoz ağacının materialının həcminin bazar qiyməti 12840 manat təşkil edir. - Fiziki şəxs X7 tərəfindən verilmiş 02 №-li xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, Naira Quliyevanın müraciətində qeyd etdiyi ölçülərdəki kaminlərin həcminin bazar qiyməti ümumi 6400 manatdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək cavabdeh İddiaçı tərəfindən ünvan 7 ünvanında yerləşən 32 saylı mənzilin boşaldılması və cavabdeh İddiaçı mənzildən çıxarılması; ödənilmiş dövlət rüsumunun isə iddiaçıya aid edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 3705/2023 saylı qətnaməsindən görünür ki, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 12 dekabr 2022-ci il tarixli 10/5394 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzildə təmir-tikinti işləri aparıldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzilin əvvəlki vəziyyəti barədə məlumat olmadığından, həmin mənzildə aparılmış təmir-tikinti işlərinin əvvəlki vəziyyəti ilə müqayisəli tədqiqat aparılaraq təmir işlərinin yaxşılaşdırılnasına səbəb olub-olmamasının müəyyən etmək mümkün olmadı. Eyni zamanda baxış zamanı tərəflərin bildirdiyinə görə mənzildə sonradan təmir işləri aparıldığını, həmçinin iş materiallarında olan məlumatlara əsasən mənzilin uzun müddət (20 il) istimar olunduğunu nəzərə alaraq, mənzildə aparılmış təmir işləri istismar müddətində təmirin aşınması nəticəsində dəymiş zərərin bərpasına səbəb ola bilər. Qərardadın üçüncü və dördüncü sualları ilə bağlı qeyd olurur ki, aparılmış təmir işlərinin müddətinin müəyyən olunmasına metodika olmadığından, həmin mənzildə aparılmış təmir-tikinti işlərinin nə zaman aparılmasının müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmamışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 13 may 2024-cü il tarixli 10/7928 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76 A, 32 saylı mənzildə aparılmış tikinti-təmir və söküntü nəticəsində, həmin mənzilə ziyan dəydiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76 A, 32 saylı mənzildə aparılmış tikinti-təmir və söküntü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilmiş və yetirilməli müxtəlif növ tikinti-təmir işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 14328,0 manat məbləğində olduğu müəyyən edilir. Həmin rəydə qeyd olunmuşdur ki, video görüntülərdən və iş materiallarından görünür ki, mənzilin daxilində 2 ədəd kamin, qoz ağacından qapı-pəncərələr olmuş, sonradan sökülmüşdür. İş materiallarından görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarına mənzilin əvvəlki vəziyyətinə dair video görüntülər əlavə edilmişdir. - “X3” MMC-nin 14 avqust 2025-ci il tarixli ETM-082/T/25 saylı mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 76A saylı evin 32 saylı mənzili üzrə yerinə yetirilmiş təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 28707,0 (iyirmi səkkiz min yeddi yüz yeddi) manat məbləğində müəyyən edilmişdir. - “X9” MMC tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli 335 №-li qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqat zamanı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 10/5394 saylı ekspert rəyində (ilkin baxış zamanı əldə olunmuş məlumatlar, iş materiallarına əlavə edilmiş video görüntülər nəzərə alınmaqla) və yerində baxış keçirməklə, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzildə 2001-2023-cü illərdə (İddiaçı mənzildə yaşadığı dövr ərzində) aparılmış təmir-tikinti işlərinə sərf olunmuş xərclərin hazırkı vəziyyətinə münasibətdə dəyəri-13,594.10 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatlara əsasən, görülmüş təmir işlərindən (yalnız dəyəri 585 manat 35% aşınmadan əvvəl 900 manat olan) kombi sistemi konstruksiyaya zərər vurmadan ayrılaraq çıxarıla bilən avadanlıq hesab olunur. Digər təmir elementləri (divar kağızı, kafel, metlax, asma tavan, laminat, mətbəx mebeli və s.) daşınmaz əmlakın ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Müvafiq video fraqmentlərindən göründüyü kimi, qeyd edilən mənzil xx.xx.2000-ci il tarixdə yaşayış və istismar üçün yararlı olmuş və orta təmirli vəziyyətdə qiymətləndirilir. Mənzilin ilkin vəziyyətinə dair videogörüntülərdən məlum olur ki, həmin dövrdə mənzil mövcud təmir səviyyəsinə görə yaşayış üçün yararlı vəziyyətdə olmuş, lakin sonradan mübahisəli dövrdə sökülərək mənzildə yenidən təmir işləri aparılmışdır. Aparılan araşdırmalara əsasən, mənzil xx.xx.2023-cü il tarixdə təhvil alınan zaman, ƏN MEM-in xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7928 saylı ekspert rəyinə və xx.xx.2023-cü il tarixli video faktlara istinadən, mənzilə ziyan vurulduğu müəyyən edilmişdir. Yuxarıda göstərilən məlumatlara əsasən, mənzilin həmin tarixdə vəziyyətinin yaşayış üçün yararlı olmadığı və təmir-bərpa işlərinə ehtiyac olduğu müəyyən edilmişdir. İş materiallarındakı ƏN MEM-in xx.xx.2022-ci il tarixli, 10/5394 saylı ilkin və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7928 saylı əlavə ekspert rəylərinə, həmçinin xx.xx.2000-ci il və xx.xx.2023-cü il tarixli video görüntülərə, faktiki vəziyyətə və müqayisəli təhlilə əsasən müəyyən edilmişdir ki, mənzilin vəziyyəti qeyd edilən dövr ərzində yaxşılaşmamışdır. Görülən işlər mənzilin bazar dəyərinin artmasına səbəb olmamışdır. -Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki,İddiaçı onunla verdiyi elan əsasında əlaqə saxlamışdır. Tanışlıq həmin vaxtdan başlamışdır. 7-8 il bundan qabaq əsaslı təmir işləri görmüşdür. Mənzildə kamen və ya qoz ağacından qapılar görməmişdir. Mənzildə qapılar bərbad olduğu üçün dəyişilib, avropa qapıları qoyulub. Eyni zamanda evin döşəməsi yarasız olduğu üçün laminatla əvəz edilib. Evin divarları nəm çəkdiyindən izolyasiya edilərək fasadlaşdırılmışdır. Mənzilin santexnika və elektrik sistemləri yarasız olduğundan dəyişilmişdir. Mətbəxin döşəməsi yenidən bərpa edilmiş, 40 kv.m isti pol vurulub. Mətbəx və sanuzel hissəsində kafel və metlax işləri görülüb. Sanuzel qovşağı olan yerin tavanına lambirin vurulmuşdur. Mənzilin pəncərələrinə çöl tərəfdən dəmirdə barmaqlıqlar vurulub, Mənzilin fasad hissəsinə dekorativ boya çəkilmişdir. Bu işlər özü tərəfindən həyata keçirilmişdir. Yalnız santexnika işi üçün başqası cəlb olunmuşdur. Mənzilin çəkilmiş xərclərinə görə lər İddiaçı tərəfindən ona təxminən 45000 manat pul verilib. -Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Cavabdeh ilə qonşu olmuşdur. Bir neçə dəfə ailəvi məclislərdə mənzildə olmuşdur. Mənzil təmirli mənzil olub. Sonuncu dəfə 2000-ci il dekabr ayında qızlarının ad günü məclisində iştirak etmişdir. Həmin vaxtdan sonra onlar xaricə köçmüşdürlər Bundan sonra həmin mənzildə qohumları yaşamışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin), onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şəxslərin izahatları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 2001-ci ildə X8 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 76A saylı evin 32 saylı mənzilin İddiaçı kirayəyə verilməsi barədə şifahi razılıq olmuşdur. İddiaçı 17 fevral 2023-cü il tarixdə mənzildən çıxmışdır. Hazırda İddiaçı mübahisəli mənzilə çəkdiyi təmir-bərpa xərclərinin ona ödənilməsini xahiş edir. Həmçinin cavabdeh X11 qarşılıqlı iddia ərizəsi təqdim edərək, mənzilə vurulmuş zərərin əvəzinin, ödənilməmiş kirayə haqqının və s. digər çəkilmiş xərclərin (su, rabitə, nəqliyyat və s.) İddiaçı tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. -697.2-ci maddəsinin tələblərinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İlkin iddia tələbi ilə bağlı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli mənzildə 20 il yaşamaqla onu təmir etdirmiş və sonra məhkəmə qətnaməsi əsasında həmin mənzildən çıxarılmışdır. Hazırkı ilkin iddia üzrə tələb də məhz həmin təmir-tikinti xərcləri ilə bağlıdır ki, iddiaçı çəkdiyi xərcin dəyərini cavabdehdən tələb edir. Bununla bağlı, sözügedən mübahisə həll olunarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinin tələbləri rəhbər tutulmalıdır. Belə ki, sözügedən müdəalara əsasən, əgər bir şəxs hüquqi əsas olmadan, digər şəxsin hesabına əmlak əldə edirsə və ya onun maddi rifah halı yaxşılaşdırılırsa, bu, əsassız varlanma hesab olunur. Əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (MM m.1091) Şərh olunan maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma dedikdə bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Əsassız varlanma yalnız hüquqi və ya müqavilə əsası olmadan varlanma ilə məhdudlaşmır, eyni zamanda həyata keçirilməmiş və ya sonradan aradan qalxmış hüquqi əsaslar mövcud olduqda da tətbiq edilir. Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən isə əsassız varlanmış şəxs əldə etdiklərini əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bunun nəticəsində əsassız varlanmış şəxs hüquqazidd yolla əldə etdiklərindən məhrum olur, onlardan əsassız məhrum olmuş şəxs isə itirdiklərini əldə etmiş olur və qanunçuluq bərpa edilir. Əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir. Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: - cavabdehin əmlak əldə etməsi; - həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh məxsus olan mənzilin İddiaçı hesabına təmin edilməsi, sonuncunun mənzilin təmiri üçün çəkilmiş xərclər həddə tələb hüququ yaradır. İddiaçı öz vəsaiti hesabına əmlakın dəyərini artırdığından, o, çəkdiyi xərclərinin əvəzinin ödənilməsini tələb etməklə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı, mənzildə təmir tikinti işlərinin aparılıb-aparılmaması, habelə aparıldığı təqdirdə mənzilə çəkilmiş təmir xərcinin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası və əlavə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli 10/5394 saylı ekspert rəyi ilə görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzildə təmir-tikinti işləri aparıldığı, lakin Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzilin əvvəlki vəziyyəti barədə məlumat olmadığından, həmin mənzildə aparılmış təmir-tikinti işlərinin əvvəlki vəziyyəti ilə müqayisəli tədqiqat aparılaraq təmir işlərinin yaxşılaşdırılnasına səbəb olub-olmamasının müəyyən etmək mümkün olmadığı, eyni zamanda mənzilin uzun müddət (20 il) istimar olunduğunu nəzərə alaraq, mənzildə aparılmış təmir işləri istismar müddətində təmirin aşınması nəticəsində dəymiş zərərin bərpasına səbəb ola biləcəyi, aparılmış təmir işlərinin müddətinin müəyyən olunmasına metodika olmadığından, həmin mənzildə aparılmış təmir-tikinti işlərinin nə zaman aparılmasının müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Digər tərəfdən “X3” MMC-nin 14 avqust 2025-ci il tarixli ETM-082/T/25 saylı mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 76A saylı evin 32 saylı mənzili üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 28707,0 (iyirmi səkkiz min yeddi yüz yeddi) manat məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, İddiaçı ilə verdiyi elan əsasında əlaqə saxlamışdır. Tanışlıq həmin vaxtdan başlamışdır. 7-8 il bundan qabaq mənzildə əsaslı təmir işləri görmüşdür. Mənzildə kamen və ya qoz ağacından qapılar görməmişdir. Mənzildə qapılar bərbad olduğu üçün dəyişilib, “Avropa” qapıları qoyulub. Eyni zamanda evin döşəməsi yarasız olduğu üçün laminatla əvəz edilib. Evin divarları nəm çəkdiyindən izolyasiya edilərək fasadlaşdırılmışdır. Mənzilin santexnika və elektrik sistemləri yarasız olduğundan dəyişilmişdir. Mətbəxin döşəməsi yenidən bərpa edilmiş, 40 kv.m isti pol vurulub. Mətbəx və sanuzel hissəsində kafel və metlax işləri görülüb. Sanuzel qovşağı olan yerin tavanına lambirin vurulmuşdur. Mənzilin pəncərələrinə çöl tərəfdən dəmirdə barmaqlıqlar vurulub, Mənzilin fasad hissəsinə dekorativ boya çəkilmişdir. Bu işlər özü tərəfindən həyata keçirilmişdir. Yalnız santexnika işi üçün başqası cəlb olunmuşdur. Mənzilin çəkilmiş xərclərinə görə lər İddiaçı tərəfindən ona təxminən 45000 manat pul verilib. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı mübahisəli mənzili əldə etdikdən sonra, həmin əmlakda yaşayış üçün şəraitin yaxşılaşdırılması məqsədilə şəxsi vəsaiti hesabına təmir işləri aparmışdır. Təmir işlərinin aparılması nəticəsində yaşayış sahəsinin funksional dəyəri əhəmiyyətli dərəcədə artırılmış, müasir və yaşayışa tam yararlı vəziyyətə gətirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə yazılı ərizə və Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən ona ünvanlanmış AQP 429/25 saylı xx.xx.2025-ci il tarixli məktubunu təqdim edərək “X3” MMC-nin rəyinin sübutlar siyahısından çıxarılmasını xahiş etmiş, özü tərəfindən təqdim olunmuş “X9” MMC tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli 335 №-li qiymətləndirmə rəyinin sübut kimi qəbul olunmasını xahiş etmişdir. Bununla bağlı, məhkəmə tərəfindən “X3” MMC-yə müraciət olunaraq Azərbaycan Qiymətləndiricilər Palatasının AQP 429/25 saylı xx.xx.2025-ci il tarixli məktubuna münasibət bildirilməsi xahiş edilmişdir. “X3” MMC-nin 1 oktyabr 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, 25 sentyabr 2025-ci tarixli məktubunuza cavab olaraq bildirik ki, e-2(005)-13/2025 nömrəli mülki iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən tədqiqat aparılaraq 14 avqust 2025-ci il tarixdə ETM-082/T/25 nömrəli mütəxəssis rəyi verilmişdir. Qoyulmuş sualın həlli üçün tərəflərin (iddiaçı, cavabdeh və onların vəkillərinin) iştirakı ilə tədqiq olunan obyektə baxış keçirilmiş, baxış zamanı görülən təmirtikinti işləri, istifadə olunan tikinti materialları və quraşdırılmış avadanlıqlar barədə məlumatlar rəydə ətraflı göstərilməklə onların tam həcmi və sayları rəyə əlavə olunmuş smetada əks olunmuşdur. Tədqiqatın tam və hərtərəfli aparılması, obyektiv nəticənin əldə olunması üçün mütləq qaydada tədqiqatın inşaatçı- mühəndis tərəfindən aparılması lazımdır. Tədqiqat bu şərtlərə əməl olunmaqla aparılmışdır. Tərtib olunmuş mütəxəssis rəyinə gəlincə isə bu sənəd “Qiymətləndiriri hesabatı” olmayıb, mühəndis-tikinti tədqiqatının özündə əks etdirən sənəd — “Mütəxəssis rəyi” olduğundan onun mütləq qaydada Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxs tərəfindən imzalanmasını qeyri-düzgün hesab etmək olmaz. “X3” MMC tərəfindən tərtib olunaraq göndərilmiş sənəd mütəxəssis rəyidir və əlavə məhkəmə mühəndis-tikinti ekspertizasının təyini haqda qərardada əsasən hazırlanmışdır. Tədqiqatın icraçısı X13 ali təhsilli inşaatçı-mühəndis (1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib), 1992-2024-cü il tarixlərdə Ədliyyə Nazirliyinin indiki Məhkəmə Ekspertizası Mərkəzində işləmiş (1995-2024-cü illərdə məhkəmə tikinti-texniki ekspertizası ixtisası üzrə ekspert), hazırda ‘‘X2” MMC-nin mühəndis-tikinti tədqiqatlar üzrə mütəxəssisi vəzifəsindədir. “X3” MMC 2020-ci il tarixdən müstəqil şəkildə ekspertiza tədqiqatları aparan təşkilat kimi fəaliyyətə başlamış, 2025-ci il tarixdən isə həm də Azərbaycan Qiymətləndiricilər Palatasında qiymətləndirici təşkilat olaraq qeydə alınmışdır. Məhkəmə iş üzrə ilkin iddia üzrə cavabdehin müraciəti əsasında “X9” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyini, baxış zamanı tərəflərin (qarşı tərəfin) iştirak etməməsini, rəyin birtərəfli qaydada tərtib edilməsini, digər tərəfdən “X3” MMC-nin mütəxəssis rəyini, həmin rəy üzrə tədqiqatı aparan şəxsin vəzifəsini, təhsilini, tikinti-texniki obyektlərinin tədqiqi ixtisası üzrə 1992-ci ildən iş stajına malik olmasını, məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsini, eyni zamanda baxış zamanı tərəflərin hər ikisinin (iddiaçı, cavabdeh və onların vəkillərinin) iştirak etməsini, qoyulmuş sual üzrə tam və hərtərəfli tədqiqat aparılmasını və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmənin qərardadına əsasən təqdim edilmiş “X3” MMC-nin mütəxəssis rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmiş və bunun dəyəri iş materiallarında olan ekspert rəyi ilə 28707 manat təşkil edir. Odur ki, mənzildə aparılmış təmir- tikinti işləri üçün xərclənmiş 28707 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Digər tərəfdən X6 qarşılıqlı iddia tələbi 3 hissədən ibarətdir:
1. mənzilə vurulmuş zərərin bərpası üçün pul;
2. çəkilmiş xərclər (kommunal, rabitə, nəqliyyat ödənişi, səhhətə vurulmuş zərər, oteldə qalma xərcləri, dövlət rüsumu;
3. ödənilməmiş kirayə haqqı. Məhkəmə qarşılıqlı iddia tələbinin 1-ci hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli mənzil cavabdehə kirayəyə verilərkən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məxsus olmuşdur. Sonuncu, İddiaçı tərəfindən təmir-tikinti aparılarkən mənzilinə zərər dəydiyini, mənzil təhvil verilən zaman qonaq otağında odadavamlı kərpicdən hazırlanmış soba və hamam otağında odadavamlı kərpicdən hazırlanmış kiçik soba, qoz ağacından olan qapı və pəncərələr mövcud olduğunu, sonradan isə İddiaçı tərəfindən sökülərək bərpa edilmədiyini bildirir. Məhkəmə araşdırması zamanı mənzilə zərər vurulub-vurulmadığını, habelə olduğu təqdirdə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası və əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 10/7928 saylı ekspert rəyi ilə qarşılıqlı iddia üzrə iddiaçı X8 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76 A, 32 saylı mənzildə aparılmış tikinti-təmir və söküntü nəticəsində, həmin mənzilə ziyan dəydiyi müəyyən olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76 A, 32 saylı mənzildə aparılmış tikinti-təmir və söküntü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilmiş və yetirilməli müxtəlif növ tikinti-təmir işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 14328,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, video görüntülərdən və iş materiallarından görünür ki, mənzilin daxilində 2 ədəd kamin, qoz ağacından qapı-pəncərələr olmuş, sonradan sökülmüşdür. İş materiallarından görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarına mənzilin əvvəlki vəziyyətinə dair video görüntülər əlavə edilmişdir. Göründüyü kimi mübahisəli mənzil İddiaçı təhvil verilərkən mənzildə 2 ədəd kamin, qoz ağacından qapı-pəncərələr olmuş, sonradan sökülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh mənzilə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı mənzildə yaşayarkən onu təmir edərək, təmir-bərpa xərcləri çəksə də, bu zaman mənzildə olan iddiaçı Cavabdeh məxsus bəzi əşyalar sökülmüş, bununla da, sonuncuya zərər dəymişdir. Qeyd olunlara əsasən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli 10/7928 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi qeyd olunnan hissədə qismən təmin edilməli, cavabdeh tərəfindən mənzildə aparılmış təmir-tikinti və söküntü nəticəsində mənzilə dəymiş zərər – onun aradan qaldırılması üçün yerinə yetirilmiş və yetirilməli müxtəlif növ tikinti-təmir işlərin dəyəri kimi 14328 (on dörd min üç yüz iyirmi səkkiz) manat həddində müəyyən edilməli, həmin məbləğ qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin 2-ci hissəsi ilə bağlı hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh mənzildən çıxanadək kommunal və mənzilə dair digər xidmətlər üzrə yaranmış borcları (MKTB) ödəməmiş, qeyd olunan borclar qarşılıqlı iddia üzrə iddiaçı X11 tərəfindən ödənilmişdir. Belə ki, iş materiallarına qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, ünvana dair **********320 saylı "xxxx" abonent kodu üzrə xx.xx.2022-ci il tarixdə 170 (yüz yetmiş) manat və 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 148015 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən Ağa Neymətulla ev 76, mənzil 32 ünvanında yerləşən mənzil üzrə 2020, 2021, 2022, 2023-cü illər üçün 95 manat ödəniş edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 17 fevral 2023-cü il tarixədək mübahisəli mənzildə mənzildə yaşamış, ünvan üzrə xərcləri və sudan istifadəyə görə yaranmış borcları ödəməmişdirlər. Qeyd olunan borclar qarşılıqlı iddia üzrə iddiaçı – mülkiyyətçi Cavabdeh tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdehin mənzildə yaşadığı dövrdə ünvan üzrə yaranmış borcları ödədiyindən həmin ödədiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qarşılıqlı iddia tələbinin səhhətə vurulmuş ziyana görə 960 manat pul tələbi hissəsinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının səhhətinə dəymiş ziyanın qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri ilə səbəbli-əlaqəsi müəyyən edilmədiyindən iddia qeyd olunan hissədə təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin nəqliyyat və oteldə qalma xərcləri ilə bağlı hesab edir ki, iddia qeyd olunan hissədə təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2022-ci il tarixdən “Kredo” vəkil bürosunun vəkili ilə məhkəmədə təmsil olunmuş, onun hüquqları məhkəmədə vəkil tərəfindən müdafiə olunmuşdur. Vəkil məhkəmə iclaslarında iştirak etmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə müraciət etmək imkanına malik olmuşdur. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı X11 şəxsən heç bir məhkəmə iclasında iştirak etməmiş, nəqliyyat xərclərinin, habelə mehmanxana xərclərinin böyük hissəsi (xx.xx.2022-xx.xx.2022 tarixləri üzrə 700 manat; xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə 1540 manat; xx.xx.2022-xx.xx.2022 tarixləri üzrə 1750 manat;) iş üzrə tərəf olmayan qarşılıqlı iddia üzrə iddiaçının həyat yoldaşı İlqar Cəfərovun ölkəyə gəlişi-gedişi və mehmanxanada qalması ilə bağlı olmuş, onun Azərbaycan Respublikasında müvəqqəti olaraq qalması üçün yaşayış yerinin olmaması, mehmanxanada qalmasının zəruriliyinə dair sübutlar təqdim edilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iş üzrə ekspertiza təyin edilərək icraat dayandırılmış, bundan sonra ekspert rəyi məhkəməyə daxil olduqdan sonra icraat təzələnərək, məhkəmə iclası xx.xx.2023-cü il tarixdə təyin olunmuşdur. Yəni ilkin iddia üzrə cavabdehin və onun həyat yoldaşının göstərilən tarixlərdə (xx.xx.2022 - xx.xx.2022; xx.xx.2022 - xx.xx.2022-ci il; xx.xx.2022 - xx.xx.2022) mehmanxada qalması onların məhkəmə iclaslarında iştirakları ilə bağlı olmamışdır. Həmin şəxsin ekspert baxışında iştirak etməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri zəruri məhkəmə məsrəfləri hesab edilərək qarşı tərəfdən tutula bilər. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri) ölkədən kənarda olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda məhkəmə məhkəmə icraatını onların məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən bununla bağlı hər hansı bir vəsatət məhkəməyə daxil olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qeyd olunan hissələrdə təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin 3-cü hissəsi ilə bağlı hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında rəsmi müqavilə münasibətləri olmamış, tərəflər arasında olan şifahi razılaşmaya əsasən qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı uzun müddət iddiaçının evində yaşamış və bu müddət ərzində həmin mənzildə yaxşılaşdırmalar aparmışdır. Hər iki tərəf mübahisə predmeti olan mənzillə bağlı aralarında kirayə münasibətlərinin olduğunu məhkəmə iclaslarında verdikləri izahatları ilə və məhkəməyə təqdim olunmuş yazılı ərizələri ilə etiraf etmişlər. Göründüyü kimi, tərəflər arasında kirayə ilə bağlı şifahi müqavilə münasibətləri mövcuddur. Qanunvericilikdə kirayə müqaviləsinin şifahi və yazılı bağlanması ilə bağlı imperativ göstəriş nəzərdə tutulmamışdır. Eyni zamanda, Mülki Məcəllənin əmlak kirayəsini tənzimləyən 33-cü fəslində kirayə müqaviləsinin şifahi bağlanmasını istisna edən hər hansı bir müddəa təsbit edilməmişdir. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Daha sonra məhkəmə qətnaməsi ilə qarşılıqlı iddia tələbi üzrə cavabdehin mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə mənzildən çıxmışdır. Hazırda qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qeyd olunan mənzilin kirayə haqqının 2017-ci ildən etibarən 800 manat dəyərində razılaşdırıldığını, cavabdehin xx.xx.2017-ci il tarixdən etibarən 800 manat kirayə haqqını ödəmədiyini bildirərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qeyd olunan məbləğin cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 697.2-ci maddəsinin tələblərinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında olan kirayə münasibətlərinə xitam verilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh xx.xx.2023-cü il tarixədək qeyd olunan mənzildən çıxmadığından, qarşılıqlı iddia tələbi üzrə iddiaçı razılaşmaya əsasən müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mənzilə görə razılaşdırılmış kirayə haqqı əvvəlcə 100 ABŞ dolları (08 fevral 2023-cü il tarixli məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatı), 2012-ci ildən isə 200 avro həddində (qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin 29 may 2025-ci il tarixli yazılı məhkəmə çıxışı) razılaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia tələbi üzrə cavabdeh də kirayə haqqının son olaraq 200 avro olaraq müəyyənləşdirildiyini təsdiq etmişdir. Göründüyü kimi tərəflər arasında razılaşdırılmış kirayə haqqı məbləği ən son 200 avro olaraq müəyyənləşdirilmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli MB 15/0739 saylı arayışa əsasən, mənzilin 1 aylıq orta bazar kirayə qiymətinin 800 (səkkiz yüz) manat olduğunu əsas gətirərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 800 (səkkiz yüz) manat olmaqla kirayə haqqının ödənilməsini tələb etmiş, bununla belə mənzilin kirayə haqqının həmin məbləğdə razılaşdırılmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən qarşılıqlı iddia tələbi üzrə cavabdeh mənzilin kirayə haqqının ən son 200 avro dəyərində müəyyən edildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə mənzilin kirayə haqqı məbləği cavabdehin etiraf etdiyi həddə müəyyən edilməlidir. Məsələ ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 bildirmişdir ki, iddiaçı qardaşıdır, qarşı tərəfin yoldaşı İlqar Cəfərov əmisi oğludur. Əmisioğluna həmişə böyük qardaş kimi baxmışlar və yaxşı münasibətləri olub. Qardaşı 2002-ci ildən ondan ev götürmüşdür, bu zaman İlqar xarici ölkədə idi. İddiaçı – qardaşı, həm evin şəraitini yaxşılaşdırıb, həm də icarə haqqını ödəyirdi. Oranı sonuncu dəfə təmir etdikdən sonra 2022-ci ilin yanvar-fevral aylarında icarə puluna kömək etmək üçün qardaşı ondan kömək istəmiş, bununla bağlı ona kömək etmişdir. İcarə pulunu “Qara Qarayev” ərazisində bir şəxsə vermiş, həmin şəxslər pulu götürüb cavabdehə köçürtmüşdürlər. 2400 avro hər il əmisi oğlu İlqar Cəfərova, Avstriya Respublikasına köçürülürdü. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 bildirmişdir ki, 2015-ci ildən ev alqı-satqısı və pul köçürülmə işi ilə məşğuldur. İddiaçıla 2015-ci ildə “Xalqlar Dostluğu”nda həmişə toplandıqları yerdə tanış olmuşlar. O, gəlib xahiş etmişdir ki, pul vəsaitini Avstriya Respublikasına köçürmək üçün kömək lazımdır. Pul verilir, onlar da orada yaşayan tanışlarına zəng edərək həmin pulun ondan götürüləcəyini bildirirdi. Bu qaydada ödəniş olunurdu. İddiaçıdan 2022-ci ildə yanvar ayında 2500 avro alıb Avstriya Respublikasına köçürmüşdür. Hər ildə bir dəfə yanvar ayında 2500 avro məbləği iddiaçı tərəfindən onun vasitəsilə köçürülürdü. Pulu Azər adlı tanışına göndərir və iddiaçı həmin vəsaitin əmisi oğluna çatacağını bildirirdi. İlk dəfə iddiaçını 2015-ci ildən tanımışdır və ondan sonra hər ilin yanvar ayında pulun göndərilməsi üçün yanına gəlirdi. Məbləğin komissiyası iddiaçı tərəfindən ona ödənirdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri, tərəflər arasında qohumluq münasibətlərinin olmasını, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X1 haqqının 2017-ci ildən bəri ödənilməməsini iddia etsə də, 2023-cü ilin yanvar ayınadək bununla bağlı hər hansı bir tələb irəli sürməməsini, habelə şahid ifadələrini nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan şifahi kirayə münasibətləri üzrə kirayə haqqı 2023-cü ilin yanvar ayınadək ödənilmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh xx.xx.2023-cü il tarixədək qeyd olunan mənzildə yaşamış, bununla belə 2023-cü ilin yanvar ayından etibarən kirayə haqqı ödənişi etməsi barədə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mənzilin xx.xx.2023-xx.xx.2023 tarixlərini əhatə edən dövr üçün ödənilməmiş cəmi 400 avro (2 ay x 200 avro) məbləğində kirayə haqqı üzrə borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili yazılı ərizə təqdim edərək kirayə pulu tələbinə dair münasibətdə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. -375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. -551.2.1-ci maddsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, qanunvericiliklə vaxtaşırı ödənişlər üzrə öhdəliklərin icrası üçün (xitam olunması) beş illik müddət müəyyən edilsə də, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə (tələb etmək hüququ) iddia müddəti üç il müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. Mülki Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətlərinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Kirayə haqqı tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur, iddiaçının bu müddətə nəzərən son üç il ərzində, yəni xx.xx.2020-ci il tarixdən etibarən kirayə haqqına dair yaranmış borcu tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, verilməli olan məbləğlər, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri daxildir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməlidir. Hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın qiyməti nəzərə alınmaqla, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu kimi 155 (yüz əlli beş) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumuna görə 65 (altmış beş) manat, habelə qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən rabitə xərcləri üzrə qarşı tərəfə, Ədliyyə Nazirliyinə, Avstriya Səfirliyə və s. dövlət orqanlarına və hüquq mühafizə orqanlarına edilmiş yazılı müraciətlər üzrə poçt vasitəsilə çəkilmiş rabitə xərcləri kimi cəmi 164 manat (mülki iş № cild İ, v. 145-147) tutularaq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməli, dövlət rüsumları qalan hissədə tərəflərin özünə aid edilməlidir. Eyni zamanda iddia tələblərinin qismən təmin olunması nəzərə alınmaqla, ekspertiza tədqiqatlarının əvəzi kimi 100 (yüz) manat ilkin iddia üzrə İddiaçı, 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ekspertiza tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat ilkin iddia üzrə İddiaçı, 200 (iki yüz) manat Cavabdeh tutularaq “X3” MMC hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzildə ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən görülən təmir-tikinti işlərinə sərf olunmuş 28707 (iyirmi səkkiz min yeddi yüz yeddi) manat pul və ödənilmiş dövlət rüsumu kimi 155 (yüz əlli beş) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, mənzilə vurulmuş zərərin bərpası kimi 14328 (on dörd min üç yüz iyirmi səkkiz) manat, "xxxx" borcuna görə ödənilmiş 170 (yüz yetmiş) manat, rabitə xərcləri kimi 164 (yüz altmış dörd) manat, MKTB-yə ödənilmiş 95 (doxsan beş) manat və ödənilmiş dövlət rüsumuna görə 65 (altmış beş) manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməli, mənzilin xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üçün ödənilməmiş 400 (dörd yüz) avro məbləğində kirayə haqqı üzrə borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməli, iddia tələbləri qalan hissədə təmin edilməli, ödənilmiş dövlət rüsumları qalan hissədə tərəflərin özünə aid edilməli, Ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat ilkin iddia üzrə İddiaçı, 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ekspertiza tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat ilkin iddia üzrə İddiaçı, 200 (iki yüz) manat Cavabdeh tutularaq “X3” MMC hesabına ödənilməlidir.
V. Nəticə:
Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzildə ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən görülən təmir-tikinti işlərinə sərf olunmuş 28707 (iyirmi səkkiz min yeddi yüz yeddi) manat pul və ödənilmiş dövlət rüsumu kimi 155 (yüz əlli beş) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A ünvanında yerləşən 32 saylı mənzilə vurulmuş zərərin bərpası kimi 14328 (on dörd min üç yüz iyirmi səkkiz) manat, "xxxx" ASC-yə yaranmış borca görə ödənilmiş 170 (yüz yetmiş) manat, rabitə xərcləri kimi ödənilmiş 164 (yüz altmış dörd) manat, 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə ödənilmiş 95 (doxsan beş) manat və ödənilmiş dövlət rüsumuna görə 65 (altmış beş) manat qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A ünvanında yerləşən 32 saylı mənzil üzrə xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üçün ödənilməmiş cəmi 400 (dörd yüz) avro məbləğində kirayə haqqı üzrə borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları qalan hissədə tərəflərin özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri kimi 100 (yüz) manat ilkin iddia üzrə İddiaçı, 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) hesabına, 200 (iki yüz) manat ilkin iddia üzrə İddiaçı, 200 (iki yüz) manat Cavabdeh tutularaq “X3” MMC-nin (X3” MMC; VÖEN: **********; Bank Rekvizitləri: Azər-Türk Bank ASC AZ1022, Azərbaycan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193 VÖEN: ********** Kod: 507699 M/h: AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22 H/h: AZ69AZRT********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Səbinə Nuriyeva