Məhkəmə qərarları › İş №e-2(005)-132/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-132/2023

16.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-132/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Şirinova Fatima Ağamehdi qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, kəmərdən 33 metr aralı məsafədə, 39 T 0404471; ******* saylı koordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş su hövzəsinin və digər tikinti-quraşdırma tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, kəmərdən 33 metr aralı məsafədə, 39 T 0404471; ******* saylı koordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş su hövzəsi və digər tikinti-quraşdırma tikililəri faktı aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 02 aprel 2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 4 saylı qaravolun 1-ci iş növbəsində saat 18:35-də 13-14 saylı postların ərazisində Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, 39 T 0404471; ******* saylı koordinatlar üzrə kəmərdən təqribən 33 metr aralı məsafədə, 1-ci sırada kəmərə paralel, vətəndaş Cavabdeh aid olduğu iddia edilən beton zavodunun ərazisində, 6 metr uzunluğunda, 6 metr enində, 2,40 metr hündürlüyündə su hovuzu və 10 metr uzunluğunda, 2,40 metr enində, 2,60 metr hündürlüyündə sement çəninin arxa hissəsində bərkitmə işlərinin aparmaq məqsədi ilə hörgü işlərinin aparılaraq tamamlanması aşkar edildi. Fakta bağlı aidiyyəti üzrə Nərimanov rayonu icra nümayəndəsinə məlumat verilmiş və icra nümayəndələri Mirzəyev Mirzə və İbadov Firuddin sözügedən əraziyə gələrək, obyekt sahibi ilə birlikdə tikiliyə baxış keçirilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu obyekt sahibinə izah edilərək görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair həmin şəxsə yazılı xəbərdarlıq təqdim edildi. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, №10/5011 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş sement cənlərinin qarşısında inşa olunmuş pandus SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor kəmərində 34 metr kənarda yerləşdiyini nəzərə alaraq, həmin tikili (pandus) bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli 167 nömrəli qərarının İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi qaydalarının 4.1 bəndinin tələblərinə əsasən 50 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına əsasən yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 9.26-cı bəndinə əsasən, sənaye müəssisələrinin və anbarların təchizatı üçün tez alışan və yanar-maye, həmçinin maye qaz nəql edən boru kəmərlərinin məskunlaşma ərazilərindən çəkilməsinə yol verilmir. Magistral boru kəmərləri qüvvədə olan normativ sənədə (SNiP 2.05.06) müvafiq olaraq, məskənlərin ərazi sərhədlərindən kənarda çəkilməlidir. Məskənin ərazisindən neft məhsulları kəmərləri çəkilərkən, qüvvədə olan normativ sənədin (SNiP 2. 05.3) tələbləri nəzərə alınmalıdır. Yanğın əleyhinə tələblərin (Əlavə 1) 3-cü bəndinə əsasən, yaşayış və ictimai binalardan neft və neft məhsulları saxlanılan İ qrup anbarlaradək məsafə qüvvədə olan normativ sənədin (SNiP İİ-106-79) tələblərinə, ictimai və yaşayış binalarına xidmət göstərən qazanxanaların, dizel elektrik stansiyaları və digər enerji obyektlərinin tərkibində nəzərdə tutulan maye yanacaq saxlanan İİ qrup anbarlarına qədər isə məsafə cədvəl 2-də göstərilənlərdən az olmayaraq qəbul edilməlidir. 2951 Nömrəli “03” yanvar 2003-cü il tarixli “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.7-ci bəndinə əsaən, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, kəmərdən 33 metr aralı məsafədə, 39 T 0404471; ******* saylı koordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş su hövzəsi və digər tikinti-quraşdırma tikililəri faktı aşkar edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli, №10/5011 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş sement çənlərinin qarşısında inşa olunmuş pandus SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor kəmərində 34 metr kənarda yerləşdiyini nəzərə alaraq, həmin tikili (pandus) bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli 167 nömrəli qərarının İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi qaydalarının 4.1 bəndinin tələblərinə əsasən 50 metrlik mühafizə zonasında yerləşdiyi müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, kəmərdən 33 metr aralı məsafədə, 39 T 0404471; ******* saylı koordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ünvanında inşa edilmiş su hövzəsi və digər tikinti-quraşdırma tikililəri cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı və həmin ünvanda hər hansı tikinti quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən 100 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilməlidir. Bundan başqa aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən 100 manat məbləğində pul tutularaq, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, kəmərdən 33 metr aralı məsafədə, 39 T 0404471; ******* saylı koordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ünvanında inşa edilmiş su hövzəsi və digər tikinti-quraşdırma tikililəri Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsumu iddiaçı SOCAR-ın İddiaçı hesabına ödənilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar