Məhkəmə qərarları › İş №e-2(005)-1321/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1321/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1321/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 15 000 (on beş min) manat,mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində pulun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə vəsatət ünvanlayaraq, Cavabdeh1 MMC-nin cavabdehlər sırasından çıxarılması və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin digər cavabdehin qeydiyyat yeri üzrə Şuşa Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 15 000 (on beş min) manat, mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində pulun Cavabdeh2 alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmişdir. Lakin Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti araşdırıb hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə əlavə olaraq bildirir ki, hazırki mülki iş üzrə Cavabdeh1 MMC formal olaraq cavabdeh kimi cəlb edilmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC-yə münasibətdə artıq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1125/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı və mülki iş digər cavabdehin qeydiyyat ünvanına əsasən ərazi aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün Cavabdeh2 rəsmi qeydiyyatda olduğu ünvan üzrə Şuşa Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-1321/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar