Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1336/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4685 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 4715 (dörd min yeddi yüz on beş) manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 16 mart 2020-ci il tarixdə idarə etdiyi "Kia Forte" markalı ** SP *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə, "Toyota LC200" markalı ** LN *** dövlət nömrə nişanlı və "Mercedes Benz E200" markalı ** FX *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov rayon DYPŞ-də tərtib olunmuş TP № ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin inzibati tənbehvermə haqqında qərarda Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman idarəetmə hüququ olmadığı (etibarnamə) və hadisə yerindən yayındığı da qeyd olunmuşdur. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "Toyota LC200" markalı ** LN *** dövlət nömrə nişanlı avtomobilə 4335 manat məbləğində və "Mercedes Benz E200" markalı ** FX *** dövlət nömrə nişanlı avtomobilə 350 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta müqaviləsinə və 15 aprel 2020-ci il tarixli İAS 200393 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənlərə ümumilikdə 4685 (dörd min altı yüz səksən beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X17 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə Ermənistan respublikası, Qurak rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küç ev 47, m. 8 ünvanında qeydiyyatdadır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti 28.09.1998-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Millir Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 15.04.2020-ci il tarixli 001220 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4.335.00 (dörd min üç yüz otuz beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 15.04.2020-ci il tarixli 001220 saylı ödəniş tapşırığına 1 saylə əlavədən görünür ki, müştri X4 **********6944-000097 nömrəli hesabına 4335,00 manat məbləğində ödəniş edilmişdir. 13.04.2020-ci il tarixli 001174 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən X7 350,00 (üç yüz əlli) manat məbləğində ödəniş edilmişdir. 16.03.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, Mercedes Benz E 200 markalı, 99FX978 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə cəmi 200,00 (iki yüz) manat olmaqla yekun 350,00 (üç yüz əlli) manat məbləğində pul vəsaiti hesablanmışdır. “Baku Auto” Servis tərəfindən tərtib edilmiş 01.04.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, Toyota LC200 **-LN-*** nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 4335,00 (dörd min üç yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. xxxx tərəfindən 09.04.2020-ci il tarixdə Cavabdeh ünvanlanmış məktubun surətindən görünü ki, Kia Forte markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunarkən 16.03.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində baş vermiş yol nəqliyyat hadisəsində X11 məxsus, X14 tərəfindən idarə olunan Mercedes Benz E200 markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin X8 məxsus Toyota LC200 markalı, ** LN *** dövlət qedyiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Nərimanov Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş TP3583515 saylı inzibati xəta haqqında prtokolda Kia Forte markalı, ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyə əsas (etibarnamə) olmadığı və hadisə yerini tərk edildiyi qeyd olunmuşdur. Baş vermiş hadisədə “icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3 və 25.1.8 maddəsinə əsasən Sığortaçının subroqasiya hüququ yarandığından ödəniləcək sığorta ödənişi geri alınacaqdır. Yuxarıda qeyd olunanlarla bağlı təklif olduğu təqdirdə 3 (üç) iş günü müddətində cəmiyyətə yazılı şəkildə təqdim edilə bilər. №İAS200393 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, **-SP-*** dövlət qeydiyyat nişanlı, Kia Forte markalı sığortalanmış avtomobili idarə edən şəxs X1 dəymiş zərərə görə 5000 (beş min) manat və **-LN-*** dövl\tn qeydiyyat nişanlı Toyota LC200 markalı avtomobili idarə edən şəxs X8 dəymiş zərərin məbləği 4.335,00 AZN müəyyən edilmişdir . İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X19 ilə 08.05.2019cu il tarixdə 1 (bir) il müddətinə icbari sığorta müqaviləsi bağlanmışdır. №İAS200392 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, **-SP-*** dövlət nömrə nişanlı Kia Forte markalı sığortalanmış avtomobilə dəymiş zərər üzrə sığorta məbləği 5000 (beş min) manat müəyyən edilmişdir. 13.04.2020-ci il tarixli №001174 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən 350 manat məbləğində ödəniş X9 edilmişdir. 15.04.2020-ci il tarixli №001220 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən 4.335,00 (dörd min üç yüz otuz beş) manat məbləğində ödəniş edilmişdir.Həmin siyahıya 1 saylı Əlavəyə əsasən kart nömrəsi üzrə vəsaiti qəbul edən X10r. 16.03.2020-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 16.03.2020-ci il tarixdə Kia Forte minik markalı 99SP135 dövlət nömrə nişanlı avtomobili idarə edən xx.xx.1985-ci il təvəllüdlü hazırda ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.6-cı maddələrinə əsasən nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinə əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. AD № 504538 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SP *** nömrə nişanlı Kia Forte minik markalı nəqliyyat vasitəsinin sahibi X3r. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.03.2020-ci il tarixli 32 nömrəli yol vərəqəsindən görünür ki, Kia Forte qeydiyyat nömrəsi 99SP135 avtomibili idarə edən şəxs X20, AD №039203 nömrəli sürüclük vəsiqəsi üzrə göstərilmiş avtonəqliyyat vasitəsini Azərbaycan Respublikasının ərazisində gündüz və gecə, həmçinin bazar və bayram günləri idarə edə bilər. AC № 724243 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsininin surətindən görünür ki, 99FX978 qeydiyyat nişanlı, Mercedes Benz E200CDİ minik markalı, 1998-ci il buraxlışlı, tünd mavi metalik rəngli nəliyyat vasitəsinin sahibi X13r. ƏN-İİİ № 819430 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 02.08.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, X2 Vidadi Həzərxan oğluna nəqliyyat vasitəsini idarə etmə hüququ vermişdir. AC №463969 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90LN777 qeydiyyat nişanl Toyota LC200 minik markalı, 2014-cü il buraxlışlı nəqliyyat vasitəsinin sahibi X10r. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsində sığortaçının sadalanan hüquqları sırasında sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ da nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.1.3-cü maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar sırasında o da qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin əsaslarını, həmçinin iddiaçı “xxxx” ASC-nin gətirdiyi arqumentlərini və ekspert rəyini araşdıraraq belə qənaətə gəlir ki, müvafiq ekspert rəyilə “Toyota LC 200” markalı ** LN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 3764 manat, “Mersedes Benz E 200” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci ilə əlaqədar ödənilmiş 350 manat məbləğin əvəzi olaraq, cəmi 4114 (dörd min yüz on dörd) manat məbləğində pul vəsaiti və 30,00 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4114 (dörd min yüz on dörd) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 4144 (dörd min yüz qırx dörd) manat tutulmaqla, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3,) Məhkəmə Ekspertizası Mərkəzi hesabına, keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4114 (dörd min yüz on dörd) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1336/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1336/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver