Məhkəmə qərarları › İş №e-2(005)-1391/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1391/2024

24.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1391/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2na qarşı qeyri yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2na qarşı qeyri yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 438 nömrəli Sərəncamına əsasən Nərimanov rayonu Təbriz, Balami Dadaşov, Həsənoğlu küçələrinin əhatəsində yerləşən 855-858-ci məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi üçün 2.7 ha torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı tərəfindən həll edilməlidir. ünvan 2şən qeyriyaşayış sahəsi Cavabdeh2 sahiblik və istifadəsindədir. Cavabdehin sahiblik və istifadəsində olan həmin qeyri-yaşayış sahəsi hal-hazırda qəzalı vəziyyətdədir. Həmin ərazidə yaşayan digər sakinlərin hamısı ilə razılıq əldə olunmasına baxmayaraq cavabdeh MMC-nin təklifini qəbul etmək istəmir. 01 Dekabr 2023-cü il tarixdə qəzalı vəziyyətdə olan həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin İddiaçı MMC-yə təqdim edilməsi barədə verdiyimiz sorğuya cavabdehə cavab verməmişdir. Daha sonra 26 Dekabr 2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığımız sorğuda ünvan 2şən daşınmaz əmlakın mülkiyyətçisi və ümumi sahəsi barədə məlumat verməsini xahiş etmişik. Göndərilən sorğuya DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi cavab olaraq bildirmişdir ki, həmin daşınmaz əmlak üzrə heç bir məlumat tapılmamışdır və daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. Hesab edirlər ki, ünvan 2şən qeyri-yaşayış sahəsi qanunsuz tikilidir və istismara yararsızdır. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət' Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov , Təbriz, Həsənoğlu küçələrinin əhatəsində 855-858-ci məhəllələrdə yerləşən tikililərin texniki vəziyyəti haqqında rəyində göstərilmişdir ki, Cavabdeh2 binası hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcüd olduğu, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən fərdi yaşayış evləri texniki cəhətdən yolverilməz qəbul edilir və bina istismar üçün yararsız hesab edilmişdir. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 438 nömrəli Sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. İddiaçı MMC ona ayrılmış torpaq sahəsində yerləşən bütün sakinlər ilə razılıq əldə edərək müqavilə bağlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Şərh edilənlərə əsasən ünvan 2şən qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən İddiaçı MMC-yə təhvil verilməsi, təhvil verilən qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən sökülməsi, həmin qeyri-yaşayış sahəsinin əvəzinə təmirli, ümumi sahəsi 175 (yüz yetmiş beş) kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən tikilib cavabdehlərə təhvil verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş edirlər (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddiaçı ilə aralarında barışıq sazişinin bağlandığını qeyd etmiş, iddia ərizəsinin geri qaytarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının məhkəməyə ünvanladığı ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsinin Plenumunun Qərarının 2-ci bəndinə əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2na qarşı qeyri yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu olan 100,60 manat pul İddiaçınə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar