Məhkəmə qərarları › İş №e-2(005)-1399/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1399/2024

02.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1399/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMMC-yə qarşı AR Ədliyyə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMMC-yə qarşı AR Ədliyyə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787 ünvanında inşa edilmiş çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, təmiri, komunal xidmətlərin göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə “Kommunal-172” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmişdir. Daha sonra həmin Cəmiyyətin adı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə dəyişdirilmişdir. Həmin cəmiyyətin idarə heyyətinə 7 nəfər mülkiyyətçi (Cavabdeh, X8, X13, X6, X9, X3, X19, X2, X10, X7, X4, X14 və X15) ümumi yığıncaq keçirmədən özlərini seçərək, Cavabdeh isə idarə heyyətinin sədri təyin etmişlər. Biz sakinlər olaraq, idarə heyətinin sədrini, üzvlərini və komissiya üzvlərinin seçilməsində iştirak etməmişik və ümumi yığıncağa çağırılmamışıq. Hətta bəzi sakinlərin idarə heyətinə üzv seçilmələrinə dair özlərinin məlumatı yoxdur. X1 idarə heyətinin üzvü olması haqqında məlumatı olmamışdır. Eyni zamanda bildiririk ki, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023cü il tarixlərdə guya keçirilən ümumi yığıncaqlardan xəbərimiz olmamış, bildirişlər bizə göndərilməmiş və iştirak etməmişik. Həmin idarə heyətinin fəaliyyətsizliyi nəticəsində 300dən çox ailənin su ilə təmin edən hovuz antisanitar vəziyyətdə, lil-palçıqlı olduğundan mənzillərə çirkab, qumlu su veriliri, binanın 2 lifti işləmir, biri banka icarəyə verilib, digəri isə ofis üçün dəmir qapı ilə baölanmış, ümumiyyyətlə liftlərə texniki xidmət göstərilmir, həyətdə heç bir abadlaşdırma, yaşıllıq işləri aparılmır, ərazinin mühafizəsi formal xidmətə çevrilmiş, avtodayanacaq yarımçıq tikili şəklində insanların həyatına real təhlükə mənbəyi olmuş, avtomobil yolunun asfalt örtüyü üzərində çuxurlar olmaqla yanaşı, səliqəsiz vəziyyətdədir, habelə digər texniki-təsərrüfat işləri görülmədiyi üçün başqa problemlər də yaranmışdır. Qanunsuz olaraq liftlərə kommunal xidmətlərini ödəməyən sakinlərə təzyiq etmək üçün kart sistemi tətbiq edilmiş, həyətdə yerləşən avtomobil dayanacağı, bank işçilərinə xidmət edir, sakinlər üçün isə şlaqbaum qoyulmaqla kommunal xidmətlərdən əlavə hər ay qanunsuz olaraq 80-100 manat məbləğində pul tələb edilir. Sakinlərin mənzillərinə dair çıxarışlarının alınması üçün zəruri sənədlərin verilməsinə görə 510 manat məbləğində pul tələb edilir. Bir sözlə MMMC hazırda sakinlərin maraqlarını təmin etmək əvəzinə qanunsuz sahibkarlıq fəaliyyətini göstərir. Eyni zamanda qeyd edilməlidir ki, sədr Cavabdeh ümumiyyətlə həmin binada yaşamır. Buna baxmayaraq, dəfələrlə idarə heyətinin sədrinə müxtəlif problemlərlə bağlı müraciət etsək də, o, heç bir iş görməmiş, əksinə sakinlərin əsaslı narahatçılığına səbəb olmuşdur. Bu dövr ərzində sakinlərdən külli miqdarda pul vəsaiti toplanılsa da, binanın saxlanılması üçün heç bir tədbir görülməmiş, heç bir problem aradan qaldırılmamışdır. Bundan başqa, bu müddət ərzində cəmiyyətdə heç bir dəfə də keçirilməsi qanunla nəzərdə tutulan təftiş keçirilməmiş, pul vəsaitlərinin hesabatı mülkiyyətçilərə təqdim edilməmişdir Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı sənədlərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə sənədlərin təhvil verilməsi tələbinə dair iddia ərizələrinin verilməsi zamanı ərazi aidiyyəti barədə hər hansı norma birbaşa öz əksini tapmamışdır. Qanunla başqa hal nəzərdə tutulmadığından qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə verilməlidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, cavabdeh "xxxx" MMMC-nin hüquqi ünvanı AZ1008, Bakı şəhəri, Nəsimi rayonu,Xətai prospekti, ev 38, 787-ci məhəllə, Cavabdeh qeydiyyat ünvanı isə Bakı şəhəri, Maştağa qəsəbəsi, 266B bağ evi ünvanıdır. Lakin iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.2- ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh, AR Ədliyyə Nazirliyi və "xxxx" MMMC-yə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMMC-yə qarşı AR Ədliyyə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar