Məhkəmə qərarları › İş №e-2(005)-1403/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1403/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1403/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlər Cavabdeh2 MMC və Cavabdeh1 vurduqları maddi zərərə görə 86290.00 manat, mənəvi zərərə görə 50 000 manat və ödənilmiş 427 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 136717 (bir yüz otuz altı min yeddi yüz on yeddi manat 00 qəpik) manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bel ağrılarından əziyyət çəkdiyi üçün müalicə olunmaq üçün televiziya verilişlərində geniş reklam olunan Cavabdeh1 müraciət etmək qərarına gəlmişdir.xx.xx.2023-cü il tarixdə Mərkəzi Klinikada da MRT müayinəsindən keçmişdir. İlk dəfə həkimlə 2023-cü ilin iyul ayının 22-də də Bakı şəhərinin Əhəməd Rəcəbli küçəsində yerləşən “MayoMed Medical” Fizioterapiya və Reabilitasiya Mərkəzində görüşmüşdür. Apardığı müayinələrdən sonra Cavabdeh1 ona “L4 və L5 sağ tərəfli disk yırtığı və sağ lateral resses darlığı” diqanozu qoyaraq, əməliyyata mütləq tibbi göstərişin möcud olduğunu, 3500 manat ödəniş müqabilində çox sadə və qısamüddətli bir əməliyyatla onu ağrılardan birdəfəlik xilas edəcəyini, əməliyyatın cəmi 10 dəqiqə çəkəcəyini və əməliyyatdan dərhal sonra tam sağlam şəkildə normal həyatına davam edəcəyini vəd etdi. Cavabdeh1 əməliyyatı müayinələrin keçirildiyi “MayoMed Medical” Fizioterapiya və Reabilitasiya Mərkəzində deyil, elə həmin gün 22 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “X19”da həyata keçirəcəyini bildirdi. Həmin tarixdə qeyd olunan hospitalda əməliyyata götürülmüşdür. Əməliyyatdan əvvəl həyat yoldaşı X5 “xəstə yaxınının razılığına” imza etdirilmiş və əməliyyat dəyəri olaraq müyyən edilmiş 3500 manat məbləğ Cavabdeh1 göstərişi ilə əri tərəfindən nəğd qaydada cərrahın köməkçisi kimi təqdim olunan Sevda adlı xanıma ödənilmişdir. Ödənişi təsdiq edən hər hansı bir sənəd onlara təqdim olunmamışdır. Səhəri gün yəni 2023-cü ilin iyul ayının 23-də evə yazılmaqla əməliyyatın həyata keçirildiyi “X19”ı tərk etmişdir. Evə buraxılan zaman epiqriz təqdim olunmamışdır. Epikrizi yalnız 2023-cü ilin oktyabr ayında əri gedib hospitaldan götürmüşdür. Ona yalnız təyinat və tövsiyyə vərəqəsi verilmişdi. Evə yazılandan sonra vərəqədə qeyd olunan göstərişlərə ciddi əməl etməyinə baxmayaraq, cərrahın vəd etdiyi kimi sağalma baş vermədi, əksinə əməliyyatın aparıldığı yerdə ağrılar şiddətlənməyə başladı, yara yerində sağalma müşahidə olunmadı. Bir neçə gün sonra isə yarasından çirkəbənzər axıntı gəlməyə başladı. Yaranan vəziyyətin səbəbini həkimdən öyrənmək məqsədi ilə Əliosman doktorun təqdim etmiş olduğu 099 *** ** ** və 051 *** ** ** mobil nömrəyə dəfələrlə etdikləri bütün zənglər zamanı köməkçiləri həmişə həkimin məşğul olduğunu dedilər. Həkimin özü ilə əlaqə saxlamaq mümkün olmadığı üçün onun koməkçiləri kimi təqdim olunan Günel və Sevda adlı şəxslərlə əlaqə saxlamağa dəfələrlə cəhd eləmişlər. Zənglər və mesajlarla, səsli mesajlarla “vatsap” proqramı vasitəsi ilə həmin nömrəylə əlaqə saxlamışdır. Əgər həkim məsləhət bilərsə, təcili tibbi yardım avtomobilinin köməyi ilə klinikaya gedib tibbi yardım almağı da özü təklif etmişdir. Bu təklifə də heç bir reaksiya verilmədi. Suallarına günlərlə cavab verilmir, müayinələrin cavablarını, yara yerinin şəkillərini göndərmiş olsa da, heç bir münasibət bildirilmir, yalnız “həkimə göstərdik” cavabı gəlirdi. Səhhəti isə sürətlə pisləşməyə doğru getməkdə davam edirdi, vəziyyəti getdikcə ağırlaşırdı. Doktor Əliosmanın təyin etdiyi antibiotiklər belə heç bir effekt vermirdi. (sonralar məlum olacaqdı ki, içdiyi güclü antibiotiklər qaraciyərini də zədələmiş, sarılıq xəstəliyinə tutulmağına cəmi bir addım qalmışdı). Əməliyyatdan sonra artıq iki nəfər kənar şəxsin köməyi olmadan ayağa qalxa bilmir, şiddətli və dözülməz ağrılar son həddə gəlib çıxmışdı. Artıq yalnız güclü ağrıkəsicilərin köməyi ilə yaşaya bilirdi. Həyat eşqi, yaşamaq həvəsi yoxa çıxmışdır. Bir məqsədi var idi: dəhşətli ağrılardan, əzablardan nəyin bahasına olursa-olsun xilas olmaq! Həyat yoldaşı cərrahı görmək, məlumat verərək məsləhət almaq məqsədilə onun onları ilk dəfə qəbul etmiş olduğu “MayoMed Medikal” Fizioterapiya və Reabilitasiya Mərkəzində getdi, orada olmadığı bildirildi, ardınca “MedEra hospital”a gedib orada görmək istədi, orada da köməkçi xanım həkimin yerində olmadığını bildirdi. Bu barədə yenə də qeyd etdiyi telefon nömrəsində olan “vatsap” proqramı vasitəsi ilə doktor Q.Əliosmana məlumatlar verməyə davam etsə də, humanizmdən, həkim etikasından kənar laqeydlik nümayiş etdirməklə, heç bir reaksiya verilmir, həyatı təhlükə qarşısında olmağına baxmayaq, hər bir məlumatı görməzdən gəlməyə davam edirdi. Halbuki, bütün həkimlər kimi, Əliosman həkim də ancaq xəstənin xeyrini düşünəcəyi, qəsdli olan bütün pisliklərdən qaçacağı barədə Hippokrat andı içmişdi. Onun və yüzlərlə sadə insanların də inandığı reklam çarxlarında da insanları məhz buna inandırırdı. Yenidən tibbi müayinələrdən keçməyə məcbur olmuşdur. Sumqayıt şəhərində yerləşən “Palıd Sağlamlıq Mərkəzi”nin “İnci” laboratoriyasında xx.xx.2023-cü ildə verdiyim analizlərin xx.xx.2023-cü il tarixdə verilən cavablarında “serratia marcescens” və “escherishia coli” mikroorqanizmləri aşkar olundu. Əməliyyat zamanı onurğasında cavabdehlərin təqsiri üzündən xəstəxana mikrobu salınmış, nəticədə ağırlaşma olmuş, yara yerindən mövhümat axmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də aparılan MRT müayinəsinin cavabları da ümidverici olmadı. xx.xx.2023-də tarixdə son ümid yeri kimi ata və anası ilə bərabər X1 şəhərində yerləşən “Liv Hospitala” müalicə və yeni cərrahi əməliyyatın aparılması məqsədi ilə uçmalı olmuşlar. Ata və anasınn hər ikisinin onu müşayət etmələrinin səbəbi ancaq iki nəfərin köməyi ilə hərəkət etməyinin mümükün olması idi. Bütün səfər boyu yalnız tibbi arabanı başqası idarə etmək şərti ilə bir yerdən digər yerə hərəkət edə bilirdi. İstanbulda oteldə yerləşmişlər. Nəhayət, xx.xx.2023-cü il tarixdə “Liv Hospital”ın Beyin və sinir cərahiyyəsi şöbəsinə qəbul olunmuşdur. İki nəfərin yardımı olmadan ayağa qalxa bilmir, yalnız ağrıkəsici Diklofenak iynəsinin təsiri altında mövcudluğunu davam etdirə bilirdi. Professor-doktor İlhan Elmaçının rəhbərliyi ilə barəsində kompleks müayinə və müalicə tədbirlərinə başlandı. Aparılan çoxsaylı müayinələrin və analizlərin xx.xx.2023-cü ildə müəyyən olunan cavabı “serratia“ infeksiyasının aşkarlanması oldu. Türk həkimləri tərəfindən qoyulan yekun diaqnoz “Bakterial infeksiya” diaqnozu oldu. xx.xx.2023-cü il tarixdə əməliyyat olunmuşdur. 29 sentyabrda artıq yarama sarğı qoyulmurdu. İstanbul şəhərində hospitalda olduğu dövrdə yaşadığı iztirablar, çəkdiyi ağlagəlməz dərəcədə şiddətli olan ağrılar, hərəkət məhdudiyyətləri, başqasının yardımı olmadan yerindən tərpənə bilməməyi, təyin edilmiş intensiv müalicə, sayını-hesabını itirdiyi dərman peraparatlarının tam siyahısı “LİV Hospitalın” təqdim etdiyi epiqrizdə öz əksini çox aydın şəkildə tapmışdır. İstanbul şəhərində müalicə 37 gün davam etdi. Bu dövr ərzində ailəsinin onun həyatda qalmağı üçün ödəməyə məcbur olduğu xərclərin məbləği artıq 70000 manatı çoxdan ötüb keçmişdi. Belə ki, Bakıda əməliyyat xərci – 3500 manat; 1-ci əməliyyatdan sonra Azərbaycanda dərman alınması, müxtəlif müayinələrdən keçilməsi, analizlərin verilməsi üçün - 1400 manat; Türkiyə Respublikasında “LİV Hospital”da xəstəxana xərcləri – 73 950 manat; Ata-ana və özünün müalicə məqsədi ilə İstanbul şəhərinə təyyarə biletinə (bu dövrdə atası bir dəfə İstanbuldan Bakıya təyyarə ilə qayıtmış, daha sonra yenidən İstanbula- onların yanına uçmalı olmuşdu) xərclədiyi məbləğ – 3360 manat; Ata –anasının İstanbulda müalicəsi dövründə onu müşayiət etmələri və müalicəsinə nəzarət etmələri üçün əvvəlcə “Radisson Residences Vadİstanbul” Otelın, daha sonra hospitalın yaxınlığında qaldıqları “Deep Hotel”də (bir müddət sonra anasının xəstəxanada yanında qalmasına icazə verildiyi üçün oteli tərk etmişdi) qalma xərcləri– 1530 manat; ümumilikdə, Türkiyə Cümhuriyyətində əməliyyatdan sonra alınan dərmanların 2550 manat qiyməti də daxil olmaqla–cəmi 86 290 manat (səksən altı min iki yüz doxsan manat) təşkil etmişdir. Əslində xərcləri qeyd olunandan xeyli artıq olmuş, xırda xərclərin hesabatını aparmadıqları üçün onların dəqiq məbləğini qeyd edə bilmir. Cavabdehlərin vurmuş olduqları mənəvi ziyanı isə 50 000 manat dəyərində qiymətləndirir. Əslində isə vurulan mənəvi zərərin, çəkdiyi şiddətli və dözülməz ağrıların, mənəvi əzabın, əlil olacağı, bir daha ayağa qalxa bilməyəcəyi və ya həyata əlvida deyəcəyi qorxusu ilə yaşayaraq, övladlarını böyüdə bilməyəcəyini düşünərək düçar olduğu sarsıntıların heç bir maddi əvəzləyicisi yoxdur və ola da bilməz. Bir ananın övlad dünyaya gətirəndə bir neçə saat çəkdiyi və həyatı boyu unutmadığı ağrıları cavabdehlərin təqsiri üzündən iki ay yarım bir müddət ərzində çəkməli olmuşudur. Onunla bərabər yaxın qohumları, azyaşlı övladları da mənəvi sarsıntılara məruz qalmışlar. Yeganə səbəb isə cavabdehlərin səhlənkarlığı, öz vəzifə borclarına və mövcud qaydalara riayət etməməsi, sanitar qayda və normativlərə saymaz yanaşma, yalnız xəstəni əməliyyata cəlb etməklə pul qazanmaq həvəsi, işinin nəticəsinə biganəlik, insanın həyat və sağlamlığına laqeydlik və məsuliyyətsizlikləri olmuşdur. Cavabdeh2 MMC-nin “X19”ı mülki məsuliyyəti tibb müəssisəsi olmaqla məqsədi və vəzifələri ona tibbi yardım göstərilməsi ilə bağlı müraciət etmiş insanların sağlamlığını təmin və bərpa etməsi istiqamətində zəruri, təxirəsalınmaz tədbirlərin həyata keçirməsindən ibarətdir. Ona münasibətdə bu vəzifənin heç birinə hüquqi şəxs tərəfindən bilərəkdən əməl edilməmişdir. Bu günə kimi məlum deyildir ki, həkim Cavabdeh1 Cavabdeh2 MMC-nin “X19” klinikası ilə bağlılığı nədən ibarətdir, onların arasında hansı münasibət var, həkim əməliyyatları bu hospitalda hansı hüquqi əsaslarla həyata keçirir? Məhkəmə müraciət etməzdən əvvəl “X19”a müraciət edərək xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində barəsində aparılmış klinik instrumental, laborator, MRT müayinələrinin nəticələri və bununla bağlı digər mövcud olan tibb sənədlərin surətlərinin; “Tibb xidmət müqaviləsinin” həmin müqaviləyə “Xəstə yaxınının razılıq” əlavəsinin, xəstə tərəfindən ödənilmiş məbləğin fakturasının surətlərinin; həmçinin, hospitala Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziyanın surətinin, Cavabdeh1 ilə aralarında əmək müqaviləsinin olub –olmaması haqqında məlumatın, olmadığı təqdirdə Cavabdeh1 müəssisədə əməliyyatın aparılmasına əsas verən sənədlərın surətlərinin təqdim olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 204 nömrəli cavab məktubunda istədiyi heç bir məlumat təqdim edilməmiş, imtinanın əsasları isə izah edilməmişdir. Bütün hallarda 90 gündən artıq yataq xəstəsi olmağının, dözülməz iztirab və ağrılar çəkməyinin, ailəsinin çarəsiz vəziyyətdə tibb müəssisələrinin qapılarında qalmasının, yaşlı ata və anamın xarici ölkədə tibb müəssisəsində günlərlə xətəxana divarları arasında ona çarə axtarmağa məcbur olmalarının, anasının çəkdiyi ağrılara baxaraq mənəvi əzab çəkərək göz yaşları tökməsinin, külli miqdarda maddi ziyana məruz qalmağının yeganə səbəbi hər iki cavabdehin səhlənkarlıq edərək işinə laqeyd münasibəti nəticəsində üzərində düzgün cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməməsi olmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat verdi və tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il taridə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil və hesab edir ki, iddaçının tələbləri əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, ona L4-L5 sağ tərəfli disk yırtığı, diaqnozu qoyulmuş, təcili olaraq implant qoyulması və disk yırtığı əməliyyatı tövsiyyə olunmuşdur. Lakin iddiaçı yalnız disk yırtığının əməliyyatının olunmasını istəmişdir. Qaydalara uyğun olartaq xəstəyə və qohumlarına əməliyyatla bağlı bütün risklər, ola biləcək fəsadlar onlara ətraflı izah edilmişdir, buna dair xəstənin yaxın qohumuna əməliyyata razılıq üçün imza etdirilmiş, “L4- L5 sağ tərəfli mikrodiskektomiya” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr sakit keçmiş, ağırlaşmalar olmamış, yara sarğı olunmuşdur. Ağrılar olmadığından, xəstədə yaxşılaşma olduğundan və vəziyyəti evə buraxılmaq üçün kafi olduğundan xx.xx.2023-cü il tarixdə ambulator müalicə üçün evə sahə ambulator nevropatoloqun nəzarətinə yazılmış və xəstəyə lazımi məsləhətlər, təyinat və tövsiyyə vərəqəsi verilmişdir. İddiaçı isə bildirir ki, evə buraxılandan sonra əməliyyatın aparıldığı yerdə ağrılar şiddətlənməyə başlamış, yara yerində sağalma müşahidə olunmamış, bir neçə gün sonra isə yarasından çirkəbənzər axmtı gəlməyə başlamış, həkimin yazdığı uzun müddətli antibiotiklərin təyin olunması da onun səhhətinə mənfi təsir etmişdir. Daha sonra verdiyi analizlərdən də məlum olmuşdur ki, yarasına infeksiya düşmüşdür. O cümlədən iddiaçı sırf cavabdehlərin səhvi nəticəsində yarasına infeksiya düşdüyünü, bildirmişdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi iddiaçının yarasında çirk və ağrı o evə buraxılandan sonra əmələ gəlmişdir və belə olan halda təbiidir ki, xəstə evə buraxılandan sonra adi soyuqdəymədən də yarasında çirk və infeksiya yarana bilər, həmçinin yaraya infeksiya düşməsinin xəstənin səhlənkarlığı səbəbindən olması qaçınılmazdır. O cümlədən iddiaçının həm Azərbaycanda, həm də Türkiyədə verdiyi analizlərdə yarada infeksiyanın olması qeyd olunmuş, lakin hansı səbəbdən yaraya infeksiyanın düşməsi qeyd olunmamışdır. Həmçinin Türkiyə Respublikası İstanbul şəhərində “LİV Hospital” tərəfindən verilmiş epikrizdən də görünür ki, iddiaçıya uzun müddətli antibiotik müalicəsi təyin edilmişdir. Göründüyü kimi Türk həkim tərəfindən hər hansı əməliyyat və ya qeyri-adi müalicə üsulu həyata keçirilməmiş, eynilə Cavabdeh1 təyin etdiyi antibiotik müalicəsi uzun müddətli olaraq təyin edilmişdir. Bundan əlavə bildirir ki, əməliyyatdan sonra rast gəlinən iltihab xəstənin orqanizmasından və immunitetindən asılı olaraq baş verə biləcək infeksiya ehtimallarıdır. Ona görə də əməliyyatdan sonra iltihabın olması zamanı həkim səhvindən söhbət gedə bilməz və həmin iltihabın əməliyyatın keçirilmə prosesi ilə əlaqəsi yoxdur. Əgər xəstədə əməliyyatdan sonra hepatit, siflis, spit kimi yoluxucu xəstəliklər aşkar olunsa idi, o zaman həkimi və əməliyyatın icra olunduğu xəstəxananı sterilizasiya qaydalarına əməl edilmədiyi üçün günahlandırmaq olardı. Xəstədə isə bu tipli infeksion xəstəliklər aşkar olunmamış, xəstədə immunitetin zəifliyi ilə əlaqədar olaraq insan orqanizmində dəridə rast gəlinən mikrob mənşəli iltihablaşma müşahidə olunmuşdur. Çünki hər bir insanın dərisində müəyyən mikroorqanizmlər var və xəstənin immuniteti zəif olduğu halda xəstənin əməliyyat yarasına dəridə yerləşən mikroblar rahatlıqla keçə bilər ki, bunun da rast gəlmə ehtimalı yüz mində birdir və tibb sahəsində dünya praktikasında rast gəlinə bilən haldır. İndiki halda isə iddiaçının yarasına infeksiyanın düşməsi sırf əməliyyat vaxtı, cavabdehlərin təqsirindən yaranması hər hansı dəlillə öz təsdiqini tapmadığı kimi, iddiaçının həm çəkdiyi xəstəxana xərclərinin, həm də mənəvi iztirab kimi qiymətləndirdiyi mənəvi zərərin sırf cavabdehlərin hərəkəti ilə bağlı olması, o cümlədən cavabdehlərin təqsirli olması sübuta yetirilmir. Xəstə əməliyyat olunduğu xəstəxanada hər hansı antisanitar şəraitlə bağlı həmin xəstəxananın rəhbərliyinə və ya hər hansı aidiyyəti orqana şikayət etməmiş, bununla bağlı heç bir narazılığı olmamış, xəstə evə çıxandan sonra yarasında iltihab yaranmışdır. Beləliklə, göründüyü kimi iddiaçının yarasında sonradan iltihablaşmanın olması həkimin səhvi və ya əməliyyatın icra edilməsi prosesi ilə əlaqəli olmamışdır. Ona görə də hesab edir ki, iddiaçının yarasında iltihablaşmanın yaranması səbəbindən cavabdehləri günahlandıraraq, maddi və mənəvi ziyan tələb etməsinə dair iddia tələblərinin əsasını təsdiq edən tutarlı dəlil olmadığından hazırki iddia əsassızdır və təmin edilməməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iş üzrə təyin edilmiş Məhkəmə-Tibbi Ekspertizasının rəyləri iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Belə ki, rəylər obyektiv həqiqəti əks etdirmir. Rəylərdə ifadə olunmuş fikirlər elmi tədqiqatların nəticələrinə deyil, Cavabdeh1 iddiaya etiraz ərizəsində ifadə etdiyi fikirlərə əsaslanmışdır. Heç də təsadüfi deyildir ki, rəydə ifadə olunan sözlərlı rəylərdəki əsaslandırmalarda istifadə olunan sözlər belə eyniyyət təşkil edir. Əməliyyat müddəti cəmi bir neçə dəqiqə davam etmiş, xəstə cəmi bir gün stasionada saxlanmışdır, immunitetin qəfil kəskin surətdə düşməsi üçün böyük həcmdə kəsik, qan itkisi olmamasına baxmayaraq rəylərdə xəstənin hospitalda yoluxması qəti surətdə istisna edilmiş, yoluxmanın immun sisteminin zəifləməsi ilə bağlı olması barədə fikir ifadə olunmuşdur. Halbuki, cavabdeh tibb müəssisəsində sanitariya-epidemioloji tələblərə dair qaydalara əməl olunub-olunmaması, stirelizasiyanın hansı səviyyədə həyata keçirilməsi ümumiyyətlə ekspertlərə məlum olmamışdır. Cavabdeh2 MMC-nin X13 və Mayomed Klinikasının təqdim etdiyi sənədlərdən görünür ki, onlardan heç birinin Cavabdeh1 və Günel adlı işçiləri olmamışdır. X11 isə Cavabdeh2 MMC-nin işçisidir, hazırda da xidmətçi vəzifəsində çalışır. Məlumdur ki, nə xidmətçi vəzifəsində işləyən Sevda Əliyevanın və şəxsin Cavabdeh1 köməkçisi kimi təqdim olunan, əmək müqaviləsi bağlanılmadan qanunsuz şəkildə işə cəlb olunan Günel adlı şəxsin xəstə yaxınından pul qəbul etməyə hüququ olmamışdır. Lakin 3500.00 manat məbləğində pulu nəğd qaydada məhz Sevda adlı şəxs qəbul etmiş, bu barədə xəstə yaxınına heç bir kassa çeki təqdim edilməmişdir. Günel adlı şəxs isə xəstə ilə cərrah arasında əlaqələndirici şəxs kimi təqdim olunsa da, xəstənin bütün şikayətlərini görməzdən gəlməklə, yalan vədlər verməklə onun vəziyyətinin daha da, ağırlaşmasına səbəb olmuşdur. Cavabdeh2 MMC tərəfindən və “X9 ticaret limited şirkətinin Azərbaycan Respublikasındakı filialı” təqdim olunmuş, Cavabdeh1 ilə hər iki müəssisə arasında bağlandığı qeyd olunan Əməkdaşlıq haqqında müqavilələr də faktiki əmək münasibətlərinin olmasını pərdələmək üçün bağlanmış etibarsız əqdlərdir. Belə ki, “X9 ticaret limited şirkətinin Azərbaycan Respublikasındakı filialı” ilə Cavabdeh1 arasında bağlanması qeyd edilən 07/2023 saylı əməkdaşlıq müqaviləsinin tarixi 01 iyul 2023-cü il kimi qeyd olunmuşdur. "xxxx" MMC və arasında “X9 ticaret limitet şirkətinin Azərbaycan Respublikasındakı filialı” arasında bağlanmış müqavilənin tarixi isə 10 aprel 2023-cü il qeyd olunmuşdur. Beləliklə məlum olur ki, “X9 ticaret limitet şirkətinin Azərbaycan Respublikasındakı filialı” hələ 10 aprel 2023-cü il tarixdə ona heç bir aidiyyəti, bağlılığı olmayan Cavabdeh1 barəsində Cavabdeh2 MMC ilə müqavilə bağlamışdır. Cavabdeh1 həkim–neyrocərrahın vəzifə təlimatında nəzərdə tutulmuş vəzifələrini icra etməməsini (Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edərək və nəzarət etməməsini, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməməsini və ya müstəqil surətdə aparmamasını, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etməməsini və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməməsini, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etməməsini (onun tərəfindən Sevda və Günel adlı şəxslər cərrah köməkçisi kimi təqdim edilmişdir), diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmamasını) nəzərə alaraq vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə, qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməməsinə; ona tabe olan işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə, əmək intizamının, qanunvericilik və normativhüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən maddi məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcuddur Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - 1986-cı il təvəllüdlü İddiaçı adına Mərkəzi Klinikada tərtib edilmiş müayinə vərəqindən görünür ki, onun xx.xx.2020-ci il tarixdə onurğa sütununun bel-omba nahiyəsinin T1 rejimli sagital; T2 rejimli aksial, sagital; STİR rejimli koronal proyeksiyalı MRT müayinəsi keçirilmişdir. Nəticə: Sİ fəqərəsi lumbalizasiya olunmuşdur. L5-S1 fəqərəarası diskin degenerativ dəyişiklikləri, yüksəkliyinin kiçilməsi, 11 sm ölçüdə kaudal tərəfə sekvestrasiya olunmuş arxa-sol paramedian yırtığı. Disk ətrafında fəqərə cisimlərində az dərəcəli degenerasiyalar. - xx.xx.2023-cü il tarixli xəstə razılığından görünür ki, İddiaçı qohumu "xxxx" Ortoped MMC X16 həkimləri keçirəcəkləri əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, barəsində ona məlumat vermişdirlər. Azad iradəsilə bu əməliyyatın keçrilməsinə kir başa özü (valideyn və ya qohum) razılıq verir və əməliyyatın (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədiyi məbləğin geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq, "Qiymət Cədvəli” əsasında müəyyənləşdiriləcək məbləğin xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür. - Cavabdeh2 MMC-nin İddiaçı dair epikrizindən görünür ki, xəstənin halı orta ağır, huşu aydın, vəziyyəti aktivdir. Normastenik konstitusiyalı. orta boyludur Dəri və görünən selikli qişaları adi rənglidir Dayaq - hərəkət sistemində gözlə görünən patologiya aşkarlanmadı. Periferik limfa düyünləri əllənmir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. THDS 1'- 16eks. Ürək tonları aydındır. A/T – 120/70 mm c süt., Nəbz 1 -82 vurğu, ritmik, ona dolğunluqdadır. Dili nəm, təmiz, udma aktı sərbəst, ağrısızdır. Qarnı palpasiyada yumşaq, ağrısızdır. Qaraciyər və dalaq əllənmir. Auskultasiyada bağırsaqların peristaltik küyü eşidilir. Defekasiya normaldır. Pasternatski əlaməti hər iki tərəfdə mənfidir. Sidik ifrazı sərbəst və ağrısızdır. Diurez adekvatdır. Xəstə uzun müddətdir ki, mövcud olan bel və ayaq ağrısı yerişin çətinləşməsi qamətin əyilməsi, pəncədəki zəiflik şikayətlərilə klinikaya daxil olmuşdur . Deməsinə görə, özünü bir neçə ildir ki, xəstə hesab edir. Son zamanlar ağrılari kəskinləşmişdir Xəstəliyin səbəbi ağır yük qaldırmaqla əlaqələndirir. Xəstəlik tədricən yuxarıda göstərilən şikayətlərlə başlamışdır. Aparılan konservativ tədbirlər fayda verməmiş ayaqda zəiflik yarandıqdan sonra xəstə hospitala müraciət etmişdir. Aparılan klinik instrumental laborator. MRT müayinələrindən sonra pasieni stasionara planlı olaraq yerləşdirildi. Əməliyyat önü hazırlıq bildikdən sonra xx.xx.2023 tarixində spinal anesteziya ilə Medtronix Metfix şirkətinin minimal invaziv Miss mikrocərrahı alət seti ilə "L2-L3 sağ tərəfli disk yırtığının minimal invaziv tubulor mikrodiskektomiya və sağ lateral resses dekompressiyası" əməliyyatı icra olundu. Əməliyyat fəsadsız bitdi. Əməliyyat sonrası xəstənin vital parametrləri normal olduğuna görə palataya yerləşdirildi. Əməliyyatdan sonrakı dövr sakit keçmişdir. Ağırlaşmalar olmamışdır. Yara sarğı olundu, birincili sağalır. Ağrıları yoxdur, pəncədəki zəiflik preopla eynidir. Xəstə yaxşılaşma xx.xx.2023 tarixində kafi vəziyyətdə ambulator müalicə üçün evə sahə nevropatoloqun nəzarətinə yazılır. Xəstəyə lazımi məsləhətlər verildi. - “Ortoped" MMC - X16 direktoru və Nizamnamə əsasında fəaliyyət göstərən “X9 ticaret limited şirketinin AR filialı” arasında bağlanmış əməkdaşlıq haqqında 03/2023 saylı 10 aprel 2023-cü il tarixli müqavilədən görünür ki, zəruri ehtiyac tələbi olduğunu nəzərə alaraq, Cavabdeh2 MMC-X16 neyrocərrahi yönümlü təcili, təxirəsalınmaz və məsləhət xidmətinə ehtiyacı olan xəstələri üçun Tibb elmləri doktoru neyrocərrah Cavabdeh1 7/24 iş vaxtı ərzində Cavabdeh2 MMC-X14 çağırış olaraq dəvət edilməsi razılaşdırılmışdır. - İddiaçı xx.xx.2023-cü il tarixdə Lomber MRT müayinəsinə dair sənəddən görünür ki, müayinə zamanı L1 fəqərə kapsulunda hemangioma lehinə T1 və T2 sekansda hiperintensiv sahə qeyd edilir. L4-L5 fəqərəarası diskə baxan vertebra korpus platolarında Modik tip 1 degenerativ dəyişikliklər ilə birlikdə verteba doğru platolarında xüsusən sol tərəfdə T1 sekanslarda hipointens, T2 STİR sekanslarda hiperintens, postkontrast görüntülərdə vertebra korpus platolarında kontrastlanma qeyd olunur. Spondilitspondilodiskit kimi patologiyalar nəzərindən klinik əlamətlərlə birlikdə korrelyasiya məsləhətdir. Bu səviyyədə (L4-L5 səviyyəsində) sol laminada postoperativ dəyişikliklər və aksial planda -18x13 mm ölçüdə periferik kontrastlanan kolleksiya müşahidə edilir. L5 vertebrada sakralizasiya mövcuddur. L4-L5 fəqərəarası disk səviyyəsində disk yüksəkliyində azalma ilə birlikdə diffuz disk qabarması izlənilmiş olub, santral-sol parasantral məsafədə T2 sekanslarda hiperintens, postkontrast görüntülərdə anterior epidural məsafədə bu səviyyədə kontrastlanması mövcud yumşaq toxuma görünümü müşahidə edilir. Postoperativ dəyişikliklərlə bağlı ola bilər. Klinik-lab dəyərləndirilməsi və rezüdü/nüks nəzərindən təqib müayinələri ilə birlikdə korrelyasiya məsləhətdir. Postkontrast görüntülərdə kauda equine liflərində minimal patolojik kontrast tutulumu qeyd edilir. Hər iki tərəfdə fəqərəarası dəlik açıqdır. - İddiaçı adına Türkiyyə Cümhuriyyəti “Liv Hospital”da tərtib edilmiş epikrizdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə sağ ayağında ağrı şikayətləri ilə daxil olmuşdur. Lomber MRT-də: L4-L5 məsafəsində dəri altına qədər uzanan intensiv heterogen kontrastın artırılması. Əməliyyat öncəsi xəstə və yaxınları əməliyyat və əməliyyatdan sonrakı zaman haqqında məlumatlandırıldı. Əməliyyata alınan xəstəmizdə ağırlaşma vermədi və servisə alındı. xx.xx.2023-cli il tarixdə “Mikrocərrahiyyə ilə tək səviyyədə iki tərəfli lomber diskektomi” cərrahiyyə əməliyyatımın icrasına başlanıldı. Əməliyyat fəsadsız başa çatdı və xəstə patolojiyə verildi. xx.xx.2023-cü il tarixdə xəstənin vital göstəriciləri normal. Ağrısının əməliyyatdan əvvəlkinə nisbətən azalmasını deyir. Yara yeri təmizdir. Sarğı edildi. Müalicə davam edir. xx.xx.2023-cü il tarixdə xəstə otağında baxıldı. Vital göstəriciləri stabil. Temperaturu yoxdur. Yarası gündə iki dəfə yuyulur. Müalicə davam edir. xx.xx.2023-cü il tarixdə xəstə otağında baxıldı. Sarğı dəyişdirildi. Ağrı şikayətləri yoxdur. Bugün kontrastlı lomber 3T çəkilməsi planlaşdırılır. xx.xx.2023-cü il tarixdə xəstəyə baxış keçirildi. Müayinə təkrarlandı. Ağrı şikayətləri davam edir. Yara yeri sarğı olundu. RİF ilə yuma 2x1 davam edir. Gələn həftə çəkilməli olan kontrastlı lomber buğun çəkildi. Diskit Müalicə davam edir. xx.xx.2023-cü il tarixdə MRT-də: Açıqlığı sağa baxan xəfif skolyoz izlənilmişdir. L4-5 intervertebral disk yüksəkliyi azalmışdır. Eyni səviyyədə intervertebral diskdə T2 araşdırmada hiperintens siqnal dəyişiklikləri izlənilir. Post kontrastlı araşdırmada L4-5 intervertebral diskdə və qonşu end platada yayılmış kontrast artırma diqqəti çəkmişdir. Kontrast artırma L4-5 nahiyəsində epidural sahələrdə izlənilir. Lomber diskit səbəbindən şübhəlidir. Ayrıca bu səviyyədə sol parasantral nahiyədə sol nevral faromene başı əmələ gətirən təkrarlanan herniasion səbəbindən şübhəli görünüm izlənilməkdədir. Əvvəlki nəticəyə görə bu kontrast tutulumunda artma diqqəti çəkmişdir. L4-5 nahiyəsində sol laminada qüsur və post operativ duru yığıntı görülmüş olub post kontrastlı araşdırmada bu yığmanın divarında kontrast iştirakı izlənmişdir. Əvvəlki nəticəyə görə kontrast artımı diqqəti çəkmişdir. L4-L5 vertebral korpus anterior künclərində osseoz incəlmələr diqqəti çəkmişdir. Lİ vertebral korpusunda 12 mm hemangioma sahəsi izlənməkdədir. xx.xx.2023cü il tarixdə xəstəyə baxış keçirildi. Yataq içində daha rahat hərəkət edir. Gündə 1 dəfə mobilizə olunur. Ağrıları azdır. Yara yeri təmiz. Sarğı dəyişdirildi. Nəbz dəqiqədə 70-79 arası dəyişir. Müalicə davam edir. xx.xx.2023-cü il tarixdə xəstəyə baxış keçirildi. Vital göstəriciləri stabil. Ayaqyoluna gedir. Defekasiya olub. Yara yeri aseptik açıq və təmiz. Müalicə davam edir. xx.xx.2023-cü il tarixdə xəstəyə baxış keçirildi. Vital göstəriciləri stabil. Ayaqyoluna gedir. Defekasiya olub. Yara yeri aseptik açıq və təmiz. Müalicə davam edir. xx.xx.2023-cü il tarixdə xəstəyə otağında baxıldı. Vital göstəriciləri stabil. Ayaq yoluna gedir. Defekasiya var. Yara yeri açıq və təmiz. İnfeksion xəstəlikləri ilə birlikdə resept və müalicə planı verildi. - İddiaçı adına “X19”da tərtib edilmiş ******* saylı xəstəlik tarixinin kserosurətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə "L4-5 dar kanal və sağ tərəfli disk yırtığı” diaqnozu ilə stasionar şöbəyə daxil olmuşdur. Daxil olarkən şikayətləri bel və ayaq ağrıları, yerişin çətinləşməsi və pəncədə olan zəiflikdəndir. An.morbe: Uzun müddətdir ki, xəstədir, ağrıları kəskinləşib. Yeriyə bilmir. Diaqnoz: “L4-5 dar kanal və disk yırtığı”. Xəstənin klinikasını, vəziyyətinin ağırlığını nəzərə alaraq implant və diskektomiya məsəhət görüldü. Xəstə özü və yolaşı implantdan imtina etdi. Yalnız disk yırtığı əməliyyatı olunmasını istədilər. Xəstə təcili əməliyyata hazırlanır. Müayinələri aparıldı. Xəstənin üzərində xx.xx.2023-cü il tarixdə spinal anesteziya altında “L4-L5 sağ disk yııtığının minimal invaziv tubulor mikrodiskektomiyası və sağ lateral resses dekompressiyası” cərrahiyyə əməliyyatı icra olundu. Əməliyyatdan sonra xəstənin vizual parametrlər normal olduğuna görə palataya köçürüldü. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. 2xx.xx.2023-cü il tarixdə pos. op 1 sutkasında xəstənin vəziyyyəti stabil yaxşıdır. Ağrısı yoxdur. Sərbəst gəzir. A/T120/80 mm.cv.st. Nəbz dəqiqədə 80 vurğu. Yara sarğı olundu. İ-li sağalır. Xəstə yaxşılaşma ilə xx.xx.2023-cü il tarixdə ambulator müalicə üçün evə yazıldı. Diaqnoz: L4-5 dar kanal və sağ tərəfli disk yırtığı. - “Mayomed” klinikası tərəfindən məhkəməyə ünvanlanmış 11 №-li 01 avqust 2024cü il tarixli məktubla müəyyən olunur ki, iddiaçı tərəfindən tələb olunan sənədlərin birinci bəndinə əsasən Cavabdeh1 ilə aralarında yalnız əməkdaşlıq müqaviləsi mövcuddur. Belə ki, müqavilənin 1.2 bəndində qeyd edildiyi kimi, “Zəruri ehtiyac tələb olunduğunu nəzərə alaraq X9 Ticaret limited şirketinin AR filialına məsləhət xidmətinə ehtiyacı olan xəstələrinə təcili və təxirəsalınmaz xidməti üçün çağırış olaraq dəvət edilsin.” Bundan əlavə tələb olunan sənədlərin ikinci bəndinə əsasən 3 iyun 2016-ci il tarixində 1347/2016 qeydiyyat nömrəsi ilə verilmiş 089723 nömrəli lisenziyanın əlavəsində icazə verilən ixtisas növləri üzrə görülən işlər siyahısında cərrahi xidmətlər olmadığından heç bir halda Cavabdeh1 və ya onun hər hansısa işçisi ştat cədvəlində qeydiyyatda olmamış və müəssisədə heç bir cərrahi əməliyyatlar aparılmamışdır. - “X19” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 137 №-li məktubdan görünür ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək “Ortoped'' MMC-yə məxsus ”Bakı City Hospitalın” işçiləri arasında Günel adlı əməkdaş olmamışdır. Sevda adlı əməkdaş olub və hazırda da işləyir. X7 əmək müqaviləsi təqdim edilmişdir. Məlumat üçün bildirilmişdir ki, tibbi xidmətlə bağlı kassaya ödəniş olunan zaman kassa çeki bir nüsxə çıxır, o da elə həmin vaxt ödənişi edən şəxsə təqdim olunur. Ona görə də qeyd olunan kassa çekinin sürətinin təqdim olunması imkan xaricindədir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehlərin nümayəndə-vəkillərinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı üzərində “L4-5 dar kanal və sağ tərəfli disk yırtığı” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdə L4-L5 sağ disk yırtığının minimal invaziv tubulor mikrodiskektomiyası və sağ lateral resses dekompressiyasfı cərrahiyyə əməliyyatı icra olunmuşdur. Hazırda iddiaçı sözügedən əməliyyatın uğursuz keçdiyini bildirərək, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. İddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında» Qanun: -59-cu maddəsinə əsasən, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanun: - 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. - 16-cı maddəsinə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır:

1. zərərin mövcud olması;

2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması;

3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı AR Mülki Məcəlləsinin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh xəstəxananın həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və səhhətində yaranmış problemlərin həkimin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə tibbi ekspertizası və iddiaçı tərəfin vəsatətinə əsasən əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəylərdən görünür ki: - “X19” da İddiaçı Odalət qızının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onun üzərində xx.xx.2023-cü il tarixdə aparılmış L4-L5 sağ disk yırtığının minimal invaziv tubulor mikrodiskektomiyası və sağ lateral resses dekompressiyası cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. - İddiaçı mütəxəssis müayinəsi zamanı onda infeksion iltihabi fəsadlaşmalar lyumbal degenerativ xəstəliklərin cərrahi müalicəsindən sonra müşahidə olunan hallardandır. Bu da müxtəlif səbəblərdən - əməliyyatdan sonra immunitetin aşağı düşməsi nəticəsində orqanizmdə hər hansı bir infeksiyanın baş qaldırması, ambulator şəraitdə yaraya düzgün qulluq olunmaması və s. ilə əlaqədar ola bilər. Bunun da aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi istisna edilir. - “X20'da İddiaçı “L4-5 dar kanal və sağ tərəfli disk yırtığı” diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “L4-L5 sağ disk yırtığının minimal invaziv tubular mikrodiskektomiyası və sağ lateral resses dekompressiyası’ cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. - İddiaçı əməliyyatdan əvvəl aparılmış müvafiq müayinələr əsasında onun vəziyyəti düzgün qiymətləndirilmişdir. - İddiaçı üzərində aparılmış “L4-L5 sağ disk yırtığının minimal invaziv tubular mikrodiskektomiyası və sağ lateral resses dekompressiyası’ cərrahiyyə əməliyyatından sonra xəstənin stasionarda qalmasına vəziyyəti qiymətləndirildikdən sonra həkim tərəfindən qərar verilir. Tibbi praktikaya əsasən qeyd olunan əməliyyatllardan sonra xəstənin stasionarda qalma müddəti xəstənin vəziyyətindən asılı olaraq 1-3 gün təyin olunur. - İddiaçı mütəxəssis müayinəsi zamanı onda infeksion iltihabi fəsadlaşma (Serretia Marcescens) lyumbal degenerativ xəstəliklərin cərrahi müalicəsindən sonra müşahidə olunan hallardandır. Bu da müxtəlif səbəblərdən əməliyyatdan sonra immunitetin aşağı düşməsi nəticəsində orqanizmdə hər hansı bir infeksiyanın baş qaldırması və ya ambulator şəraitdə yaraya düzgün qulluq olunmaması ilə əlaqədar ola bilər. Bunun da aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin olması istisna edilir. - “Serretia Marcescens” infeksiyası ilə yoluxma imkanının 0% təşkil etməsi tibbi praktikada mövcud deyil. Məhkəmə qeyd edir ki, əməliyyatın uğurlu və ya uğursuz keçməsi kimi halların aydınlaşdırılması daha çox tibbi sahədə xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin – həkimlərin köməyi ilə mümkün olduğundan, keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli və mübahisənin həllində nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəylər yaranmış hüquq münasibəti zamanı iddiaçıya qarşı cavabdehin peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə iş üzrə təqdim edilən sübutları nəzərdə keçirərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəylər mötəbər sübut kimi qəbul edilməli və həmin rəylər üzrə gəlinən nəticə nəzərə alınmalıdır. Rəydən görünür ki, İddiaçı mütəxəssislər tərəfindən ətraflı şəkildə müayinə olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə əvvəlcə onun “Komisyon ekspertizalar şöbəsi”ndə məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Daha sonra İddiaçı mütəxəssis müayinəsinə göndərilmiş, ATU-nun neyrocərrahiyyə kafedrasının müdiri, t.ü.f.d Rövşən Xəlilzadə tərəfindən müayinə olunmuşdur. Nəticədə 1986-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, aparılmış tibbi və mütəxəssis müayinələrinə əsasən qərardad üzrə qoyulan bütün suallara aydın şəkildə cavab verilmişdir. İddiaçı həmçinin vurulmuş mənəvi zərər qismində 50000 (əlli min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. İddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh2 MMC-nin, habelə həkim X2 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iztirab və sarsıntı keçirdib və mənəvi zərər vurulduğunu bildirərək mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehlərin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “cavabehlər Cavabdeh2 MMC və Cavabdeh1 vurduqları maddi zərərə görə 86 290.00 manat, mənəvi zərərə görə 50 000 manat və ödənilmiş 427 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 136 717 (bir yüz otuz altı min yeddi yüz on yeddi manat 00 qəpik) manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli. Eyni zamanda ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “cavabehlər Cavabdeh2 MMC və Cavabdeh1 vurduqları maddi zərərə görə 86 290.00 manat, mənəvi zərərə görə 50 000 manat və ödənilmiş 427 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 136 717 (bir yüz otuz altı min yeddi yüz on yeddi manat 00 qəpik) manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar