Məhkəmə qərarları › İş №e-2(005)-1464/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1464/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1464/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı "mənzilin və ya onun dəyərinin təhvil verilməsi və s" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı" mənzilin və ya onun dəyərinin təhvil verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış 19 avqust 2008-ci il tarixli “mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC-nin götürdüyü “Cəmiyyətə ayrılmış”, yəni cavabdeh "xxxx" MMC-yə ayrılmış, yəni ünvan 1 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı,1228 saylı mənzilin İddiaçı qaytarılması öhdəliyinin cavabdeh "xxxx" MMC-yə münasibətdə Cavabdeh MTK-ya həvalə olunması; Eləcə də öhdəliyin təmin olunmaması halında da müqavilə əsasında ödənmiş 39500 manat məbləğində nağd pulun ödənilməsi öhdəliyinin "xxxx"MMC-yə münasibətdə “Şərur MTK-ya həvalə olunması və eləcə də ödənilən pulun illik faiz dərəcəsi 5 olmaqla ötən müddətə hesablanmaqla kompensasiyasının, dövlət rüsumu olaraq ödənilən 100 manat və mənəvi zərər olaraq da 10.000 mmanat pulun cavabdeh "xxxx"MMC-yə münasibətdə Cavabdeh MTK-dan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, 19 Avqust 2009-cu il tarixində "xxxx" MMC ilə iddiaçı arasında ünvan 1 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumiv sahəsi 81.0 kv.m olan 2 otaqlı,1228 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə nəzərdə tutulmuş 39500 manat iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə tam ödənilmişdir, bu barədə "xxxx" MMC tərəfindən borcun olmaması barədə maliyyə arayışı da təqdim edilmişdir. Hazırda binanın tikintisi başa çatmışdır və mənzil hələ də iddiaçıya təhvil verilməmişdir. İddiaçı həmin binaya mənzilini təhvil almaq üçün getdikdə, binanın tikintisinin CavabdehMTK tərəfindən aparıldığını bilmişdir. İddiaçı CavabdehMTK-ya ərizə ilə müraciət etmiş və ona rəsmi olaraq cavab verilmişdir ki,“qeyd olunan ünvanda hündürmərtəbəli yaşayış evinin tikintisi üçün torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamı ilə "xxxx" MMC-yə verildiyini və Cavabdeh MTK-nın da həmin MMC-nin hüquqi varisi olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mənzili "xxxx" MMC-dən almısınız, "xxxx" MMC-nin "xxxx" MMC və Cavabdeh MTK-ya heç bir aidiyyatı yoxdur.” Daha sonra cinayət işi başlanması üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi yazılmışdır. Baş Prokuroluq tərəfindən iş araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna göndərilmişdir. Bakı Şəhər Prokurorluğu 22-0090-xx-xx-03951117-3322 saylı məktubla cavab göndərərək işin mülki xarakterli olduğu və ona görə də mülki qaydada müvafiq məhkəmədə mübahisələndirilə bilinəcəyini qeyd etmişdir. Daha sonra Yasamal Rayon Prokurorluğuna şikayət ərizəsi verilmişdir. Lakin, həmin prokurorluq idarəsi də eyni cavabı verərək işin mülki xarakterli olduğu və mübahisənin mülki məhkəmə qaydasında həll oluna biləcəyini bildirmişdir. Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi verilmiş və Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun 886-S-22 saylı cavab məktubu ilə bağlı araşdırma aparıb yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən 6(004)-94/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarla şikayət ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Artıq iş üzrə cinayət əməllərinin açıq aşkar olmasına baxmayaraq iddiaçı cinayət işi üzrə araşdırmanın heç bir orqan tərəfindən aparılmayacağı qənaətinə gəldikdən sonra işin məhkəmə qaydasında həlli üçün iddia ərizəsi qaldırmaq məcburiyyətində qaldırmışdır. Cavabdeh MTK-ya, cavabdeh "xxxx" MMC-yə, Fövqəladə Hallar Nazirliyinə, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə müvafiq vəkilsorğuları verilmiş, lakin cavaqb alınmamışdır. Sübut etməyə ehtiyac yoxdur işin mübahisəsiz halı odur ki iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş mənzili təhvil verməmişdir. Cavabdeh MTK tərəfindən verilmiş ananloji cavab məktublarını bizdən başqa zərərçəkmiş şəxslərə də verilmişdir.Analoji cavabların çoxluğu şübhəsiz ki Cavabdeh MTK və "xxxx" MMC arasında hanısa razılıq və ya müqavilənin olmasını istisna etmir.Lakin Həmin razılıqların və ya müqavilələrin aşkar edilməsi görünür hər iki cavabdehin maraqları xaricindədir. Yasamal rayon Məhkəməsi tərəfindən "xxxx" MMC-dən 39500 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş icra mərhələsində olarkən iddiaçıya məlum olmuşdur ki, iddia üzrə həmçinin "xxxx" MMC-nin hüquqi varisi CavabdehMTK da cavabdehlik daşıyır.Belə ki, analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4760/2013 saylı qətnaməsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamına əsasən hazırda hüquqi varisi Cavabdeh MTK olan "xxxx" MMC-yə ünvan 3 ünvanında yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmiş,həmin əraziyə bitişik 0.3 ha torpaq sahəsi eyni məqsədlə həmin MMC-nin icarə əsasında istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi və inşaat işlərinə çəkilən xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi "xxxx" MMCyə tapşırılmışdır. "xxxx" MMC-nin hüquqi varisi isə Cavabdeh MTK-dır. Belə ki "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlammılmış birgə təsərrüffat fəaliyyəti haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən birinci tərəf (Global Azəri MMC) Bakı şəhəri İH-nin başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə Bakı şəhəri,Yasamal rayonu,Talıblı küçəsində "xxxx"MMC-yə kooperativ yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ona ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə olaraq tikinti işlərinin aparılması ikinci tərəfə (Olimpus - AZ MMC-yə) həvalə etmiş,ikinci tərəf öz tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öhdəsinə götürmüşdür.Hər iki MMC arasında bağlanılmış müqavilənin 2-ci bəndinə görə,birinci tərəf bu müqavilənin 1.1-ci bəndində qeyd olunan yaşayış binasının tikintisi üçün ayrılmış tikinti sahəsini ikinci tərəfə təqdim etməyi, həmçinin yaşayış binasının tikintisi ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti və onun Mənzil Korporativ İdarəsi, Vergilər, Fövqəladə Hallar Nazirlikləri, müvafiq dövlət orqanları və qurumları ilə yarana biləcək hər hansı mübahisələrin həllini öz üzərinə götürmüşdür. Hər iki MMC arasında bağlanmış müqavilənin 2-ci bəndinə görə, birinci tərəf bu müqavilənin 1.1-ci bəndində qeyd olunan yaşayış binasının tikintisi üçün ayrılmış tikinti sahəsini ikinci tərəfə təqdim etməyi, həmçinin yaşayış binasının tikintisi ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti və onun Mənzil Kooperativ İdarəsi, Vergilər, Fövqəladə Hallar Nazirlikləri, müvafiq dövlət orqanları və qurumları ilə yarana biləcək hər hansı mübahisələrin həllini öz üzərinə götürmüşdür. Birgə fəaliyyət dövründə tikinti üçün tələb olunan alınmış eskiz və işçi layihəni ekspertiza, müxtəlif dövlət, hökumət təşkilat və qurumlarından tikinti normativlərinin tələblərinə cavab verən müvafiq rəyləri, tikintiyə verilmiş icazəni ikinci tərəfə təqdim edir, birinci tərəf öz mənfəəti hesabına nəzərdə tutulmuş bütün ödəmələri, o cümlədən Vergilər, Fövqəladə Hallar Nazirlikləri ilə bağlı ödəmələri və Bakı şəhər İH-nin Mənzil Kooperativ İdarəsinin mənzil fondunda ayırmaları həyata keçirir. Birgə fəaliyyət və tikintinin aparılması üçün tələb olunan bütün sənədləri və yarımçıq binaları bu müqavilə imzalandıqdan 10 gün müddətinə ikinci tərəfə təqdim edilir. Bu müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış, alqı-satqı müqavilələri və digər sənədlər əsasında birinci tərəfin adından rəsmiləşdirəcəkdir. Əgər satışı ikinci tərəf öz adına rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyyət daşıyacaqdır. İkinci tərəf götürdüyü işin ümumi dəyərinin 50% həcmində birinci tərəfin möhürü və imzası ilə satış apara bilər. Bunun 30%-ni dəmir-beton işlərini tam başa çatana qədər, qalan 20%-ni isə binanın su, qaz, elektrik xətlərinə çəkilən, mənzillərin qapı, pəncərələrini qoyulan, suvağı vurulmağa , dam və asfalt örtükləri vurulan, abadlıq işləri, liftlərin quraşdırılması, fasadın rənglənməsi, təhvil-qəbul aparılması zamanı aparıla bilər, ikinci tərəfin razılığı olmadan tikintiyə, yaşayış və qeyri-yaşayış sahələrinin satışına dair müxtəlif məlumatlarıaşıqlamır və yaymır. Müqaviləni 4-cü bəndinə əsasən müqavilənin predmetinə uyğun olaraq yarımçıq tikinti başa çatdıqdan sonra qarşılıqlı razılaşmaya əsasən birinci tərəf və ikinci tərəfin hərəsinə bir 18 və bir 19 mərtəbəli blok düşür. 20 mərtəbəli blok isə, zirzəmi, 1-ci və 2-ci mərtəbədəki qeyri-yaşayış sahələri və binanın mansarda hissəsi tərəflər arasında 50% nisbətində bölünmək şərtilə tərəflər barabər paylar şəklində, yənimərtəbə-mərtəbə iki hissəyə ayrılmaqla təşkiledir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfusuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Hazırki iddia üzrə cavabdeh olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında 17 aprel 2007-ci il tarixli müqavilənin şərtlərinə əsaslanmaqla hesab edir ki, "xxxx" MMC də "xxxx" MMC-nin vətəndaşlarla bağlandığı müqavilə üzrə öhdəliklərə cəlb edilməlidir. Belə ki, vətəndaşlarla bağlanan müqavilələrdə o cümlədən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 19 avqust 2008-ci il tarixli, “mənzil tikintisi haqqında” müqavilənin predmeti belədir ki, "xxxx" MMC“ "xxxx" MMC-yə ayrılmış, ünvan 4 ünvanında inşa ediləcək yaşayış binasının 1228 saylı, iki yaşayış otağından ibarət, ümumi sahəsi 81 kv. metr olan mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürür. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 iddia tələbləri üzrə Cavabdeh MTK-nın heç bir məsuliyyət daşımadığını, Cavabdeh MTK-nin iddiaçı qarşısında icra etməli olduğu hər hansı öhdəliyi olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Mülki işin materiallarında olan : - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 5456/2022 saylı qətnaməsindən müəyyən olunur ki: 1.İddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilin təhvil verilməsi, bu mümkün olmadıqda mənzilin bazar dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında inşa edilən binanın 11 -ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.rn olan 2 otaqlı, 1228 saylı mənzilin iddiaçı X1 qaytarılması öhdəliyinin cavahdebiar “Olimpus-AZ" MMC-nin və Cavabdeh MTK-nın üzərinə qoyulması, bu mümkün olmadıqda iddiaçının başqa bir mənzillə təmin olunması və ya qeyd edilən ünvandakı mənzlilin bazar qiyməti üzrə pul məbləğinin hesablanıb cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir; Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzilin iddiaçı X1 qaytarılması öhdəliyinin cavabdeh “Olimpus-AZ* MMC-nin üzərinə qoyulması, bu mümkün olmadıqda iddiaçının həmin ünvandakı mənzilin bazar qiyməti 150 min manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir;

2. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən “Olimpus-Az" MMC ünvan 6 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzili (payçıya) İddiaçı qızma təhvil verməyi öhdəsinə götürmüş, İddiaçı isə mənzilin dəyəri 39500 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi iddiaçı öz öhdəliyini icra etmiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, ünvan 6 ünvanında inşa edilən binanın 11- ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı; 1228 saylı mənzili iddiaçıya təhvil verilməmişdir. "xxxx" MMC-nin ünvan 7 ünvanda inşa edilən binada mənzilləri öz adından səlahiyyəti olmadığından İddiaçı ilə bağlamış olduğu xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi əhəmiyyətsiz əqdir və heç bir hüquqi nəticə doğurmur. Yəni mübahisəsi gedən tikinti ilə əlaqədar alqı-satqı müqaviləsi bağlamaq "xxxx" MMC-ə məxsus olduğundan tikintiyə mülkiyyət hüququ olmayan "xxxx" MMC-nin bağladığı müqavilənin hüquqi qüvvəsi yoxdur.

3. "xxxx" MMC-nin ünvan 7 ünvanda inşa edilən binada mənzilləri öz adından satmaq səlahiyyəti olmadığından İddiaçı ilə bağlamış olduğu 19,08.2008- ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi etibarsız müqavilə olduğundan Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) tətbiq edilməlidir. Bununla bağlı iddia tələbi qismən təmin edilməli, iddiaçının ünvan 8 ünvanında inşa edilən binanın 11-cl giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzilə görə ödəmiş olduğu 39.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

4. Nəticə olaraq İddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 39.500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - "xxxx" MMC və “Olimpus-AZ" MMC arasında müqavilə bağlanmış 17 aprel 2007-ci il tarixli birgə təsərrüfat haqqında müqaviləyə əsasən İ Tərəf özünə məxsus, Bakı şəhər İHnin başçısının 12.10. 2004-ci il tarixli, 237 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsindən "xxxx" MMC-yə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması üçün İİ Tərəfə həvalə etmiş, İİ Tərəf öz növbəsində ona təqdim olunmuş sahədə 5 bloklu yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Bu müqavilənin imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında İ tərəfin adından rəsmiləşdiriləcəkdir, əgər satış İİ tərəf adından rəsmiləşdirilsə payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyyət daşıyacaq. - Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 43 nömrəli məktubda qeyd olunur ki, ünvan 10 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin tikintisi üçün torpaq sahəsi Bakı Şəhər İHB-nin xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə "xxxx" MMC-yə ayrılmışdır. Hazırda həmin sahədə tikintini "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK aparır. İddiaçı tərəfindən mənzil "xxxx" MMC-dən alınmışdır. "xxxx" MMC-nin "xxxx" MMC və ya Cavabdeh MTK-ya aidiyyəti yoxdur. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən “Olimpus-Az" MMC ünvan 11 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzili (payçıya) İddiaçı qızma təhvil verməyi öhdəsinə götürmüş, İddiaçı isə mənzilin dəyəri 39500 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi iddiaçı öz öhdəliyini icra etmiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, ünvan 11 ünvanında inşa edilən binanın 11- ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı; 1228 saylı mənzili iddiaçıya təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilin təhvil verilməsi, bu mümkün olmadıqda mənzilin bazar dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-5456/2022 saylı qətnaməsi ilə gəldiyi nəticəyə əsasən "xxxx" MMC-nin ünvan 7 ünvanda inşa edilən binada mənzilləri öz adından səlahiyyəti olmadığından İddiaçı ilə bağlamış olduğu xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi əhəmiyyətsiz əqdir və heç bir hüquqi nəticə doğurmur. Yəni mübahisəsi gedən tikinti ilə əlaqədar alqı-satqı müqaviləsi bağlamaq "xxxx" MMC-ə məxsus olduğundan tikintiyə mülkiyyət hüququ olmayan "xxxx" MMC-nin bağladığı müqavilənin hüquqi qüvvəsi yoxdur. Bu səbəbdən də Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) tətbiq edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 39.500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-5456/2022 saylı qətnaməsinin icrasında ləngimələrin olduğunu, həmçinin icra zamanı Cavabdeh MTK-nın mübahisəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsini daşıdığı barədə məlumat əldə etdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının MPM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MPM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Eyni zamanda, Mülki Məcəllənin: 178.8-ci maddəsinə əsasən (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən hazırki iddia predmeti olan ünvan 1 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı,1228 saylı mənzilin İddiaçı satılmasına dair İddiaçı və "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə mənzilin deyil, onun dəyəri olaraq ödənilmiş 39500 manat pulun "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı tərəf hazırda Cavabdeh MTK-ya qarşı iddia qaldıraraq MTK-dan da mənzilin təhvil verilməsi, bu mümkün olmadıqda isə onun dəyərinin ödənilməsini tələb etsə də Cavabdeh MTK-nın İddiaçı qarşısında hər hansı öhdəlik daşıdığını sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(004)- 5456/2022 saylı qanuni qüvvyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında 19 avqust 2008-ci il tarixdə bağlanmıç “mənzil tikintisi haqqında” müqaviləsi əhəmiyyətsiz əqddir və heç bir hüquqi nəticə doğurmur. Qətnamədə qeyd edilir ki, mübahisəsi gedən tikinti ilə əlaqədar alqı-satqı müqaviləsi bağlamaq "xxxx" MMC-nin bağladıı müqavilənin əhəmiyyəti yoxdur. Məhz bu əsasla məhkəmə iddianı qismən təmin edərək, AR MM-nin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda(restitusiya qaydası) tətəbiq edilərək, iddiaçıya mənzilə görə ödəmiş olduğu 39500 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müqavilə etibarsız hesab edilərək mənzilin dəyəri olaraq İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş pul məbləğinin "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi qət edildiyindən, İddiaçı təkrarən həmin müqavilə üzrə eyni mənzili, bu mümkün olmadıqda isə onun dəyərini hazırda Cavabdeh MTK-dan tələb etməsi əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə qətnaməsi hazıradək icra olunmaması iddianın Cavabdeh MTK-ya qarşı münasibətdə təmin olunması üçün əsas deyildir. “Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarıdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-5456/2022 saylı qətnaməsi hal-hazırda icra mərhələsində icraatdadır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf Cavabdeh MTK-nın hansı əsaslarla İddiaçı qarşısında öhdəlik daşıdığını sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəflər arasında hər hansı müqavilə bağlandığını, Cavabdeh MTK-nın İddiaçı hər hansı formada zərər vurğunu və ya əsassız varlanma faktının olduğunu, Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsasların olduğunu sübuta yetirə bilməmişdir. İddiaçı öz iddia tələblərinin əsası kimi "xxxx" MMC və “Olimpus-AZ" MMC arasında müqavilə bağlanmış 17 aprel 2007-ci il tarixli birgə təsərrüfat haqqında müqaviləsini göstərsə də, müqaviləyə əsasən payçılarla alqı-satqı müqavilələri "xxxx" MMC-nin adından bağlandığı halda payçılar və dövlət orqanları qarşısında "xxxx" MMC məsuliyyət daşıyacaqdır. Məhkəmə iddia tələbinin digər hissələri - "ödənilən pulun illik faiz dərəcəsi 5 olmaqla kompensasiyanın ödənilməsi və mənəvi zərər olaraq 10000 manat pulun ödənilməsi tələblərinə münasibətdə bildirir ki, ilk tələb təmin olunmadığından, ondan irəli gələn tələblər də təmin edilə bilməz. Məhkəmə hesab edir ki göstərilən nəticəyə prosessual qənaət prinsipii tətbiq edərək, əlavə araşdırma aparmadan gəlmək mümkündür. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının qanuni qüvvəyə minmiş qətnamənin icrası zamanı tələbkar kimi qətnamənin icrasının qəmin edilməsini tələb etmək, icraatın yubadılmasının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MTK-yə münasibətdə iddia tələbinin əsası kimi iddia tərəfindən göstərilən hallar sübut edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MTK-ya qarşı "mənzilin və ya onun dəyərinin təhvil verilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar