Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1491/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı mülki iş üzrə (açar sözlər:əqdin etibarsızlığı; sübutemə) İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin cavabdehin qanunsuz sahibliyindən məcburi qaydada alınaraq verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin faktiki halları İddiaçı ilə X13 arasında 15 avqust 2005-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikah dövründə ünvan 1 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil alınmış və X6 adına xx.xx.2021-ci il tarixdə 1588 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. X6 vəfat etdiyi xx.xx.2023-cü il tarixə iddiaçı ilə birgə nikah dövründə mübahisəli mənzildən başqa, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 132, mənzil 44 mövcud olmuşdur. Cavabdeh2 mərhumə İsmayılova Şəhla Əli qızının bacısı oğludur. İddiaçı ona miras əmlaklarla bağlı vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün xx.xx.2023-cü il tarixdə Ucar rayon Notariat ofisində etibarnamə vermişdir. Həmin etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Bakı şəhəri 53 saylı Notariat Ofisinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132, mənzil 44-ə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bakı şəhəri 11 saylı Notariat Ofisində imzalanmış xx.xx.2024-cü il tarixli ərizə ilə İddiaçı Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzilin müqavilə pozulduqdan sonra Cavabdeh2 adına rəsmiləşməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1588 nömrəli müqavilə ilə mənzil Cavabdeh2 verilmiş, tarixsiz maliyyə arayışı əsasında mənzilə görə borcunun olmadığı göstərilmişdir. İddia tələbi və onun əsasları İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (mərhumə) X13 arasında nikah xx.xx.2005-ci il tarixdə Ucar rayon qeydiyyat şöbəsində 151 nömrəli akt qeyd ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikah dövründə ünvan 1ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil alınmış və X6 adına xx.xx.2021-ci il tarixdə 1588 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Davamında, həmin ev təmir olunaraq müvafiq ev avadanlıqları və ləvazimatları ilə təchiz olunmuşdur. X13 onkoloji xəstəlik səbəbindən xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçının verdiyi məlumata görə, həyat yoldaşının vəfatından sonra həmin mənzilə onun vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün mərhumun bacısı oğlu - Cavabdeh2 mülki etibarnamə əsasında müvafiq səlahiyyətlər etibar edilmişdir. Həmin tarixdən sonra, Cavabdeh2 sənədləşmənin normal qaydada aparılması barədə yaşlı və onkoloji xəstə olan iddiaçıda əminlik yaratmışdır. İddiaçının verdiyi məlumata əsasən, davamında müəyyən müddət keçdikdən sonra Cavabdeh2 iddiaçıya müraciət edərək ev alması ilə əlaqədar bu mənzilin girova qoyulması üçün kömək istəmişdir. Yaxın qohumluq münasibətlərinə əsasən, iddiaçı bu xahişlə razılaşmış və ona kömək edəcəyini bildirmiş, növbəti dəfə Milli Onkologiya Mərkəzinə müayinə olmaq üçün Bakıya gələrkən xx.xx.2024-cü il tarixdə saat 16.06-da cavabdehin xahişi ilə Bakı 11 saylı notariat ofisinə gedib ona təqdim olunan ərizəyə qol çəkmişdir. Verilmiş vəkil sorğuna Milli Onkologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunur ki, İddiaçı barəsində həqiqətən də onkoloji xəstə kimi xx.xx.2024-cü il tarixdə laborator və instrumental müayinələr aparılmışdır. 2024-cü ilin dekabr ayında İddiaçı cavabdeh mənzilin yerləşdiyi binanı inşa etmiş Cavabdeh1 MTK-nın satış/xidmət ofisində olarkən mənzilin Cavabdeh2 adına rəsmiləşdirildiyini və əsas kimi yuxarıda qeyd olunan ərizəni göstərmişlər. Qeyd edir ki, həmin mənzillə bağlı aparılmış sənədləşmə qovluğunun rəsmi qaydada əldə olunması üçün verilmiş vəkil sorğusuna Cavabdeh1 MTK xx.xx.2024-cü il tarixdə cavab verərək həmin mənzilin sənədləşməsinin iddiaçının ərizəsi əsasında aparıldığı qeyd edilmiş, lakin tələb olunan sənəd qovluğunun surəti təqdim olunmamışdır. Ümumiyyətlə qeyd olunması zəruridir ki, keçən bu müddət ərzində də cavabdeh mənzili öz adına rəsmiləşdirmək niyyəti, habelə aşkarlanmış hazırki faktiki əməli barədə iddiaçıya heç bir məlumat verməmişdir. Hətta məsələ aşkarlanandan sonra, iddiaçının kəskin iradları qarşısında Cavabdeh2 heç bir tutarlı əsas gətirməmiş, “lazım gələrsə evin qiymətini iddiaçıya ödəyəcəyini” bildirmişdir. Hesab edirlər ki, indiki məqamda məsələnin həlli yalnız məhkəmə qaydasında mümkündür və aşağıdakılara əsasən mərhum X9 məxsus olan həmin mənzilin Cavabdeh2a adına rəsmiləşdirilməsi üçün aparılmış sənədləşmə etibarsız hesab edilməlidir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki işdə- birgə nikah dövründə əldə edilmiş mənzilin ilkin mülkiyyətçisi X1 həmin mənzil barədə hər hansı sərəncamverici əqdi (bağışlama müqaviləsi və ya vəsiyyətnamə) mövcud olmadığından, həmin mənzil xx.xx.2023-cü il tarixdən onun miras əmlakına (aktiv qismində) daxil olmuşdur. Digər bir ifadə ilə, həmin mənzilə mülkiyyət hüququnun üçüncü şəxsə ötürülməsi yalnız qanunla müəyyən edilmiş vərəsəlik əsasında həyata keçirilə bilər. Bunun məntiqi davamıdır ki, mərhumun qanun üzrə birinci dərəcə tək vərəsəsi İddiaçı cavabdehə müvafiq işlərin görülnməsi üçün notarial etibarnamə vermişdir. Bununla belə, Cavabdeh2 həmin etibarnamə ilə ona etibar olunan işləri həyata keçirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (https://exidmet.justice.gov.az:8284/Notariat/İnheritanceİnfo) elektron portalından əldə edilən məlumata əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 miras əmlakına münasibətdə vərəsəlik işi aşkarlanmamışdır. Bu baxımdan, həmin mənzilə münasibətdə qanunla müəyyən edilmiş vərəsəlik işi açılmadan və müvafiq icraat aparılmadan həmin mənzilə hüquqların bu şəkildə ötürülməsi/sənədləşdirilməsi qanünvericiliyinin imperativ tələblərinin kobud pozulmasıdır. Vərəsəlik üzrə müvafiq icraat yekunlaşmadan, iddiaçının mübahisəli ərizənin onun azad iradəsi ilə yazıldığını “bir anlığa fərz etdiyimiz” halda da həmin ərizə əhəmiyyətsiz sənəd olduğundan, etibarlı hüquqi nəticələr yarada bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3-cü maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Dah sonra iddiaçı tərəf Azərbaycan Respublikası MPM-nin 53-cu maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizə ilə müraciət edərək ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cu blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzilin Cavabdeh2 qanunsuz sahibliyindən məcburi qaydada alınaraq İddiaçı verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci il tarixdən rəsmi nikah olduğu (mərhum həyat yoldaşı) X6 xx.xx.2023-cu il tarixdə vəfatından sonra, yaxın qohumu (mərhum həyat yoldaşının bacısı oğlu) Cavabdeh2 etibarnamə verərək mərhumun miras əmlakına vərəsəlik sənədləşməsində muvafiq koməklik etməyi xahiş etmişdir. X1 öldüyü tarixdə, iddiaçı ilə birgə nikah dövründə Bakı şəhərində əldə etdiyi üç daşınmaz əmlakı movcud olmuşdur: 1. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89, 2. Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132, mənzil 44, 3. Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 24 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil. Cavabdeh2 iddiaçı tərəfindən Ucar rayon notariat ofisində verilmiş xx.xx.2023-cu il tarixli etibarnamə əsasında, cavabdehin səlahiyyətli numayəndəsi qismində Bakı 53 saylı Notariat ofisinə xx.xx.2023-cu il tarixdə muraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bununla belə, iş materiallarındakı vərəsəlik işindən muəyyən edilir ki, Cavabdeh2 notariat ofisində vərəsəlik işinin acılması üçün notariat ofisinə etdiyi yazılı müraciətində şüurlu şəkildə yalnız iki mənzil (Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 132, mənzil 44) barəsində məlumat vermişdir. Ayrıca, Cavabdeh2 imzaladığı xx.xx.2023-cu il tarixli ərizədə mərhumun İddiaçı başqa vərəsəsinin olmadığını bəyan etmişdir. Davamında, (iddiaçının səlahiyyətli numayəndəsi qismində) Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2023-cu il tarixli ərizədə də mərhumun mirasını qəbul etmiş tək vərəsənin İddiaçı olduğu, ondan başqa mirası qəbul edən vərəsənin olmadığını təkrarən bəyan edilmişdir. Bakı 53 saylı Notariat ofisi tərəfindən (V-44/2023 nömrəli vəsərəslik işi uzrə) verilmiş xx.xx.2023-cu tarxili 2V-146 reyestr qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə “ünvan 5 ünvanda yerləşən miras əmlakı və xx.xx.2023-cu tarixli 2V-147 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə “ünvan 6 ünvanda yerləşən miras əmlakı uzrə tam payda İddiaçı qanun üzrə vərəsəliyi tanınmışdır. (qeyd: həmin mənzillərə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dovlət reyestrində qeydə alınması və sonrakı tarixlərdə üçüncü şəxslərə satılması da iddiaçının etibarnaməsi əsasında yenə Cavabdeh2 tərəfindən təmin edilmişdir.) İşin hallarından da açıq göründüyü kimi, yaxın qohumluq munasibətlərində olan Cavabdeh2 ilk oncə vərəsəlik sənədləşməsinin, davamında satış prosesinin normal qaydada aparılması barədə onkoloji xəstə olan 75 yaşlı iddiaçıda özünə qarşı tam əminlik, etibar yaratmışdır. Qəribə və təəssufverici hal budur ki, Cavabdeh2 tərəfindən şüurlu şəkildə hazırki işdəki mubahisəli mənzil (Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 24 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cu blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil) barəsində vərəsəlik işi acılmış notariusa hec bir məlumat verilməmişdir. (sözsüz ki iddiaçıda da bu barədə məlumat olmamışdır.) Sonrakı dovrdə isə, iddiaçının verdiyi məlumata əsasən, Cavabdeh2 iddiaçıya muraciət edərək ev alması ilə əlaqədar mubahisəli mənzilin girova qoyulması ucun ondan komək istəmişdir. Hələ mərhum həyat yoldaşının yaşadığı dovrdən kecən müddətdə aralarında yaranmış mehriban qohumluq munasibətlərinə və sonrakı dovrdəki cavabdehdə yaratdığı inam/etibara guvənərək, iddiaçı bu xahişlə razılaşmış və ona komək edəcəyini bildirmiş, novbəti dəfə Milli Onkologiya Mərkəzinə müayinə olmaq ucun Bakıya gələrkən xx.xx.2024-cu il tarixdə saat 16.06da cavabdehin xahişi ilə Bakı 11 saylı notariat ofisinə gedib ona təqdim olunan ərizəyə qol cəkmişdir. 2024-cu ilin dekabr ayında İddiaçı mənzilin yerləşdiyi binanı inşa etmiş Cavabdeh1 MTK-nın satış/xidmət ofisində olarkən mənzilin Cavabdeh2 adına rəsmiləşdirildiyi bildirilmiş və əsas kimi yuxarıda qeyd olunan ərizə gostərilmişdir. Ümumiyyətlə qeyd olunması zəruridir ki, kecən bu muddət ərzində də cavabdeh mənzili oz adına rəsmiləşdirmə niyyəti və faktiki əməli barədə iddiaçıya hec bir məlumat verməmişdir. Hətta məsələ aşkarlanandan sonra, iddiaçının kəskin iradları qarşısında Cavabdeh2 hec bir tutarlı əsas gətirməmiş, “lazım gələrsə evin qiymətini iddiaçıya odəyəcəyini” bildirmişdir. Məhkəmənin “subutların təmin olunması” barədə qərardadı əsasında Cavabdeh1 MTK tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: a) Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə b) İddiacının xx.xx.2024-cu il tarixli ərizəsi. c) X13 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 1588 saylı müqavilə (Təqdim olunan sənədlərin də natamam olduğunu Məhkəmənin diqqətinə xususilə catdırmaq istərdik. Belə ki, MTK-larda müqavilədən əlavə əsas huquq təsdiq edici sənəd Maliyyə Arayışıdır və gələcəkdə daşınmaz əmlakın dovlət reyestrində mulkiyyət huquqlarının dovlət qeydiyyatına alınması ucun məhz Maliyyə Arayışı tələb/təqdim olunur. Hesab edirik ki, indiki məqamda da Cavabdeh1 MTK tərəfindən həmin sənəd gizlədilərək digər cavabdeh ucun əlverişli şərait yaradılmağa cəh edilir. Bu isə birmənalı yol verilməzdir!) İlk oncə qeyd edilməlidir ki, mubahisəli mənzil X6 birgə nikah dovrundə əldə etdiyi daşınmaz əmlak olduğundan əmlakdakı payın 1\2 hissəsi birbaşa iddiaçıya aid olmaqla, əmlakın mərhuma məxsus digər 1\2 hissəsi uzrə payın isə üçüncü şəxslərə kecməsi yalnız vərəsəlik qaydasında təmin oluna bilərdi. Bunun məntiqi nəticəsidir ki, üç əmlakdan ikisi barədə vərəsəlik proseduru aparılaraq 1-ci novbəli qanun üzrə vərəsə kimi iddiaçının mülkiyyət hüququ tanınmış və sonrakı tarixlərdə ücüncü şəxslərə ozgəninkiləşdirilmişdir. Bu baxımdan, hazırki mubahisəli mənzilə də qanünvericilikdə müəyyən edilmiş rəsmiləşdirmə notariat ofisində açılmış vərəsəlik cərcivəsində təmin edilən ana kimi həmin mənzilin mülkiyyətinin “ötürülməsi” hüquqi imkanını yaradan sərəncam hər hansı formada verilə bilməzdi. Təsadüfi deyil ki, yol verdiyi qanunsuzluğun fərqində olan Cavabdeh2 məsələ aşkarlanandan sonra, aldadıldığını gorən iddiaçının kəskin iradları qarşısında hec bir tutarlı əsas gətirməmiş, “lazım gələrsə evin qiymətini iddiaçıya odəyəcəyini” bildirmişdir. Hazırda birgə nikah dövründə əldə edilmiş mənzilin mülkiyyətcisi X1 həmin mənzilin Cavabdeh2 güzəşt edilməsi barədə hər hansı sərəncamverici əqdi (bağışlama müqaviləsi və ya vəsiyyətnaməsi) mövcud olmadığından, həmin mənzil xx.xx.2023-cu il tarixdən onun miras əmlakına (aktiv qismində) daxil olmuşdur. (hətta mərhum X1 belə bir vəsiyyət iradəsi olsaydı belə, İddiaçı mənzilin 1/2 hissəsinı ümumi birgə mülkiyyət, digər 1/2 hissəyə isə, məcburi pay hüququ cərcivəsində haqqı yaranırdı.) Göründüyü kimi, mübahisəli mənzil barəsində mülki qanünvericilikdə müəyyən edilmiş qanun uzrə vərəsəlik proseduru daxilində sənədləşmə aparılmadan və müvafiq vərəsəlik şəhadətnaməsi alınmadan həmin mənzilə hüquqların Cavabdeh2 adına rəsmiləşdirilməsi qanünvericiliyinin imperativ tələblərinin kobud pozulmasıdır. Bu baxımdan, mənzilə munasibətdə vərəsəlik uzrə müvafiq icraat yekunlaşmadan, iddiaçının mübahisəli ərizəsinin onun azad iradəsi ilə yazıldığını “bir anlığa fərz etdiyimiz” halda da həmin ərizə əhəmiyyətsiz sənəd olduğundan, etibarlı huquqi nəticələr yarada bilməzdi. Halbuki, məhkəməyə təqdim ediləcək sübutlardan da iddiaçının etibarından sui-istifadə edilərək aldadıldığı işin mübahisəsiz halı kimi muəyyən/sübut edilir. Digər tərəfdən, məhkəmə iclaslarında iddiaçının güya hazırda iddia tələbini irəli sürməyə “subyektiv huququnun” movcud olmadığı barədə səslənən etirazların da qəbul edilməz olduğunu bəyan edir. Çünki hazırki işdə iddiaçının birgə nikah dövrundə əldə edilmiş həmin mənzilə vərəsə kimi tam mülkiyyət hüququnu əldə etmə gözləntisi vardır və cavabdehlər tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində iddiaçı həm ümumi birgə mulkiyyət huququ uzrə oz payından, həm də tək İ növbəli qanuni vərəsə olaraq miras əmlakından pay əldə etmə hüququndan məhrum olunmuşdur. Yəni, vəfat etmiş həyat yoldaşının mülkiyyətindəki əmlakı onun ölümündən sonra əldə etmə hüququ tək vərəsə kimi yalnız iddiaçıya məxsusdur. (qeyd: bütün hallarda həmin evdən hüquqi nöqteyi nəzərdən bəhərlənmə imkanı Cavabdeh2 məxsus deyil.) Təəssüf ki, X1 qanuni və vəsiyyət üzrə vərəsəsi olmayan Cavabdeh2 isə həmin əmlaka qanunsuz sahiblik etməklə onun bəhrələrindən əsassız qaydada faydalanmaqda, iddiaçı isə qanunla əldə etməyə umid etdiyi imkanlardan yol verilmiş qanunsuz əməl nəticəsində məhrum olmuşdur. Bu baxımdan hesab edirlər ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında aparılmış bütün sənədləşmələr (xususən Maliyyə Arayışı) etibarsız hesab edilməli və mənzil Cavabdeh2 qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalıdır. Etiraz ərizəsi və onun dəlilləri Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş yazılı etiraz ərizəsi onunla əsaslandırılıb ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddiası əsassızdır, iddia ərizəsində və ona əlavədə iddianın əsası kimi qeyd olunanlar həqiqətə uyğun deyil. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzili üzrə Cavabdeh1 ilə X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilə yalan əqddir və həmin əqd əhəmiyyətsizdir. Əslində, həqiqətdə xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilə Cavabdeh1 ilə Cavabdeh2 arasındabağlanmış, həmin müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilinin dəyəri Cavabdeh2 tərəfindən öz hesabına tam şəkildə ödənilmiş, qeyd olunan müqavilədə payçı qismində formal olaraq Ş.Ə.İsmayılovanın adı qeyd olunmuşdur. Sözügedən mənzili Cavabdeh2 təklif etmiş, bu məsələ ilə əlaqədar bütün danışıqları yalnız Cavabdeh2lə aparmış və bu vasitəçilik xidmətləri barədə Cavabdeh2lə xx.xx.2021-ci il tarixli beh müqaviləsi bağlamış daşınmaz əmlak vasitəçiləri X10 və X11 yuxarıda sadalanan halları təsdiq edə bilərlər. Belə ki, mərhum Şəhla İsmayılova Cavabdeh2 doğma xalasıdır, İddiaçı ilə X1 birgə nikahından uşaqları olmadıqları üçün Cavabdeh2 onlara oğul əvəzi olmuş və o, həmin ailənin bir üzvü hesab edilmişdir. Bu baxımdan xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilədə payçı qismində formal olaraq xalası və ailənin bir üzvü olan X6 adı qeyd olunmuşdur. Ş.Ə.İsmayılovanın vəfatından sonra Cavabdeh2 iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçının nümayəndəsi kimi Şəhla İsmayılovanın mülkiyyətində olan iki mənzili vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilməsini təmin etmiş, iddiaçı da öz növbəsində yalan əqd olan xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin payçı qismində həqiqi tərəfi olan Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün Cavabdeh1 MTK-ya 01 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi ünvanlamışdır. Bu razılıq ərizəsi əsasında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında nömrəsi (xx.xx.2021-ci il tarixli müqavilənin nömrəsi ilə) eyni “1588” olan xx.xx.2024-cü il tarixli həqiqi müqavilə bağlanmış və həmin mənzilin dəyərinin Cavabdeh2 ödədiyi barədə Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 adına maliyyə arayışı verilmişdir. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu 18 mart 2022-ci il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Əslində, qeyd olunan 1588 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləni mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Hərçənd ki, Mülki Məcəllənin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: Hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; Hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; Vəzifənin icrasını çətinləşdirə bilər. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: Hüquq münasibəti əmələ gəlir; Hüquq münasibəti dəyişir; Hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: Münasibətin subyekti; Münasibətin obyekti; Münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Göründüyü kimi, iddiaçı 1588 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti olan sözügedən mənzil iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlak ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə müqavilənin tərəflərinə aiddir. Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə, iddiaçı yalan əqd olan xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin payçı qismində həqiqi tərəfi olan Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün Cavabdeh1 MTK-ya 01 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi ünvanlamış və bu razılıq ərizəsi əsasında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 1588 nömrəli xx.xx.2024-cü il tarixli həqiqi müqavilə (əqd) bağlanmışdır. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 1588 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləni mübahisələndirmək üzrə iddiaçının subyektiv hüququnun birinci elementi olan hüquqi ixtiyarı yoxdur. O halda qeyd olunan müqavilə üzrə subyektiv hüququn digər elementlərinin, yəni iddiaçının başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanünvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu 2023-ci il 26 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunan iki qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə vərəsənin vərəsə olduğu sübut olunursa, həmin vərəsənin mirasın aktivi üzərində öz əmlak hüquqları barədə hər hansı sənədi əldə etməsi zəruri deyil. Odur ki, sözügedən mənzilin iddiaçının qanuni sahibliyində və istifadəsində olması barədə iddiaçının mövqeyinin haqlı olduğunu fərz etsək, o halda miras qoyan X6 ölümü ilə İddiaçı həmin mənzil üzrə vərəsəlik hüquq münasibətləri yaranmış olar. Hətta belə olan halda da, İddiaçı xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin payçı qismində Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün Cavabdeh1 MTK-ya 01 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi ünvanlamaqla və bu razılıq ərizəsi əsasında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 1588 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə bağlanmaqla həmin payın Cavabdeh2 adına rəsmiləşdirilməsi tamamilə qanünvericiliyə uyğun olar. Bundan başqa Cavabdeh2 satın aldığı də öz adına rəsmiləşdirdiyi buraxılış ili 2022-ci il olan JETOUR X90 PLUS MİNİK markalı 77HG887 dövlət qeydiyyat nişanlı avtomaşının satın alınma dəyərini sağlığında mərhum Ş.Ə.İsmayılova ödəmişdir. Lakin iddiaçının istəyi ilə Cavabdeh2 10 iyun 2024-cü il tarixində həmin avtomaşın üzrə iddiaçıya baş etibarnamə vermiş və iddiaçı xx.xx.2024-cü il tarixdə həmin baş etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə ötürərək qeyd olunan avtomaşını özgəninkiləşdirmişdir. Göründüyü kimi, Cavabdeh2 dürüst bir insan olduğu üçün öz pulu ilə alınmayan əmlakı mülkiyyətində saxlamaq istəməmişdir. Odur ki, iddia ərizəsində və ona əlavədə yazılmış sözügedən mənzili Cavabdeh2 ələ keçirmək niyyəti ilə əlaqədar ifadələr tamamilə yalandır. İddia ərizəsində və ona əlavədə “Cavabdeh2 xahişi ilə iddiaçının yaxın qohumluq münasibətlərinə əsasən Cavabdeh2 kömək edəcəyini bildirməsinin, iddiaçının onkoloji xəstə olduğundan Bakıya gələrkən xx.xx.2024-cü il tarixdə saat 16.06-da Bakı 11 saylı notariat ofisində ərizəyə qol çəkməsini xatırlamadığının” iddia olunması reallıqdan tamamilə uzaqdır. Belə ki, iddiaçı Ucar Rayonunda həkim kimi tibbi fəaliyyətlə məşğul olur, hər gün xəstələri müayinə və müalicə edir, onlara reseptlər yazır. Milli Onkologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunur ki, İddiaçı həqiqətən də onkoloji xəstə kimi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Milli Onkologiya Mərkəzinə müayinə üçün müraciət etmiş, aparılan laborator və instrumental müayinələrdə residiv, mts aşkar edilməmişdir. Başqa sözlə, iddiaçı analizlərini vermiş və diaqnostik müayinələrdən keçmiş, onda ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Odur ki, iddiaçının onkoloji xəstə olması onun iradəsinə xələl gətirən bir hal deyil və iddiaçı öz iradəsi ilə Cavabdeh1 MTK-ya ünvanladığı 01 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini imzalamışdır. Göstərilənləri nəzərə alaraq və qanünvericiliyin tələblərini rəhbər tutaraq, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin mövqeyi Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, iddiaçı Ucar rayonun yaşayır, həkimdir. Özü uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün birgə nikah dövründə əldə edilmiş əmlakları ilə birgə nikah dövründə əldə edilmiş əmlakları mərhumə X6 adına rəsmiləşdirib. Onların birgə nikahdan övladları olmayıb. Cavabdeh2 oğulları kimi münasibət göstəriblər. Lakin o etibardan sui-istifadə edib. Vərəsəlik işi açılan zaman mübahisəli mənzili göstərməyib. Daha xx.xx.2023-cü il tarixdə Cavabdeh2 istəyi ilə notariat ofisində ərizə verərək mənzilin cavabdehin adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirib. Lakin həmin vaxt cavabdehə inandığı üçün ərizəni oxumayıb. Məkəməyə təqdimedilən səs yazısından da aydın görünür ki, cavabdeh həmin mənzilə görə hər hansı pul vəsaiti ödəməyib, əksinə iddiaçıya pulunun qaytarılmasının əvəzində evindən imitna etməsini təklif edib. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi və rədd edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, mübahisəli mənzil cavabdehin vəsaiti hesabına alınıb. Məhz bu səbəbdən mərhumə İsmayılova Şəhla rəhmətə getdikdən sonra onun mülkiyyətində olan 2 mənzil iddiaçının mülkiyyətinə keçirilib. Mübahisəli mənzil isə keçirilməyib. İddiaçı onkoloji xəstə olsa da, ərizəni imzzalayan gün hər hansı ağır müalicədə deyil, müayinə prosedurlarında olub. Məhkəməyə təqdim edilən səs yazıda olan səs cavabdehə məxsus olsa da, həmin səs yazısı şəxsin gərgin psixoloji vəziyyətində deyilmiş ifadələri özündə əks etdirir, iddianın əsaslılıöını sübuta yetirmir. Hesab edirlər ki, iddia ərizəsi əsasızdır və təmin edilməməlidir. Məhkəmə baxış iclasında şahid qismində ifadə vermiş X10 və X11 ifadələrində hər biri ayrılıqda göstərmişlər ki, onlar alqı-satqıda vasitəçilik xidmətləri göstərirlər və 2021-ciilin noyabr ayında Mənzərə Əliyeva adlı şəxsin evinin Elnur adlı şəxsə satılmasında vasitəçilik etmişlər. Mənzilin qiymətini danışarkən Elnurun atası kimi təqdim etdiyi Məzahir adlı şəxs də iştirak edirdi. Mənzilin qiymətini 76000 manata razılaşdılar və onların şahidliyi ilə Elnur satıcıya 1000 manat beh ödədi. Daha sonra qalan 75000 manatı və onların xidmət haqqını da Elnur ödəmişdir. Mənzil Elnurun xalasının adına rəsmiləşdirilsə də, bildiklərinə görə mənzili Elnur özü üçün alırdı. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - Ucar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışından görünür ki, İddiaçı ilə X13 arasında nikah xx.xx.2005ci ildə 151 saylı aktla qeydə alınmışdır. - Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cü il tarixli 1588 saylı kooperativ mənzil tikintisi haqqında müqavilədən görünür ki, MTK X13 ilə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilinin sonuncu tərəfindən əldə edilməsi haqqında müqavilədə göstərilən şərtlərlə razılığa gəlmişlər. - Cavabdeh1 tərəfindən X6 adına verilmiş tarixsiz maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilinin dəyəri onun tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. - Vətəndaşlara daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi (rieltor) xidmətinin göstərisinə dair «Daşınmaz əmlakın agentliyi» adlı qurumun xx.xx.2021-ci il tarixli beh müqaviləsindən görünür ki, vasitəçilər X3, X4 şahidliyi ilə Yeni Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında Əliyeva Mənzərənin satdığı mənzilin dəyəri olan 76000 manat məbləğdən 1000 manatı Cavabdeh2 satıcıya ödəmişdir. Müqaviləni Cavabdeh2, Əliyeva Mənzərə və Həzizadə Murad imzalamışlar. - «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X13 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. - Ucar rayon notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş etibarnamədən görünür ki, İddiaçı Cavabdeh2 adına xx.xx.2025-ci il tarixə kimi etibarlı olan, özündə geniş səlahiyyətlər əks etdirən etibarnamə vermişdir. - Cavabdeh1 MTK-nın vəkil sorğusuna ünvanladığı xx.xx.2024-cü tl tarixli 330 saylı cavab məktubundan görünür ki, İddiaçı MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə xx.xx.2024-cü il tarixdə 11 saylı notariat ofisində 8i- 1016 reyestr nömrəli ərizəsi əsasında heç bir etirazının olmamasını qeyd etmişdir. - İddiaçı xx.xx.2024-cü il tarixli, 11 saylı notariat ofisində 8i-1016 reyestr nömrəli ərizəsində göstərmişdir ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 13-cü girişində 16-cı mərətəbə yerləşən ümumi sahəsi 53,39 kv.m olan 1 otaqlı 1588 saylı həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə etirazı yoxdur və bununla bağlı MTK-ya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. - Bakı 53 saylı Notariat ofisi tərəfindən (V-44/2023 nömrəli vəsərəslik işi uzrə) verilmiş xx.xx.2023-cu tarxili 2V-146 reyestr qanun uzrə vərəsəlik huququ haqqında şəhadətnamədən görünür ki, X7 ünvan 5 ünvanda yerləşən miras əmlakı uzrə tam payda İddiaçı qanun uzrə vərəsəliyi tanınmışdır. - Bakı 53 saylı Notariat ofisi tərəfindən (V-44/2023 nömrəli vəsərəslik işi uzrə) verilmiş xx.xx.2023-cu tarxili 2V-147 saylı qanun uzrə vərəsəlik huququ haqqında şəhadətnamədə “ünvan 6 ünvanda yerləşən miras əmlakı uzrə tam payda İddiaçı qanun uzrə vərəsəliyi tanınmışdır. - İddiaçı etibarnaməsinə əsasən Cavabdeh2 notariat ofisində vərəsəlik işinin acılması üçün notariat ofisinə verdiyi, Bakı 53 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsində X5 qalmış miras əmlaklar Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 132, mənzil 44 –ün İddiaçı tərəfindən qəbul edilməsini və mirasın tərkibinə dacil olan ona çatası hissələr üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - İddiaçı etibarnaməsinə əsasən Cavabdeh2 notariat ofisində vərəsəlik işinin acılması üçün notariat ofisinə verdiyi, Bakı 53 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsində mərhum arvadı X6 yeganə vərəsəsi İddiaçı olmasını, ondan başqa vərəsəsinin olmadığını bəyan etmişdir. - Cavabdeh1 tərəfindən verilmiş Cavabdeh2 adına verilmiş tarixsiz maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilinin dəyəri onun tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. - Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1588 saylı kooperativ mənzil tikintisi haqqında müqavilədən görünür ki, MTK Cavabdeh2 ilə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilinin sonuncu tərəfindən əldə edilməsi haqqında müqavilədə göstərilən şərtlərlə razılığa gəlmişlər. - Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 16 yanvar 2025-ci il tarixli 4/40-26-cı nömrəli məktubundan görünür ki, Sizin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinə ünvanladığınız xx.xx.2025-ci il tarixli 17 saylı məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.1950-ci il təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2020-ci il tarixindən “S-vari bağırsağın karsinöması. Cərrahi əməliyyatdan və PKTdən sonrakı vəziyyət p T3 N1 b M0 mərhələ İİİB G2” diaqnozu ilə Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Xəstəyə xx.xx.2020-ci il tarixində Milli Onkologiya Mərkəzində S-vari bağırsağın rezeksiyası cərrahi əməliyyatı icra edilmiş, aparılan laborator və instrumental müayinələr əsasında xəstəyə S-vari bağırsağın xərçəngi diaqnozu qoyulmuş, Patohistoloji Rəy 2014512. Adenokarsinöma histoloji olaraq təsdiqlənmişdir. Xəstəyə müalicənin növbəti etapında PKT məsləhət görülmüş, FOLFOX 6 protokol üzrə İV kurs PKT aparılmışdır. xx.xx.2020-ci il tarixində xəstəyə V kurs PKT, xx.xx.2020-ci il tarixində isə Vİ kurs PKT icra edilmiş və sahə onkoloqunun nəzarəti altında evə yazılmışdır. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində xəstə Milli Onkologiya Mərkəzinə müayinə üçün müraciət etmiş, aparılan laborator və instrumental müayinələrdə residiv, mts aşkar edilməmişdir. Xəstəyə sahə onkoloqunun nəzarətində dinamiki müşahidə və kontrol müayinələr məsləhət olunmuşdur. Daha sonralar xəstə Milli Onkologiya Mərkəzinə müraciət etməmişdir. - İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş üzərində “Corsair D.K.” yazılı flaş-kart yaddaş qurğusunda İddiaçı ilə Cavabdeh2 arasında olan danışıq öz əksini tapmışdır. Belə ki, “səs yazıları” adlı qovluqda “Elnur ses 1” adlı faylda aşağıdakı ifadələr işlədilir: “Salam doktor. Dünən gecə birin yarısı gəlmişəm, ona görə sizi yığıb narahat eləmədin gec idi...Qaldıki məni Adilə, Rimaya tay tutmaq söhbətinə..Mən sizin yanınızda olan sizin yanınızda bir dənə yaxınınz, dostunuz, qohumunuz yox idi. Hər işinizi mən yoluna qoyurdum, heç onda demirdiz sən Adilin tayısan..Əşşi..zaman dəyişir, insanlar dəyişir..Həqiqətən mən sizi tanımamışam..Mən sizi özümə yaxın bilmişəm istəmişəm, amma o deyilmiş...Mənə bir yaxın xalam imiş..Siz onun dərəcə heç 1 faiz deyilmiş.. Lazım deyil mənimlə kobud danışmaq..Sizə kim belə qaz verir, kim belə məsləhət verir getsin öz işi ilə məşğul olsun. Bir də ki mənim sizin malınızda, mülkinizdə, pulunuzda gözüm olsaydı, mənim adıma olan , sizə məxsus olan maşını da heç verməzdim. Başa düşdüz? Sizin maşınınızı mənim adıma idi amma verdim niyə sizin idi deyə Lazım deyil mənimlə belə danışmaq” Eyni qovluqda “Məzahir cavab 1” adlı faylda olan audio-yazıda aşağıdakı ifadələr yer alır :”Elnur salam...Mən səni özümə yaxın bilmişəm, oğul əvəzi bilmişəm. Ona görə də sənə etibarnamə verdim. Amma sən mənə demədin ki..sən məni aldatmısan. Sən mənə deysəydin ki, “evi öz adıma keçirəcəm, ipoteka götürəcəm” mən razı olmazdım. Sən mənə bunu deməmisən. Bəli, aldatmısan məni. İnanmıram mən sənə..Mənə heç kim məsləhət vermir. Səni özümünki bilmişəm..Özün də çətin vəziyyətə düşmüsən..Kvartirant yox, sata da bilmirəm. Neyləyim bəs? Sənin nə ixtiyarın var saxtakarlıq eləmisən ipoteka götürmüsən...Sən dedin girov qoyacam pul götürəcəm. Maşın da sənin adına alınmalı deyildi, xalanın adına alınmalı idi..Xalanla nəsə işbirliyi qurmuşduz..Elə yekə yekə danışırsan ki..Məni aldatmağın bəs deyil..utanmır..mən demədim mən sənə sənəd verim sən ondan sui-istifadə et..ona da stop qoydurmuşam..Şəhladan sonra o ev mənə lazım deyil, gözümdən düşdü..Bəli, satıram mən o evi..Mənim əmlakımdı özüm bilərəm, satıb başqa yerdə alaram..Adildən nə fərqin var? Orda yenə az pulum qalıb burda 120000-lik əmlakımdı..Yekə oğlansan, eləmisən səhv, nə eləmisənsə, düzəliş elə..Xalan mən “dobro” verməsəydim xalan kimiydiki? Sənə yaxşılıqları mənimlə bir yerdə eləmişik...Vəsait mənim vəsaitim idi..Xalan nə işləyirdi ki? Nə qazanırdıki?Nə eləmişiksə mənim pulumla edilib..O deyəndə mən də etiraz eləməmişəm, çünki onu çox istəyirdim..Sən nə etmisən ki mənə? ”Smestitel” xarab olub, dəyişmisən bir dəfə onu mənim başıma taqqıldadırsan? Sənin altında maşın vermişəm e mən..ortaya çıxartmışam.. qalmışdın piyada” Eyni qovluqda “Məzahir 1 cavab 2” adlı faylda olan audio-yazıda aşağıdakı ifadələr yer alır: “Maşını da vermirdin də, fors eləyirdin..Yadından çıxıb?Vermək istəmirdin. Məni aldatmışdız. İkiniz birləşib sənin adına “oformit” eləmişdiz...Vermək istəmirdin, çətinliklə aldım öz əmlakımı səndən, yadından çıxıb? Mənim yadımdan çıxmayıb” Eyni qovluqda “Elnur 2” adlı faylda olan audio-yazıda aşağıdakı ifadələr yer alır: “Doktor belə danışmayın..Siz yetəri qədər Şəhlanın “şotuna” pul qazanıbsız..Yetəri qədər mənim Yaqut xalamın puluna pul fırladıb pul qazanmısız, yetəri qədər də istifadə eləmisiz bütün bizim nəslimizdən içi mən qarışıq..İndi mənnən belə danışmayın..Zaten onsuzda həyatım boğazım xirtdəyimə yığılıb hər şey, bütün həyatımdakı hər şey altüst gedir..siz də mənim beynimi belə şey eləməyin...başa düşdüz?Lənət şeytana...ee danışırsız..Satırsan?Neçəyə satırsan?Neçəyə almısan? 76-ya almamısan? Gəl oturaq danışaq pulunu götür. Başa düşdün?Mən tapıb sənin pulunu verəcəm. Eyni qovluqda “Məzahir cavab 2” adlı faylda olan audio-yazıda aşağıdakı ifadələr yer alır: “Heç kimin hesabına pul qazanmamışam..Öz halal zəhmətimlə pul qazanmışam.Nə rəhmətlik Şəhlanın hesabına, nə də sənin. Şəhla nə edirdi ki? Sələmə pul verirdi? Məndən qabaq olub o. Mənə ərə gələndən sonra ona yol verməmişəm. Bu bir. Sonradakı neçəyə sataram özüm bilərəm. Nə 76? Nə qədər xərc çəkmişəm. Elə 1000 manat cam balkona vermişəm. Axırıncı “perestroyka” da 1000 manat verilib, 3 otaqlıya düzəltmişəm, mebel alınıb... Nə 76, 120000-dən aşağı satmıram. Neçəyə sataram özüm bilərəm. Pul da inflasiya olunub. Xirtdəyə yığılmısan cəhənnəmə yığılmısan. Neçəyə sataram özüm bilərəm..sənədləri qaydasına sal”... Mülki işə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X13 arasında nikah xx.xx.2005-ci il tarixdə Ucar rayon qeydiyyat şöbəsində 151 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, birgə nikah dövründə ünvan 1ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil alınmış və sonuncunun adına xx.xx.2021-ci il tarixdə 1588 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Göstərilən mənzildən başqa X1 öldüyü tarixdə, iddiaçı ilə birgə nikah dövründə Bakı şəhərində əldə etdiyi digər daşınmaz əmlakları - Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 132, mənzil 44 mövcud olmuşdur. X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşin materiallarından görünür ki, həyat yoldaşının vəfatından sonra iddiaçı arvadından qalmış miras əmlaklarla bağlı vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün mərhumun bacısı oğlu - Cavabdeh2 Ucar rayon notariat ofisində verilmiş xx.xx.2023-cü il tarixli mülki etibarnamə əsasında müvafiq səlahiyyətlər etibar edilmişdir. Cavabdeh2 bu etibarnamə əsasında, iddiaçının səlahiyyətli nümayəndəsi qismində Bakı 53 saylı Notariat ofisinə xx.xx.2023-cu il tarixdə müraciət edərək göstərilən əmlaklardan yalnız Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132, mənzil 44-ə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, notariat ofisinə verdiyi ərizədə mərhumun İddiaçı başqa vərəsəsinin olmadığını, mərhumun mirasını qəbul etmiş tək vərəsənin iddiaçının olduğu, ondan başqa mirası qəbul edən vərəsənin olmadığını göstərmişdir. Bakı 53 saylı Notariat ofisi tərəfindən sözügedən 2 mənzil üzrə (V-44/2023 nömrəli vəsərəslik işi uzrə) verilmiş xx.xx.2023-cu tarxili 2V-146 reyestr və xx.xx.2023-cu tarxili 2V-147 reyestr saylı «qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»ləri əsasında İddiaçı göstərilən mənzillərə münasibətdə qanun uzrə vərəsəliyi tanınmışdır. İddiaçı tərəfin izahatlarından görünür ki, həmin mənzillərə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dovlət reyestrində qeydə alınması və sonrakı tarixlərdə üçüncü şəxslərə satılması da iddiaçının etibarnaməsi əsasında yenə Cavabdeh2 tərəfindən təmin edilmişdir. İddiaçı tərəfin iddiasının dəlillərinə əsasən cavabdeh tərəfindən vərəsəlik işi acılmış notariusa mübahisəli olan Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov kücəsi, 24 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cu blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində hec bir məlumat verilməmişdir. Cavabdeh iddiaçıya müraciət edərək ev alması ilə əlaqədar mübahisəli mənzilin girova qoyulması ücün ondan komək istəmişdir. Hələ mərhum həyat yoldaşının yaşadığı dövrdən kecən müddətdə aralarında yaranmış mehriban qohumluq munasibətlərinə və sonrakı dövrdəki cavabdehdə yaratdığı inam və etibara güvənərək, iddiaçı bu xahişlə razılaşmış və ona komək edəcəyini bildirmiş, cavabdehin xahişi ilə Bakı 11 saylı notariat ofisinə gedib ona təqdim olunan ərizəyə imza etmişdir. 2024-cu ilin dekabr ayında İddiaçı mənzilin yerləşdiyi binanı inşa etmiş Cavabdeh1 MTK-nın ofisində olarkən mənzilin Cavabdeh2 adına rəsmiləşdirildiyi bildirilmiş və əsas kimi yuxarıda qeyd olunan ərizə gostərilmişdir. Bununla bağlı cavabdehə iradlarını bildirərək evin adına keçirilməsindən narazılığını ifadə etmiş və bu mübahisə aralarında olan telefon danışığı zamanı qeydə alınmışdır. Cavabdeh tərəf isə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzili üzrə Cavabdeh1 ilə X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin yalan əqd olmasını, əslində, həqiqətdə xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmasını, həmin müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilinin dəyəri cavabdeh tərəfindən öz hesabına Cavabdeh1 MTK-ya tam şəkildə ödənilməsini, qeyd olunan müqavilədə payçı qismində formal olaraq Ş.Ə.İsmayılovanın adının qeyd olunmasını, sözügedən mənzil ilə əlaqədar bütün danışıqların yalnız cavabdehlə aparılmasını və bu vasitəçilik xidmətləri barədə cavabdehlə müqavilə bağlamasını göstərmişdir. Cavabdeh tərəf bununla bağlı mövqeyini davam etdirərək əlavə olaraq göstərmişdir ki, mərhum Şəhla İsmayılova cavabdehin doğma xalasıdır, İddiaçı ilə X1 birgə nikahından uşaqları olmadıqları üçün Cavabdeh2 onlara oğul əvəzi olmuş və o, həmin ailənin bir üzvü hesab edilmişdir. Bu baxımdan xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilədə payçı qismində formal olaraq xalası və ailənin bir üzvü olan X6 adı qeyd olunmuşdur. Ş.Ə.İsmayılovanın vəfatından sonra cavabdeh iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçının nümayəndəsi kimi Şəhla İsmayılovanın mülkiyyətində olan iki mənzili vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilməsini təmin etmiş, iddiaçı da öz növbəsində yalan əqd olan xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin payçı qismində həqiqi tərəfi olan cavabdehin adına rəsmiləşdirilməsi üçün Cavabdeh1 MTK-ya 01 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi ünvanlamışdır. Bu razılıq ərizəsi əsasında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında nömrəsi (xx.xx.2021-ci il tarixli müqavilənin nömrəsi ilə) eyni “1588” olan xx.xx.2024-cü il tarixli həqiqi müqavilə bağlanmış və həmin mənzilin dəyərinin cavabdehin ödədiyi barədə Cavabdeh1 MTK tərəfindən cavabdehin adına maliyyə arayışı verilmişdir. Odur ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzili üzrə yalan əqd olan xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin payçı qismində həqiqi tərəfi göstərmişlər. Hazırda iddiaçı tərəf Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini və mənzilin Cavabdeh2 qanunsuz sahibliyindən məcburi qaydada alınaraq İddiaçı verilməli olmasını iddia edir. Məhkəmə iddia tələbləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, bu qəbildən olan mübahisələrin düzgün həlli üçün maddi hüquq normasının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə iddiaçı tərəfin dəlillərinə qiymət verərək iddianın mübahisəli mənzilin İddiaçı verilməsi hissəsi istisna olmaqla aşağıdakı əsaslara görə digər hissələr üzrə irəli sürülən arqumentlərinin işin digər araşdırılmış halları ilə uzlaşdığı üçün əsaslı olması qənaətinə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının mərhumə ilə nikah dövründə övladları olmamış və sonuncunun bacısı oğlu olan cavabdehlə ailədaxili mehriban və səmimi münasibətləri olmuşdur. Təsadüfi deyildir ki, mərhumənin ölümündən sonra iddiaçı onunla nikah dövründə əldə etdiyi əmlaklara vərəsəlik hüquqlarını rəsmiləşdirmək üçün cavabdehə müvafiq etibarnamə vermiş, mülkiyyət hüquqlarını əldə etdikdən sonra yenə də onun vasitəsilə onlar üzərində sərəncam belə vermişdir. Lakin iddiaçı mübahisəli mənzillə bağlı MTK-ya cavabdehin mənafeyi üçün verdiyi ərizənin notariat təsdiqi olmasına baxmayaraq məzmununu təsdiq etməyərək həmin evin arvadından adından cavabdehin adına rəsmiləşdirilməsinin onun iradə ifadə olmamasını göstərmişdir. Cavabdeh tərəf iddiaçının göstərilən notarial qaydada təsdiq edilmiş ərizənin mübahisəli evin mərhumənin adına olmasına baxmayaraq cavabdehin öz şəxsi vəsaiti hesabına əldə etməsi barədə məlumatlı olmasını, rəsmiləşdirmə üçün təklif edilən kimi etiraz etmədən qeyd edilən ərizəni verməsini göstərsə də məhkəmə qeyd edir ki, cavabdeh tərəf ilk növbədə «Şərur” Mənzil-Tikinti Kooperativi ilə X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin yalan əqd olmaqla həmin əqdin əhəmiyyətsiz olmasını sübut edən tutarlı və mötəbər dəlillər irəli sürməmişlər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin həqiqətən də xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanması, həmin müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilinin dəyərinin də Cavabdeh2 tərəfindən öz hesabına tam şəkildə ödənilməsi, qeyd olunan müqavilədə payçı qismində formal olaraq Ş.Ə.İsmayılovanın adının qeyd olunmasına dair göstərdikləri subyektiv mülahizədən başqa bir şey olmamışdır. Belə ki, iddiaçı bu halları inkar edir və mərhumə ilə nikah dövründə əldə etdikləri bütün əmlakı, hətta mübahisəli mənzili də birgə nikah dövründə öz vəsaiti hesabına əldə etməsini göstərir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfin mənzilin əldə edilməsinə dair təqdim etdiyi beh müqaviləsində cavabdehin adının göstərilməsi və mənzilin əldə edilməsində vasitəçi rolunda iştirak etmiş şahid qismində ifadə vermiş şəxslərin ifadələrinin məzmunu da iddianın əsassız olmasını təsdiq etmir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanünvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin təqdim etdiyi şahid ifadələri məhz onun maraq və mənafeyi baxımından verilən ifadələr olduğu üçün sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə beh müqaviləsində göstərilən 1000 manat məbləğlə bağlı onun cavabdeh tərəfindən verilməsinin göstərilməsi halı da mənzilin qalan dəyərinin də məhz onun tərəfindən ödənilməsinə təsdiq etmir. İddiaçı tərəf mənzilə görə ödənilmiş 76000 manatın özünün tərəfindən ödənilməsinin cavabdeh tərəfindən etiraf edilməsinə dair aralarında olan telefon danışığının səs yazısını təqdim etmişdir. Həmin səs yazısının məzmunu aşağıdakı kimidir: “.... zatən həyatım boğazıma, xirtdəyimə yığılıb hər şey, bütün həyatımda hər şey alt-üst gedir, siz də mənim beynimi belə şey eləməyin, alt-üst etməyin, başa düşdüz?!” “Lənət şeytana eyy, satırsız?! Neçəyə satırsız?! Neçəyə almısan?! 76-ya almamısan? Gəl oturaq danışaq, pulunu götür. Başa düşdün?! Mən tapıb sənin pulunu verəcəyəm.” Cavabdeh tərəfin qeyd edilən halla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə həyatında ilk dəfə qanuni nikaha daxil olmuş, onun övladı dünyaya gəlməmişdən əvvəlki dövrlərdən başlayaraq (övladı xx.xx.2024-cü il tarixdə anadan olmuşdur) həyat yoldaşı ilə münaqişəli bir həyat yaşadığı vaxtlarda Cavabdeh2 həmin səs yazısını iddiaçıya göndərmişdir (hazırda isə Cavabdeh2 şəxsi ailə həyatında məhkəmə qaydasında boşanma mərhələsindədir). Bundan başqa mərhum Ş.Ə.İsmayılovanın adına olan vərəsəlik qaydasında iddiaçının adına keçmiş başqa mənzili iddiaçının Cavabdeh2 vasitəsilə satdırması və Cavabdeh2 ayrı-ayrı vaxtlarda borc pullar alması iddiaçının aşırı xərclərinin olduğunu göstərir. Eyni zamanda, iddiaçı tərəfin təqdim etdiyi digər səs yazılarından da göründüyü kimi, sözügedən mənzil əvvəllər formal olaraq X6 adına rəsmiləşdirildiyi üçün iddiaçı davamlı olaraq Cavabdeh2 zəng edir, onu gərəksiz narahat edir və bütün bunlar Cavabdeh2 əlavə psixolojik yorğunluq verir. Beləliklə, Cavabdeh2 aşırı daxili boşluq və psixoloji yorğunluq vəziyyətdə qeyd edilən sözləri söyləmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektləri “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə görə məhkəmə qərarı əsasında telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarı»nda göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birilərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konstitusiya məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyi rəhbər tutaraq qeyd edir ki, iddiaçının nümayəndəsinin təqdim edilmiş səs yazısı sübut növu kimi qiymətləndirilməlidir. Belə ki, hər hansı şəxslə olan hüquqi münasibəti məhkəmədə münahisələndirilərkən, həmin mübahisədə iddianı sübut edə biləcək həmin şəxslə olan hər hansı yazışma, telefon səsi yazısı və s. məhkəməyə sübut kimi təqdim edilə bilər və bu zaman həmin şəxsi bu barədə (telefon danışığının qeydə alındığı barədə) əvvəlcədən xəbərdarlıq etməyə ehtiyac olmadığı üçün bu sübut qanunu pozmaqla əldə edilmiş sübut kimi dəyərləndirə bilməz. Çünki həmin telefon danışığı da tərəflər arasında olmuş, hazırki mübahisə də məhz onlar arasındadır və onların aralarında mövcud olmuş münasibətlər və baş vermiş bütün danışıqlar bir-biriləri üçün sirr deyil, tanışdır. Şəxsin iştirak etdiyi söhbəti xüsusi qurğular vasitəsilə qeydə alması və bu yazıdan öz məqsədləri daxilində, yəni borcun etirafı, əqdin pozulmasının ifadə edilməsi və digər məsələlərin təsbiti üçün istifadə etməsi şəxsi toxunulmazlıq hüququnun pozulması kimi təfsir edilə bilməz. Məhkəmə hesab edir ki, təqdim edilən səs yazısı cavabdehin hansı vəziyyətdə olmasında asılı olmayaraq tərəflər arasında mübahisəli evlə əlaqədar onların əsil niyyətlərinin aşkarlanmasının təsdiq edilməsinə kömək edən birbaşa sübut növüdür və ən əsası cavabdeh tərəf həmin danışıqlarda mübahisəli evə dair iddiaçı tərəfin göstərdiyi halların doğru olmamasını təkzib edə bilməmiş, əksinə, evin alması üçün sərf edilən məbləği belə tapıb qaytarmağa hazır olmasını göstərmişdir. Məhkəmə cavabdehin göstərilən danışıq apararkən ailə münasibətləri zəminində aşırı daxili boşluq və psixoloji yorğunluq vəziyyətdə olmasına dair cavabdeh tərəfin bu mövqeyinə tənqidi yanaşır, göstərilənləri faktiki və real olaraq bildirilmiş həqiqəti təkzib etməyə cəhd kimi qiymətləndirir. Belə ki, mənzilə görə əgər iddiaçı 76000 manat ödəmədiyi halda cavabdehin hansı vəziyyətdə olmasında asılı olmayaraq heç kim onu məcbur etmirdi ki, iddiaçıya evin alınmasına görə aldığı məbləği qaytarmağı təklif etsin. Göstərilənlər danışıqlar zamanı cavabdehin hansı vəziyyətdə olmasının önəmli ola bilməməsinə bir daha dəlalət edir. Həmçinin də tərəflərin izahatlarında daha sonra məlum olur ki, cavabdeh istifadəsində olan avtomaşını belə iddiaçının tələbi ilə onun özünə rəsmiləşdirmə yolu ilə qaytarmışdır. Cavabdeh tərəf bu xüsusatla bağlı avtomobilin iddiaçının olduğu üçün onun tələbi ilə qaytarmasını, lakin mənzilin aid olmadığı üçün qaytarmalı olmamasını xüsusilə vurğulasa da, məhkəmə hesab edir ki, avtomaşının qaytarılması faktının mövcudluğu belə mübahisəli evin cavabdehə məxsus olmaqla onun adına rəsmiləşdirilməsində iddiaçının iradə ifadəsinin olmasının təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə eyni zamanda mübahisəli mənzilin cavabdehin adına rəsmiləşdirilməsinin də qanünvericiliyin tələblərinə uyğun olmamasını qeyd edir. Belə ki, işin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 miras əmlakına münasibətdə vərəsəlik işi açılarkən bu mübahisəli mənzilə aid olmamışdır. Başqa sözlə, mübahisəli mənzillə bağlı mərhumənin MTK ilə aralarında müvafiq müqaviləsi olsa da, dövlət reyestrindən mülkiyyət kimi qeydiyyata alınmamışdır. Lakin hər bir halda məhkəmə hesab edir ki, bu mərhumənin sağlığında iddiaçı ilə birgə nikah dövründə əldə etdiyi birgə əmlak olmaqla onun gözlənilən mülkiyyət hüquqları mövcud olmuşdur. X6 vəfatından sonra həmin mənzilin miras kütləsinə daxil olmamasının səbəbi qeyd edildiyi kimi əmlakın reyestrdə qeydə alınmaması olmuşdur. Məhkəmə qeyd edir ki, onun ölümü isə adından bağlanmış müqavilənin ləğvinə əsas vermir və nikah dövründə əldə edilmiş birgə əmlak olmasına baxmayaraq mənzillə bağlı bütün hüquq və vəzifələr yalnız vərəsəlik hüququ baxımından müvafiq rəsmiləşdirmə əsasında iddiaçıya keçə bilər. Lakin işin materiallarından görünür ki, iddiaçı bu rəsmiləşdirmələri həyata keçirmədən birbaşa olaraq mənzilə dair notarial qaydada verdiyi ərizədə arvadı X6 MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli 1588 saylı müqavilənin pozulması ilə əladəqar qanünvericiliyə və MTK Nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmişdir. Yuxarıda qeyd edildiyi kimi şəxsin ölümü onunla bağlanmış müqavilənin ləğvinə əsas vermir, yəni, MTK vərəsəlik hüququnu rəsmiləşdirməyən şəxsin ərizəsi ilə nikahda olmuş arvadının adına olan müqavilənin pozulmasını həyata keçirə bilməzdi. Bundan əlavə, məhkəmə hesab edir ki, arvadının adına olan müqavilənin pozulmasını xahiş etməyə səlahiyyəti olmayan iddiaçının həmin mənzili də özünün mülahizəsinə görə ərizədə adını qeyd etdiyi şəxsin, yəni, Cavabdeh2 adına rəsmiləşdirilməsinə etirazının olmamasının göstərməsi də əhəmiyyətsiz olmuşdur. Belə ki, hər iki halda iddiaçının buna subyektiv hüququ olmamış və Cavabdeh1 MTK da öz növbəsində iddiaçının qeyd edilən ərizəsi əsasında X6 MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli 1588 saylı müqavilənin pozmaqla tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində cavabdehlər Cavabdeh2 ilə xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə bağlamaqla və mənzilə görə heç bir ödəniş etmədiyi halda sonuncunun adına həmin muqavilə əsasında maliyyə arayışı verməkdə haqlı olmamışdır. Beləliklə də məhkəmə hesab edir ki, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı qanünvericiliyin tələbləri baxımından düzgün bağlanmadığı və verildiyi üçün etibarsızdırlar, eləcə də mübahisəli mənzil hazırda Cavabdeh2 qanunsuz sahibliyindədir. Məhkəmə bu qənaətə gələrkən mübahisəli mənzilin nikah dövründə əldə edilmiş birgə əmlak olmaqla mənzillə bağlı bütün hüquqların yalnız vərəsəlik hüququ baxımından müvafiq rəsmiləşdirmə əsasında üstnlük hüququnun bütünlükdə iddiaçıya aid olmasını mütləq olaraq nəzərə alır və eyni zamanda hesab edir ki, iddiaçı mənzilin Cavabdeh2 qanunsuz sahibliyindən məcburi qaydada alınması tələbini irəli sürməkdə haqlı olsa da hazırki mövcud vəziyyətdə mənzilin ona verilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, həmin mənzilin onunla mərhum arvadının birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz halı olsa da, mənzilin ona təhvil verilməsi yalnız hüquqverici sənədlərin (vərəsəlik şəhadətnaməsi və ya onun əsasında verilmiş müvafiq çıxarış) qarşılığında həyata keçirilə bilər. Buna görə də məhkəmə iddiaının mənzilin İddiaçı verilməsi hissəsi istisna olmaqla digər hissələrdə əsaslı olduğu üçün təmin ediməsi nəticəsinə gəlir. Məhkəmə cavabdeh tərəfin iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmamasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, mübahisə predmeti olan mənzil mərhumə X13 ilə iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakı olduğu və iddiaçının notarial qaydada verdiyi ərizə cavabdehin adına müqavilə rəsmiləşdirilməsinə əsas olduğu üçün, eləcə də iddiaçının vərəsəlik hüquqlarını rəsmiləşdirmədən, başqa sözlə buna hüququ olmadan qeyd ərizəni verdiyindən, ən əsası ərizədə göstərilənlərin onun iradə ifadəsinə uyğun olmamasını iddia etdiyindən o, hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olmuşdur. Məhkəmə bu qənaətə gələrkən, həmçinin də mənzilin cavabdehin tərəfindən əldə edilməklə formal olaraq mərhumənin adına rəsmiləşdirməsi kimi halların da öz təsdiqini tapmamasını da nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanünvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cu blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzilin Cavabdeh2 qanunsuz sahibliyindən məcburi qaydada alınmalı (çıxarılmalı), iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş maliyyə arayışı etibarsız hesab edilsinlər. ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cu blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzili Cavabdeh2 qanunsuz sahibliyindən məcburi qaydada alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1491/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1491/2025
14.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver