Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1518/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İş № 2(005)-1518/2022 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ 11 may 2022-ci il Bakı şəhəri Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Qafqaz" MTK-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “Qafqaz" MTK-ya qarşı “sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “Qafqaz" MTK-ya qarşı “sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi tərəfindən MTK üzvlərinin ümumi yığıncağının iclas protokulundan iddiaçıların hər birinə aid təsdiq edilmiş çıxarışın, iddiaçıların hər birinə aid pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışının verilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzini cavabdehdən tutularaq, iddiaçılara ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçılar, Cavabdeh MTK-nın payçılarıdır. Müqavilə üzrə razılaşdırılmış pay haqqını tam ödəmiş, artıq bir-neçə ildir ki, mənzillərində yaşayırlar. Buna baxmayaraq, cavabdeh mülkiyyət hüquqlarını rəsmiləşdirməyə imkan vermir, yəni pay haqqı üzrə borcun olmamasına dair arayışı və iclas protokolundan çıxarışı verməkdən imtina edir. Mülkiyyət hüququnun qeydiyyatına mane olmaqla cavabdeh onları bu məsələyə aid olmayan kommunal və sayğac üzrə pul ödənişləri etməyə məcbur etmək istəyir. Cavabdehin göstərdiyi dəlillər həm əsassızdır (çünki pay haqq üzrə hesablaşmaya ümumiyyətlə aid deyildirlər, yaranma mənbəyi mötəbər deyildir), həm də qanunsuzdur. Bakı Şəhər İcra Hakimiyyətinin 52 nömrəli 04.03.2005-ci il tarixli sərəncamı ilə "Qafqaz” MTK-ya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Sərəncamda yaşayış binasının tikintisinin "Qafqaz” MTK üzvlərinin vəsaitləri hesabına həyata keçiriləcəyi qeyd edilmişdir. İddiaçılar aşağıdakı qaydada həmin yaşayış kompleksində mənzil almışlar: 1) İddiaçı4- 06.03.2014 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində bina 1-də 62 nömrəli mənzili almışdır. Həmin müqavilənin 3.1-ci bəndində mənzilin ümumi dəyəri 108.927 (yüz səkkiz min doqquz yüz iyirmi yeddi) manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş pay haqqını cavabdehin ******************** nömrəli bank hesabına tam ödəmişdir. Ödəniş 07.03.2014 il tarixli FJB **********876 nömrəli mədaxil qəbzi ilə təsdiq edilir. Cavabdeh həmin mənzil iddiaçıya yaşayış üçün təhvil vermişdir. 2) İddiaçı3 - 16.09.2013 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində bina 1-də 17 nömrəli mənzili almışdır. Həmin müqavilənin 3.1-ci bəndində mənzilin ümumi dəyəri 75.123 (yetmiş beş min yüz iyirmi üç) manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş pay haqqını cavabdehin ******************** nömrəli bank hesabına tam ödəmişdir. Ödəniş 23.09.2013 il tarixli FJB **********761 nömrəli mədaxil qəbzi ilə təsdiq edilir. Cavabdeh həmin mənzil iddiaçıya yaşayış üçün təhvil vermişdir. 3) İddiaçı1 - 19.09.2012 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində 15 nömrəli mənzili almışdır. Həmin müqavilənin 5.1-ci bəndində mənzilin ümumi dəyəri 69.113 (altmış doqquz min yüz on üç) manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş pay haqqını cavabdehin ******************** nömrəli bank hesabına tam ödəmişdir. Ödəniş 21.09.2012 il tarixli FJB **********849 və FJB **********868 nömrəli mədaxil qəbzləri ilə təsdiq edilir. Cavabdeh həmin mənzil iddiaçıya yaşayış üçün təhvil vermişdir. 4) İddiaçı2-24.10.2013 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində 43 nömrəli mənzili almışdır. Həmin müqavilənin 5.1-ci bəndində mənzilin ümumi dəyəri 71.877 (yetmiş bir min səkkiz yüz yetmiş yeddi) manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş pay haqqını cavabdehin ******************** nömrəli bank hesabına tam ödəmişdir. Ödəniş 21.09.2012 il tarixli FJB **********849 və FJB **********868 nömrəli mədaxil qəbzləri ilə təsdiq edilir. Cavabdeh həmin mənzil iddiaçıya yaşayış üçün təhvil vermişdir. İddiaçılar müxtəlif vaxtlarda Cavabdehə müraciət etsələr də, sonuncu mənzillərə dair mülkiyyət hüququnu rəsmiləşdirilməsi üçün zəruri sənədləri verməkdən imtina etmişdir. Sonuncu dəfə 05.01.2022-ci il tarixdə yazılı qaydada müraciətə də cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Qafqaz" MTK-nın nümayəndəsi X3 iddia tələbi ilə razı olmadığını, əsassız olduğu üçün rədd olunmasını xahiş etmiş, iddiaya dair yazılı etirazını təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Payçı” İddiaçı2 ilə “İcraçı” Cavabdeh MTK-nın sədri Fərhad İbrahimov arasında bağlanmış 24.10.2013-cü il tarixli müqavilədən görünür ki, “İcraçı” mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi - 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 3-cü binanın 10-cu mərtəbəsində öz materiallarından, öz gücü və vəsaiti hesabına «Payçı» üçün ümumi sahəsi 92,15 kv.metr olan, biri birindən tam təcrid edilmiş 2 otaqdan ibarət daxili arakəsmələrin, qiriş dəmir seyf qapısını qoymuş, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya xətlərinin çəkilmiş, pəncərələrini qoymuş, divarların suvaqlanmış vəziyyətdə olan 43 nömrəli mənzili (bundan sonra «Mənzil») «Payçı»ya verməlidir (2.1-ci b). Müqavilə üzrə mənzilin ümumi dəyəri 71877 manat müəyyən edilmişdir. “Payçı” İddiaçı1 ilə “İcraçı” Cavabdeh MTK-nın sədri Fərhad İbrahimov arasında bağlanmış 19.09.2012-ci il tarixli müqavilədən görünür ki, Müqavilənin «1.1.» bəndində göstərilənə əsaslanaraq Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 65, 1990-ci məhəllədə yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksinin binanın,3 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 92.15 kv.metr təşkil edən 2 otaqlı, 15 saylı mənzil «Kooperativ» «Payçı»-ya (mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməyə öz öhdələrinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 69113 manat müəyyən edilmişdir. 21.09.2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh MTK-nın bank hesabına 69113 manat köçürülmüşdür. “Payçı” İddiaçı4 ilə “İcraçı” Cavabdeh MTK-nın sədri Fərhad İbrahimov arasında bağlanmış 06.03.2014-cü il tarixli müqavilədən görünür ki, «İcraçı» mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi - 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 1-ci binanın 9-cı mərtəbəsində öz materiallarından, öz gücü və vəsaiti hesabına «Payçı» üçün ümumi sahəsi 121,03 kv.metr olan, biri birindən tam təcrid edilmiş 3 otaqdan ibarət daxili arakəsmələrin, qiriş dəmir seyf qapısını qoymuş, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya xətlərinin çəkilmiş, pəncərələrini qoymuş, divarların suvaqlanmış vəziyyətdə olan 62 nömrəli mənzili (bundan sonra «Mənzil») «Payçı»ya verməlidir (2.1 b). Bu Müqaviləyə əsasən «İcraçı» tərəfindən icra ediləcək tikinti işlərinin bir kv. metrinin dəyəri 900 (doqquz yüz ) AZN, ümumi dəyəri isə 108927 ( yüz səkkiz min doqquz yüz iyirmi yeddi) AZN məbləğində müəyyən edilir (3.1-ci b). “Payçı” İddiaçı3 ilə “İcraçı” Cavabdeh MTK-nın sədri Fərhad İbrahimov arasında bağlanmış 16.09.2013-cü il tarixli müqavilədən görünür ki, «İcraçı» mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi - 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 1-ci binanın 3-cü mərtəbəsində öz materiallarından, öz gücü və vəsaiti hesabına «Payçı» üçün ümumi sahəsi 88,38 kv.metr olan, biri birindən tam təcrid edilmiş 2 otaqdan ibarət daxili arakəsmələrin, qiriş dəmir seyf qapısını qoymuş, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya xətlərinin çəkilmiş, pəncərələrini qoymuş, divarların suvaqlanmış vəziyyətdə olan 62 nömrəli mənzili (bundan sonra «Mənzil») «Payçı»ya verməlidir (2.1 b). Bu Müqaviləyə əsasən «İcraçı» tərəfindən icra ediləcək tikinti işlərinin bir kv. metrinin dəyəri 850 (səkkiz yüz əlli) AZN, ümumi dəyəri isə 75123 ( yetmiş beş min yüz iyirmi üç) AZN məbləğində müəyyən edilir (3.1-ci b). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "Qafqaz” Mənzil-Tikinti Kooperativikooperativ ilə İddiaçı4 arasında 06.03.2014 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində bina 1-də 62 nömrəli mənzilə dair, İddiaçı3 arasında 16.09.2013 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində bina 1-də 17 nömrəli mənzilə dair, İddiaçı1 arasında 19.09.2012 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində 15 nömrəli mənzilə dair, İddiaçı2 arasında 24.10.2013 il tarixli müqaviləyə əsasən cavabdehdən ünvan 1 ünvandakı yaşayış kompleksində 43 nömrəli mənzilə dair müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən məzillərin pay dəyəri tam ödənildikdən sonra inşa edilmiş mənzillər iddiaçıların istismarına verilmişdir. Hazırda iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 "Qafqaz” Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi tərəfindən MTK üzvlərinin ümumi yığıncağının iclas protokulundan iddiaçıların hər birinə aid təsdiq edilmiş çıxarışın, iddiaçıların hər birinə aid pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışının verilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzini cavabdehdən tutularaq, iddiaçılara ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, cavabdeh "Qafqaz” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksində yerləşən barəsində tərəflər arasında müqavilə mövcud olan mənzillər iddiaçıların faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzillərə dair mülkiyyət hüququ ilə bağlı gözlənti vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, eyni zamanda cavabdeh kooperativ iddiaçı şəxslərin müqavilələr üzrə dəyərini tam ödədiyi mənzillərə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan MTK ilə iddiaçılar arasında bağlanmış, təsdiq olunmuş müqavilələrə dair maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokollarını təqdim etməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 verməli olduğu mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan MTK ilə iddiaçı arasında bağlanmış, təsdiq olunmuş müqavilələrə dair maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokollarını təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 MTK üzvlərinin ümumi yığıncağının iclas protokulundan təsdiq edilmiş çıxarışın və pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyi cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh "Qafqaz” MTK-dan tutularaq iddiaçılara ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 MTK üzvlərinin ümumi yığıncağının iclas protokulundan təsdiq edilmiş çıxarışın və pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışının verilməsi öhdəliyi cavabdeh "Qafqaz” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh "Qafqaz” MTK-dan tutularaq iddiaçılara ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1518/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1518/2022
11.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver