Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1550/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X14 oglunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili-Vəkil1 İddiaçının nümayəndəsi X2 Cavabdeh3 oglunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “qiymətləndirmə hesabatının hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “qiymətləndirmə hesabatının hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-3513 nömrəli, 28 mart 2019-cu il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli 53 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, həmin əmlakın Cavabdeh3 tərəfindən əldə edilməsinə dair Hərrac Mərkəzi Cavabdeh2 06/01 nömrəli 18 yanvar 2021-ci il tarixli Hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Cavabdeh3 adına müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpası ilə bağlı müvafiq qeydlərin aparılması və ona bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsi, müvafiq qətnamənin İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyatının bərpasına dair müvafiq qeydlər aparılması üçün əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-3513 nömrəli, 28 mart 2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin likvid qiymətinin müəyyən edilməsi məqsədi ilə Cavabdeh1nə 22 iyul 2020-ci il tarixdə qiymətləndirmə xidmətlərinin göstərilməsinə dair sifariş verilmişdir. Cavabdeh1 tərəfindən naməlum şəraitdə, formal əsaslarla, qeyri-peşəkarlıqla, onun iştirakı və xəbəri olmadan aparılmış qiymətləndirmə nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair sonuncu tərəfindən 25 avqust 2020-ci il tarixli 53 nömrəli hesabat tərtib olunmuş və həmin qiymətləndirmə hesabatına əsasən əmlakın likvid qiyməti 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin qiymətlədirilməsinə dair Cavabdeh1 tərəfindən tərtib olunmuş 25 avqust 2020ci il tarixli 53 nömrəli hesabat qiymətləndirmə standartlarına, qiymətləndirmə prosesinə dair normativlərə, müvafiq qanunvericilik massivinin tələblərinə, maddi və prosessual hüquq normalarının pozulması ilə tərtib olunduğundan ləğv edilməli və həmin əmlak yenidən qiymətləndirilməlidir. Belə ki, qiymətləndirmə hesabatının məzmunundan göründüyü kimi, hesabat formal şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Eyni zamanda, Cavabdeh1 mübahisəli qiymətləndirmə hesabatı tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında” 6 nömrəli, 04 yanvar 2001ci il tarixli qərarının 2.1-ci maddəsində göstərilmiş malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən istifadə edilməli olan məlumat mənbələrindən heç birindən istifadə edilməmişdir. Cavabdeh1 mübahisəli qiymətləndirmə hesabatından göründüyü kimi, əmlak qiymətləndirilərkən yuxarıda göstərilən məlumat mənbələrindən istifadə olunmamışdır. Başqa sözlə deyilsə, qiymətləndirmə hesabatında qiymətləndirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mülkiyyətçidən müsahibə almamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Eyni zamanda, daşınmaz əmlakların satışı üzrə ixtisaslaşmış elektron səhifələrdə sadə manitorinq apardığı zaman müvafiq ərazilərdə analoji göstəricilərə malik fərdi yaşayış evinin likvid qiyməti hesabatda göstərilən likvid dəyərdən kifayət qədər çoxdur. Həmçinin, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-35B nömrəli 28 mart 2019-cu il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin naməlum vaxtda, naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə, həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyildir. Göründüyü kimi, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-353 nömrəli 28 mart 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı həyata keçirilən icra hərəkətlərinin tərkib hissəsi olan tutmanın yönəldildiyi ipoteka predmetinin qiymətləndirilməsi prosesində borclu və ipoteka qoyan kimi onların iştirakları təmin edilməmiş, bununla da “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində təsbit edilmiş hüquqlarından - icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etməkdən məhrum edilmilər. Başqa sözlə, əmlakın qiymətləndirilməsi prosesi həyata keçirilərkən mülkiyyətçi, borclu və ipoteka qoyan kimi onların iştirakları təmin edilmədiyindən, həmin prosesdə şifahi və yazılı izahatlar vermək, qiymətləndirmə prosesinin gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək hüquqlarını həyata keçirmək mümkün olmamışdır. Hal-hazırda, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-353 nömrəli, 28 mart 2019-cu il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi torpaq sahəsinin real bazar qiyməti Cavabdeh1 tərəfindən tərtib olunmuş mübahisəli qiymətləndirmə hesabatında müəyyən edilmiş qiymətdən xeyli yüksəkdir. Beləliklə, Cavabdeh1 tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri qiymətləndirmə qaydalarına müvafiq təyin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlak qeyri-adekvat qiymətə açıq hərracdan satılmaq üçün sifariş verilmiş və tələbkar tərəfindən likvid qiymətindən də xeyli aşağı qiymətə mənimsənilmişdir. Hazırki halda əşyanın real dəyərindən aşağı qiymətdə hərraca çıxarılması və nəticədə tənasübsüz surətdə aşağı qiymətə satılması müqavilənin zəruri şərti kimi əşyanın qiyməti ilə bağlı Cavabdeh1 qiymətləndirmə hesabatının formal olmasını göstərir. Qeyd edilən bu xüsusatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində nəzərdə tutulmuş müqavilə azadlığı prinsipilə uzlaşmır. Bundan əlavə, əmlakın mülkiyyətçisi iddiaçı olsa da o, həmin torpaq sahəsinin hərracda ilkin satış qiymətinin müəyyən edilməsindən faktiki olaraq kənarlaşdırılmış və onun iradə ifadəsi nəzərə alınmamışdır. İş materiallarından görünür ki, qiymətləndirmə prosesinin həyata keçirilməsində mülkiyyətçinin iştirakı ümumiyyətlə təmin olunmamış, ondan əmlak barədə müsahibə alınmamışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Bakı şəhəri Surxanı Rayon İcra və Probasiya Şöbəsinin müvafiq sifariş məktubuna əsasən qiymətləndiricidən üzərinə tələbin yönəldildiyi əmlakın qiymətləndirməsinə dair qiymətləndirmə rəyi (ekspert rəyi) tələb olunsa da, Cavabdeh1 tərəfindən faktiki olaraq qiymətləndirmə hesabatı təqdim edilmişdir. Halbuki, qiymətləndirmə hesabatı özlüyündə ekspert rəyi deyil, o sadəcə aparılmış qiymətləndirmə prosesinin xronikasını və müvafiq hesablamaları özündə əks etdirən sənəddir. Göründüyü kimi, məhz ekspert rəyi iş üzrə sübut hesab olunur. Həmçinin, mübahisəli qiymətləndirmə hesabatında qiymətləndiricinin Cavabdeh1 rəhbərliyi və ya qiymətləndirici ekspert qrupunun rəhbəri tərəfindən bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar edilməsi barədə hər hansı qeyd mövcud deyildir və ümumiyyətllə qiymətləndiriciyə belə xəbərdarlıq edilməmişdir. Eyni zamanda, Cavabdeh1 mübahəsli qiymətləndirmə hesabatı əsasında müəyyən edilmiş ilkin satış qiyməti əsasında Bakı şəhəri Suraxanı Rayon İcra və X11 Mərkəzi Cavabdeh2nə fərdi yaşayış evinin açıq hərracdan satışına dair 27 noyabr 2020-ci il tarixli sifariş məktubuna əsasən sifariş vermiş, fərdi yaşayış evinin Cavabdeh1 mübahisəli qiymətləndirmə hesabatında müəyyən edilmiş ilkin satış qiyməti 300.000 (üç yüz min) manat qiyməti ilə açıq hərracdan satışa çıxarılmış, keçirilmiş hərraclar baş tutmamış, təkrar hərrac baş tutmadıqdan sonra tələbkar alıcı Cavabdeh3 tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-43.8-ci maddələrinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətinin 25% aşağı qiymətə əldə edilməsi üçün münbit şərait yaradılmış və hərracın yekunları barədə 06/01 nömrəli 18 yanvar 2021-ci il tarixli protokola və həmin tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. Hesab edir ki, Hərrac Mərkəzi Cavabdeh2 tərəfindən tərtib olunmuş 06/01 nömrəli 18 yanvar 2021-ci il tarixli protokola və həmin tarixli alqı-satqı müqaviləsi, eləcə də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarına dair müvafiq çıxarış etibarsız hesab edilməklə ləğv edilməli və həmin əmlak iddiaçı şəxsin mülkiyyətinə qaytarılmalıdır. Belə ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi hər hansı əqdin və əvəzli müqavilənin mühüm şərti qiymətdir. Qeyd edilməlidir ki, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin düzgün müəyyən edilməsinin mühüm hüquqi əhəmiyyəti vardır. Düzgün qiymətləndirmə əmlakın satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini təmin etməklə artıq qalmış vəsaitin ipoteka qoyana qaytarılmasını təmin edir ki, bu da ipoteka qoyanın mülkiyyət hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. İpoteka predmetinin hərracda real bazar dəyərindən kəskin fərqlənən ucuz qiymətə satılması borclunun əmlak vəziyyətini daha da pisləşdirməklə yanaşı hərracın nəticələrini, başqa sözlə alqı-satqı müqaviləsini də şübhə altına alır. Qeyd edilən hüquq normalarının təhlilindən belə nəticə çıxır ki, alqı-satqı müqaviləsində əşyanın qiyməti müqavilənin zəruri şərti kimi çıxış edir. Ona görə də hesab edir ki, Hərrac Mərkəzi Cavabdeh2 tərəfindən tərtib olunmuş 06/01 nömrəli 18 yanvar 2021-ci il tarixli protokola və həmin tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə ləğv edilməli, eləcə də həmin əqdin doğurduğu hüquqi nəticə kimi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarına dair müvafiq çıxarış ləğv edilməli və həmin əmlak iddiaçı şəxsin mülkiyyətinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-3513 nömrəli, 28 mart 2019-cu il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafiıyev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli 53 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabat ləğv edilməli, həmin əmlakın Cavabdeh3 tərəfindən əldə edilməsinə dair Hərrac Mərkəzi Cavabdeh2 06/01 nömrəli, 18 yanvar 2021-ci il tarixli Hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə ləğv edilməli, həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Cavabdeh3 adına verilmiş müvafiq çıxarış ləğv edilməli, həmin əmlak İddiaçı mülkiyyətinə qaytarılmalı, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafiıyev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpası ilə bağlı müvafiq qeydlər aparılmalı və ona bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əmlakın dəyərindən aşağı qiymətləndirildiyini bildirərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsini qəbul etmədiklərini bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin və üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri 14 saylı Notariat kontorunda 28.03.20019-cu il tarixdə 8İ-3513 №- ilə reyestrdə qeyd edilmiş icra qeydijndən görünür ki, o, Bakı şahan 14 saylı notariat ofisinin xüsusi notariusu X7 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir həmin sənədlər üzrə 23.02.1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 (AZE ********, 24/06/2013 - ASAN 1) xeyrinə xx.xx.1991-ci ildə Bakı şaharində anadan olan, ünvan 2 ünvanında qeydiyyatdə olan İddiaçı (AZE İ694C092, 09/01/2C17 - ASAN 4) 26.11.2018-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 222000 manat 00 qəpik (iki yüz iyirmi iki min manat sıfır qəpik) tutulsun. Bundan əlavə təklif edir ki, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu haqqı olmaqla cəmi 222020 mərat 00 qəpik (iki yüz iyirmi iki min iyirmi manat sıfır qəpik) pul tutulsun, həmin icra qeydi 28/03/2019 tarixdə aparılmışdır. Hərracın keçirilməsinə dair 02.12.2020-ci il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə 18C saylı fərdi yaşayış evinə dair açıq auksion formasında hərracın keçirilməsi 24 dekabr 2020-ci il tarixə saat 11:00-17:00-dək növbəlilik əsasında təyin edilmişdir; Hərracın keçirilməsinə dair 29.12.2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə 18C saylı fərdi yaşayış evinə dair açıq auksion formasında hərracın keçirilməsi 11 yanvar 2021-ci il tarixə saat 11:00-17:00-dək növbəlilik əsasında təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 01-07 dekabr 2020-ci il tarixli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə 18C saylı fərdi yaşayış evinin hərracı barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin 12 yanvar 2021-ci il tarixli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə 18C saylı fərdi yaşayış evinin hərracı barədə elan dərc edilmişdir; Cavabdeh1 25 avqust 2020-ci il tarixli 55 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 14 G saylı 0,12 ha torpaq sahəsinin likvid dəyəri 108000 manat təşkil edir. “X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 may 2021-ci il tarixli YDN 025 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə 18C saylı fərdi yaşayış evinin bazar dəyəri 175000 manat, likvid dəyəri 150000 manat manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 14-c ünvanında olan daşınmaz əmlak -012 hektar daşınmaz əmlak kimi bu günə 140000 manat qiymətləndirilir. Cavabdeh1 25 avqust 2020-ci il tarixli 84 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə 18C saylı fərdi yaşayış evinin likvid dəyəri 300000 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 iyul 2021-ci il tarixli ƏEM/İ 89-748/21 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə 18C saylı fərdi yaşayış evinin bazar dəyəri 358500 manat, likvid dəyəri 341.000 manat təşkil edir. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 avqust 2021-ci il tarixli 082/LBC nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə 18C saylı fərdi yaşayış evinin bazar dəyəri 313500 manat, likvid dəyəri 298.000 manat təşkil edir. Cavabdeh2 18.01.2021-ci il tarixli hərracın yekunları barədə 06/01 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, X5 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 4-cü döngədə 18C saylı fərdi yaşayış evi ilkin satış qiyməti 300000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 255000 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 191250 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh3 tərəfindən əldə edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-3513 nömrəli, 28 mart 2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin likvid qiymətinin müəyyən edilməsi məqsədi ilə Cavabdeh1nə 22 iyul 2020-ci il tarixdə qiymətləndirmə xidmətlərinin göstərilməsinə dair sifariş verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, müvafiq icra icrası gedişində Cavabdeh1 tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli 53 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 300.000 (üç yüz min) manat təşkil etmişdir. Habelə müəyyən edilmişdir ki, müvafiq qiymətlərlə razılaşmayan İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “qiymətləndirmə hesabatının hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-3513 nömrəli, 28 mart 2019-cu il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli 53 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, həmin əmlakın Cavabdeh3 tərəfindən əldə edilməsinə dair Hərrac Mərkəzi Cavabdeh2 06/01 nömrəli 18 yanvar 2021-ci il tarixli Hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Cavabdeh3 adına müvafiq çıxarışın ləğv edilməsi, həmin əmlakın İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpası ilə bağlı müvafiq qeydlərin aparılması və ona bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsi, müvafiq qətnamənin İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyatının bərpasına dair müvafiq qeydlər aparılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Göründüyü kimi, bag sahəsinin qiymətləndirilməsi zamanı bazar qiymətləri və digər obyektiv amillər nəzərə alınmamış, torpaq sahəsi müəyyən olunmuş standartlara uyğun qiymətləndirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçının hazırkı iddiası qiymətləndirmə hesabatının, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin ləğvi hissəsində əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh1 tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli 53 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatda və məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin qiymətləndirmə ekspertizasının 22.07.2021-ci il tarixli ƏEM/İ 89-748/21 saylı rəyində mübahisəli evə müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq müşahidə edildiyindən, ləğv edilməsi xahiş edilən hesabat həqiqətə uyğun olmadığından qüvvədə qala bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evin qiymətləndirilməsi üçün "xxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə 25 avqust 2020-ci il tarixli 53 nömrəli hesabat ləğv edilməlidir. Çıxarışın ləğvi hissəsində məhkəmə iddia ərizəsini əsassız hesab edir. Belə ki, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunmuşdur ki, alqı-atqı müqaviləsi bağlandıqdan sonra mənzilə dair çıxarış alınmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-3513 nömrəli, 28 mart 2019-cu il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli 53 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabat, əmlaka dair Hərrac Mərkəzi "Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06/01 nömrəli 18 yanvar 2021-ci il tarixli Hərracın yekunları barədə protokolu və alqı-satqı müqaviləsi ləğv edilməli və əmkakın ilkin satış qiyməti 341.000 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 14 nömrəli notariat kontorunun 8İ-3513 nömrəli, 28 mart 2019-cu il tarixli icra sənədinə əsasən tutmanın yönəldildiyi İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4-cü döngədə yerləşən 18C nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli 53 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabat, əmlaka dair Hərrac Mərkəzi "Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06/01 nömrəli 18 yanvar 2021-ci il tarixli Hərracın yekunları barədə protokolu və alqı-satqı müqaviləsi ləğv edilsin və əmkakın ilkin satış qiyməti 341.000 manat müəyyən olunsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-1550/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1550/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver