Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1609/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X13 Mehdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev 236 ünvanında yerləşən və faktiki sahəsi 557 kv.m. təşkil edən mənzillərin sökülməsi nəticəsində ona və ailə üzvlərinə cavabdehlərin vurduğu (əldən çıxmış fayda) 295.000 (iki yüz doxsan beş min) manat dəyərində maddi zərərin və 50.0000 (əlli min) manat həcmində mənəvi zərərin, ümumilikdə 345.000 (uç yüz qırx beş min) manat pulun cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentindən alınaraq onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həyat yoldaşı X10 şəhid olmuşdur. İki azyaşlı körpəsi evinin içinə düşən erməni mərmisi nəticəsində vəfat etmişdir. 1991-ci il təvəllüdlü qızı X8, özü və yaşlı anası Ağdam rayonundan Bakı şəhərinə 1993-cü ildə məcburi köçkün kimi gələrək Nəsimi rayonunda 48 saylı MKİS-nin ərazisində bir otaqlı evdə məskunlaşmışlar. Əlinin qabarıyla və Özbəkistan Respublikasında yaşayan və ölkəyə qayıdan gələn, atasının-anasının 9 uşağının köməyi ilə ünvan 2 ünvanında yerləşən 29 və 30 saylı mənzilləri 2003-cü ildə qurub yaratmışlar. Üç evin birləşməsi nəticəsində iki ev yaradaraq birləşdirərək 410 kv.m. tikili mövcud olub. Torpağın dövlət ehtiyacları üçün alınması məqsədilə mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən onun və qızı X4 mülkiyyətində olan 29 və 30 saylı mənzillər həmin təsirə məruz qalmışdır. Söküntü zamanı tələb yalnız yeni tikilən mənzillər olub. 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gedən söküntü zamanı o, evlə təmin olunmaq istəyini bildirdikdən sonra müəyyən bir müddət qəbullarda olduğu zaman və şəxsən sabiq Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun qəbul otağında özü şəxsən göstəriş vermişdir ki, o, və qızı evlə təmin edilsinlər. Sonradan isə onlara mənzillərin dəyərinin artıq olması və bir dəfəyə külli miqdarda pulun ödənilməsi müəyyən çətinlik yaratdığı üçün müəyyən bir yaxın müddətlərdə onları razı salınmağa vədlər verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri və həmçinin söküntü komissiyasının üzvləri də yaxşı bilirlər ki, mənzillərin söküldüyü ərazi şəhərin mərkəzi olmaqla həmin ərazidə mənzillərin bir kv.m. 4-5 min manat təşkil edirdi. Mənzillərin faktiki sahəsi 557 kv.m. təşkil edirdi. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzillərin alqısatqısı nəticəsində 538.000 manat pul onlara ödənilmişdir. Hər dəfə də qəbullarda olduğu zaman pulun qalan hissəsinin əvəzinə mənzil verəcəkləri ilə onu inandırmışlar. Bir müddət keçdikdən sonra isə yenidən pul kompensasiyası verəcəklərinə vədlər verilmişdir. Həmin vədlərin uzandığını və reallaşmadığını görüdükdə hər dəfə Prezident Administrasiyanda qəbullarda olmuş və oradan da onu hər dəfə Bakı Şəhər İcra Hakimiyyətinə göndərmişlər. İcra Hakimiyyəti də hər dəfə şikayət etməməsini və maliyyə çətinlikləri olduğundan qısa müddətdə tələbin təmin olunacağını bildirmişlər. Lakin sonradan, daha doğrusu da xx.xx.2021-ci il tarixdə M-87/4-152/2-t/1 saylı məktubla ona imtina məzmunlu cavab verildikdən sonra Bakı İnzibati Məhkəməsində kompensasiya ödənilməsi vəzifəsinin vəzifəli şəxsin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 40410 manat, Bakı İnzibati Məhkəmənin müvafiq qərarına əsasən iddia tələbi qismən təmin edilmiş və 350.880 manat pulun ödənilməsi qərara alınmışdır. Cavabdeh Bakı İcra Hakimiyyəti hər iki vəsaitin ödənilməsini hətta məhkəmə qərarı icraya yönəldilməsinə baxmayaraq uzun müddət yubandırdıqdan sonra kompensasiyanı 06 yanvar 2023-cü il tarixdə almışdır. Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti mənzili sökərkən onlara hesablanaraq verilməli olan kompensasiya məbləğini vaxtında ödəməli olduğu halda bir qismini 2013-cü ildə digər hissəsini isə məhkəmələrə salmaqla uzun müddətli (10 il) mübarizədən sonra Prezident Administrasiyasında, müxtəlif dövlət orqanlarında hüquqlarını tələb edərkən, nəhayət Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev cənablarına şəxsən məktublarını, şikayətlərini çatdırdıqdan sonra məhkəmə qərarlarının icrası qaydasında ödəmişlər. Belə ki, qeyd edilən kimi 291290 manat pul vəsaiti ödəmişlər. Halbuki həmin vəsaitlər 2013-cü ildə tam şəkildə ödənilməli idi. O, və qızı pullarını vaxtında alsaydı, vaxtında da istədiyi mənzilləri Bakı şəhərində əldə edə bilərdilər. Lakin hal-hazırda ödənilən kompensasiya məbləğinə şəhərin mərkəzində hətta 200-250 kv.m. sahədən ibarət mənzillər əldə edə bilməmişlər. Bakı İcra Hakimiyyətinin nümayəndələri Bakı İnzibati Məhkəməsində məhkəmə iclasları zamanı özləri etiraf etmişlər ki, 2013-cü il tarixdə sökülən mənzilin 136 kv.m sahəsinin ödənilməli olan kompensasiyasını ödəməmişlər. Nə səbəbə görə mənzilin pulu dövlətin hesabında 10 il saxlanılaraq iddiaçıya illər sonra ödənilməli idi. Bakı İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı Departamentinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Vəkil sorğusu nəticəsində müəyyən edilmişdir ki, 2013-2023-cü illərdə istehlak və mənzil bazarında qiymət indekslərinə köklü dəyişikliklər baş verməklə 133,5 faiz, isehlak indeksi isə 187,2 faiz nisbətində dəyişərək artım müşahidə olunmuşdur. Beləliklə də 2013-cü ildə onlara ödənilməli olan 291290 (iki yüz doxsan bir min iki yüz doxsan) min manat pulun fərqi 238232,7 manat təşkil etmişdir. Ona görə də cavabdehlər dəymiş 238232,7 manat fərqini onlara ödəməlidirlər. Bundan başqa 10 il müddətində hüquqlarını bərpa etməyə, haqqını tələb edərkən yollarda, həkimlərdə, ictimai nəqliyyatda, poçt şöbələrində xeyli miqdarda vəsaitlər xərcləmişdır. Özündə saxladığı qəbzlərə əsasən 1 ilin qəbzləri təxminən 415 manat təşkil etmişdir. Halbuki 10 il ərzində təxminən 5.000 manat teleqram və məktublara pul xərcləmişdir. Müvəqqəti olaraq Buzovna qəsəbəsində yaşadığı üçün şəhər mərkəzinə hər dəfə hər gedişində 20-30 manat pul vəsaiti xərcləmişdir. Kirayə üçün Bakı İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən onlara yardım göstərilməmişdir. Pozulmuş hüquqlarının bərpasını tələb edərkən bu illər ərzində ağır xəstəliklərə düçar olmuşdur. Ağır dərəcəli hipertoniya və kəskin ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir, hazırda ikinci qrup əlildir. İcra Hakimiyyətinin söküntü komissiyasının üzvləri heç nəyə mahal qoymadan qanunsuz olaraq mənzilə gələrək onları zorla qanunsuz çıxarmağa çoxsaylı cəhdlər edirdilər, məhkəmə qərarı olmadan qollarından tutub zorla çıxardırdılar. Xəstə anası bu şiddətli təzyiqlərə dözməyərək dünyasını dəyişmişdir. Qızı isə qorxu xəstəliyinə tutulmuş, özü isə hipertoniya, ürək çatışmazlığı xəstəliyinə tutulmuşdur. Beləliklə də işin faktiki hallarından məlum olduğu kimi, cavabdehlərin 2013-ci ilin mart ayından başlayaraq hazırda məhkəməyə müraciət etdiyi dövrədək ona 295.000 manat maddi maddi zərər vurmuşdurlar. Cavabdehlərin onu və ailəsini evdən zorla evlərini sökərək çıxartması nəticəsində, uzun müddət onu dövlət orqanlarında, məhkəmə çəkişmələrinə cəlb etməsi və hərəkətləri onu mənəvi və fiziki iztirablar keçirməsinə səbəb olmuşdur. Nəticədə hipertoniya və ürək çatışmamazlığı xəstəliyinə düçar olaraq uzun müddətdir ki, həkim müalicəsi və nəzarəti altındadır. Mənəvi vurulmuş zərərin dəyəri qiymətsiz olsa da, o, bu zərəri 50.000 (əlli min) manat həcmində dəyərləndirir. Qanuna görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia həcminin artırılması barədə vəsatət təqdim edərək, iddiaçının və onun qızı X4 mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev 236 ünvanında yerləşən və faktiki sahəsi 557 kv.m. təşkil edən mənzillərinin sökülməsi nəticəsində ona və ailə üzvlərinə cavabdehlərin vurduğu (əldən çıxmış fayda) 408.794 (dörd yüz səkkiz min yeddi yüz doxsan dörd ) manat dəyərində maddi zərərin və 50.0000 (əlli min) manat həcmində mənəvi zərərin, ümumilikdə 458.794 (dörd yüz əlli səkkiz min yeddi yüz doxsan dörd) manat pulun cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentindən alınaraq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Məhkəmə-mühasibat ekspertizasının məhkəməyə daxil olmuş 9/4377saylı 25 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir. Birinci sual üzrə 2013-cü ilin mart ayından xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 391.290.0 manat məbləğində pul vəsaitinin 23 yanvar 2023-cü il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 732.494.88 manat (əsas məbləğ 391.290.0 manat faiz indeksi 341.204.88) məbləğində, Komitənin müəyyən etdiyi illik mənzil bazarında qiymət indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 391.290.0 manat məbləğində pul vəsaitinin 23 yanvar 3023-cü il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 522.372.15 manat (əsas məbləğ 391.290.0 manat faiz indeksi 131.082.15 manat) məbləğində olması müəyyən edilir. 391.290.0 manat pul vəsaiti üzrə Mərkəzi Bank uçot dərəcəsi nəzərə alınmaqla 2013-cü ilin mart ayından xx.xx.2023-cü il tarixədək olan dövr ərzində hesablanan faiz ümumilikdə 300.179, 21 manat təşkil edir. İkinci sual üzrə 2013-cü ilin 29 mart tarixindən xx.xx.2017-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 188.800.0 manat məbləğində pul vəsaitinin 28 dekabr 2017-ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 256.390,4 manat (əsas məbləğ 188.800.0 manat, faiz indeksi 67.590.4 manat) məbləğində . komitənin müəyyən etdiyi illk mənzil bazarında qiymət indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 188.800.0 manat məbləğində pul vəsaitinin xx.xx.2017-ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 222.406.4 manat (əsas məbləğ 188.800.0 manat faiz indeksi 33.606.4 manat) məbləğində olması müəyyən edilir. 188.800,0 manat pul vəsaiti üzrə Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində hesablanan faiz ümumilikdə 65.826,96 manat təşkil edir. Cavabdeh Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazın məzmunu ilə də məlum olmuşdur ki, İddiaçı mənzilinin sökülməsi ilə əlaqədar məhkəməyə müraciət olunduqdan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3597/2015 saylı 13 avqust 2015-ci il tarixli qərarın icrası ilə əlaqədar cavabdehlər tərəfindən 188.800 manat kompensasiya məbləği 2017-ci ildə əlavə olaraq ödənilmişdir. Bu səbədən də ekspertiza qarşısında suallar qoymaqla məhkəmədən 188.800 manat pul vəsaiti üzrə də təhqiqat aparılmasını və 29 mart 2013-cü il tarixdən – 28 dekabr 2017-ci illər üzrə 188800 manat pul vəsaitinin artım faizi fərqinin hesablanmasını xahiş etmişdik. Ona görə də iddiaçıya dəymiş maddi zərərin əhəmiyyəti nəzərə alınmaqla ekspert rəyi ilə müəyyən olunan və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar əsas tutulmaqla itkiyə uğramış, yəni əldən çıxmış fayda olaraq pul vəsaitinin indeksasiyasının yüksək nisbət fərqi ilə müəyyən edilmiş hesablama indeksi məhkəmə tərəfindən nəzərə alınmalıdır və rəhbər tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 403 saylı sərəncamına uyğun olaraq müəyyən edilmiş ərazilərdə köçürülməyə məruz qalan daşınmaz əmlak sahiblərinə onlara məxsus əmlakın hər kvadratmetri üçün 1500 (bir min beş yüz) manat məbləğində kompensasiya mülkiyyət hüquqlarını təsdiq edən sənədlər təqdim olunmaqla bağlanılan alqı-satqı müqavilələrinə əsasən dövlət notariusunun müvafiq məktubu ilə notariusun depozit bank hesabına köçürülməklə mülkiyyətçilərin həmin vəsaiti bankdan əldə etməsi yolu ilə həyata keçirilmişdir. Abadlıq işlərinin icrası zamanı, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, 236 ünvanında yerləşən yaşayış binası, o cümlədən iddiaçının və qızının mülkiyyətində olan mənzillərin söküntüsü köçürmə komissiyasının rəyinə əsasən həyata keçirilmişdir. Köçürmə komissiyasının xx.xx.2013-cü il tarixli rəyinə əsasən X4 qanuni istifadəsində olan, söküntüyə məruz qalan Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, 236 ünvanında yerləşən 29 saylı mənzilin ümumi sahəsinin 93,33 kv.metrdən ibarət olduğu müəyyən edilmişdir. 29 saylı mənzilin yaşayış sahəsi 21,0 kv.metri, ümumi sahəsi 39,2 kv.metr, faktiki istifadəsində olan yardımçı sahə (sənədsiz) 54,1 kv.metr olmaqla cəmi sahə 93,33 kv.metr olmuşdur. Köçürmə komissiyasının xx.xx.2013-cü il tarixli rəyinə əsasən İddiaçı qızının qanuni istifadəsində olan, söküntüyə məruz qalan Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, 236 ünvanında yerləşən 30 saylı mənzilin ümumi sahəsinin 140,00 kv.metrdən ibarət olduğu müəyyən edilmişdir. 30 saylı mənzilin yaşayış sahəsi 44,0 kv.metri, ümumi sahəsi 59,3 kv.metr, faktiki istifadəsndə olan yardımçı sahə (sənədsiz) 80,7 kv.metr olmaqla cəmi sahə 140,00 kv.metr olmuşdur. Bununla əlaqədar iddiaçı Gülgəz Şura qızına 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixdə AN-İ ******* saylı və AN-İ ******* saylı müqavilələr əsasında ünvan 4 ünvanında yerləşən 29 və 30 saylı mənzilləri alqı-satqı yolu ilə dövlət ehtiyacları üçün alınmış və mənzillərin dəyəri olaraq onlara ayrı-ayrılıqda 140000 (bir yüz qırx min) manat (Z.Ə.Məmmədovaya) və 210000 (iki yüz on min) manat (İddiaçı) cəmi 350000 (üç yüz əlli min) manat ********** nömrəli, xx.xx.2013-cü il tarixi, ödəniş tapşırığı ilə ödənilmişdir. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3597/2015 saylı 13 avqust 2015-ci il tarixli qərarına əsasən İddiaçı faktiki İstifadəsində olan (sənədsiz) 66 kv.metr hissəyə hər kv.metr üçün 1500 manat olmaqla 99000 (doxsan doqquz min) manat, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanın 2.3-cü bəndinə müvafiq olaraq ödənilmiş məbləğin 20%-i həcmində 19800 (on qoqquz min səkkiz yüz) manat, alqı-satqı müqaviləsinə əsasən cəmi ödənilmiş 350000 (üç yüz əlli min) manat məbləğin 20%-i həcmində 42000+28000=70000 (cəmi) manat əlavənin ümumilikdə məhkəmə qərarına əsasən cəmi 188800 (bir yüz səksən səkkiz min səkkiz yüz) manatın ödənilməsi təmin edilmişdir. Məhkəmənin bu qərarından sonra alqı-satqı müqaviləsi ilə birlikdə İddiaçı ödənilmiş məbləğ 350000+188800=538800 (beş yüz otuz səkkiz min səkkiz yüz) manat təşkil etmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında İddiaçı apellyasiya şikayətinə baxılmış və məhkəmənin 2-1(103)-1649/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4-cü maddəsinə müvafiq olaraq 40410 (qırx min dörd yüz on) manat əlavənin də ödənilməsi qərara alınmışdır. Beləliklə 93,33+140,0+66,0=299,33 kv.metr sahəyə görə İddiaçı qızı Z.Ə.Məmmədova ilə birlikdə (məhkəmə qərarlarına əsasən ödənilən məbləğdə daxil olmaqla) 350000+188800+40410=579210 (beş yüz yetmiş doqquz min iki yüz on) manat ödənilmişdir. İddiaçı qeyd edilən məhkəmə qərarları ilə kifayətlənməyərək təkrarən Bakı İnzibati Məhkəməsinə müraciət edərək qızı ilə birlikdə mülkiyyətlərində olan daşınmaz əmlakın faktiki istifadə sahələri ilə birlikdə 410 kv. metr təşkil etdiyini və onlara ödənilməli olan məbləğin 20% əlavə ilə birlikdə 652000+132400=794400 manat təşkil etdiyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1534/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı və X4 istifadəsində olan 136 kv.m. hissəyə hər kv.m. üçün 2000 manat olmaqla 272000 (iki yüz yetmiş iki min) manat, Azorbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanın 2.3-cü bəndinə müvafiq olaraq Ödənilmiş məbləğin 20% (272000x20%=54400) manat, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (272000x9%=24480 manat) cəmi 350880 (üç yüz əlli min səkkiz yüz səksən) manat miqdarında kompensasiyanın hesablanması və ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Beləliklə 93,33+140,0+66,0+136,0=435,33 kv.metr sahəyə görə İddiaçı 350000+188800+40410+350880=930090 (doqquz yüz otuz min doxsan) manat ödənilməsi qərara alınmışdır. Göründüyü kimi alqı-satqı müqavilələrinə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 2-1(81)-3597/2015 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-1649/2021 sayı və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 1534/2022 saylı qərarlarına və sonuncu qərar üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ödəniləcək məbləğdə daxil olmaqla ümumi olaraq 435,33 kv.metr sahəyə görə 930090,0 (doqquz yüz otuz min doxsan) manat pul vəsaiti müxtəlif vaxtlarda, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə İddiaçı Kapital Bankda olan AZ06AİİB410100E**********118 nömrəli bank hesabına köçürülməklə məhkəmə qərarlarının icrası tam təmin edilmişdir. Həmçinin İddiaçı özü də ərizə yazaraq bu iş üzrə gələcəkdə heç bir tələb və şikayətinin olmayacağını bildirmişdir. Rəsmi sənədlərlə mülkiyyətlərində 98,5 kv.metr (köçürmə komissiyasının rəylərinə əsasən sənədsiz faktiki yardımçı sahələrdə nəzərə alınmaqla 93,33+140=233,33 kv.metr) caşınmaz əmlak olmasına baxmayaraq məhkəmə qərarları ilə faktiki istifadələrində daha 202,0 kv.metr əlavə sahə olduğu hesab edilərək İddiaçı faktiki olaraq 435,33 kv.metr sahəyə görə 930090,0 (doqquz yüz otuz min doxsan) rıanat kompensasiya ödənilmiş və bu işlə əlaqədar dəfələrlə məhkəmə qərarlarının olmasına baxmayaraq İddiaçı yenidən bu iş üzrə növbəti dəfə Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq istifadəsində və mülkiyyətində olan 557,0 kv. metr (bu dəfə daha 121,67 kv.metr artıq) sahəsi olan daşınmaz əmlaka görə ona kompensasiya ödənilməli olduğunu bildirmişdir. Hansı ki, o, Bakı İnzibati Məhkəməsinə müraciət edərək qızı ilə birlikdə mülkiyyətlərində olan daşınmaz əmlakın faktiki istifadə sahələri ilə birlikdə 410 kv. metr təşkil etdiyini bildirmiş, lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1534/2022 saylı qərarı ilə həmin fakta hüquqi qiymət verilərək 136 kv metr olduğu barədə qərar qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd edilən sərəncamına uyğun olaraq paytaxt ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində sözügedən ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin, tikililərin sökülməsi ilə əlaqədar əmlak sahiblərinə hər kv. metr üçün 1500 (bir min beş yüz) manat pul vəsaitinin ödənilməsinin müəyyən edilməsinə baxmayaraq, şəhid ailəsi olması nəzərə alınaraq istisna hal kimi İddiaçı faktiki istifadəsində olan 136 kv.m. hissənin hər kv.m. üçün 2000 (iki min) manat olmaqla 272000 (iki yüz yetmiş iki min) manat ödənilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti İddiaçı iddiası üzrə baxilan işlərdə heç vaxt cavabdeh olmamışdır, bu eyni tələb üzrə məhkəmə qərarı olan işə yenidən baxılmasına nail olmağa edilən cəhddən başqa bir şey deyildir. Ona görə də, Mənzil-Kommunal Təsərrüfatı Departamenti İddiaçı iddiası üzrə cavabdeh ola bilməz və Departament cavabdehlikdən çıxarılmalıdır. Əmlak Məsələləri Dövlət Xidmətindən yaşayış binasının mərtəbəlilik planını məhkəmə sorğusuna əsasən əldə etməklə (orada yaşamış sakinlərə verilmiş kompensasiyanın məbləği və daşınmaz əmlakın ölçüləri alqı-satqı müqavilələrində mövcuddur) İddiaçı faktiki istifadəsində olan daşınmaz əmlakın sahəsini çox asanlıqla müəyyən etmək mümkündür. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı və X8 ödənilmiş kompensasiya məbləğindən narazı qalaraq 1 saylı Bakı !nziba:i-İqtisadi Məhkəməsinin 13 avqust 2015-ci il tarixli 2-1(81)-3597/2015 saylı qərarından 2021-ci ildə apellyasiya şikayəti vermiş, ötürülmüş prosessual müddət bərpa edilərək işə yenidən baxılmış və iddiaçılara Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1649/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən 40.410 (qırx min dörd yüz on) manat əlavə kompensasiyanın ödənilməsi qərara alınmışdır. Həmçinin İddiaçı və X8 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı əlavə kompensasiyanın ödənilməsinə dair yeni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-1534/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılara 350.380 (üç yüz əlli min səkkiz yüz səksən) manat kompensasiyanın ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1649/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1534/2022 nömrəli xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1666/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərar və qərardadlarına əsasən iddiaçılar İddiaçı və X9 na 391.290 (üç yüz doxsan bir min iki yüz doxsan ) manat kompensasiya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmişdir. Ümumilikdə daşınmaz əmlaka görə iddiaçılar İddiaçı və X5 cəmi 929.290 (doqquz yüz iyirmi doqquz min iki yüz doxsan) manat kompensasiya ödənilmişdir.Yuxanda qeyd olunanlar nəzərə alınaraq, bildiririk ki, müvafiq məhkəmə instansiyalarının qərarları ilə (əlavə olunur) sözügedən məsələyə hüquqi qiymət verilmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilmələrinə bахmаyаrаq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, AZ-İ № 650614 ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2013-cü ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2023-cü il yanvar ayında 2013-cü ilin mart ayına nisbətən 187.2 faiz, mənzil bazarında qiymət indeksi isə 2022-ci ilin İV rübündə 2013-cü ilin İ rübünə nisbətən 133.5 faiz təşkil etmişdir. İş materiallarında olan 29 mart 2013-cü il tarixdə ödənilməmiş pul vəsaitin 01 mart 2023-cü il tarixə cari dəyəri barədə qiymətləndirmə hesabatından görünür ki, 29 mart 2013-cü il tarixdə İddiaçı məxsus yaşayış evinin söküntüsünə görə mülkiyyətçiyə ödənilməli olan 391 290 manat pul vəsaitinin 01 mart 2023-cü il tarixə cari dəyəri həmin dövrlər üçün daşınmaz əmlakın qiymətində artım faizinin və pulun zaman dəyərinə əsasən əldən çıxmış faydanın hesablanmasına əsasən fərq nisbəti 29 mart 2013-cü il tarixdə ödənilməli olan pul məbləği 391 290 manat, ödənilməli olan 391 290 manat məbləğin 01 mart 2023-cü il tarixə cari dəyəri 601 334,4 manat, 29 mart 2013-cü il tarixdən 01 mart 2023-cü il tarixə qədər hesablanmış fərq 238 232,7 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1649/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı və X4 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 2-1(81)- 3597/2015 saylı qərarı iddianın 10% miqdarında əlavə kompensasiyanın tutulmamasına dair hissəsində qismən ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılmış, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Bakı şəhəri X15 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı faktiki istifadəsində olan 66 kv.m. hissəyə hər kv.m. üçün 1500 manat olmaqla 99000 manat məbləği ödənilməsi göstərilmiş dəyərinə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (99000=9%=8910 manat), Bakı şəhəri X15 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi 44,0 kv.m., yardımçı sahəsi 15,3 kv.m. və ümumi sahəsi 59.3 kv.m. olan 3 otaqlı 30 saylı mənzilə görə İddiaçı ödənilmiş 210.000 manat məbləğin dəyərinə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (210000=9%=18900 manat), habelə Bakı şəhəri X15 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi 21 kv.m., yardımçı sahəsi 18,2 kv.m. və ümumi sahəsi 39.2 kv.m. olan 1 otaqlı 29 saylı mənzilə görə X5 ödənilmiş 140000 manat məbləğin dəyərinə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9 % (140000=9%=12600 manat) miqdarında əlavə kompensasiyanın hesablanması və ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1666/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilmiş və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Bakı şəhərinin Baş Planına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamına müvafiq olan, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X12, Mirzə İbrahimov küçələrinin əhatəsində olan ərazidə mövcud yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri aparılır. Heydər Əliyev sarayının arxasından Akademik Milli Dram Teatrının qarşısınadək ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zamanı vətəndaşların daha çox kompensasiya əvəzinə uyğun mənzil almaq istəyində olduqlarını, həmçinin vətəndaşların sosial rifahının yüksəldilməsi və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün onların yeni inşa olunmuş, müasir tipli mənzillərə köçürülməsi məqsədilə vətəndaşların öz mülkiyyətlərində olan sahələrə uyğun, hətta həmin sahələrdən artıq yeni inşa olunmuş, Avropa standartlarına uyğun şəkildə yüksək səviyyədə təmir edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə köçürülməsi nəzərdə tutulmuşdur. Lakin mülkiyyətində olan mənzillərin sahələri yeni inşa olunmuş mənzillərin sahələri ilə müqayisədə çox aşağı olan mənzillərin əvəzləşdirilməsi mümkün olmadığından, həmin mənzillərin köçürülməsi işləri Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi məktubuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış qaydada, mövcud qanunvericiliyə uyğun şəkildə vətəndaşların müvafiq təsdiqedici sənədlər əsasında istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün əlavə dəyər vergisi nəzərə alınmamaqla 1500 (min beş yüz) manat məbləğində vəsaitin ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən, dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış vəsait hesabına həyata keçirilir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Səməd Vurğun, Dilarə Əliyeva, Mirzağa Əliyev, Rəsul Rza, Əlimərdan Topçubaşov, Mirzə İbrahimov, İslam Səfərli və X1 əhatəsində mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 403 saylı sərəncamı ilə köçürülməyə məruz qalan daşınmaz əmlak sahiblərinə müvafiq hüquqi-müəyyənedici sənədlər əsasında məxsus olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sahəsinin hər kvadmetri üçün 1500 (min beş yüz) manat məbləğində vəsait ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2015-ci il tarixli 2-1(81)-3597/20l5 saylı qərarına əsasən 2013-cü ildə sökülmüş daşınmaz əmlaka görə vətəndaş İddiaçı və X5 538.000 (beş yüz otuz səkkiz min) manat kompensasiya ödənilmişdir. İddiaçı və X8 ödənilmiş kompensasiya məbləğindən narazı qalaraq 1 saylı Bakı İnzibaıi-İqtisadi Məhkcməsinin 13 avqust 2015-ci il tarixli 2-1(81)-3597/2015 saylı qərarından 2021-ci ildə apellyasiya şikayəti vermiş, ötürülmüş prosessual müddət bərpa edilərək işə yenidən baxılmış və iddiaçılara Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1649/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən 40.410 (qırx min dörd yüz on) manat əlavə kompensasiyanın ödənilməsi qərara alınmışdır. Həmçinin İddiaçı və X8 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı əlavə kompensasiyanın ödənilməsinə dair yeni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)- 1534/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılara 350.880 (üç yüz əlli min səkkiz yüz səksən) manat kompensasiyanın ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1649/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1534/2022 nömrəli xx.xx.2022ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1666/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərar və qərardadlarına əsasən iddiaçılar İddiaçı və X5 391.290 (üç yüz doxsan bir min iki yüz doxsan) manat kompensasiya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmişdir. Ümumilikdə daşınmaz əmlaka görə iddiaçılar İddiaçı və X5 cəmi 929.290 (doqquz yüz iyirmi doqquz min iki yüz doxsan) manat kompensasiya ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1534/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, Bakı şəhəri X15 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı və X4 faktiki istifadəsində olan 136 kv.m. hissəyə hər kv.m. üçün 2000 manat olmaqla 272.000 (iki yüz yetmiş iki min) manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (272.000x20%=54400 manat), «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (272.000x9%=24480 manat), cəmi 350.880 (üç yüz əlli min səkkiz yüz səksən) manat miqdarında kompensasiyanın hesablanması və ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli AN – İ № ******* daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi 44.0 kv.m. yardımçı sahəsi 15.3 kv.m. və ümumi sahəsi 59.3 kv. m. Olan 3 otaqlı 30 saylı mənzil İddiaçıdır. Satıcı mənzilini 210 000,0 manata satmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli AN – İ № ******* daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi 21.0 kv.m. yardımçı sahəsi 18.2 kv.m. və ümumi sahəsi 39.2 kv. m. Olan 1 otaqlı 29 saylı mənzil İddiaçıdır. Satıcı mənzilini 140 000,0 manata satmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kommisiyanın rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 403 saylı sərəncamın icrasının təmin edilməsi məqsədilə, eləcə də qeyd edilən köçürmə işlərinin operativ şəkildə həyata keçirilməsi zərurəti ilə bağlı vaxt məhdudluğunu nəzərə alaraq, ünvan 8 ünvanında yerləşən 29 saylı mənzilin mülkiyyətçisi X5 rəyə uyğun olaraq istifadəsində olan mənzilin 93,33 kv.m olan ümumi sahəsinin hər bir kv.m üçün köçürülmə ilə əlaqədar qəbul edilmiş sərəncama əsasən müəyyən edilmiş məbləğdə maliyyə vəsaiti ödənilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kommisiyanın rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 403 saylı sərəncamın icrasının təmin edilməsi məqsədilə, eləcə də qeyd edilən köçürmə işlərinin operativ şəkildə həyata keçirilməsi zərurəti ilə bağlı vaxt məhdudluğunu nəzərə alaraq, ünvan 8 ünvanında yerləşən 30 saylı mənzilin mülkiyyətçisi İddiaçı rəyə uyğun olaraq istifadəsində olan mənzilin 140,0 kv.m olan ümumi sahəsinin hər bir kv.m üçün köçürülmə ilə əlaqədar qəbul edilmiş sərəncama əsasəm müəyyən edilmiş məbləğdə maliyyə vəsaiti ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4377 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 2013-cü ilin 29 mart tarixindən xx.xx.2017-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 188.800,0 manat məbləğində pul vəsaitinin 28 dekabr 2017-ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 256.390,4 manat (əsas məbləğ 188.800,0 manat, faiz indeksi 67.590,4 manat) məbləğində, komitənin müəyyən etdiyi illik mənzil bazarında qiymət indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 188.800,0 manat məbləğində pul vəsaitinin xx.xx.2017ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 22.406,4 manat (əsas məbləğ 188.800,0 manat faiz indeksi 33.606,4 manat) məbləğində olması müəyyən edilir. 188.800,0 manat pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində hesablanan faiz ümumilikdə 65826,96 manat təşkil edir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia tələbinin əsasını cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona maddi ziyanın dəyməsi, yəni əldən çıxmış fayda tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmədə müəyyən edilmişdir ki, Torpağın dövlət ehtiyacları üçün alınması məqsədilə ünvan 2 ünvanında yerləşən iddiaçının və qızı X4 mülkiyyətində olan 29 və 30 saylı mənzillər həmin təsirə məruz qalmışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzillərin alqı-satqısı nəticəsində 538.000 manat pul onlara ödənilmişdir. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 13 fevral 2015-ci il tarixli, 2-1(81)- 3597/2015 saylı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1649/2021 nömrəli qərarları ilə ödəmələrin hesablanması və ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdehlər mənzilləri sökərkən ona və qızına kompensasiyanı 2013-cü ildə tam verməli olduğu halda, həmin kompensasiyanın qalığını 10 ildən sonra məhkəmə qərarı əsasında, məhkəmə qərarlarının icrası qaydasında ödəmişlər. İddiaçı 2013-2023-cü illərdə istehlak və mənzil bazarında qiymət indekslərinə köklü dəyişikliklərin baş verməsinə əsaslanaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev 236 ünvanında yerləşən və faktiki sahəsi 557 kv.m. təşkil edən mənzillərinin sökülməsi nəticəsində ona və ailə üzvlərinə cavabdehlərin vurduğu (əldən çıxmış fayda) 408.794 (dörd yüz səkkiz min yeddi yüz doxsan dörd ) manat dəyərində maddi zərərin və 50.0000 (əlli min) manat həcmində mənəvi zərərin, ümumilikdə 458.794 (dörd yüz əlli səkkiz min yeddi yüz doxsan dörd) manat pulun cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentindən ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı Qərarında qeyd olunmuşdur ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə, iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı əldə çıxmış faydanı tələb edir, ancaq həmin əldə çıxmış fayda tələbini istehlak və mənzil bazarında qiymət indekslərindəki artımla əsaslandırmağa çalışmışdır. Qeyd olunan xüsusatlarla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunverici zərər dedikdə real zərər və əldən çıxmış faydanı nəzərdə tutur. Göründüyü kimi, əldən çıxmış fayda dedikdə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Bu baxımdan qeyd olunmalıdır ki, ödənilən kompensasiyanın verilməsində məqsəd həmin söküntüyə məruz qalmış şəxslərin hər hansı maddi gəlir əldə etməsi deyil, mülkiyyətçinin hüquqlarının “ədalətli tarazlığı”nın təmin edilməsidir. Bundan əlavə iddiaçı daha əvvəllər adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlər barədə də məhkəməyə hər hansı dəlil, sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı 458.794 manat əldən çıxmış faydanın onun xeyrinə tutulmasını tələb etsə də, ona öhdəliklərin icra edilməməsinə görə hər hansı gəlir, artım, bəhər və s. əldə edilməsindən məhrum olması sübut olunmur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona ziyanın dəyməsini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni iddiaçı cavabdehlər tərəfindən ona məxsus yaşayış sahəsinin sökülməsi nəticəsində 458.794 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri itirməklə zərərə məruz qaldığını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, kompensasiyanın hesablanması və ödənilməsi barədə məhkəmə qərarı icraya yönəldikdən sonra iddiaçı bu zaman icra icraatı çərçivəsində istehlak qiymətlərinin artmasına istinad edərək, məhkəmə qərarı ilə tutulmalı olan pul məbləğlərinin indeksasiyası tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin hazırda iddiaçının əldə çıxmış fayda tələbi təsdiqini tapmır, digər tərəfdən isə məhkəmənin yuxarıda göstərdiyi mövqeyinə əsasən iddiaçı belə bir tələbi irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə bir daha vurğulayır ki, iddia tələbinin dəlilləri (istehlak və mənzil bazarında qiymət indekslərində köklü dəyişiklik olması) əsas götürülməklə, yəni, iddiaçının özünün bildirdiklərinə görə iddia (iddianın dəlilləri) əsassızdırsa, yəni hətta iddiaçının söylədiyi bütün faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının (iddianın qanuni əsasının) dispozisiya şərtləri mövcud olmursa əlavə araşdırma aparılmadan iddia (dəlillər) rədd olunur. Çünki əgər iddiaçının bildirdiyi faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə iddia (dəlillər) əsassızdırsa həmin hallara dair təqdim edilmiş sübutların tədqiqi və qiymətləndirilməsi heç bir əhəmiyyət kəsb etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı əldən çıxmış fayda tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Bundan başqa, məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1609/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1609/2023
29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver