Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1631/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.034 manat (dörd min otuz dörd manat) məbləğinin və 30 manat (otuz manat) dövlət rüsumunun birbaşa Cavabdeh qarşı yönəldilməsini və Zaman Sığorta və Təkrarsığorta üzrə Broker MMC-nin xeyrinə tutulmasının təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, Zaman Sığorta və Təkrarsığorta üzrə Broker MMC-də KASKO-BUTİK məhsulu üzrə XL6582PLUS könüllü sığorta şəhadətnaməsi ilə X3 məxsus 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobil sığortalanmışdır. 11 avqust 2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi Lexus markalı, 10FD080 dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində 11.227AZN (on bir min iki yüz iyirmi yeddi manat) məbləğində maddi zərər yetirmişdir. Sığorta müqaviləsi üzrə təyin olunmuş sığorta məbləği 4.034AZN (dörd min otuz dörd manat) sığorta ödənişi faydalanan şəxsə tam olaraq ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X8 iddia ərizəsini qəbul etmədiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı "xxxx" MMC-ə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdeh tərəfin izahatını nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri X13 İdarəsi-nin inzibati tənbeh vermə haqqında TP3875393 saylı qərarından görünür ki, 11 avqust 2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi Lexus markalı, 10FD080 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarının pozulması nəticəsində, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri X13 İdarəsinin İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan XL6582OLUSCLM2 saylı 19.08.2020-ci il tarixli ödəniş tapşırığına əsasən X3 Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker MMC tərəfindən köçürmə yolu ilə 4064 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı 593770 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 minik markalı avtomobil X3 məxsusdur. İş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı 659968 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, 10FD080 dövlət qeydiyyat nişanlı LEXUS NX 200 minik markalı avtomobil Cavabdeh məxsusdur. Toyota Bakı Mərkəzi MMC tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən əsasən “99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobil ilə bağlı zərər 11227,00 manat məbləğində müəyyən edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021-ci il tarixli 9/3570 aylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi qüsuraktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota Rav4” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7936,0 manat müəyyən edilmişdir. İş materiallarında olan XL6582PLUS nömrəli 19.08.2019-cu il tarixli sığorta şəhadətnaməsindən görünür ki, X3 məxsus 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobil 19.08.2019-cu il tarixdən 19.08.2020-ci il tarixədək sığorta məbləği 5555 manat müəyyən edilməklə sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri X13 İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus X6 idarə edən Vaz **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan Cavabdeh Bakı şəhəri BPİ-in DYPİ-in rəisi polis polkovnik cənab Rəşid Piriyevə izahatından görünür ki, 11 avqust 2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus Lexus markalı 10FD080 nömrəli avtomobili idarə edərkən qarşısında olan 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobil qəflətən hərəkəti dayandırmış,aralarındakı məsafə az olduğu üçün onunla arxadan toqquşmuş və bunun nəticəsində 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobilin qarşısındakı Vaz **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə də ziyan dəymişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Zaman Sığorta və Təkrarsığorta üzrə Broker MMC-də KASKO-BUTİK məhsulu üzrə XL6582PLUS könüllü sığorta şəhadətnaməsi ilə X3 məxsus 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobil sığortalanmışdır. Hazırki mülki iş üzrə Cavabdeh 10FD080 dövlət qeydiyyat nişanlı LEXUS NX 200 minik markalı avtomobilin mülkiyyətçisidir. Cavabdehin təqsiri ilə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobili idarə edən X3 məxsus 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobilə zərər dəymiş, avtomobilə vurulmuş maddi ziyanın məbləği 7936,0 manat manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən 4034 manat sığorta ödənişi zərərçəkənə ödənilmiş, buna dair ödəniş qəbzi iş materiallarına əlavə edilmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən cbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; Göründüyü kimi, Cavabdeh (qanuni əsaslarla) idarə etdiyi, Lexus markalı 10FD080 nömrəli avtomobilin, X3 məxsus 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması təsdiq olunmuşdur. Buna görə də, cavabdeh hadisə zamanı sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobilə vurulmuş zərərin əvəzi qismində 4034 (dörd min otuz dörd) manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu iddiaçı “Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker MMC”-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 4.034 manat (dörd min otuz dörd manat) məbləğində sığorta ödənişi və 30 manat (otuz manat) məhkəmə dövlət rüsumu Cavabdeh tutularaq Zaman Sığorta və Təkrarsığorta üzrə Broker MMC-nin xeyrinə ödənilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1631/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1631/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver