Məhkəmə qərarları › İş №e-2(005)-1658/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1658/2024

15.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1658/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı MTK-nın Cavabdeh qarşı “əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 1658/2024 saylı qərardadından İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə və Cavabdeh şikayətlərinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MTK Cavabdeh qarşı “əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın qanuni sahibliyində olan ünvan 1 ünvanında yerləşən 0,72 ha torpaq sahəsində mövcud söküləcək köhnə tikililərdən Cavabdeh məxsus (Xətai prospekti 43) 75 kv.m qeyriyaşayış sahəsinə 20 % sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, həmin əmlakın yerləşdiyi hissədən, sahəsi 90 kv.m olan, 18 x 5 metr və hündürlüyü 4 metr olan qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MTK-ya həvalə edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekt 43 ünvanında yerləşən 75 kv.m qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, iddiaçı və cavabdeh hər iki tərəf hüquqi şəxs olduğu üçün, aralarında yaranmış mübahisəyə qanunvericiliyin tələbinə uyğun olaraq, kommersiya məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1658/2024 saylı qərardadı ilə Cavabdeh mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Daha sonra İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə şikayət ünvanlayaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1658/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, mübahisənin məhkəmə aidiyyəti məsələsinə baxılması və işin kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Cavabdeh qarşı əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın qanuni sahibliyində olan ünvan 1 ünvanında yerləşən 0,72 ha torpaq sahəsində mövcud söküləcək köhnə tikililərdən Cavabdeh məxsus (Xətai prospekti 43) 75 kv.m qeyri-yaşayış sahəsinə 20 % sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, həmin əmlakın yerləşdiyi hissədən, sahəsi 90 kv.m olan, 18 x 5 metr və hündürlüyü 4 metr olan qeyriyaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MTK-ya həvalə edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekt 43 ünvanında yerləşən 75 kv.m qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaya məhkəmədə baxılanda məlum olmuşdur ki, Cavabdehov oğlu hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, vergi uçotundadır və adına VÖEN açılmışdır. Həmçinin cavabdehin özü də məhkəməyə vəsatətlə müraciət edərək, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin özünün sahibkar olaraq vergi uçotunda qeydə alınması barədə sənəd təqdim etməmişdir. Ona görə də şikayət olunan qərardad cavabdehin işin məhkəmə aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətini əsassız hesab edərək təmin edilməmişdir. Lakin qərardan sonradan cavabdehin adına vergi uçotunda VÖEN şəhadətnaməsinin verildiyi məlum olmuşdur. Beləliklə hazırkı iş üzrə mübahisə cavabdehin fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı olmasa da, iş üzrə iddiaçı hüquqi şəxs, cavabdehin də hüquqi şəxs yaratmadan sahibkar kimi vergi uçotunda olduğundan, iş aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə şikayət ünvanlayaraq Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1658/2024 saylı, xx.xx.2024-cü il tariхli qərardadının ləğv edilərək işin aidiyyət üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəmənin icraatında İddiaçı MTK-nın cavabdehə qarşı “əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair e-2(005)-1658/2024 saylı mülki iş vardır. Həmin mülki iş üzrə İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MTK-nın qanuni sahibliyində olan ünvan 1 ünvanında yerləşən 0,72 ha torpaq sahəsində mövcud söküləcək köhnə tikililərdən Cavabdeh məxsus (Xətai prospekti 43) 75 kv.m qeyri-yaşayış sahəsinə 20 % sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, həmin əmlakın yerləşdiyi hissədən, sahəsi 90 kv.m olan, 18 x 5 metr və hündürlüyü 4 metr olan qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MTK-ya həvalə edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekt 43 ünvanında yerləşən 75 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət təqdim edərək, tərəflər arasında yaranmış mübahisəyə qanunveriliciyin tələbinə uyğun olaraq, kommersiya məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, lakin Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Tərəflərin verdiyi şikayətlərin dəlillərini, habelə iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, şikayətlərin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1658/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılmasından ötrü Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 11-ci bəndinə görə nəzərə alınmalıdır ki, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə, qeyd edir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı MTK (VÖEN: **********) kommersiya qurumu kimi, Cavabdeh isə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (VÖEN: **********) dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, hazırki mübahisənin subyektlərindən biri fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs, digəri isə kommersiya hüquqi şəxsidir. Göründüyü kimi, hazırki mübahisənin həm subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Kommersiya məhkəmələri başlıca olaraq müxtəlif hüquqi şəxslər, o cümlədən, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər arasında yaranan mübahisələri araşdırır. Burada “hüquqi şəxs” dedikdə, həm müxtəlif dövlət orqanları, həm mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq kommersiya xarakterli qurumlar (şirkətlər, MMC-lər, səhmdar cəmiyyətləri, idarə, müəssisə və təşkilatlar), həm də qeyri-kommersiya təşkilatları (ictimai birliklər, fondlar və s.) başa düşülür. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəf fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdeh tərəf isə kommersiya qurumu olduğundan, tərəflər arasında olan mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə, hesab edirəm ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MTK tərəfindən və xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-1658/2024 saylı qərardadı ləğv edilməli, İddiaçı MTK-nın Cavabdeh qarşı “əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)- 1658/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 260.5, 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayətlər təmin edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-1658/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-1658/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar