Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1754/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC Cavabdeh qarşı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 2254,8 manat məbləğində xidmət haqqı, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2297,8 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh qanunvericiliyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğu üçün hazırki mülki iş üzrə icraata xitam verilməli olduğunu bildirdi. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Cavabdeh qarşı qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(005)- 413/2021 nömrəli qərardadından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “xidmət rüsumunun və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hərracın keçirilməsi ilə əlaqədar olaraq xidmət haqqına görə pul tələb etmişdir. Hazırki iddia ərizəsindən də müəyyən olunur ki iddiaçı eyni hərracın keçirilməsi üçün yenidən xidmət haqqı tələb etmiş, lakin tələb olunan məbləği və iddia tələbinin adını fərqli göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan eyni tələblə bağlı təkrarən verilmiş iddia ərizəsinə mahiyyəti üzrə baxılması yolverilməzdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1754/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-1754/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1754/2022
16.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver