Məhkəmə qərarları › İş №e-2(005)-1806/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1806/2025

31.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1806/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı maraqlı şəxslər qismində Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma X3 İttifaqı Komitəsinə qarşı dublikatın verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı maraqlı şəxslər qismində Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma X3 İttifaqı Komitəsinə qarşı dublikatın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bİİ HİK MMK (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli, 38 nömrəli iclas protokolundan çıxarışın surəti əsasında dublikatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və mərhum əri X7 Bİİ HİK MMK (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokoldan çıxarışı ilə Bakı şəhəri, Oktyabr rayonu, S.Vasilyev küçəsi 63, mənzil 32 ünvanda yerləşən ailə yataqxanasında mənzil verilmişdir. Mənzil ayrılan vaxtdan onunla mərhum həmin ünvanda qeydiyyatda yaşamışdır. Hazırda da o mənzildə yaşayır. Protokoldan çıxarışın surətinin onda olmasına baxmayaraq əsli itirilmişdir. Mənzilin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmək üçün “ASAN xidmət” Mərkəzinə yaxınlaşmışdır. Orada şifahi olaraq bildirilmişdir ki, sənədin əsli tələb olunur. Onunla vəkili protokoldan çıxarışın dublikatının verilməsi üçün müxtəlif ünvanlara və BŞİH-nin X1 sorğu ilə müraciət etmiş, lakin arxiv sənədləri qalmadığından dublikatın verilməsinin mümkünsüzlüyü bildirilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini, işə onun iştiraki olmadan baxılmasını və mövcud sübutlar əsasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İİ seriyalı, 187630 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür; Yerli Sənaye və Kommunal-X4 Həmkarlar İttifaqı Azərbaycan Respublikası Komitəsinin xx.xx.2024-cü il tarixli, 39 saylı məktubundan görünür ki, vətəndaş X7 və onun həyat yoldaşı İddiaçı həqiqətən də Bakı şəhər Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokolundan çıxarışla ünvan 1 ünvanında, indiki Nərimanov rayonu, Xan Şuşinski, 63 küçəsində yerləşən X12 Bitkilərinin Sovxozunun ailə yataqxanasında fərdi yaşayışı üçün mənzil ayrılması məlum olmuşdur. 1989-cu ildən ötən müddətdə yaşıllaşdırma sistemində böyük struktur dəyişiklikləri aparılmış, köhnə tikintilər sökülmüş, ərazidə yeni yaşayış evləri tikilmişdir. Təşkilatın hüquqi ünvanı olan Xan Şuşinski 63 sadəcə kağız üzərində qalmışdır. Həmin ünvandakı fəhlə yataqxanasında yaşayan və qeydiyyatda olan əksər sakinlərə A.M.Cümə küçəsində evlər verilmişdir. Bu məsələ ilə bağlı heç bi arxiv sənədi qalmayıb. Yalnız T.İsmayılovun sözlərinə görə həmin dövrdə tərtib edilən protokollardan çıxarışların əsli 16 saylı polis bölməsinə təqdim edilirmiş. 38 nömrəli protokoldan çıxarışın 16 saylı polis bölməsinə təqdim edilib-edilmədiyi haqqında məlumat yoxdur; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma X6 İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 03 saylı məktubundan görünür ki, sədr Z.Hüseynova xx.xx.2005-ci il tarixdən Birliyin HİK-nin sədri vəzifəsində çalışmağa başlamış, işə başladığı müddətdə əvvəlki HİK-nin sədri T.İsmayılov tərəfindən ona köhnə illərin heç bir sənədi təhvil verilməmişdir. Odur ki, X7 və onun həyat yoldaşı İddiaçı Bİİ HİK MMK-nin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokolundan çıxarışına əsasən ünvan 3 ünvan: ünvan 4yrılmasını təsdiqləyən protokolundan çıxarılışının əsli onlarda olmadığından dublikatını təqdim etmək iqtidarında deyillər; Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989cu il tarixli, 38 nömrəli Protokolunun çıxarışından görünür ki, Bakı şəhəri Oktyabr rayonu, S.Vasilyev küç.63, mən.32 ünvanında yerləşən ailə yataqxanasında X7 və onun həyat yoldaşı İddiaçı mənzil ayrılması qərara alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 ünvan 5 ünvanında qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərazi üzrə 53 saylı MKİS verdiyi arayışa əsasən ünvan 5 ünvanındakı fərdi evdə İddiaçı və iki oğlu qeydiyyatdadır. X5 qeydiyyatı yoxdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokolu əsasında ünvan 6 ünvanında yerləşən ailə yataqxanasında X7 və onun həyat yoldaşına mənzil ayrılması qərara alınmışdır. X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İndiki ünvanı ilə Nərimanov rayonu, Xan .Şuşinski küçəsi 63, 32 saylı mənzildə İddiaçı və iki oğlu qeydiyyatdadırlar. İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması niyyətində olmuş, lakin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokolun əsli itirildiyindən bu reallaşmamışdır. Protokoldan çıxarışın surəti əsasında dublikatın verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma X3 İttifaqı Komitəsinə müraciət edildikdə isə arxivi su basması səbəbindən tələb olunan sənədlərin mövcud olmadığı və dublikatın verilməsinin qeyri-mümkünlüyü bildirilmişdir. Beləliklə də, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və dublikatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mənzil Məcəlləsinin 91.1.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə yataqxanalarda yaşayış sahələri aiddir. Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, arxiv sənədlərinin fövqəladə hallar nəticəsində məhv olması vətəndaşın iradəsindən və nəzarət imkanlarından kənarda baş vediyi üçün bu cür hallarda onun hüquqi sənədlərə əlçatanlığı orqanlar tərəfindən əsassız məhdudlaşdırılmamalı və nəticədə həmin sənədlərlə hüquqlarının həyata keçirilməsinə maneə törədilməməlidir. Belə ki, iş üzrə mövcud olan Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokoldan çıxarışın surəti Bakı şəhəri Oktyabr rayonu, S.Vasilyev küç.63, mən.32, 26 kv.m ünvanında yerləşən ailə yataqxanasında X7 və onun həyat yoldaşına mənzil ayrılması faktını təsdiq etməklə, mənzil münasibətinin hüquqi əsası kimi çıxış edir. Yerli Sənaye və Kommunal-X4 Həmkarlar İttifaqı Azərbaycan Respublikası Komitəsinin xx.xx.2024-cü il tarixli, 39 saylı məktubundan da görünür ki, müəssisə tərəfindən adıçəkilən mənzilin həqiqətən də vətəndaş X7 və onun həyat yoldaşı X2 ayrılması qəbul olunur, sadəcə arxivdə sənədlərin qalmamasına söykənməklə dublikatın verilməsindən imtina edilir. Halbuki çıxarışın surəti hüquqi qüvvəyə malik sübutedici sənəddir və ona istinadla dublikatın verilməsi üçün də kifayət edir. Bu baxımdan İddiaçı iddiası təmin edilməli və müvafiq material cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma X3 İttifaqı Komitəsi tərəfindən iddiaçıya təqdim olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli, 38 nömrəli iclas protokolundan çıxarışın surəti əsasında dublikatının verilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma X3 İttifaqı Komitəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli, 38 nömrəli iclas protokolundan çıxarışın surəti əsasında dublikatının verilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma X3 İttifaqı Komitəsinin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar