Məhkəmə qərarları › İş №e-2(005)-184/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-184/2024

29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-184/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı «tikintinin qadağan edilməsi, kompensasiyanın ödənilməsi» qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair (açar sözlər: tikinti işlərinin qadağan edilməsi, pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi vəkili və Vəkil2 Hatəməli oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı (AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti müstəqlil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «tikintinin qadağan edilməsi və kompensasiyanın ödənilməsi» tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı «tikintinin qadağan edilməsi və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən,Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında, Bakışəhəri, Nərimanov rayonu, Qarabağ küçəsiev 42 binanın yaxınlığında aparılan qazıntı-tikinti işlərinin qədağan edilməsi barədə, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsiev 42 ünvanında yerləşən 27 nömrəli mənzilin əvəzi olaraq 200000 (iki yüz min) manat və ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumunun, cəmi 200490 (iki yüz min dörd yüz doxsan) manat Cavabdeh MTK-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 27 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mənzil 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Sözügedən Qarabağ küçəsində yerləşən 42 nömrəli bina 1901-ci ildə inşa edilib. Hazırda cavabdeh "xxxx" MTK tərəfindən xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi binanın yaxınlığında Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədov Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında qazıntı tikinti işləri aparılır. Cavabdeh tərəfindən aparılan tikinti-qazıntı işləri ona məxsus ünvan 2 ünvanında yerləşən 27 saylı mənzildə çatların əmələ gəlməsinə və binanın silkələnməsinə səbəb olur. Onun və eləcə də binada yaşayan digər sakinlərin həyatına real təhlükə yaranmışdır. Cavabdehin hərəkətləri ucbatından öz mənzilində faktiki olaraq yaşaya bilmir. Binanın yanında, demək olar ki, heç bir məsəfə saxlanılmadan daimi olaraq ağır texnika işləyir. Çox vaxt işlər bütün gün ərzində və qecə vaxtı səhər 5-6 qədər aparılır. Bu işlər artıq bir aydan çoxdur aparılır. Qeyd edilən tikinti-qazıntı işləri nəticəsində mülkiyyətində olan mənzilin əsasları sarsılmış və bina uçmaq təhlükəsi ilə üzləşmişdir. Cavabdeh MTKnin apardığı qazıntı-tikinti işləri nəticəsində mənzili yaşayış üçün faktiki olaraq yararsız olmuşdur. Bununla bağlı müvafiq dövlət qurumlarına, o cümlədən Nərimanov Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişdir. Lakin, müraciətlərin heç bir nəticəsi olmamışdır. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyətinin cavab məktubunda qeyd edilmişdir ki: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 163 nömrəli Sərancamı ilə Bakı şəhəri, Nərimanov rayonu, ünvan 3 ünvanlarında yerləşən 0,72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunverciliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında Cavabdeh Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir.” Məsələnin qanun çərçivəsində həlli məqsədi ilə, müvəqqəti xarakterli təminat tədbirinin tətbiq edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(005)-124/2023 nömrəli qərardadı ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında qazıntı tikinti işlərinin aparılması Cavabdeh MTK-ya qadağan edilmişdir. Müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin qeyd edilənlərə, həmçinin icra orqanlarının tələblərinə baxmayaraq, Cavabdeh MTK qərardadı icra etmir və tikinti-qazıntı işlərini israrla davam etdirir. Bu səbəbdən evində normal şəkildə yaşamaq mümkün deyil. Bundan başqa tikintinin davam etdiyi hər gün, mənzili daha çox yararsız vəziyyətə düşür. Eyni zamanda, qeyd edilən tikintinin müvafiq qaydalara və normalarına uyğun aparılmadığından, mülkiyyət hüququndan tam və maneasız şəkildə istifadə etməyə böyük çətinliklər yaranır. Cavabdeh MTK tərəfindən şəhərsalma və tikinti normalarının kobud şəkildə pozulduğu aşkar şəkildə görünür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin Tikintiyə dair ümumi tələblər fəslində, 57.2.4-cü maddəsində qeyd edilir ki, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir. Bundan başqa şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərindən biri kimi, Şəhərsalma və Tikinti Məcəlləsinin 7.0.2-ci maddəsinə əsasən təhlükəsizliyin təmin edilməsi göstərilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, mülkiyyət hüququma edilmiş maneələrın aradan qaldırılması üçün Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında qazıntı-tikinti işlərinin aparılması Cavabdeh MTK-ya qadağan edilməlidir və vurulmuş maddi ziyana görə kompensasiya ödənilməlidir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MTK tərəfindən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında ünvan 2 binasının yaxınlığında aparılan qazıntı-tikinti işlərinin qadağan edilməsi, həmin ərazidə qanunsuz inşa edilmiş, müvafiq eskiz layihədə nəzərdə tutulmayan tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə, həmçinin ünvan 2 ünvanında yerləşən 27 nömrəli mənzilin əvəzi olaraq 200000 (iki yüz min) manat və ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumunun, cəmi 200490 (iki yüz min dörd yüz doxsan) manat Cavabdeh MTK-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 48.000 manat maddi ziyana görə 234 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 48.234 (qırx səkkiz min iki yüz dörd) manat tutularaq, iddiaçı Cavabdeh MTK-ya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddianın əsası kimi ona istinad etmişdir ki, ünvan 2 ünvanında yerləşən 27 saylı mənzil İddiaçı xüsusi mülkiyyətidir. "xxxx" MTK tərəfindən onun xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi binanın yaxınlığında Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədov Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında aparılan tikinti-qazıntı işləri ona məxsus mənzildə çatların əmələ gəlməsinə və binanın silkələnməsinə səbəb olur, nəticədə də mənzilinə ziyan dəymişdir. Əslində isə iddia ərizəsində göstərdikləri ümumiyyətlə mövcud olmamış, özünə məxsus olan mənzili baha qiymətə MTK-ya təklifi qəbul edilmədiyindən, əsassız varlanmaq üçün MTK-ya dolayısı ilə təsir göstərmək məqsədilə həmin iddia ilə çıxış etmişdir. Məhz həmin iddia tələbi ilə bağlı “güya MTK tərəfindən özbaşına işlərin görüldüyü, tikinti-qazma işlərin aparılması mülkiyyətində olan mənzilin yerləşdiyi binanın silkələnməsi səbəb olduğu və bunun binada yaşayanlar üçün təhlükə yaratdığı” kimi yanlış qeyd etməklə, məhkəmədən MTT qismində MTK tərəfindən aparılan tikinti-layihələndirmə işlərinin dayandırılmasına qərardad almasına nail olmuşdur. Belə ki, MTT-nin görülməsinə dair ərizəsi Nərimanov rayon məhkəməsinin 16(005)- 124/2023 saylı, 03 may 2023-cü il tarixli qərardadı ilə təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında qazıntı təmir tikinti işlərinin aparılması Cavabdeh MTK-ya qadağan edilmişdir. Çünki ərizədə yanlış qeyd etdiyi “özbaşına tikinti, layihələndirilən ərazidən sakinlərin köçürülmədən qazma - tikinti işlərinin aparılması, bunların nəticəsində orda yaşayan sakinlərin həyatına təhlükə yaradan” kimi hallar tikintinin dayandırılmasına əsas olan hallardır və ərizəçi də bunu yaxşı bilirdi. Onun mülkiyyətində olan mənzil sərəncamla lahiyələndirilən ərazi hüdüdlarına daxil belə deyildir. Cavabdehin MTT ilə bağlı ərizədə qeyd etdikləri tam şəkildə yanlış olduğu baxımından Apellyasiya Məhkəməsinin 16(103)-241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və ərizə rədd olunmuşdur. Lakin MTT ilə bağlı qərardad dərhal icra edildiyindən MTK-nın qanuni əsaslarla apardığı layihə tikinti işləri xx.xx.2023-cü il tarixdə dayandırılmışdır və bu apellyasiya məhkəməsinin elan edildiyi xx.xx.2023-cü il tarixə kimi davam etmişdir ki, bu da MTK-ya külli miqdarda ziyan vurulmasına səbəb olmuşdur. Belə ki, tikinti aparılan ərazidən müvəqqəti köçürülmüş sakinlərin aylıq ev kirayəsi 120.000 manat təşkil edir. Bu da binanın təhvil verilməsinin hər gecikdirilmiş gün üçün 4.000 manat xərc deməkdir. Ərizəçinin məhkəməyə müraciət etdiyi ilkin iddiası kompensasiya tələbi olduğu baxımından aşkar şəkildə bəlli olur ki, cavabdeh bu hərəkəti ilə MTK-nın hesabına əsassız varlanmaq məqsədində olmuşdur. Çünki bilirdi ki, qərardadla MTK-nın fəaliyyətinin dayandırılacağına səbəb olacaq, bunun da nəticəsində MTK böyük məbləğdə ziyanı gözə almayacağı baxmından, ona pul vermək məcburiyyətində qalacağı planı ilə hərəkət etmişdir. Cavabdehin məqsədli hərəkəti nəticəsində Cavabdeh MTK-nin tikinti işlərinin dayandırıldığı 27 (2023-cü ilin may ayın 3-dən-30-na kimi) gün ərizndə MTK-ya dəymiş maddi ziyanın həcmi 108.000 (27 gün x 4.000 man) manat təşkil etmişdir. Bu 27 günün bəzi günlərində tikinti işləri aparılmasa da, tikintiyə hazırlıq və ərazinin təmizləmə işləri görülmüşdür. Lakin cavabdehin təkidi ilə qərardadın icrasına nəzarət edən icra məmurunun sərt davranışı üzündən MTK-nın fəaliyyəti 12 gün tam şəkildə iflic vəziyyətinə salınmaqla, hər hansı bir işin görülməsinə imkan verilməmişdir. Bu da MTK-nın 48.000 manat məbləğində ziyana bir başa məruz qalmasına səbəb olmuşdur. Cavabdeh məsələni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayındığından, MTK yaranmış mübahisənin məhkəmə qaydasında həlli üçün 234 manat rüsum ödəmək məcuriyyətindən əlavə xərc çəkməyinə səbəb olmuşdur. Ona görə də cavabdehin törətdiyi mülki dilekt nəticəsində dəymiş 48.000 manat maddi ziyan və məsələnin məhkəmə qaydasında həlli üçün çəkdiyim 234 manat əlavə xərclər də tam şəkildə cavabdehdən Cavabdeh MTK-nın xeyrinə tələb olunmalıdır. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia tələbini müdafiə edərək, onun təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi X4 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunması, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 024707 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 6 saylı evin 27 saylı mənzili İddiaçı məxsusdur. Bu barədə xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində "Gold Residence" layihəsi adı altında qazıntı-tikinti işlərinin aparılması "xxxx" MTK-ya qadağan edilmiş, qərardadın dərhal icra edilməsi qərara alınmış müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16 (103)-241/2023 saylı qərardadı ilə Cavabdeh MTK tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 16(005)- 124/2023 nömrəli qərardadı ləğv edilmiş, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə İddiaçı ərizəsi rədd edilmişdir. - "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X8, mühasib X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MTK-nə məxsus Nərimanov rayonu, Qarabağ küçəsi 38, Ə.Ağaoğlu küçəsi 4 və 6, Xətai prospekti 39, 41 və 43 ünvanlarında inşa olunan yüksək mərtəbəli yaşayış və qeyri - yaşayış binasında ərazidən köçürülən sakinlərə hesablanan aylıq kompensassiya 70.900 AZN, işçilərə hesablanan aylıq əmək haqqı 5596 AZN olduğunu nəzərə alınsa (digər xərclər istisna olmaqla) bir günlük konpensassiya və əmək haqqı xərci 2508.07 AZN təşkil edir. -Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Olqa Makeyevaya ünvanlanmış məktubdan görünür ki, müraciətə əsasən müəyyən edilmişdir ki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi "Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının 21 08.2020-cı il tarixli 163 nömrəli Sərəncamı ilə Bakı şəhəri ünvan 5 ünvanlarında yerləşən 0.72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında 'Məqam Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yer yaşayış binalarının tikintisi üçün icarə əsasında Məqam Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsinin yerquruluşu planı və inşası nəzərdə tutulan yeri yaşayış binalarının layihə sənədləri aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 20 09 2021-ci il tarixli Tl-88/21 nömrəli “Obyektin tikintisinə icazə" verilmişdir. Qarabağ küçəsi 42 nömrəli bina Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsinin hüdudları xaricində yerləşir, tikinti sahəsi ilə heç bır əlaqəsi yoxdur və bu səbəbdən şirkətlə həmin binanın sakinləri arasında qarşılıqlı öhdəlik mövcud deyildir. Vətəndaş İddiaçı qaldırdığı iddiaya əsasən Bakı şəhəri. Nərimanov Rayon Məhkəməsinin 03.05 2023-cü il tarixli 16(005)-124/2023 nömrəli qərardadı ilə sözügedən ünvanda Məqam Mənzil-Tikıntı Kooperativi tərəfindən “Gold Residence" layihəsi adı altında aparılan qazıntı-tikinti işlərinin aparılması “Məqam" MTK-ya qadağan edilmiş müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. Qərardadın dərhal icra olunması barədə Nərimanov Rayon İcra Şöbəsi tərəfindən 'Məqam' MTK-ya 03 05 2023-cü iİ tarixli Bildiriş təqdim olunmuş, məhkəmə orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərim yerinə yetirməyən onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mısuliyyət daşımaları barədə Məqam" MTK-ya rəsmi xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 №-li rəyindən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 6 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerləşən 27 nömrəli mənzil planda ölçüləri ümumi uzunluğu 7,7 metr, eni 6,2 metr, hündürlüyü 3,20 metrdir. Divarları but daşından olub, qalınlığı 0,8-1,0 metrdir. Mərtəbəarası örtüklər ağac konstruksiyadan quraşdırılmışdır. Damı yastı tipli olub, ruberoid və şiferlə örtülmüşdür. Fasadlar ön tərəfdə üzlük əhənq daşı ilə yerinə yetirilmiş, digər hissələri sement-qum məhlulu ilə suvanmışdır. Baxış zamanı İddiaçı məxsus mənzilin yükdaşıyan divarlarında çat və deformasiyalar müşahidə olunmuşdur. Cavabdeh MTK tərəfindən ərazidə tikinti işləri aparılan zamanı İddiaçı məxsus mənzilə heç bir ziyan dəyməmişdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binanın divarlarında müxtəlif ölçülü çatlar vardır. Suvaq qatının aşınması, tökülməsi hallarına rast gəlinir. Dam örtüyündən axan atmosfer sularını istiqamətləndirən suötürücü xətlər yararsız vəziyyətdədir. Mütəxəssis rəyinə əsasən Cavabdeh MTK-ya məxsus “Gold Residence” layihəsi adı altında, Bakı şəhəri, Nərimanov rayonu Qarabağ küçəsi 42 nömrəli binanın yaxınlığında aparılan qazıntı-tikinti işləri nəticəsində İddiaçı məxsus mənzilə heç bir ziyan dəymədiyi üçün, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində qazıntı-tikinti işləri aparılan sahəni kənar sərhədi ilə ünvan 2 ünvanında yerləşən X6 məxsus 27 nömrəli mənzilin divarları arasında məsafənin 3.65 metr, texniki pasportda öz əksini tapmayan əlavə tikili iiə arasındakı məsafənin isə 2.15 m təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işləri ilə ünvan 2 ünvanında yerləşən 27 nömrəli mənzilin ara məsafəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən olunur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iddia ərizələrini və iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 6 saylı evin 27 saylı mənzili ilkin iddia tələbi üzrə İddiaçı məxsusdur. İlkin iddia tələbi üzrə iddiaçı, Cavabdeh MTK tərəfindən binanın yaxınlığında aparılan tikinti-qazıntı işlərinin ona məxsus mənzildə çatların əmələ gəlməsinə, binanın silkələnməsinə, mənzilinin yaşayış üçün faktiki olaraq yararsız hala düşməsinə səbəb olduğunu bildirməklə aparılan qazıntı-tikinti işlərinin qadağan edilməsi, həmin ərazidə qanunsuz inşa edilmiş, müvafiq eskiz layihədə nəzərdə tutulmayan tikililərin cavabdeh MTK-nın hesabına sökülərək ərazidən çıxarılması, ünvan 2 ünvanında yerləşən 27 nömrəli mənzilin əvəzi olaraq 200.000 (iki yüz min) manat məbləğin Cavabdeh MTK-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı cavabdeh MTK tərəfindən aparılmış işlər nəticəsində ilkin iddia üzrə İddiaçı məxsus əmlaka zərər dəyib-dəyməməsinin müəyyən edilməsi, habelə xüsusi bilik tələb edən digər sualların cavablandırılması məqsədilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və əraziyə baxış keçirilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ekspertizaya təqdim olunmuşdur. Baxış zamanı İddiaçı məxsus mənzilin yükdaşıyan divarlarında çat və deformasiyalar müşahidə olunmuşdur. Həmçinin Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində qazıntı-tikinti işləri aparılan sahəni kənar sərhədi ilə ünvan 2 ünvanında yerləşən X6 məxsus 27 nömrəli mənzilin divarları arasında məsafənin 3.65 metr, texniki pasportda öz əksini tapmayan əlavə tikili ilə arasındakı məsafənin isə 2.15 m təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh MTK tərəfindən ərazidə tikinti işləri aparılan zamanı İddiaçı məxsus mənzilə heç bir ziyan dəymədiyi, bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 №-li rəyi ilə Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işləri ilə ünvan 2 ünvanında yerləşən 27 nömrəli mənzilin ara məsafəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi Azərbaycan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 №-li rəyi ilə ilkin iddiaçıya məxsus əmlaka cavabdeh MTK-nın hərəkətləri nəticəsində zərər dəyməsi halı təkzib olunur. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında, cinayət məsuliyyəti barədə xəbərdar edilmiş ekspert tərəfindən keçirilmiş ekspertiza tədqiqatının rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən ekspertiza rəyi ilə müəyyən edilmiş halları təkzib edən sübutlar iş materiallarına əlavə edilməmiş, İddiaçı cavabdeh MTK tərəfindən aparılmış təmir-tikinti, qazıntı və s. işlər nəticəsində ona məxsus ünvan 6 saylı ev, 27 saylı mənzilə maddi ziyan dəyməsini sübut edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 №-li rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və həmin rəy üzrə gəlinən nəticələr nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 6 saylı ev, 27 saylı mənzilə maddi zərər vurulması, habelə mənzilin yerləşdiyi binanın yaxınlığında “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işləri ilə mənzilin ara məsafəsinin qanunvericiliyin tələblərinə zidd olması halı müəyyən olunmadığından ilkin iddia tələbi əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin edilə bilməz. Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh MTK qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı maddi ziyana görə 48.000 manat tutularaq, iddiaçı Cavabdeh MTK-ya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ilkin iddia üzrə İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməklə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində "Gold Residence" layihəsi adı altında qazıntı-tikinti işlərinin aparılması "xxxx" MTK-ya qadağan edilmişdir. Qərardad qanunvericiliyin tələblərinə uyğun olaraq (AR MPM 160.1-ci maddəsi) dərhal icra edilmiş, iddia ərizəsi məhkəməyə təqdim edilmədiyindən müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. Bununla belə, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16 (103)-241/2023 saylı qərardadı ilə ləğv edilmiş, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə İddiaçı ərizəsi rədd edilmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı MTT ilə bağlı qərardad dərhal icra edildiyindən MTK-nın qanuni əsaslarla apardığı layihə tikinti işlərinin xx.xx.2023-cü il tarixdən apellyasiya məhkəməsinin qərardadının elan edildiyi xx.xx.2023-cü il tarixə kimi dayandırıldığını, bunun isə MTK-ya külli miqdarda ziyan vurulmasına səbəb olduğunu bildirməklə cavabdehin törətdiyi mülki delikt nəticəsində dəymiş 48.000 (qırx səkkiz min) manat maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin də əsassız olması qənaətinə gəlir: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 164.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyinə görə, təmin etmə tədbirlərinin qəbul olunması haqqında qərardadın yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2023-cü il tarixli Qərarında qeyd olunur ki, qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin məhkəmə qaydasında tələb edilməsi iddia ərizəsinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxıldıqdan və işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra mümkündür. Belə ki, yalnız qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, mahiyyəti üzrə işi həll edən məhkəmə aktı ilə iddiaçının tələbinin və bunun nəticəsi olaraq onun ərizəsi əsasında tətbiq edilmiş müvəqqəti təminat tədbirinin qanunsuz hesab edildiyi halda qarşı tərəfə vurulmuş maddi zərər tutula bilər. Hazırki iş üzrə ilkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı ilkin iddia tələbinin təmin edilməməsi qət edilmişdir və tərəflərin məhkəmə qətnaməsini mübahisələndirmək qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ vardır. Məhkəmə qətnaməsindən şikayət verilmədiyi təqdirdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minəcəkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə bağlı tətbiq olunmuş müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi barədə Cavabdeh MTK-nın qarşılıqlı iddia tələbi, İddiaçı iddiası üzrə çıxarılmış hazırki yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin: - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə məhkəmə xərclərinin bölünməsi məsələsinə münasibətdə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələblərinin hər ikisi rədd edildiyindən tələblər üzrə iddiaçılar İddiaçı və Cavabdeh MTK tərəfindən iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları da tərəflərin özünə aid edilməlidir. Həmçinin məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia tələbi ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat, ilkin iddia tələbi rədd edildiyindən, ilkin iddia üzrə İddiaçı aid edilməli, ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddiası təmin edilməməli, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməli. Eyni zamanda cavabdeh İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı “Cavabdeh MTK tərəfindən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında ünvan 2 binasının yaxınlığında aparılan qazıntı-tikinti işlərinin qədağan edilməsi, həmin ərazidə qanunsuz inşa edilmiş, müvafiq eskiz layihədə nəzərdə tutulmayan tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə, həmçinin ünvan 2 ünvanında yerləşən 27 nömrəli mənzilin əvəzi olaraq 200000 (iki yüz min) manat və ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumunun, cəmi 200490 (iki yüz min dörd yüz doxsan) manat Cavabdeh MTK-dən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı 48.000 manat maddi ziyana görə 234 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 48.234 (qırx səkkiz min iki yüz dörd) manat tutularaq, iddiaçı Cavabdeh MTK-ya verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Cavabdeh İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar