Məhkəmə qərarları › İş №e-2(005)-1969/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1969/2022

31.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1969/2022 31.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs ASC və Suraxanı rayonu icra və probasiya şöbəsi cəlb edilməklə) “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın və təkrar hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzillə bağlı Cavabdeh tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli birinci hərrac və onun əsasında sonradan keçirilmiş xx.xx.2022-ci il tarixli ikinci (təkrar) hərracın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Maraqlı şəxs ASC cavabdeh İddiaçı, X6, X23, X2, X13, X29, X14, X24, X15, X25, X26 qarşı Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı və X3 əsas borc 93.180,85 ABŞ dolları, faiz borc 9.056,69 ABŞ dolları, cəmi 102.237,54 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilə (ümumi sahəsi 113.4 kv.m) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracdan satıldıqda X4, X16, X1, X8, X27, X9, X17, X10, X18, X19 ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzildən (ümumi sahəsi 113.4 kv.m) çıxarılmaları və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini” xahiş etmişdi. İddiaçı sonradan ərizə verərək X11 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(010)-8/2021 saylı qətnaməsilə iddia tələbini təmin etmişdir. Lakin, məhkəmə apellyasiya şikayəti vermək müddətini gözləmədən qətnaməni icraya yönəltmişdir. Məhkəmənin 2(010)-8/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Suraxanı rayon İcra şöbəsində xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra işinə başlanılmışdır. Qətnamədən apellyasiya şikayəti veriləndən sonra isə icra şöbəsi icraatı dayandırmamışadır. İcra icraatı zamanı Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli hərracın keçirilməsinə dair Sifariş məktubu əsasında Cavabdeh tərəflərə kredit müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzillə (ümumi sahəsi 113.4 kv.m) bağlı xx.xx.2022-ci il tarixli, 88 saylı açıq hərracın keçirilməsinə dair bildiriş göndərmiş, bildiriş tərəflərə xx.xx.2022-ci il tarixdə çatmışdır. İpoteka predmeti ilkin satış qiymətilə 80.000 manata xx.xx.2022-ci il tarixdə saat 11.00-a Hərraca çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə Hərrac baş tutmamışdır. Ona görə də cavabdeh xx.xx.2022-ci il tarixli, 88-1 saylı açıq hərracın keçirilməsinə dair bildiriş göndərmişdir. Növbəti hərrac xx.xx.2022-ci il tarixə saat 11.00-a təyin edilmişdir, ipoteka predmeti 15 faiz aşağı qiymətlə 68.000 manata hərraca çıxarılmışdır. xx.xx.2022-ci il tarixli Hərrac da baş tutmamışdır. Lakin, hərrac prosesində qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də kecirilmiş hərrac etibarsız hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Eyni qaydalar Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə də müəyyən edilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilir ki, qanunvercilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirlməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Sənədlərdən göründüyü kimi Suraxanı rayon İcra Şöbəsinin sifariş məktubu xx.xx.2022-ci il tarixlidir. Cavabdeh elanı “525-ci” qəzetdə xx.xx.2022-ci il tarixdə dərc edilmiş (bildirişin mətnindən görünür), bildiriş məktubu xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, bildiriş icra şöbəsinə (həmçinin, tərəflərə) xx.xx.2022ci il tarixdə çatmış, birinci hərrac isə 30 gün deyil, 14 gün sonra xx.xx.2022-ci il tarixdə keçirilmiş və baş tutmamışdır. Bununla da cavabdeh hərracın keçirlməsi qaydasını pozmuş, hərrac baş tutmamış, ikinci hərrac da baş tutmamışdır. Cavabdeh hər iki hərracla bağlı elanları yalnız “525-ci” qəzetdə vermişdir. Lakin, qanunun elanın yalnız bir kütləvi informasiya vasitəsində deyil, bir neçə kütləvi informasiya vasitəsində verilməsini müəyyən edir. Cavabdehin elanı yalnız bir kütləvi informasiya vasitəsində verməsi nəticəsində hərracla bağlı daha geniş insanlar dairəsinin məlumatı olmamışdır, nəticədə hərracın keçirlməsi qaydaları pozulmuşdur. Bu səbəbdən keçirlmiş hərrac etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X33 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X30 iddia tələbinin rədd edilməsini xahiş etmişdir Məhkəmə proses iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs ASC-nin iddiası təmin edilmiş, İddiaçı və X3 birgə qaydada 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dolları faiz borcu, cəmi 102237.54 (yüz iki min iki yüz otuz yeddi ABŞ dolları, əlli dörd sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 (otuz) manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30(otuz)manat dövlət rüsumu Maraqlı şəxs ASC-nın xeyrinə tutması; tələbin ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilinə yönəldilməsi;. həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi; mənzilinin ilkin satış qiyməti 80.000 (səksən min)manat müəyyən edilməsi. cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan X4, X16, X1, X20 X27, X9, X17, X21, X18, X19, X11 mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11493/2021 saylı Qətnaməsi ilə birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlərin apellyasiya şikayəti təmin edilməmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Suraxanı rayonu icra şöbəsinin böyük icra məmuru X31 tərəfindən 2(010)-8,2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Suraxanı rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X6 məxsus fərdi yaşayış evinin hərracda satılması barədə Cavabdeh MMC-yə sifariş verilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 88 nömrəli məktubu əsasında 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin (ümumi sahəsi 113.4 kv.m) dəyəri 80000 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə İddiaçı (və digər borclulara), tələbkar Maraqlı şəxs ASC-yə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir; Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 88-1 nömrəli məktubu əsasında 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin satış qiyməti 15% aşağı qiymətlə 68000 manat, hərracda iştirak üçün behin məbləği 3400 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəyi barədə İddiaçı (və digər borclulara) tələbkar Maraqlı şəxs ASC-yə və Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir; Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 129/88 saylı təklif məktubunun surətindən görünür ki, Suraxanı rayonu İcra şöbəsinin 18-132/19-9 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka yüklü ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “525-ci” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir “İpoteka haqqında “ Qanununun 43.7-1-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunur. 27 aprel 2022-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 44/4 saylı protokoldan görünür ki, Maraqlı şəxs ASC ipoteka predmetini 51000 manat qiymətə əldə etmişdir. İş materiallarında olan “525-ci” qəzetinin 22 fevral və 15 mart 2022-ci il tarixli buraxılışlarında, ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin hərraca çıxarılması yeri və vaxtına dair elan verilmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzilin ünvanına məktublar çatdırılmış, həmin məktubları Nəcəfova Sevda, Pirverdiyeva İlhamə adlı şəxslər imza ataraq təhvil almışdılar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X49 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyertindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 saylı mənzil Maraqlı şəxs ASC-nin tam payda xüsusi mülkiyyətindədir və əmlakın onun xüsusi mülkiyyətinə keçməsi barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh “hərracın və təkrar hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsində Cavabdeh MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir. Belə ki, İddiaçı bildirmişdir ki, hərrac təşkilatı onları təkrar hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamış, hərracı gizli təşkil edilmiş, yalnız bir kütləvi informasiya vasitəsində hərrac barədə məlumat verilmişdir. Lakin məhkəməyə təqdim edilmiş materiallar ilə müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının qeydiyyatda olduğu və eyni zamanda ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmiş, iddiaçının özü tərəfindən deyil, lakin digər borclular tərəfindən təhvil alınmışdır. Bundan əlavə hərrac təşkilatı “Capitals Auction" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “525-ci qəzet” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə vurğulayır ki, bildirişlərin ipoteka qoyanın deyil, iddiaçının faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs ASC və Suraxanı rayon İcra şöbəsi cəlb edilməklə) “hərracın və təkrar hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar