Məhkəmə qərarları › İş №e-2(005)-2101/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2101/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2101/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta müqaviləsi üzrə subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları 05 dekabr 2018-ci il tarixli, 058126 saylı sığorta aktından görünür ki,xx.xx.2018-ci il tarixdə "VAZ 2107” markalı ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Mercedes Benz” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində maddi ziyanının ümumi məbləği 3045 manat müəyyən edilmişdir. Binəqədi DYPŞ-nin AP ******* nömrəli X10 Protokoldan görünür ki, Cavabdeh Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli,3(001)- 3318/2018 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi, Qərarın surəti Cavabdeh Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 327.6-cı maddəsi ilə məsuliyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixli ilkin defekt aktının surətindən görünür ki, "Mercedes Benz" markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3045 AZN (üç min qırx beş manat) məbləğində zərər dəymişdir. İddia ərizəsinin dəlilləri İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta müqaviləsi üzrə subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh daşınmaz əmlaka dəymiş zərərə görə ödənilmiş 3045 AZN (üç min qırx beş manat) pulun və ödənilmiş 50.45 manat dövlət rüsumunun iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə X4 etibarnamə ilə sahibliyində olan və Cavabdeh tərəfindən idarə olunan "VAZ 2107” markalı ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Mercedes Benz” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh idarə etdiyi "VAZ 2107” markalı ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah” SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, "Mercedes Benz" markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3045 AZN (üç min qırx beş manat) məbləğində zərər dəymişdir. “Atəşgah" Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 13760 nömrəli ödəniş tapşırığına əsasən 3045 AZN (üç min qırx beş manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh və X5 qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Cavabdeh Binəqədi DYPŞ-nin AP ******* saylı X10 protokoluna əsasən İXM-nin 327.6 və 332.4-cü maddəsi ilə, 3(001)-3318/2018 saylı Binəqədi rayon məhkəməsinin qərarına əsasən İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2018-ci il tarixində baş vermiş hadisədə "VAZ 2107" markalı ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh müvafiq etibarnamə olmadan idarə etdiyinə görə həm Cavabdeh, həm də X5 qarşı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən hesab edilir ki, 3045 AZN (üç min qırx beş manat) pul hər iki şəxsdən, yəni Cavabdeh və X2 iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ekspert rəyi ilə razı olduqlarını qeyd etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə MPM-in 185.5-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları - 05 dekabr 2018-ci il tarixli,058126 saylı sığorta aktından görünür ki,xx.xx.2018-ci il tarixdə "VAZ 2107” markalı ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Mercedes Benz” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində maddi ziyanının ümumi məbləği 3045 manat müəyyən edilmişdir. - 06 mart 2025-ci il tarixdə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilən pretenziya məktubundan görünür ki,xx.xx.2018-ci il tarixində etibarnamə ilə X5 məxsus, Cavabdeh tərəfindən idarə olunan “VAZ 2107” markalı ** MR *** dövlət qeydiyyat nişanlı vasitəsi “Mercedes Benz” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq “Mercedes Benz” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3045 AZN (üç min qırx beş manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır.Qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC tərəfindən həyata keçirilən 3045 AZN (üç min qırx beş manat) sığorta ödənişi 10 iş günü ərzində “Atəşgah Sığorta Şirkəti ASC-nə ödənilməsini xahiş etmişdir. Bildirilmişdir ki, zərər məbləğini qeyd edilən müddət (10 iş günü) ərzində şirkətinə ödənilməsə "xxxx" ASC müvafiq iddia ərizəsi ilə Məhkəmə orqanlarına müraciət edəcəkdir və bununla bağlı bütün məhkəmə xərcləri Cavabdeh tutulacaqdır. - 13760 nömrəli ödəniş tapşırığından görünür kiİddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli 058126 saylı sığorta aktına əsasən X3 hesabına 3045 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Binəqədi DYPŞ-nin AP ******* nömrəli X10 Protokoldan görünür ki,Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli,3(001)- 3318/2018 saylı qərarından görünür ki,Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi, Qərarın surəti Cavabdeh Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 327.6-cı maddəsi ilə məsuliyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli ilkin defekt aktının surətindən görünür ki, "Mercedes Benz" markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3045 AZN (üç min qırx beş manat) məbləğində zərər dəymişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli,88 nömrəli hesabatından görünür ki,X4 etibarnamə ilə sahibliyində olan “VAZ 2107” markalı ** MR *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2018-ci il tarixdə qəzaya uğraması səbəbindən ümumillikdə dəymiş zərərin məbləği (xx.xx.2018-ci il tarixə) 2655 (iki min altı yüz əlli beş) manat təşkil edir. - Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 51 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3-cü maddəsinə əsasən sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.5-ci maddəsinə əsasən müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. «İcbari sığortalar haqqında» Qanunun: 6.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 6.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Mərkəzi X8 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qərarının 3-cü bəndinə əsasən yol-nəqliyyat hadisəsi zamanı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: -zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; -yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarı

1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.

2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. 3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.

İşə baxan məhkəmənin mövqeyi

Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən sürücülük vəsiqəsi olmadan idarə edilən və İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış "VAZ 2107” markalı ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Mercedes Benz” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə "Mercedes Benz” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir.Daha sonra cavabdeh barəsində Binəqədi DYPŞ-nin AP ******* nömrəli X10 Protokoldan tərtib edilərək,cavabdehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyi müəyyən edilmişdir. Bakı şəhəri,Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli,3(001)-3318/2018 saylı qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi,Qərarın surəti Cavabdeh Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 327.6-cı maddəsi ilə məsuliyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır.Həmçinin iddiaçı tərəfindən "Mercedes Benz” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 3045 AZN (üç min qırx beş manat) məbləğində zərər ödənilmişdir. Hazırda iddiaçı zərərçəkənlərə ödənilmiş ümumilikdə 3045 AZN (üç min qırx beş manat) pulun və ödənilmiş 50.45 manat dövlət rüsumunun mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir və iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan xx.xx.2018-ci il tarixli ilkin defekt aktına əsasən "Mercedes Benz" markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3045 AZN (üç min qırx beş manat) məbləğində zərər dəydiyi müəyyən edilmiş, 13760 nömrəli ödəniş tapşırığına əsasən isə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli 058126 saylı sığorta aktına üzrə X3 hesabına 3045 manat məbləğində pul vəsaiti köçürüldüyü həmin iş materialalrı ilə öz təsdiqini tapır. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, "xxxx" MMC tərəfindən aparılmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli,88 nömrəli hesabatına əsasən “VAZ 2107” markalı ** MR *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2018-ci il tarixdə qəzaya uğraması səbəbindən ümumillikdə dəymiş zərərin məbləği (xx.xx.2018-ci il tarixə) 2655 (iki min altı yüz əlli beş) manat təşkil etmişdir. Məhkəmə rəy ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində dəymiş zərəri 3045 manat məbləğin ödənilməsini tələb edir. Mübahisənin düzgün həll edilməsi üçün yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir "xxxx" MMC-nin ekspert rəyi ilə, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği 2655 (iki min altı yüz əlli beş) manat müəyyən edilmişdir Məhkəmə, "xxxx" MMC-nin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməli, avtomobilə dəyən ziyanın əvəzi olaraq 2655 (iki min altı yüz əlli beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 51 manat dövlət rüsumunun 44 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, eyni zamanda qiymətləndirmə eksprtizasının keçirilməsi üzrə xərcin tutulması məsələsi də həll edilməlidir. Belə ki, mülki işin materiallarında olan rəydən görünür ki, rəyin hazırlanması üçün 150 manat məbləğində vəsait tələb olunur. Tərəflər icraatın gedişində həmin məbləği ödəməyiblər. İddia qismən təmin edildiyinən, xərc mütənasib şəkildə tərəflərə aid edilməli, Cavabdeh 130 manat, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-dən isə 20 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə (VÖEN:**********; H/h:AZ66AİİB********************; Kapital Bank ASC-nin Nərimanov filialı, kod:200093; SWİFT: AİİBAZ2X; M/hAZ37NABZ********************) ödənilməlidir.

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 2655 (iki min altı yüz əlli beş) manat məbləğində pul tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun 44 (qırx dörd) manatı Cavabdeh tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat mələğində pulun 130 manatı Cavabdeh; 20 manatı iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-dən tutularaq "xxxx" MMC-yə (VÖEN:**********; H/h:AZ66AİİB********************; Kapital Bank ASC-nin Nərimanov filialı, kod:200093; SWİFT: AİİBAZ2X; M/hAZ37NABZ********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar