Məhkəmə qərarları › İş №e-2(005)-2108/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2108/2022

25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2108/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı İddiaçı ASC-nin maraqlı şəxslər Maraqlı şəxs4 MMC, Maraqlı şəxs2, Məmmədhəsən Ramazan oğlu, Maraqlı şəxs1 olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi” barədə ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin maraqlı şəxslər Maraqlı şəxs4 MMC, Maraqlı şəxs2, Məmmədhəsən Ramazan oğlu, Maraqlı şəxs1 olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı ASC 25.04.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin ona baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin maraqlı şəxslər Maraqlı şəxs4 MMC, Maraqlı şəxs2, Məmmədhəsən Ramazan oğlu, Maraqlı şəxs1 olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi” barədə ərizəsi icraata götürülmədən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 163, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin maraqlı şəxslər Maraqlı şəxs4 MMC, Maraqlı şəxs2, Məmmədhəsən Ramazan oğlu, Maraqlı şəxs1 olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi” barədə ərizəsi icraata götürülmədən geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar