Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-216/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 Ədvil qızının, onların və digər iddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 və digər Cavabdeh1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Ədvil qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC göstərilməklə) “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı, maraqlı şəxs qisminə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 göstərilməklə “daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin X18 ilə bağlanmış hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.1999-cu il tarixli, 095826 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin X18 ilə bağlanmış hesab edilməsi, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş ********** saylı, xx.xx.2017-ci il tarixli reyestr qeydinin və seriya RX, ******* saylı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 22 ünvanında yerləşən 13 saylı mənzilə dair X11 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh2, onun qızları İddiaçı3 və İddiaçı1, habelə (hazırda dünyasını dəyişmiş) ailə başçıları X18 1992-ci ildə məlum səbəblərdən Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhərinə köçmüşlər. 1999-cu ildə X18 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 22 saylı evin 13 saylı mənzilinin 1 otağını almaq qərarına gəlmişdir. Lakin, həmin vaxt (məcburi köçkün olduğunu nəzərə alaraq) müxtəlif sənədlərində problemlər olduğu üçün, habelə məcburi köçkün kimi ev növbəsində olduğuna görə alqı-satqı müqaviləsini arvadının (hazırkı İddiaçı2) bacısı Cavabdeh2 (hazırkı cavabdeh) adına rəsmiləşdirilməsi qərarına gəlmişdir. Cavabdeh2 hər zaman qeyd etmişdir ki, ev onun adına rəsmiləşsə də, evin həqiqi mülkiyyətçisi Qurban kişidir və evi onun qızlarına bağışlayacağını vəd etmişdir. xx.xx.1999-cu il tarixdə hazırki cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Notarial Kontorda №095826 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə alıcı qismində de-yure Cavabdeh2 çıxış etsə də, de-fakto alqı-satqı məbləği X18 tərəfindən ödənilmişdir. Həmin gün X18, ailə üzvləri ilə, yəni arvadı İddiaçı2, uşaqları İddiaçı3 və İddiaçı1 ilə birlikdə həmin mənzilə köçmüşlər və hazırki günədək orada yaşayırlar. X18 xx.xx.2005-ci il tarixdə beyin daxili qansızması nəticəsində vəfat etmişdir. Bundan sonra kommunal xidmətlərə görə müavilələr arvadı İddiaçı2 adına dəyişmişdir. Ailə başçısının vəfatından sonra ailə üzvləri miras əmlakı faktiki qəbul etdiyini zənn edərək vərəsəliyə müraciət etməmişdirlər. 2022-ci ilin sonlarında özünü "xxxx" MMC-nin əməkdaşları kimi təqdim edən şəxslər iddiaçıların evinə gələrək, həmin binanın şəhərin abadlaşdırılması və yenidənqurma planına düşdüyünü bildirmişlər, evin söküləcəyini və əvəzinə yeni mənzilin veriləcəyini bildirmişlər. Bunu eşidən Cavabdeh2 iddiaçılara bildirmişdir ki, ev onundur, heç kimə heçnə verməyəcək, “Qurban kişi çoxdan ölüb, siz heç nə sübut edə bilməzsiniz, yeni mənzil mənə çatmalıdır!”. Cavabdeh2 heç bir zaman mülkiyyətində olan evdə olmamışdır, yaşamamışdır. Satıcı Cavabdeh1 bildirir ki, o yalnız Qurban kişini tanıyır, pulu ondan alıb evi ona satıb. Bütün qonşular şahidlik eləməyə hazırdırlar ki, bu evin həqiqi sahibi kimi, məhz iddiaçıların ailəsini bilmişlər. Bütün kommunal xidmətlərə görə müqavilələr, ödənişlər bunu isbat edir. Göründüyü kimi, xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsi, digər əqdi, yəni mənzilin faktiki olaraq Həsənov Qurban tərəfindən alınması əqdini pərdələmək məqsədi ilə bağlanmışdır. Məcburi köçkün olaraq mənzil növbəsinə götürülmüş və ümid edirdi ki, dövlət onun ailəsini evlə təmin edəcəkdir. Ona görə 1 otaqlı mənzili öz adına almamışdır. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia ərizəsinə əlavə ilə məhkəmə müraciət edərək, hazırda "xxxx" MMC ilə Cavabdeh2 arasında mübahisə predmeti olan yaşayış sahəsi sökülməklə sonuncuya yeni yaşayış sahəsi verilməsi barədə xx.xx.2023-cü il tarixdə müqavilə bağlanıldığından, Cavabdeh1la cavabdeh X8 arasında 16 sentyabr 1999cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin X12 bağlanmış hesab edilməsi, göstərilən müqavilə əsasında reyestr xidməti tərəfindən cavabdeh X6 verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə X13 mülkiyyət hüququnun tanınması və "xxxx" MMC ilə X8 arasında ünvan 2 ünvanında yerləşən 13 saylı mənzil sökülməklə sonuncuya yeni yaşayış sahəsi verilməsi barədə xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 ərizə ilə məhkəmə müraciət edərək, iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbindən imtina edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 Ədvil qızı, onların və digər iddiaçının nümayəndəsi və vəkili Vəkil3 hər biri ayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Digər Cavabdeh1 iddia tələbi ilə bağlı bildirdi ki, o, mənzili satarkən mərhum X18 ilə danışıqlar aparmış və mənzilin pulunu da, ondan almışdır. Həmin ərəfədə X18 evə baxmağa hazırda iddiaçı olan həyat yoldaşı və digər bir qadınla gəlmişdir. Digər qadının Cavabdeh2 olub-olmaması yadında deyildir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 3 saylı Notariat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid X17 ifadəsində bildirmişdir ki, o, iddiaçıların qonşusudur, 1992-ci il tarixdən ünvan 3 ünvanda yerləşən mənzil sökülməmişdən 7-8 il əvvəl köçmüşdür. O, ünvan 4 ünvanında yerləşən mənzilin uzun illərdir X14 məxsus olduğunu zənn etmişdir. ünvan 4 ünvanında yerləşən mənzilin kimə məxsus olması barədə sənədi heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid X19 ifadəsində bildirmişdir ki, o, iddiaçıların qonşusudur, 1993-cü ildən 2016-cı ilə kimi orada yaşamışdır. O, ünvan 4 ünvanında yerləşən mənzilin uzun illərdir X14 məxsus olduğunu zənn etmişdir. ünvan 4 ünvanında yerləşən mənzilin kimə məxsus olması barədə sənədi heç vaxt görməmişdir. X18 vəfat edən zaman orada olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ № 159606 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2005-ci il tarixində vəfat etmişdir. İV-JQ № 305220 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə İddiaçı2 xx.xx.1987-ci il tarixində nikaha daxil olmuşlar. AZ-T № 150790 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1963-cü il tarixində anadan olmuşdur. AZ-T № 160847 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 xx.xx.1988-ci il tarixində anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, 32/489 saylı 37 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən görünür ki, X1 22 №-li evin 13 №-li mənzilində passport qeydiyyatındadır. xx.xx.2007-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyətinin Qaçqın və Məcburi köçkünlərlə iş üzrə şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X2 rayonundan məcburi köçkündür və Təbriz küçəsi 22, mənzil 13 ünvanında müvəqqəti qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X3 rayonundan məcburi köçkündür və kommunal xidmətlər haqqını ödəməkdən azaddır. Abonentin saldosundan görünür ki, X18 (İddiaçı2) ünvan 4-də **********00020 abonent kodu ilə qaz istehlakçısıdır. 253671 seriya nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı1 məcburi köçkün kimi qeydiyyata alınmışdır. 407879 seriya nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı3 məcburi köçkün kimi qeydiyyata alınmışdır. xx.xx.1999-cu il tarixli, 095826 alqı-satqı müqaviləsinə görə Cavabdeh1 ünvan 6 ünvanında yerləşən mənzilin bir otağını Cavabdeh2 satmışdır. Sonuncunun aldığı mənzilin otağının ümumi sahəsi 16 kv.m, yaşayış sahəsi 10.8 kv.m olmuşdur. 027537 seriya nömrəli qeydiyyat vəsiqəsinə görə ünvan 4 X10 və X7 adlarına paylı mülkiyyət kimi hüququ qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən ünvan 4 (bir otaq, y/s 16.8 kv.m; k/s 12.9 kv.m ibarət olmaqla) paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 4 (bir otaq, y/s 16.8 kv.m; k/s 12.9 kv.m ibarət olmaqla) Cavabdeh2 xüsusi mülkiyyətindədir. Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Nərimanov Estate” MMC-yə ünvanladığı ərizəyə cavab olaraq o, ünvan 4 ünvanında yerləşən mənzilin sökülməsinə və əvəzində tikiləcək binada mənzilin verilməsinə etiraz etməmişdir. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 318 nömrəli müqaviləyə görə Cavabdeh2 ünvan 4 ünvanında yerləşən əmlakını sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi və "xxxx" MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş əmlakı qəbul etməyi öhdəsinə götürmüşdür. 26 may 2023-cü il tarixli akta əsasən ünvan 4 ünvanında yerləşən mənzilin açarı Cavabdeh2 təhvil verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, 16 sentyabr 1999-cu il tarixli, 095826 alqı-satqı müqaviləsinə görə Cavabdeh1 ünvan 6 ünvanında yerləşən mənzili Cavabdeh2 satmışdır. Bu mənzilin bir otağı (y/s 16.8 kv.m; k/s 12.9 kv.m ibarət olmaqla) Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair 2021-ci ildə sonucunun adına verilmiş çıxarış mövcuddur. Bu mənzil Cavabdeh2 razılığı ilə sökülmək üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Mənzil sökülmüş və tikiləcək mənzilin açarı da təqdim edilmişdir. İddiaçılar onu mübahisələndirir ki, mübahisəli mənzilə dair bağlanmış müqavilə əslində X18 ilə Cavabdeh1 arasında bağlanmış, Q.Həsənov müqavilə üzrə ödəniləcək pulu satıcıya vermişdir. Q.Həsənov xx.xx.2005-ci il tarixində vəfat etmişdir. İddiaçılar məhkəmə iclasında və iddia ərizəsində bu əqdin məcburi köçkün olduqları üçün pərdələndiyini əsas gətirmişlər. Uzun müddət həmin mənzildə yaşadıqları üçün bu əqdi mübahisələndirməmişlər. Cavabdeh2 isə iddia ərizəsində qeyd olunanların əksinə mənzili iddiaçılar məcburi köçkün olduğu üçün həmin mənzildə yaşamalarına icazə vermişdir, həmin dövrün qanuni tələblərinə uyğun olaraq iddiaçılar yaşadıqları evə qeydə alınmışlar, lakin onların heç vaxt mənzildən istifadə hüquqları yaranmamışdır. İddiaçıların statusuna görə onların adına kommunal müqavilələr (qaz, su və s.) bağlanmışdır. Mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən pulun bir qismini özü, qalan qismini isə qardaşı vermişdir. Cavabdeh onu da bildirmişdir ki, onsuzda o mənzili vəsiyyətnamə ilə iddiaçılara vermək istəyi olmuşdur, çünki o, xərçəng xəstəsi olduğu və heç kimi olmadığı üçün belə bir niyyəti olmuşdur. Lakin iddiaçılar bununla razılaşmadıqları üçün fikrindən daşınmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə ilk növbədə 16 sentyabr 1999-cu il tarixli, 095826 saylı alqı-satqı müqaviləsinin etibarlı olub-olmadığı müəyyən edilməlidir. Belə ki, bütün iddia tələbləri bu müqavilənin etibarlılığından asılıdır. Müqavilə etibarsız olduğu halda iddia tələblərinin digər hissədə dəyərləndirilməsinə ehtiyac qalmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, tərəflər arasında müqavilə xx.xx.1999-cu il tarixdə bağlanmışdır. İddiaçılar isə bu əqdin pərdələnmiş əqd olduğu üçün etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları hazırki mübahisəyə tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisə mövcud olan zaman qüvvədə olan Mülki Məcəllənin Birinci bölməsinin 3-cü fəsli Əqdlərdən bəhs edir. (39-57-ci maddələr) Bu Məcəllənin 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqların və ya vəzifələrin əmələ gəlməsinə və ya xitam edilməsinə yönəlmiş hərəkətləri əqd hesab edilir. Əqdlər (müqavilələr) birtərəfli, ikitərəfli və ya çox tərəfli ola bilər. Bu Məcəllənin 53-cü maddəsinə əsasən hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır. Əqd, başqa əqdi pərdələm üçün bağlanmışdırsa, tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunur. Bu Məcəllənin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçıların üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsi tərəfindən bu qəbildən olan əqdlərlə bağlı formalaşdırılmış hüquqi mövqe tərəflərin gəldiyi iddia edilən razılıq, onların əsl niyyətlərinin ifadə olunduğu müqavilənin mövcudluğunun müəyyən edilməsi vacib həlledici əhəmiyyət kəsb edir. Lakin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərdən fərqli olaraq X18 ilə Cavabdeh1 arasında əmlakın mövcud olan hər hansı bir razılaşma əsasında özgəninkiləşdirilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış, tərəflər arasında belə bir sövdələşmə barədə niyyət müəyyən edilməmişdir. Cavabdeh1 (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış müqavilədə sonuncunun pulu verməyi və satıcının pulu qəbul etməyi öz imzaları ilə təsdiq etmişlər. Cavabdeh1 bu halı etiraf etsə də, bu etiraf özlüyündə əqdin etibarsızlığı üçün kifayət deyil, müqavilənin digər tərəfi isə bu halı subuta yetirmək məcburiyyətində deyil. Təqdim edilmiş kommunal ödəniş qəbzlərinə və qeydiyyat barədə arayışlara münasibətdə məhkəmə qeyd edir ki, bunlar Cavabdeh2 legitim mülkiyyət hüququnu şübhə altına alacaq qədər əsaslı dəlil hesab edilə bilməz. Bu qəbzlərə və arayışlara əsasən bağlanmış əqdin yalan olduğu qənaətinə gəlmək olmaz. Məhkəmə şahid ifadələri barədə qeyd edir ki, ifadə vermiş şahidlərin hər iksi tərəflərin qonşusu olmuşdur, lakin hazırki mübahisə bağlanmış əqdin etibarsızlığı barədə olmuşdur. Hər iki şahid bu halın faktiki şahidi olmamışdır, ümumiyyətlə onlar heç vaxt əmlakın sənədinin kimə məxsus olması barədə məlumatlı olmamışlar. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı hesab edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsassız olduğu sübuta yetdiyindən, iddia müddətinin tətbiqinə zərurət qalmır. Lakin hər bir halda cavabdeh bununla bağlı ərizə verdiyi üçün məhkəmə cavabdehin ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinə nəzər yetirdikdə görünür ki, bu Məcəllədə əqdlərlə bağlı etibarsız əqdlər üzrə xüsusi müddətlər nəzərdə tutulmamış, lakin iddia müddətləri mövcud olmuşdur. 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdi. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Bu maddədə həmçinin xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Bununla əlaqədar isə məhkəmə qeyd edirki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Lakin məhkəmə yenə də qeyd edir ki, iddia tələbi 16 sentybar 1999-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı ilə əlaqədar olduğundan, mübahisənin həlli üçün isə həmin tarixdə qüvvədə olan qanunvericilikdə 3 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, bu mübahisə üzrə iddia əsaslı olsa idi belə alqı-satı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi təmin edilməyəcəkdi. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarının şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra mövqeləri mövcuddur. Bu səbəbdən də Azərbaycan Respublikası Plenumu Mülki Məcəllənin 354-cü maddəsi ilə bağlı əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini cavabdehin diqqətinə çatıdırmağı zəruri hesab edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb olduğu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Məhkəmə hesab edir ki, 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərlə bağlı bölməsində hazırda qüvvədə olan Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddətlərə bənzər müddətlər nəzərdə tutulmadığından bunun iddia tələbinə tətbiqi də mümkün olmayacaqdı. Digər tərəfdən formalaşan məhkəmə təcrübəsi də göstərir ki, bu qəbildən mübahisələrdə kəsici müddətin tətbiqini Konstitusiya Məhkəməsi Plenumu da əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında nəzərdə tutulmuşdur ki, Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Torija İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr tarixli, “Buzescu Rumıniyaya qarşı” iş üzrə 2005-ci il 24 may tarixli Qərarlarında aşağıdakılar nəzərdə tutulmuşdur ki, tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi “xx.xx.1999-cu il tarixli, 095826 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində əsassız hesab edilməli və rədd edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, qalan hissələrə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən də iddia tələbi qalan hissələrdə də əsassız hesab edilməli və rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçıların tələbi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Ədvil qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27nin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC göstərilməklə) “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-216/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-216/2024
29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver