Məhkəmə qərarları › İş №e-2(005)-2193/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2193/2022

03.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2193/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Mənzərə” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının verilməsi” tələbinə dair ilk; iddiaçı Cavabdeh1 İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının verilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzilin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli ümumi sahəsi 70 kv.m. olan 2 otaqlı mənzilin MTK tərəfindən cavabdehlərə təhvil verilməsi, mənzil. İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil tikilib təhvil verilənədək cavabdehlərin müvəqqəti yaşayacağı mənzilə görə onlara hər ay 400 manat kirayə haqqının MTK tərəfindən ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 438 nömrəli Sərəncamına əsasən Nərimanov-rayonu Təbriz, Balami Dadaşov, Həsənoğlu küçələrinin əhatəsində yerləşən 855-858-ci məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi üçün 2.7 ha torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı tərəfindən həll edilməlidir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 sahiblik və istifadəsindədir. Cavabdehlərin sahiblik və istifadəsində olan həmin mənzil hal-hazırda qəzalı vəziyyətdədir. Həmin ərazidə yaşayan digər sakinlərin hamısı ilə razılıq əldə olunmasına baxmayaraq cavabdehlər MTKnın təklifini qəbul etmək istəmir. Cavabdehlər hüquqdan sui-istifadə edərək əsassız varlanmaq istəyirlər. Bu isə digər sakinlərin hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı MTK tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun kirayə haqları təklif olunur. İddiaçı MTK Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 438 nömrəli Sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüşsakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Yuxarıda qeyd edilənlərə müvafiq olaraq İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 sahib olduqları ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli ümumi sahəsi 70 kv.m. olan 2 otaqlı mənzil və həmin mənzil tikilib təhvil verilənədək aylıq 400 manat kirayə haqqı verməyi təklif edir. İddiaçı MTK ona ayrılmış torpaq sahəsində yerləşən bütün sakinlər ilə razılıq əldə edərək müqavilə bağlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir.Göründüyü kimi cavabdehlər hüquqdan sui-istifadə edərək əsassız varlanmaq istəyirlər. Bu isə digər sakinlərin hüquqlarının pozulmasına gətirib çıxarır. Daha sonra Cavabdeh1 İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Mənzil Tikinti Kooperativindən 30 min manat maddi ziyana görə, 5.000 manat mənəvi ziyana görə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 10,m 7a saylı ev xüsusi mülkiyyət kimi ona məxsusdur. Cavabdeh Təşkilat 2017-ci ilin əvvələrindən başlayaraq ona məxsus evin ərazisində söküntü işləri aparır. Qaydasız aparılan qazıntı və söküntü işləri nəticəsində ona məxsus evdə çatlar əmələ gəlmiş, qaz xətti kəsilmiş su və elektrik xətləri pis vəziyyətə salınmışdır. Dəfələrlə edilmiş müraciətlərə əhəmiyyət verilməmiş hazırda, MTK məhkəməyə müraciət edərək onun mənzilinin boşaldılmasını tələb edir. Cavabdeh təşkilat tərəfindən 5 il ərzində ərazidə görülən qanunsuz işlər, eyni zamanda antisanitar vəziyyət nəticəsində o, mənəvi sarsıntı keçirtmişdir. Ona görə də cavabdehdən həm maddi həm də çəkdiyi əziyyətə görə mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsinə münasibətdə bildirmişdir ki, qeyd edilən ünvanda yerləşən digər yaşayış evləri sökülmüş, təkcə cavabdehlərin istifadəsində olan fərdi yaşayış evi qalmışdır. Bundan əlavə hazırda qarşılıqlı iddia üzrə cavabdehlərə məxsus olan fərdi yaşayış evi qəzalı vəziyyətdədir. Təmirsizdir. Bu hal məhkəmə tərəfindən göstərilən ünvana yerli baxış keçirilərkən də müəyyən edilmişdir. Belə halda cavabden Cavabdeh1 onlara qarşı maddi və mənəzi ziyan tələbi ilə məhkəmədə iddia qaldırması əsassızdır və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, ilk iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddia isə məhkəməyə təqdim edilmiş sübutla qiymətləndirilməklə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur: Məhkəmə tərəfindən mübahisəli ünvana yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazidə yalnız cavabdehlərə məxsus yaşayış sahəsi qalmış, digər evlər İddiaçı tərəfindən sökülərək ərazidə tikinti işlərinin aparılmasına başlanmışdır. Yerli baxış zamanı cavabdehlərə məxsus evin köhnəlmiş, təmirsiz vəziyyətdə olduğu müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********60 №-li məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 71, 3 saylı mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 71, 7 saylı mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 10, 7a saylı mənzilin mülkiyyətçiləri haqqında məlumatın verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 71, 3 saylı mənzil X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 71, 7 saylı mənzil X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 10, 7a saylı mənzil Cavabdeh1 adma qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 10 nömrəli evin 7a nömrəli mənzili Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə **********89- 05101-093002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır; X1-satıcı ilə X5-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, 02.0.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan ona məxsus 1 otağını Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 10 nömrəli evin 7a nömrəli mənzili satıcıya 96200 (doxsan altı min iki yüz) manat qiymətə satmağı, alıcı isə müvafiq əmlakı həmin qiymətə satmağı öz üzərinə götürmüşdür; Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 438 №-li sərəncamından görünür: 1. İddiaçı xx.xx.2016-cı il tarixli, M-001 saylı müracətini nəzərə alaraq Nərimanov rayonu, Təbriz, Balami Dadaşov, Həsənoğlu küçələrinin əhatəsində yerləşən 855-858ci məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi üçün 2.7 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nın istifadəsinə verilsin. 1.1 Ərazidə yerləşən yaşayış və qeyri-aşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilsin. 1.2. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/374 saylı qərarı və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 203 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilsin. 2. Sifarişçiyə tapşırılsın. 2.1. Ərazinin bə obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.2. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3 Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq ve Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4 Ərazinin və obyektin memarlıq planlaşdırmasımn həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.5 Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işiənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.6 Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim 2.7 Bu sərəncam və mernarlıqplanlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. 3. Azərbaycan Respublikası «Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər icra Hakimiyyəti nezdində «İnterservis» müdiriyyəti sifarişçi Hə torpaq icarə müqaviləsinin bağlanmasını təmin etməli və torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmalıdır. 4. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. 5. Yuxarıda qeyd ediən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə sərəncamın ləğv edilməsi məsələsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Foto-şəkillərdən görünür ki, Nərimanov-rayonu Təbriz, Balami Dadaşov, Həsənoğlu küçələrinin əhatəsində yerləşən 855-858-ci məhəllələrdə yerləşən evlər sökülmüşdür. "xxxx" MMC-nin 28 iyul 2022-ci il tarixli 07-100/22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 10 nömrəli evin 7a nömrəli fərdi yaşayış evinin təmir-bərpa işlərinin xərcinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 7719,50 (yeddi min yeddi yüzon doqquz manat, 50 qəpik) manat təşkil etmişdir; Məhkəmə hesab edir ki, ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X2 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 10 nömrəli evin 7a nömrəli mənzili ümumi sahəsi 53,80 kv.m olmaqla Cavabdeh1 mülkiyyətidir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********89-05101-093002 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xətai rayonlarının ərazisinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı qəbul edilmişdir. Həmin Qərarın 1-ci bəndinə əsasən, 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 438 №-li sərəncamı ilə İddiaçı xx.xx.2016-cı il tarixli, M-001 saylı müracətini nəzərə alaraq Nərimanov rayonu, Təbriz, Balami Dadaşov, Həsənoğlu küçələrinin əhatəsində yerləşən 855-858-ci məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi üçün 2.7 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nın istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-aşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi qərara alınmışdır Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin müvafiq cəmiyyətin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, onların mənzilləri boşaltdıqları halda, mülkiyyətlərində olan mənzillər uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı üzərinə qoyulmuş vəzifədir və cəmiyyət də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, MTK tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Cavabdeh1 «Mənzərə” Mənzil-Tikinti Kooperativi tərəfindən ona 450000-500000 manat ödəniş olunduğu halda razılığa gələcəyini bildirmişdir. «Mənzərə” Mənzil-Tikinti Kooperativi bu təkliflə razılaşmamış və mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Hazırkı cavabdehlərdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər cavabdeh şəxslər onlara yaradılmış şəraitdən və İddiaçı əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı tərəfindən cavabdeh şəxslərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binalarından köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh şəxslərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından cəmiyyətə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehlərin mənzillərə görə müvafiq cəmiyyətdən əsassız olaraq real olmayan qiymətlər tələb etmələrində, mühəndis kommunikasiya xəttlərinin mövcud olmadığı, yaşayış üçün tam yararsız və qəzalı olan mənzillərdən təyinatı üzrə istifadə etməmələrində ifadə olunur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən “Mənzərə MTK-ya təhvil verilməli, həmin mənzil İddiaçı MTK-nın hesabına sökülməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli ümumi sahəsi 70 kv.m. olan 2 otaqlı mənzilin MTK tərəfindən cavabdehlərə təhvil verilməli və mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil tikilib təhvil verilənədək cavabdehlərin müvəqqəti yaşayacağı mənzilə görə onlara hər ay 400 manat kirayə haqqı İddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin maddi zərərlə bağlı hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Belə ki, mülki işin araşdırılması zamanı qeyd edilən ünvana yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehlərə məxsus ev köhnəlmiş, təmirsiz vəziyyətdədir. Həmin ərazidə Cavabdeh1 evinə qonşu olan hər hansı ev qalmamışdır. Tikinti sahəsinin təxminin mərkəzində yalnız cavabdehlərə məxsus yaşayış sahəsi qalmış, digər evlər İddiaçı tərəfindən sökülərək ərazidə tikinti işlərinin aparılmasına başlanmışdır. Belə halda məhkəmə hesab edir ki, Cavabdeh1 MTK-ya qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia irəli sürməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 məxsus təmirsiz tikiliyə zərər vurulması ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qarşılıqlı iddiaçının təqdim etdiyi ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin rəydə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 10 nömrəli evin 7a nömrəli fərdi yaşayış evinin təmir-bərpa işlərinin xərcinin təqribi dəyəri mövcud bazar qiyməti göstərilmiş, evə dəyən zərərin tikinti-söküntü işləri ilə bağlı olması (səbəbli əlaqənin olması) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iş üzrə qarşılıqlı iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən iddia ərizəsinin “maddi zərərin tutulması” hissəsi tam əsassız olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının hər hansı hərəkəti nəticəsində cavabdehə hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də qarşılıqlı iddia ərizəsinin 5.000 (beş min) manat məbləğində mənəvi zərər tələbi hissədə də təmin olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının verilməsi” tələbinə dair ilk iddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı MTK-ya təhvil verilsin, həmin mənzil İddiaçı MTK-nın hesabına sökülsün, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli ümumi sahəsi 70 kv.m. olan 2 otaqlı mənzilin MTK tərəfindən cavabdehlərə təhvil verilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzil İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil tikilib təhvil verilənədək cavabdehlərin müvəqqəti yaşayacağı mənzilə görə onlara hər ay 400 manat kirayə haqqı İddiaçı tərəfindən ödənilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar