Məhkəmə qərarları › İş №e-2(005)-2212/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2212/2022

27.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2212/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21 000 (iyirmi bir min) manat əsas borcun, həmin borca görə hesablanmış 8 137 (səkkiz min yüz otuz yeddi) manat məbləğində faiz borcunun və iddia ərizəsi üçün ödənilmiş 178 (yüz yetmiş səkkiz) manat və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 18 (on səkkiz) manat məbləğində dövlət rüsumunun, cəmi 29 333 (iyirmi doqquz min üç yüz otuz üç) manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2017-ci ildə ondan qohumuna kömək edəcəyinə söz verərək, 21 000 manat pul almışdır. Bir müddət keçdikdən sonra aralarında razılaşma məsələsini cavabdeh həll edə bilməmiş və pulu geri qaytaracağına dair söz vermişdir.İddiaçı dəfələrlə ona pulu geri qaytarmağı tələb etsə də, o hər dəfə söz versə də, bu günə kimi borcu geri qaytarmamışdır. Bununla bağlı Bakı şəhəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə iddiaçı ərizə ilə müraciət etmişdir. Cavabdeh orda qorxuya düşərək, özünü piss hiss etdiyini demiş və bildirmişdir ki, tez bir zamanda borcu geri qaytaracağını və notariusda ona olan borcunu etiraf ediyini və söz vermişdir, sonda 20 iyun 2019-cu ilədək olan borcu qaytarmağı öhdəliyinə götürmüşdür. İddiaçı da razılaşıb, 14 mart 2019-cu ildə Bakı şəhəri 27 saylı notariat ofisində notarius X4 yaxınlaşaraq və cavabdeh ərizə yazaraq bildirib ki, İddiaçı olan 21 000 manat məbləğində borc pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Ərizə notarius tərəfindən təsdiq edilmişdir. Ancaq o vaxtdan 3 il, pulu götürdüyü vaxtdan isə 5 il zaman keçməsinə baxmayaraq, cavabdeh borcu geri qaytarmaqdan yayınır. məbləğinin ona nağd şəkildə ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli 8i-1268 №-li reystrdə olan Bakı şəhəri 27 saylı Notariat Ofisində təsdiq olunmuş Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, «yazaraq bidirirəm ki, İddiaçı olan 21000 (iyirmi bir min)manat borc pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhtəmə götürürəm» məzmunda olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh 21 000 (iyirmi bir min) manat məbləğində borc vermiş və bununla bağlı tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Əliyev X2 Zakir Hüseyn oğluna qeyd oluunan məbləğində borcunun olduğunu tam etiraf etmiş və həmin borc məbləğini xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu vaxtında və lazımı qaydada ödəməyərək, bununla da razılaşdırılmış şərtləri pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması zamanı xx.xx.2019-cu il tarixli 8i-1268 №-li reystrdə olan Bakı şəhəri 27 saylı Notariat Ofisində təsdiq olunmuş Cavabdeh tərəfindən verilmiş ərizədə 21 000 (iyirmi bir min) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı borclu olması müəyyən edilmişdir. Həmin məbləğdən hər hansı məbləğin qaytarılması müəyyən edilməmişdir. Məhkəmə iddiaçının həmin borca görə hesablanmış 8 137 (səkkiz min yüz otuz yeddi) manat məbləğində faiz borcu tələbi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Bununla bağlı məhkəmə iddiaçının “faiz borcu” tələbi üzrə qeyd edir ki, birincisi, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında olan razılaşmada və ya cavabdehin notariat ərizəsində iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İddia tələbinin «müvəqqəti təminat tədbiri üçün ödənilmiş 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu»nun tutulması ayrıca icraatda baxılmış işlə bağlı olduğundan təmin edilə bilməz (mtt(005)-103/2022 saylı iş). Məhkəmə iddia tələbinin «iddia ərizəsi üçün ödənilmiş 178 (yüz yetmiş səkkiz) manat tutulması» tələbini qismən əsaslı hesab edərək iddianın təmin olunma hissəsinə mütənasib olaraq 53,40 manat (əlli üç manat qırx qəpik) ödnilmiş dövlət rüsumunun cavabdehdən tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21000 manat məbləğində pul, iddia ərizəsi üçün ödənilmiş 178 (yüz yetmiş səkkiz) manat dövlət rüsumunun 53,40 manatı (əlli üç manat qırx qəpik) İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21000 (iyirmi bir min ) manat pul və 53,40 manat (əlli üç manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar