Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2289/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC və Nərimanov rayon İcra şöbəsinə qarşı qiymətləndirmə rəyinin ləğv tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC və Nərimanov rayon İcra şöbəsinə qarşı qiymətləndirmə rəyinin ləğv tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli, 0642/22/İBİ nömrəli və xx.xx.2022-ci il tarixli, 0641/22/İBİ nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabatlarının ləğv edilməsi, Cavabdeh2 MMC tərəfindən hazırlanmış İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Dübəndi bağ sahəsi, “Elektroştamb” b/y-nın 24 saylı bağ evinin qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi, İddiaçı1 mülkiyyətində olan ünvan 3, 41 nömrəli mənzilin, İddiaçı2 mülkiyyətində olan ünvan 2, 30 nömrəli mənzilin və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Dübəndi bağ sahəsi, “Elektroştamb” b/y-nın 24 saylı bağ evinin təkrar qiymətləndirilməsi vəzifəsinin cavabdeh Nərimanov rayon İcra Şöbəsinə həvalə edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 183/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi,ev 2 ünvanındakı, 5 mərtəbəli, köhnə tikili binanın 5cimərtəbəsində ümumisahəsi 54.3 kv.m, 31.9 kv.m yaşayış və 22.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 41 nömrəli mənzilin, İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanındakı, 5 mərtəbəli, köhnə tikili binanın 2-ci mərtəbəsində ümumi sahəsi 73.6 kv.m, 55.8 kv.m yaşayış və 17.8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 30 nömrəli mənzilin və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi, “Elektroştamb” b/y-nın 24 saylı bağ evinin qiymətləndirilməsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Cavabdeh2 MMC tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli, 0642/22/İBİ nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanındakı, 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində ümumi sahəsi 54.3 kv.m, 31.9 kv.m yaşayış və 22.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 41 nömrəli mənzilin bazar dəyərinin 85000 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh2 MMC tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli, 0641/22/İBİ nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanındakı, 5 mərtəbəli, köhnə tikili binanın 2-ci mərtəbəsində ümumi sahəsi 73.6 kv.m, 55.8 kv.m yaşayış və 17.8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 30 nömrəli mənzilin bazar dəyərinin 110000 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı3 mülkiyyətində olan əmlakın qiymətləndirilməsi Cavabdeh2 MMC tərəfindən aparılmışdır. Həmin rəy onlarda olmasa da, icra şöbəsi tərəfindən göndərilən məktubdan aydın olur ki, Cavabdeh2 MMC tərəfindən hazırlanmış mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi, “Elektroştamb” b/y-nın 24 saylı bağ evinin bazar dəyərinin 10000 manat təşkil etdiyi müəyyən edilmişdir. Nərimanov rayon İcra şöbəsi subyektiv mülahizələr əsasında obyektiv qiymətləndirmə apara bilməyən qiymətləndirmə şirkətinə əmlakların qiymətləndirilməsinin həyata keçirilməsini həvalə etmişdir. Həmin qiymətləndirmə rəylərindən aydın görünür ki, əmlakların bazar qiyməti reallığı əks etdirmir və qiymətləndirmə obyektiv şəkildə həyata keçirilməmişdir. Bütün bunlar icra məmuru tərəfindən açıq-aydın görünə bilərdi. Lakin icra məmuru öz səlahiyyətlərindən istifadə edərək yenidən qiymətləndirmə təyin etmək imkanına malik olduğu halda təkrar qiymətləndirmə həyata keçirməmişdir. Həmin rəylər məhkəmə qaydasında ləğv edilməli və təkrar qiymətləndirmə təyin edilərək əmlaklar yenidən qiymətləndirilməlidir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1- ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edirəm ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hesab edirəm ki, hazırki halda qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC və Nərimanov rayon İcra şöbəsinə qarşı qiymətləndirmə rəyinin ləğv tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eləcə də dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul rüsum ödəyicisinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC və Nərimanov rayon İcra şöbəsinə qarşı qiymətləndirmə rəyinin ləğv tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçılara icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirmək hüququ izah edilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı2 geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2289/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2289/2024
30.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver